1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.".
2. Həmin Qərarla təsdiq edilmiş "Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası" üzrə:
2.1. 3.5-ci bənd üzrə:
2.1.1. birinci cümləyə "(bundan sonra – Agentlik)" sözlərindən sonra "və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz)" sözləri əlavə edilsin və həmin cümlədə "keçirir" sözü "keçirirlər" sözü ilə əvəz edilsin;
2.1.2. ikinci cümləyə "Agentlik" sözündən sonra "və Mərkəz" sözləri əlavə edilsin və həmin cümlədə "edir" sözü "edirlər" sözü ilə əvəz edilsin;
2.2. 3.6-cı bənddə "Agentliyin bank hesabına" sözləri "Agentliyin və Mərkəzin bank hesablarına" sözləri ilə əvəz edilsin;
2.3. 4.1-ci bəndə "Agentlik" sözündən sonra "və Mərkəz" sözləri əlavə edilsin və həmin cümlədə "edir" sözü "edirlər" sözü ilə əvəz edilsin.