AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ QƏRAR № 22/09 Bakı şəhəri 01 iyul 2024-cü il "Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında" 1-doktorantura №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qərara alır:
1. "Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında" 1-doktorantura №-li illik rəsmi statistika hesabatı forması təsdiq edilsin (əlavə 1).
2. "Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında" 1-doktorantura №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş" təsdiq edilsin (əlavə 2).
3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 13 dekabr tarixli 100/09 nömrəli sərəncamının 1-ci hissəsi ləğv edilsin.
4. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
5. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
6. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov Əlavə 1 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 22/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. 1-doktorantura №-li forma İllik RƏSMİSTATİSTİKAHESABATI Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında Hesabat təqdim edən statistik vahidin: adı _____________________________________ inzibati ərazi vahidinin və yaşayış məntəqəsinin adı göstərilməklə dəqiq ünvanı ____________________________________________ Hesabat doktorantura (adyunktura) səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar tərəfindən fevral ayının 25-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir. Hesabat formasının kodu Statistik vahidin identifikasiya (statistik) kodu VÖEN
Hesabat formasına və onun doldurulmasına dair rəy və təkliflərinizi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz. Elektron poçt ünvanı: hesabat@stat. gov. az 20___ il üzrə "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesabat forması üzrə məlumatların konfidensiallığına zəmanət verilir və onlardan yalnız ümumiləşdirilmiş şəkildə istifadə ediləcəkdir. I bölmə. Fəlsəfə doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və buraxılanların ixtisaslar üzrə bölgüsü nəfər Sətrin №-si/ ixtisasın şifri Hesabat ili ərzində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunanların sayı İlin sonuna fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayı Hesabat ili ərzində fəlsəfə doktoru proqramından faktiki buraxılış cəmi onlardan: cəmi onlardan: cəmi onlardan (sütun 7-dən): əyani təhsil alanlar əyani təhsil alanlar qadınlar əyani təhsil alanlar qadınlar dissertasiya müdafiə etməklə qadınlar cəmi onlardan dissertasiya müdafiə etməklə A B 1 2 3 4 5 6 7 8 9 10 11 Azərbaycan Respublikasının vətəndaşları, cəmi 01 o cümlədən ixtisaslar üzrə: Əcnəbi və vətəndaşlığı olmayan şəxslər, cəmi 02 o cümlədən ixtisaslar üzrə: 01-ci sətirdən: əlilliyi olan şəxslər 03 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar (onların arasından olan şəxslər) 04 şəhid ailəsinin üzvləri 05 II bölmə. Fəlsəfə doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) nəfər Sətrin №-si 21 yaş və aşağı 22 yaş 23 yaş 24 yaş 25 yaş 26 yaş 27 yaş 28 yaş 29 yaş 30-34 yaş 35-39 yaş 40 yaş və yuxarı Cəmi A B 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunanların sayı 01 onlardan qadınlar 02 Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların sayı 03 onlardan qadınlar 04 Fəlsəfə doktoru proqramından faktiki buraxılış 05 onlardan qadınlar 06 III bölmə. Fəlsəfə doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsü nəfər Sətrin №-si/ ixtisasın şifri Hesabat ili ərzində təhkim olunan dissertantların sayı onlardan qadınlar İlin sonuna dissertantların sayı onlardan qadınlar Hesabat ili ərzində təhkim olunma müddəti başa çatmış dissertantların sayı cəmi onlardan: dissertasiya müdafiə edənlər dissertasiyanı müdafiəyə təqdim edənlər A B 1 2 3 4 5 6 7 Cəmi 01 o cümlədən ixtisaslar üzrə:
IV bölmə. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların və təhkim olunan dissertantların elmi rəhbərlərinin sayı nəfər Sətri n №- si İlin sonuna elmi rəhbərlərin sayı onlardan elmi adı və ya elmi rütbəsi olanlar: dosent professor Azərbaycan Milli Elmlər Akademiyasını n müxbir üzvü Azərbaycan Milli Elmlər Akademiyasını n həqiqi üzvü (akademik) A B 1 2 3 4 5 Cəmi 01 onlardan qadınlar 02 01-ci sətirdən elmi dərəcələri olanlar: 03 fəlsəfə doktorları 04 onlardan qadınlar 05 elmlər doktorları 06 onlardan qadınlar 07 V bölmə. Elmlər doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və buraxılanların ixtisaslar üzrə bölgüsü nəfər Sətrin №-si/ ixtisasın şifri Hesabat ili ərzində elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunanların sayı İlin sonuna elmlər doktoru proqramı üzrə təhsil alanların sayı Hesabat ili ərzində elmlər doktoru proqramından faktiki buraxılış cəmi onlardan: cəmi onlardan: cəmi onlardan (sütun 7-dən): əyani təhsil alanlar əyani təhsil alanlar qadınlar əyani təhsil alanlar qadınlar dissertasiya müdafiə etməklə qadınlar cəmi onlardan dissertasiya müdafiə etməklə A B 1 2 3 4 5 6 7 8 9 10 11 Azərbaycan Respublikasının vətəndaşları, cəmi 01 o cümlədən ixtisaslar üzrə: Əcnəbi və vətəndaşlığı olmayan şəxslər, cəmi 02 o cümlədən ixtisaslar üzrə: 01-ci sətirdən: əlilliyi olan şəxslər 03 şəhid ailəsinin üzvləri 04 VI bölmə. Elmlər doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) nəfər Sətrin №-si 25 yaş və aşağı 26 yaş 27 yaş 28 yaş 29 yaş 30-34 yaş 35-39 yaş 40-49 yaş 50-59 yaş 60 yaş və yuxarı Cəmi A B 1 2 3 4 5 6 7 8 9 10 11 Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunanların sayı 01 onlardan qadınlar 02 Elmlər doktoru proqramı üzrə təhsil alanların sayı 03 onlardan qadınlar 04 Elmlər doktoru proqramından faktiki buraxılış 05 onlardan qadınlar 06 VII bölmə. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsü nəfər Sətrin №-si/ ixtisası n şifri Hesabat ili ərzində təhkim olunan dissertantların sayı onlardan qadınlar İlin sonuna dissertantların sayı onlardan qadınlar Hesabat ili ərzində təhkim olunma müddəti başa çatmış dissertantların sayı cəmi onlardan: dissertasiya müdafiə edənlər dissertasiyanı müdafiəyə təqdim edənlər A B 1 2 3 4 5 6 7 Cəmi 01 o cümlədən ixtisaslar üzrə:
VIII bölmə. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edənlərin sayı nəfər Sətrin №-si Hesabat ili ərzində dissertasiya müdafiə edənlərin sayı onlardan təhsilini başa vurmuşlar: hesabat ilində hesabat ilindən 1 il əvvəl hesabat ilindən 2 il əvvəl hesabat ilindən 3 il əvvəl hesabat ilindən 3 il əvvələdək A B 1 2 3 4 5 6 Fəlsəfə doktoru proqramı üzrə 01 o cümlədən: doktorantlar 02 dissertantlar 03 Elmlər doktoru proqramı üzrə cəmi 04 o cümlədən: doktorantlar 05 dissertantlar 06 IX bölmə. Fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkələr üzrə bölgüsü nəfər Sətrin №-si/ DÖT üzrə kod Hesabat ili ərzində qəbul olunanların sayı onlardan qadınlar İlin sonuna təhsil alanların sayı onlardan qadınlar Hesabat ili ərzində faktiki buraxılış faktiki buraxılışdan (sütun 5-dən): dissertasiya müdafiə etməklə buraxılış qadınlar A B 1 2 3 4 5 6 7 Fəlsəfə doktoru proqramı üzrə, cəmi 01 o cümlədən ölkələr üzrə: vətəndaşlığı olmayan şəxslər Elmlər doktoru proqramı üzrə, cəmi 02 o cümlədən ölkələr üzrə: vətəndaşlığı olmayan şəxslər Hesabat formasının tərtib olunmasına sərf edilən vaxt * _______________ (adam-saat) * Rəsmi statistika hesabatlarının tərtib olunmasına sərf olunan vaxt adam-saatla ölçülür və hesabatın tərtib olunmasında iştirak edən işçilərin (işçinin) sayı onların (onun) həmin hesabatın tərtib olunmasına sərf etdikləri (etdiyi) vaxta vurulmaqla müəyyənləşdirilir. ___________________________________________ ____________________________ İcraçının vəzifəsi, soyadı, telefon nömrəsi Rəhbərin soyadı, imzası "_____" ___________ 20____ il Əlavə 2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2024-cü il 01 iyul tarixli 22/09 nömrəli qərarı ilə təsdiq edilmişdir. "Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında" 1-doktorantura №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsının doldurulmasına dаir GÖSTƏRİŞ
1. Ümumi müddəalar "Ali təhsilin doktorantura (adyunktura) səviyyəsi haqqında" 1-doktorantura №-li illik rəsmi stаtistikа hеsаbаtı formasında (bundan sonra — hesabat forması) doldurularaq doktorantura (adyunktura) səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar tərəfindən fevral ayının 25-dək elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www. stat. gov. az) real vaxt rejimində təqdim edilir.
2. Hesabat formasının doldurulmasına dair izahat
2.1. I bölmə. Fəlsəfə doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və buraxılanların ixtisaslar üzrə bölgüsü 2.1.1. Hesabat formasının I bölməsində fəlsəfə doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və bu proqramdan buraxılanların sayı haqqında məlumatlar qeyd olunur.
2.1.2. Hesabat formasının həmin bölməsinin 2-ci, 5-ci, 10-cu və 11-ci sütunlar üzrə sətirlərində yalnız əyani təhsil alanlar haqqında müvafiq məlumatlar qeyd olunur.
2.2. II bölmə. Fəlsəfə doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) 2.2.1. Hesabat formasının II bölməsinin 1-12-ci sütunları üzrə sətirlərində fəlsəfə doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) bölgüsü ilə bağlı məlumatlar qeyd olunur. 13-cü sütunun hər bir sətri üzrə məlumatlar 1-12-ci sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.2.2. Hesabat formasının həmin bölməsinin 13-cü sütun üzrə 01-ci və 02-ci sətirlərinin məlumatları 1-ci bölmənin müvafiq olaraq 1-ci və 3-cü sütunları üzrə 01-ci sətrinin, 03-cü və 04-cü sətirlərinin məlumatları 1-ci bölmənin müvafiq olaraq 4-cü və 6-cı sütunları üzrə 01-ci sətrinin, 05-ci və 06-cı sətirlərinin məlumatları isə 1-ci bölmənin müvafiq olaraq 7-ci və 9-cu sütunları üzrə 01-ci sətrinin məlumatlarına bərabər olmalıdır.
2.3. III bölmə. Fəlsəfə doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsü Hesabat formasının III bölməsində fəlsəfə doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsünə dair məlumatlar qeyd olunur.
2.4. IV bölmə. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların və təhkim olunan dissertantların elmi rəhbərlərinin sayı Hesabat formasının IV bölməsində hesabat dövründə fəlsəfə doktoru proqramı üzrə təhsil alanların və təhkim olunan dissertantların elmi rəhbərlərinin sayı, onlardan еlmi dərəcəsi, elmi adı və yа elmi rütbəsi оlаnlаr haqqında məlumatlar qeyd olunur.
2.5. V bölmə. Elmlər doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və buraxılanların ixtisaslar üzrə bölgüsü 2.5.1. Hesabat formasının V bölməsində elmlər doktoru proqramı üzrə qəbul olunanların, təhsil alanların və bu proqramdan buraxılanların sayı haqqında məlumatlar qeyd olunur.
2.5.2. Hesabat formasının həmin bölməsində 2-ci, 5-ci, 10-cu və 11-ci sütunlar üzrə sətirlərdə yalnız əyani təhsil alanlar haqqında müvafiq məlumatlar qeyd olunur.
2.6. VI bölmə. Elmlər doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə bölgüsü (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) 2.6.1. Hesabat formasının VI bölməsinin 1-10-cu sütunları üzrə sətirlərində elmlər doktoru proqramı üzrə doktorantların yaş tərkibinə görə (hesabat ilinin sonuna tamam olmuş yaşlar üzrə) bölgüsü ilə bağlı məlumatlar qeyd olunur. 11-ci sütunun hər bir sətri üzrə məlumatlar 1-10-cu sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.6.2. Hesabat formasının həmin bölməsinin 11-ci sütunu üzrə 01-ci və 02-ci sətirlərinin məlumatları 5-ci bölmənin müvafiq olaraq 1-ci və 3-cü sütunları üzrə 01-ci sətrinin, 03-cü və 04-cü sətirlərinin məlumatları 5-ci bölmənin müvafiq olaraq 4-cü və 6-cı sütunları üzrə 01-ci sətrinin, 05-ci və 06-cı sətirlərinin məlumatları isə 5-ci bölmənin müvafiq olaraq 7-ci və 9-cu sütunları üzrə 01-ci sətrinin məlumatlarına bərabər olmalıdır.
2.7. VII bölmə. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsü Hesabat formasının VII bölməsində elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların ixtisaslar üzrə bölgüsünə dair məlumatlar qeyd olunur.
2.8. VIII bölmə. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edənlərin sayı Hesabat formasının VIII bölməsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün hesabat ili ərzində dissertasiya müdafiə edən doktorant və dissertantların sayı haqqında məlumatlar qeyd olunur. 1-ci sütunun hər bir sətri üzrə məlumatlar 2-6-cı sütunlar üzrə müvafiq sətirlərin məlumatlarının cəminə bərabər olmalıdır.
2.9. IX bölmə. Fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkələr üzrə bölgüsü 2.9.1. Hesabat formasının IX bölməsində fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə əcnəbi və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar qeyd olunur. 1-ci və 2-ci sütunlar üzrə 01-ci sətrin məlumatları 1-ci bölmənin müvafiq olaraq 1-ci və 3-cü sütunları üzrə 02-ci sətrin, 3-cü və 4-cü sütunlar üzrə 01-ci sətrin məlumatları 1-ci bölmənin müvafiq olaraq 4-cü və 6-cı sütunları üzrə 02-ci sətrin, 5-ci, 6-cı və 7-ci sütunlar üzrə 01-ci sətrin məlumatları isə 1-ci bölmənin müvafiq olaraq 7-ci, 8-ci və 9-cu sütunları üzrə 02-ci sətrin məlumatlarına bərabər olmalıdır.
2.9.2. Hesabat formasının həmin bölməsində 1-ci və 2-ci sütunlar üzrə 02-ci sətrin məlumatları 5-ci bölmənin müvafiq olaraq 1-ci və 3-cü sütunları üzrə 02-ci sətrin, 3-cü və 4- cü sütunlar üzrə 02-ci sətrin məlumatları 5-ci bölmənin müvafiq olaraq 4-cü və 6-cı sütunları üzrə 02-ci sətrin, 5-ci, 6-cı və 7-ci sütunlar üzrə 02-ci sətrin məlumatları isə 5-ci bölmənin müvafiq olaraq 7-ci, 8-ci və 9-cu sütunları üzrə 02-ci sətrin məlumatlarına bərabər olmalıdır.