1. 13-cü və 14-cü hissələrdə "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları"nın 2.4-cü bəndində "Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq bölmə və strukturlarının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki müvafiq qurumlarının" sözləri ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası"nın 2.2-ci bəndinin birinci cümləsində, 2.3-cü bəndində, 2.4-cü bəndinin birinci cümləsində, 2.5-ci, 2.7-ci və 2.8-ci bəndlərində "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə əvəz edilsin.
4. Həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - "Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası" üzrə:
4.1. 2.3-cü, 2.5-ci bəndlərdə və 2.8.1-ci yarımbənddə "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə əvəz edilsin;
4.2. 2.4-cü bənddə "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə, "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində" sözləri "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən" sözləri ilə əvəz edilsin.
5. Həmin Qərarla təsdiq edilmiş 7 nömrəli əlavə - "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi" üzrə:
5.1. 1.2-ci bənddə "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə əvəz edilsin;
5.2. 5.3-cü bəndin ikinci cümləsində "AMEA Rəyasət Heyətində" sözləri "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində, Azərbaycan Respublikası" sözləri ilə əvəz edilsin.
6. Həmin Qərarla təsdiq edilmiş 9 nömrəli əlavə - "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi"nin 3.1-ci bəndinin birinci cümləsində "AMEA-nın Aqrar Elmləri Bölməsi" sözləri "Azərbaycan Respub-likasının Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin.