Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164 (Cild I); 2024, № 1, maddə 127, № 2, maddə 244, № 4, maddə 465, № 7, maddələr 891, 903, № 9, maddələr 1045, 1106, № 10, maddələr 1165, 1178, № 11, maddə 1257, № 12 (I kitab), maddələr 1319, 1324; 2025, № 2, maddə 187, № 3, maddələr 266, 268, № 5, maddə 512, № 9, maddələr 845, 868, № 10, maddə 971, № 12 (II kitab), maddə 1261; 2026, № 1, maddə 80, № 2, maddə 178, № 4, maddə 383; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 may tarixli 127 nömrəli, 12 may tarixli 141 nömrəli və 15 iyul tarixli 216 nömrəli qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə aşağıdakı məzmunda yeni qrup əlavə edilsin:
"QRUP 99 XÜSUSİ MƏQSƏDLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULAN MALLAR"
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 iyul 2026
Sənəd nömrəsi
№221