“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 19 Jun 2026
XülasəAI
Diplomatik xidmət haqqında Qanunda əsas dəyişikliklər diplomatik əməkdaşların maaş və müavinətlərinin hesablanması sistemini yenidən təşkil edir: pul mükafatı ləğv edilmiş, vəzifə maaşı, rütbə və təmsilçilik əlavələri ayrıca sadalanmış, xarici nümayəndəliklərdə çalışan əməkdaşlar üçün yeni müavinət və kompensasiya sistemi (nəqliyyat, məişət, təhsil, tibbi xidmət, yerləşmə müavinəti) tətbiq edilmişdir. Pensiya yaşına çatıb xidmətdən ayrılan əməkdaşlar son 24 ay və ya istənilən 60 aylıq dövrün orta maaşının 6 misli məbləğində birdəfəlik haqq alacaqlar, bu məbləğdən vergi tutulmayacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulan vəzifə maaşına əlavələrdən ibarətdir.12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir:
12.1.1. aylıq vəzifə maaşı;
12.1.2. diplomatik rütbəyə görə əlavə haqq;
12.1.3. təmsilçiliyə görə əlavə haqq;
12.1.4. xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;
12.1.5. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).
12.2
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələraylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
12.2-1
Yeni maddə
12.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və bu Qanunun 12.1.4-cü maddəsində müəyyən edilən əlavə haqq bu Qanuna və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4-cü maddəsində təsbit edilmiş şərtlərə uyğun müəyyən edilir.
12.2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilməyən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən asılı olaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.
12.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən və diplomatik xidmət əməkdaşının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.4-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.
12.2-4. Diplomatik xidmət orqanı əməkdaşına dövlət büdcəsindən ödənilən dövlət məvacibi yalnız bu Qanunla müəyyən edilir.
12.2-5. Bu Qanunun 12.1.5-ci maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 (əlli) faizi məbləğində tətbiq edilir.
12.2-6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul həyata keçirilənədək diplomatik vəzifədə müvəqqəti işləyən işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin diplomatik vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 (əlli) faizi məbləğində müəyyən edilir.
12.3
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən inzibati-texniki xidmət əməkdaşlarının dövlət məvacibi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdirmüəyyən edilir.
Maddə 13
13.14
Diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə diplomatik xidmət orqanlarında xidmətinə xitam verildikdə, ona qanuna uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 (altı) misli məbləğində birdəfəlik haqq verilir.13.14. Diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 (altı) misli miqdarında birdəfəlik haqq verilir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.
13.14-1
Yeni maddə
13.14-1. Diplomatik xidmətə bu Qanunun 30.1.14-cü maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 (dörd) misli miqdarında müavinət ödənilir.
13.14-2
Yeni maddə
13.14-2. Diplomatik xidmətə bu Qanunun 30.1.3-1-ci maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 (üç) misli miqdarında müavinət ödənilir. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 (altmış) təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər.
Maddə 22
22.1
BuMüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu Qanunun 14.2.1.3-cü maddəsində nəzərdə tutulan vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı 6 (altı) ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi bu Qanun nəzərə alınmaqla "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 28
28.1.4
Durğu işarəsi düzəlişi: «.» → «;»
28.1.5
Yeni maddə
28.1.5. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi işburaxma dövrü;
28.3
Yeni maddə
28.3. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hesablanır.
28.1.6
Yeni maddə
28.1.6. diplomatik vəzifənin və orta əməkhaqqının saxlanılması şərtilə diplomatik xidmətdən ayrılma dövrü;
28.1.7
Yeni maddə
28.1.7. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
28.1.8
Yeni maddə
28.1.8. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövrü;
28.1.9
Yeni maddə
28.1.9. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl diplomatik vəzifədə xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən diplomatik vəzifəyə təyin edilmiş diplomatik xidmət əməkdaşının müddətli həqiqi hərbi xidmətdə olduğu dövr;
28.1.10
Yeni maddə
28.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmək şərtilə beynəlxalq təşkilatın orqanında iş dövrü;
28.1.11
Yeni maddə
28.1.11. dövlət orqanının rəhbəri və rəhbərinin müavini vəzifələrində qulluq (xidmət) illəri.