Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi İraq xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Uca Allahdan Sizə cansağlığı və səadət, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Ən dərin ehtiramla, Məhəmməd Şiya əs-Sudani İraq Respublikasının Baş naziri