2.1. 6-cı hissəyə "tikinti obyektlərinə" sözlərindən sonra "("Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)" sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
"11. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanununun 10-2-ci maddəsinə uyğun olaraq tikinti obyektlərinin (çoxmənzilli binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral şəraitdə təhlili və bununla əlaqədar məlumatların uçotunun təşkili üçün Cədvəlin 5-ci hissəsi ilə müəyyən edilən xidmətlərə görə haqqın məbləği həcmində xidmət haqqı tətbiq edilir.".