QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun tətbiqi və “Diplomatik xidmət haqqında” Azərbaycan…

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 19 Jun 2026

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı maddələrində, 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 28.1.10-cu və 28.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 22.1-ci maddəsinin birinci cümləsində (birinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 28.1.10-cu maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Qanunun 12.1-ci, 12.2-1–12.2-3-cü, 12.2-6-cı və 28.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 416-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 123) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddən ", 10.7-ci" sözləri çıxarılsın və həmin bəndə "12.3-cü" sözlərindən əvvəl "12.2-1–12.2-3-cü, 12.2-6-cı," sözləri, "22.1-ci maddəsinin birinci cümləsində" sözlərindən sonra "(hər iki halda)" sözləri, "28.1.4-cü," sözlərindən sonra "28.1.10-cu, 28.3-cü," sözləri əlavə edilsin;

3.2. 1.2-ci bəndə "(ikinci halda) maddələrində," sözlərindən sonra "22.1-ci maddəsinin birinci cümləsində (birinci halda)," sözləri əlavə edilsin;

3.3. 1.3-cü bənddə "və 25.4-cü" sözləri ", 25.4-cü və 28.1.10-cu" sözləri ilə əvəz edilsin;

3.4. 1.5-ci bənddən ", 10.7-ci" sözləri çıxarılsın və həmin bəndə "12.3-cü" sözlərindən əvvəl "12.2-1–12.2-3-cü, 12.2-6-cı," sözləri, "22.1-ci maddəsinin birinci cümləsində" sözlərindən sonra "(ikinci halda)" sözləri, "28.1.4-cü," sözlərindən sonra "28.3-cü," sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2026-cı il

Əvvəlki yenilik
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu