AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR № 23/09 Bakı şəhəri 01 iyul 2024-cü il "Sanatoriya-kurort müəssisələrinin fəaliyyəti haqqında" 1-sanatoriya №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. "Sanatoriya-kurort müəssisələrinin fəaliyyəti haqqında" 1-sanatoriya №-li illik rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. "Sanatoriya-kurort müəssisələrinin fəaliyyəti haqqında" 1-sanatoriya №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsının doldurulmasına dаir göstəriş" təsdiq edilsin (əlavə 2).
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2011-ci il 28 iyun tarixli 17/5 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov
Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1-sanatoriya №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Sanatoriya-kurort müəssisələrinin fəaliyyəti haqqında Hesabat təqdim edən statistik vahidin: adı____________________________________ _______________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ______________________________________ ______________________________________ Hesabat sanatoriya-kurort müəssisələri tərəfindən mart ayının 5-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: 03112216 hesabat@stat. gov. az 20 ____ il üzrə "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir.
I bölmə. Ümumi məlumatlar Sətrin kodu Kod (A sütunundan) A B 1 Müəssisənin tipi (uyğun gələnini qeyd edin): Böyüklər üçün sanatoriya (1), uşaqlar üçün sanatoriya (2), pansionat (3), istirahət evi (4), digər (5) __________________________ qeyd edilməli 01 Fəaliyyət göstərilən dövr (uyğun gələnini qeyd edin): İlboyu (1), mövsümi (2) 02 II bölmə. Otaqların (nömrələrin) sayı və çarpayı fondu Sətrin kodu Cəmi A B 1 Otaqların (nömrələrin) sayı, vahid 01 İlin (mövsümün) sonuna çarpayıların (yerlərin) sayı, ədəd 02 İlin (mövsümün) bir ayı ərzində istifadə olunmuş çarpayıların (yerlərin) minimum sayı, ədəd 03 İlin (mövsümün) bir ayı ərzində istifadə olunmuş çarpayıların (yerlərin) maksimum sayı, ədəd 04 İl (mövsüm) ərzində faktiki keçirilmiş çarpayı-günlərin sayı, çarpayıgün 05 III bölmə. Xidmət göstərilmiş şəxslər Sətrin kodu Cəmi gecələyə nlərin sayı o cümlədən Gecələməmək şərti ilə müalicəsağlamlaşdır ma xidmətləri 1-3 gün 4-14 gün 15-21 gün 22 və daha çox göstərilmiş şəxslərin sayı A B 1 2 3 4 5 6 Cəmi, nəfər 01 o cümlədən: Azərbaycan Respublikasının vətəndaşları 02 onlardan: uşaqlar 03 Əcnəbi və vətəndaşlığı olmayan şəxslər 04 IV bölmə. İşçilər Sətrin kodu Cəmi A B 1 İşçilərin sayı, nəfər 01 o cümlədən: həkimlər 02 orta tibb işçiləri 03 digər işçilər 04 Hesabat formasının tərtib olunmasına sərf edilən vaxt * _______(adam-saat) * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. ___________________________________________ _________________________ İcraçının vəzifəsi, soyadı, telefon nömrəsi Rəhbərin soyadı, imzası "____" ___________ 20____ il
Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Sanatoriya-kurort müəssisələrin fəaliyyəti haqqında" 1-sanatoriya №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsının doldurulmasına dаir GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Sanatoriya-kurort müəssisələrin fəaliyyəti haqqında" 1-sanatoriya №-li illik rəsmi statistika hеsаbаtı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müalicəsağlamlaşdırma xidmətləri göstərən sanatoriyalar, pansionatlar, istirahət evləri və digər sanatoriya-kurort müəssisələri tərəfindən təqdim olunur.
2. Hesabat formasının doldurulmasına dair izahat
2.1. I bölmə. Ümumi məlumatlar 2.1.1. Bu bölmənin 1-ci sütunu üzrə sətirlərdə sanatoriya-kurort müəssisəsinin tipindən və fəaliyyətdə olduğu dövrdən asılı olaraq A sütunu üzrə sətirlərdə göstərilmiş kodlardan uyğun gələn müvafiq kod qeyd edilir.
2.1.2. Əgər müəssisə bütün təqvim ili ərzində fəaliyyət göstərmişdirsə, onun fəaliyyət dövrü ilboyu, hər hansı mövsümdə (ilin bir neçə ayı ərzində) fəaliyyət göstərmişdirsə mövsümi hesab olunur. Təmirlə əlaqədar bir ildən az müddətə bağlanan sanatoriya-kurort müəssisələri ilboyu fəaliyyət göstərən müəssisələrə aid edilir.
2.2. II bölmə. Otaqların (nömrələrin) sayı və çarpayı fondu 2.2.1. Bu bölmədə sanatoriya-kurort müəssisəsində mövcud otaqların (nömrələrin) sayına və çarpayı fonduna dair məlumatlar: hesabat ilinin (mövsümün) sonuna çarpayıların (yerlərin) sayı, hesabat ilinin (mövsümün) bir ayı ərzində istifadə olunmuş çarpayıların (yerlərin) minimum və maksimum sayları qeyd edilir. Məsələn, əgər ilboyu fəaliyyət göstərən müəssisədə yanvarda faktiki olaraq 50, fevral, mart, aprel aylarında 60, mayda 75, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında 100, noyabrda 75, dekabrda 50 çarpayı istifadə edilmişdirsə, 03-cü sətirdə 50, 04-cü sətirdə isə 100 rəqəmi qeyd olunmalıdır.
2.2.2. 05-ci sətirdə xidmət göstərilmiş bütün şəxslər tərəfindən gecələmələrin ümumi sayı göstərilir və bu göstərici keçirilmiş çarpayı-günlərin sayı ilə ölçülür.
2.3. III bölmə. Xidmət göstərilmiş şəxslər 2.3.1. Bu bölmədə sanatoriya-kurort müəssisələrində xidmət göstərilmiş gecələyən şəxslərin ümumi sayı, o cümlədən Azərbaycan Respublikasının vətəndaşlarının sayı
(onlardan uşaqların sayı), əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı, eyni zamanda müəssisədə yalnız müalicə-sağlamlaşdırma prosedurlarından istifadə edib gecələməyən şəxslərin sayı qeyd olunur.
2.3.2. Hər bir sütun üzrə 02-ci və 04-cü sətirlərin məlumatlarının cəmi 01-ci sətrin məlumatına bərabər olmalıdır.
2.3.3. 1-ci sütunun hər bir sətri üzrə məlumatlar 2-5-ci sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.3.4. 6-cı sütun üzrə sətirlərdə yalnız müalicə-sağlamlaşdırma prosedurlarından istifadə edib gecələməyən şəxslərin sayı əks olunur.
2.4. IV bölmə. İşçilər 2.4.1. Bu bölmədə sanatoriya-kurort müəssisələrində çalışanların sayına dair məlumatlar daxil edilir. İlboyu fəaliyyət göstərən müəssisələrdə məlumatlar ilin sonuna, mövsümi fəaliyyət göstərən müəssisələrdə isə mövsümün sonuna qeyd olunur.
2.4.2. 02-04-cü sətirlərin məlumatlarının cəmi 01-ci sətrin məlumatına bərabər olmalıdır.