QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 17 iyul 2026·Qüvvəyə minmə: 1 yanvar 2027qüvvəyə minəcək— Təxirə salınmış qüvvəyəminmə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır :

Maddə 1. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddə 11, № 2, maddə 111) 20.0.35-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 20.0.36-cı maddə əlavə edilsin:

"20.0.36. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların həcminin azı 50 (əlli) faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas iqtisadiyyata gətirilməsi – malı istehsal və ya emal edən Azad Zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində.".

Maddə 2. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir

İmza

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2026

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyul tarixli 717 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında