Standartlaşdırma haqqında
QüvvədədirMetadata
- Mənbə
- Milli Məclis(parliament)
- Sitat
- 1587-VQ
- Qüvvəyə minmə
- 2019-10-14
- Sahə
- Kommersiya
- Növ
- standalone
- e-qanun ID
- 42881
Dəyişiklik tarixçəsi (1)
Qüvvəyə minmə tarixi üzrə versiyalarBu qanuna dəyişikliklər (7)
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Standartlaşdırma və texniki tənzimləmə sahəsində normativ sənədlərin yoxlanılması müddətləri dəyişdirildi: yoxlama fevral ayının 1-dən başlayaraq sentyabr ayının 15-nə qədər aparılacaq. Eyni zamanda, Antiinhisar Agentliyi və Gömrük Komitəsi arasında uyğunluq sertifikatları, bəyannamələri və xarici mənşəli uyğunluq sənədləri haqqında məlumatların mübadiləsi və avtomatlaşdırılmış sistemə inteqrasiyası təmin edildi. Bu dəyişikliklər idxal olunan texniki tənzimləmə şamil olan malların nəzarətini sadələşdirəcəkdir.
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Minatəmizləmə fəaliyyətindən zərərçəkmişlər dövlət səhiyyə müəssisələrində pulsuz tibbi yardım və psixoloji yardım almaq hüququ qazandılar. Həmçinin, minatəmizləmə fəaliyyəti standartlaşdırma qanununun tətbiq dairəsindən çıxarıldı və heyvanlar aləmi qanununda normativ hüquqi aktlar terminologiyası dəqiqləşdirildi. Bu dəyişikliklər 2026-cı il yanvarında qüvvəyə minir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 313-VIIQD nömrəli Qanununun və “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 561 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəs…
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Bu qanun dəyişikliyi uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesini genişləndirir və daha ətraflı tənzimləyir. Dəyişikliklər fiziki şəxslərin sertifikatlaşdırılması, standart nümunə istehsalçıları, validasiya və verifikasiya orqanları kimi yeni subyektləri akkreditasiya sisteminə daxil edir. Həmçinin, akkreditasiya orqanının tərifi dəqiqləşdirilir və elektron sənəd dövriyyəsi sistemi tətbiq edilir.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Tex…
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Tex…
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1509-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 608 nömrəli, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1510-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 5 aprel tarixli 609 nömrəli, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 iyul tarixli 780 nömrəli və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 26 noyabr tarixli 863 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli 2408 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Vergi ödəyicilərinin kassa əməliyyatları qaydalarında dəyişiklik edildi. Bank hesablarından və digər mənbələrdən çıxarılan nağd pul vəsaitləri kassaya daxil edildikdən sonra məxaric orderində təyinatı göstərilməklə xərcləniləcəkdir. Bu dəyişiklik nağd pul dövriyyəsinin daha aydın və nəzarətli şəkildə aparılmasını təmin edir.
Səlahiyyətlər (33)
Maddələrdəki səlahiyyətli orqanların həlli- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Prezidentitəyinat
- →Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitəyinat
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →"Azərbaycan Akkreditasiya Mərkəzitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Nazirlər Kabineti
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Nazirlər Kabineti
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Prezidentitəyinat
- →Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Prezidentitəyinat
- →Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
- →Azərbaycan Respublikasının Prezidenti
- →Azərbaycan Respublikasının Nazirlər Kabinetitəyinat
Anlayışlar (25)
Bu qanunda verilən təriflər- standartlaşdırma üzrə dövlət fondufəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.12
- müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursu
- rəsmi nəşrfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.13
- standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsi
- rəsmi yayımfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.14
- müəlliflik hüquqları qorunmaqla, təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşrin təqdim edilməsi və ya satışı
- standartlaşdırma obyektifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.15
- mal (xidmət, iş), onunla əlaqəli proses, idarəetmə sistemi, istehsal metodu, fiziki şəxslər, terminologiya, şərti işarələr, ölçmələr (nümunələrin götürülməsi də daxil olmaqla), sınaq üsulları və qaydaları, ölçmə metodları, uyğunluğun qiymətləndirilməsi prosedurları
- standartların aktuallaşdırılmasıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.16
- standartlaşdırma üzrə normativ sənədlərin aktual vəziyyətdə saxlanılması üçün onların nüsxələrinə müəyyən edilmiş qaydada dəyişikliklərin edilməsi və (və ya) onların qüvvədə olma müddəti, əvəz olunması və ya ləğv edilməsi ilə bağlı proses
- uyğunlaşdırılmafəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.17
- özündə elm və texnikanın ən yeni nailiyyətlərini əks etdirən və standartlaşdırma obyektinin keyfiyyət səviyyəsinə və rəqabətqabiliyyətliliyinə müasir tələbləri müəyyən edən beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının milli maraqlar üçün istifadəsi və tətbiqi üzrə fəaliyyət
- milli standartlaşdırma qurumufəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.18
- standartlaşdırma sahəsində dövlət siyasətindən irəli gələn işləri həyata keçirən, standartlaşdırma üzrə işlərin əlaqələndirilməsini təmin edən və standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını təmsil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
- konsensusfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.19
- maraqlı tərəflərin əksəriyyətinin əhəmiyyətli məsələlər üzrə ciddi etirazının olmaması ilə xarakterizə edilən və bütün tərəflərin fikirlərinin nəzərə alınmasına və fərqli baxışların uzlaşdırılmasına yönəldilmiş prosedur nəticəsində əldə olunan ümumi razılıq
- təsərrüfat subyektifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.21
- istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent)
- uyğunluğun qiymətləndirilməsinin obyektlərifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.24
- mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodları
- regional standartfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.4
- standartlaşdırma üzrə regional təşkilatlar tərəfindən qəbul olunmuş standart
- dövlət standartıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.5
- milli standartlaşdırma qurumu tərəfindən qəbul edilən standart
- ilkin dövlət standartıfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.6
- tətbiqi müvəqqəti olan, istifadəsi zamanı lazımi təcrübənin əldə olunması üçün nəzərdə tutulan standartlaşdırma üzrə normativ sənəd
- istinad edilmiş standartfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.8
- texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin həyata keçirilməsi və texniki reqlamentin tətbiqi məqsədilə hazırlanmış standart
- texniki komitəfəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.9
- standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan məşvərətçi qurum
- maraqlı tərəflərdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.10
- standartlaşdırma üzrə normativ sənədləri tətbiq edən və ya həmin sənədlərin hazırlanmasında maraqlı olan dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər
- texniki şərtlərdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.11
- standartlaşdırma obyektlərinə dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd
- uyğunluğun qiymətləndirilməsidaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.23
- malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin standartlaşdırma sahəsində normativ sənədlərdə göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi
- maldaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.25
- müəyyən kəmiyyət, keyfiyyət və istehlak xüsusiyyətlərinə malik, müxtəlif məqsədlər üçün istifadəsi nəzərdə tutulan, istehsal və ya emal fəaliyyətinin maddi formada təqdim edilən nəticəsi
- xidmət, işdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.26
- mal hesab olunmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət
- mal ilə əlaqəli prosesdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.27
- malların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, saxlanılması, istismarı, satışı, məhv edilməsi və utilizasiyası ilə bağlı olan proseslər
- xidmətlə, işlə əlaqəli prosesdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.28
- mal ilə əlaqəli proses sayılmayan, xidmətin göstərilməsi və işin görülməsi ilə bağlı olan proses
- istehsal metodudaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.29
- malın yaradılması ilə bağlı emal və ya istehsal fəaliyyəti zamanı tətbiq edilən üsul və texniki həllər
- beynəlxalq standartdaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.3
- standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standart
- dövlətlərarası standartlardaxilifəsil:1/maddə:1/hissə:1.0/bənd:1.0.7
- iki və daha çox dövlətin qarşılıqlı razılığı əsasında qəbul olunmuş və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar