AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR № 24/09 Bakı şəhəri 01 iyul 2024-cü il "Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında" 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. "Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında" 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. "Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında" 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" təsdiq edilsin (əlavə 2).
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 12 noyabr tarixli 78/9 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Uşaq evinin işi haqqında" 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1-uşaq evi №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir Hesabat təqdim edən statistik vahidin: adı ________________________________________ Hesabat mülkiyyət növü və təşkilati-hüquqi formasından asılı olmayaraq uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələri tərəfindən mart ayının 15-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ____________________________________________ ____________________________________________ Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az
20__ il üçün I bölmə. Fəaliyyət istiqaməti Göstəricinin adı Sətrin kodu Uyğun olan sətri "" işarəsi ilə qeyd edin A B 1 Məktəbəqədər yaşlı uşaqlar üçün 01 Məktəbyaşlı uşaqlar üçün (məktəbi bitirən 18 yaşınadək uşaqlar da daxil olmaqla) 02 Məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli 03 II bölmə. Yerlərin, qrupların və sosial xidmət göstərilən uşaqların sayı Göstəricinin adı Sətrin kodu Cəmi A B 1 Yerlərin sayı, ədəd 01 Qrupların sayı, ədəd 02 Sosial xidmət göstərilən uşaqların sayı, nəfər 03 onlardan qızlar 04 III bölmə. Hesabat ilində sosial xidmət göstərilən uşaqların hərəkəti nəfər Göstəricinin adı Sətrin kodu Cəmi A B 1 Hesabat ilinin əvvəlinə sosial xidmət göstərilən uşaqların sayı 01 Hesabat ilində qəbul edilən uşaqların sayı 02 Hesabat ilində tərk edən uşaqların sayı (04-12-ci sətirlərin cəmi) 03 o cümlədən: valideynlərinə qaytarılanlar 04 qəyyum və himayəçilərə qaytarılanlar 05 övladlığa verilənlər 06 himayədar ailəyə (valideynə) verilənlər 07 digər səbəblərə görə tərk edənlər 08 ali təhsil müəssisələrinə qəbul olunanlar (yataqxana ilə təmin olunduqda) 09 orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar (yataqxana ilə təmin olunduqda) 10 peşə təhsili müəssisələrinə qəbul olunanlar (yataqxana ilə təmin olunduqda) 11 ümumi təhsil müəssisələrinə qəbul olunanlar (yataqxana ilə təmin olunduqda) 12 IV bölmə. Sosial xidmət göstərilən uşaqların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) nəfər Göstəricinin adı Sətrin kodu Sosial xidmət göstərilən uşaqların sayı o cümlədən: Sosial xidmət göstərilən uşaqların sayından valideynlərini itirmiş uşaqların sayı (1-ci və 2-ci sütunlardan) təhsil alanlar təhsil almayanlar cəmi onlardan qızlar cəmi onlardan qızlar cəmi onlardan qızlar cəmi onlardan qızlar A B 1 2 3 4 5 6 7 8 Cəmi (02-18-ci sətirlərin cəmi) 01 o cümlədən: 2 yaş və aşağı 02 X X 3 yaşda 03 X X 4 yaşda 04 X X 5 yaşda 05 6 yaşda 06 7 yaşda 07 8 yaşda 08 9 yaşda 09 10 yaşda 10 11 yaşda 11 12 yaşda 12 13 yaşda 13 14 yaşda 14 15 yaşda 15 16 yaşda 16 17 yaşda 17 18 yaş və yuxarı 18 V bölmə. İşçilər nəfər Göstəricinin adı Sətrin kodu Cəmi onlardan qadınlar 1-ci sütundan: ali təhsili olanlar orta ixtisas təhsili olanlar A B 1 2 3 4 Cəmi işçilərin sayı (02-11-ci sətirlərin cəmi) 01 o cümlədən: direktor 02 direktor müavini 03 psixoloq 04 musiqi rəhbəri 05 uşaq birliyi təşkilatının rəhbəri 06 baş mühasib 07 həkim 08 tibb bacısı 09 tərbiyəçi 10 sair heyət 11 VI bölmə. Maddi-texniki baza və İKT avadanlığından istifadə Göstəricinin adı Sətrin kodu A B 1 Sosial xidmət müəssisəsinin ərazisinin ümumi sahəsi, m2 01 Sosial xidmət müəssisəsinin binasının ümumi sahəsi, m2 02 Otaqların sayı 03 Otaqların sahəsi, m2 04 Çarpayıların sayı, ədəd 05 Kompüterlərin sayı 06 İnternetə qoşulan kompüterlərin sayı 07 Kompüterdən istifadə etmiş uşaqların sayı, nəfər 08 İnternetdən istifadə etmiş uşaqların sayı, nəfər 09 Elektron poçtun mövcudluğu (var-1, yox-0) 10 İnternetdə veb-səhifənin mövcudluğu (var-1, yox-0) 11 İdman zalının və ya meydançasının mövcudluğu (var-1, yox-0) 12 Akt zalının mövcudluğu (var-1, yox-0) 13 Tibb otağının mövcudluğu (var-1, yox-0) 14 Kitabxananın mövcudluğu (var-1, yox-0) 15 Hesabat formasının tərtib olunmasına sərf edilən vaxt * _______________ (adam-saat) * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. ___________________________________________ ________________________ İcraçının vəzifəsi, soyadı, telefon nömrəsi Rəhbərin soyadı, imzası "_____" ___________ 20____ il Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 24/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında" 1-uşaq evi №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyəti haqqında" 1- uşaq evi №-li illik rəsmi statistika hesabatı mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq fəaliyyət göstərən bütün uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələri tərəfindən təqdim edilir.
2. Hesabat formasının doldurulmasına dair izahat
2.1. I bölmə. Fəaliyyət istiqaməti 2.1.1. Bu bölmədə uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyət istiqaməti haqqında məlumatlar qeyd olunur.
2.1.2. Uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətindən asılı olaraq uyğun gələn sətirdə "" işarəsi qeyd edilməlidir.
2.2. II bölmə. Yerlərin, qrupların və sosial xidmət göstərilən uşaqların sayı 2.2.1. Bu bölmə üzrə bütün məlumatlar hesabat ilinin sonu vəziyyətinə göstərilir.
2.2.2. 01-ci sətirdə yerlərin sayı, 02-ci sətirdə təşkil olunan qrupların sayı, 03-cü sətirdə sosial xidmət göstərilən uşaqların sayı, 04-cü sətirdə isə sosial xidmət göstərilən uşaqların sayından (03-cü sətirdən) qızların sayı qeyd olunur.
2.3. III bölmə. Hesabat ilində sosial xidmət göstərilən uşaqların hərəkəti 2.3.1. Bu bölmənin 01-ci sətrində hesabat ilinin əvvəlinə (yanvarın 1-i vəziyyətinə) sosial xidmət göstərilən uşaqların sayı, 02-ci sətrində isə hesabat ilində qəbul edilən uşaqların sayı qeyd olunur.
2.3.2. 03-cü sətirdə hesabat ilində müəssisəni tərk edən uşaqların ümumi sayı, 04-12-ci sətirlərdə isə onların tərk etmə səbəbləri üzrə bölgüsünə dair məlumatlar qeyd olunur.
2.3.3. 01-ci və 02-ci sətirlərin məlumatlarının cəmi ilə 03-cü sətrin məlumatlarının fərqi 2-ci bölmənin 03-cü sətrinin məlumatlarına bərabər olmalıdır.
2.3.4. 03-cü sətrin məlumatı 04-12-ci sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.4. IV bölmə. Sosial xidmət göstərilən uşaqların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) 2.4.1. Bu bölmənin 1-ci və 2-ci sütunları üzrə sətirlərdə müvafiq olaraq sosial xidmət göstərilən uşaqların cəmi və onlardan qızların sayı, 3-cü və 4-cü sütunları üzrə sətirlərdə müvafiq olaraq təhsil alan uşaqların cəmi və onlardan qızların sayı, 5-ci və 6-cı sütunları üzrə sətirlərdə müvafiq olaraq təhsil almayan uşaqların cəmi və onlardan qızların sayı, 7-ci və 8-ci sütunları üzrə sətirlərdə isə sosial xidmət göstərilən uşaqların ümumi sayından müvafiq olaraq valideynlərini itirmiş uşaqların cəmi və onlardan qızların sayı qeyd olunur.
2.4.2. Bütün sütunlar üzrə 02-18-ci sətirlərin məlumatlarının cəmi 01-ci sətrin məlumatlarına bərabər olmalıdır.
2.4.3. 1-ci sütunun hər bir sətri üzrə məlumatlar 3-cü və 5-ci sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının, 2-ci sütunun hər bir sətri üzrə məlumatlar isə 4-cü və 6-cı sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.4.4. 1-ci və 2-ci sütunlar üzrə 01-ci sətrin məlumatları 2-ci bölmənin müvafiq olaraq 03-cü və 04-cü sətrinin məlumatlarına bərabər olmalıdır.
2.5. V Bölmə. İşçilər 2.5.1. Bu bölmənin 1-ci sütunu üzrə sətirlərdə cəmi işçilərin, 2-ci sütunu üzrə sətirlərdə isə onlardan qadınların sayı qeyd olunur.
2.5.2. 3-cü sütun üzrə sətirlərdə işçilərin cəmi sayından ali təhsili olanların, 4-cü sütun üzrə sətirlərdə isə orta ixtisas təhsili olanların sayı qeyd olunur.
2.5.3. Bütün sütunlar üzrə 02-11-ci sətirlərin məlumatlarının cəmi 01-ci sətrin məlumatlarına bərabər olmalıdır.
2.6. VI Bölmə. Maddi-texniki baza və İKT avadanlığından istifadə Bu bölmədə uşaq evləri və ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrinin maddi-texniki bazası və uşaqların İKT avadanlığından istifadəsi haqqında məlumatlar öz əksini tapır. Əgər 10-15-ci sətirlərdəki göstəricilər mövcuddursa "1", əks halda "0" rəqəmi qeyd olunur.