a alır:
1. "Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cı il 30 sentyabr tarixli 365 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1237 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 mart tarixli 122 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.
2. "Startapın müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 20 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 103 (Cild I); 2024, № 1, maddə 122; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 76 nömrəli Qərarı) 2-ci hissəsi ləğv edilsin.