→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Maddə 8.11 həll
→Azərbaycan Respublikasının Prezidenti
Maddə 11.21 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Maddə 151 həll
→Azərbaycan Respublikasının Nazirlər Kabinetibirinci halda
Maddə 20.21 həll
Anlayışlar (17)
Bu qanunda verilən təriflər
mədəni bitkilərfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.1
insan tərəfindən qida məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formaları
mədəni bitkilərin yabanı əcdadlarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.10
təkamülcə və genetik cəhətdən mədəni bitkilərə yaxın, onlarla eyni cinsə, növə aid olan, mədəniləşdirilmə və yeni sortların alınmasında istifadə baxımından potensiala malik yabanı növ və formalar
yerli sortlarfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.11
başlıca olaraq ənənəvi aqrosistemlərdə istifadə edilən, kənd təsərrüfatı istehsalından çıxarılmış, lakin müəyyən elmi, sosial-iqtisadi, mədəni-tarixi və digər əhəmiyyət kəsb edən yerli, əsasən elmi və xalq seleksiya sortları
bioloji müxtəliflikfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.12
yerüstü, dəniz və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla canlı aləmi təşkil edən bütün orqanizmlərin növdaxili, növlərarası və ekosistem müxtəlifliyi
təbii mühitdə mühafizəfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.13
yabanı bitki müxtəlifliyinin təbii areallarında becərilən sort və digər nümunələrin xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı mühitdə (in situ) mühafizəsi və idarə olunması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 müxtəlif normativ aktda dəyişikliklər etdi. Əsas dəyişikliklər arasında: geodeziya-istinad məntəqələrinin mühafizə zonalarında yem məhsulları saxlanması qadağan edildi; şərabçılıq məhsullarının dequstasiyası qaydalarında qida məhsulları ilə təmasda olan materiallar əlavə edildi; nərə balıqlarının istifadə formaları müəyyən edildi; qida təhlükəsizliyi nəzarətində "yeyinti" termini "qida" ilə əvəz edildi; heyvandarlıq fermalarının işçiləri və kimya sənayesində toksiki maddələrlə təmasda olan işçilər tibbi arayış tələb olunan peşələr siyahısına əlavə edildi. Bu dəyişikliklər 2025-ci ilin sentyabrından qüvvəyə minir.
Hədəf qanunlar: Azərbaycan Respublikasında geodeziya-istinad məntə…, İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstər…, Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qad… +30 digər
kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə bitki müxtəlifliyinin toplanması, əldə olunan hüceyrə plazmasının nəzarət edilən şəraitdə qorunub saxlanılması, elmi-tədqiqat, seleksiya, maarifləndirmə və digər fəaliyyətdə istifadəsi məqsədi ilə bitkilərin genetik ehtiyatlarının təbii areallarda axtarışının aparılması
genetik aşınmafəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.17
genetik ehtiyatların səmərəsiz istifadəsi və lazımi şəraitdə saxlanılmaması da daxil olmaqla antropogen fəaliyyət və təbii fəlakət nəticəsində genetik müxtəlifliyin itirilməsi
mədəni bitkilərin genetik ehtiyatlarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.2
qida məhsulları istehsalı, kənd təsərrüfatı, tibbi və digər fəaliyyət üçün faktiki və ya potensial dəyərə malik bitki mənşəli istənilən genetik material
genetik materialfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.3
reproduktiv və vegetativ-çoxalma materialı da daxil olmaqla özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli istənilən material
mədəni bitkilərin genetik ehtiyat nümunələrifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.4
canlı saxlanılan bütöv bitkilər, həmçinin onların eyni növə və ya növdaxili taksona aid olan bitkilər almaq imkanı verən hissələri (toxum, kök yumruları, qələmlər, soğanaqlar, kökümsovlar, canlı bitkilər və s.), orqanlarının toxumaları, hüceyrələri
mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsifəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.5
mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, təhlükəsiz qorunub saxlanması və öyrənilməsi
genbankfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.6
mədəni bitkilərin genetik ehtiyatları nümunələrinin müvafiq saxlama şəraitində mühafizəsi üçün xüsusi qurğu və avadanlıqla təchiz edilmiş saxlanma yeri (otaq, bina, kamera)
mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.7
bitki müxtəlifliyinin toplanmış, sistemləşdirilmiş və sənədləşdirilmiş, fiziki və hüquqi şəxslər tərəfindən onların təbii həyat mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı yerlərdən) kənarda nəzarət edilən şəraitdə saxlanan komponentləri
mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarıfəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.8
dövlətin mülkiyyətində və mühafizəsində olan mədəni bitkilərin genetik ehtiyatlarının müxtəlif təyinatlı kolleksiyaları
mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqufəsil:1/maddə:1/hissə:1.1/bənd:1.1.9
bitki genetik ehtiyatlarının milli kolleksiyalarında qorunub saxlanan genetik ehtiyat nümunələrinin vahid formaya salınmış məlumat bazası