QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №220·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 20 iyul 2026

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 823 (Cild I); 2024, № 1, maddə 77, № 9, maddə 1106; 2025, № 3, maddə 293; 2026, № 1, maddə 79) ilə təsdiq edilmiş "Gömrük yığımlarının məbləğləri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bəndə "gömrük yığımları" sözlərindən sonra "(bu Sənədin 2.1-1-ci bəndində nəzərdə tutulan gömrük yığımları istisna olmaqla)" sözləri əlavə edilsin;

1.2. 2.1-ci bənddə "Malların" sözü "Bu Sənədin 2.1-1-ci bəndi nəzərə alınmaqla, malların" sözləri ilə əvəz edilsin;

1.3. аşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. Bu Sənədin 2.1-ci bəndi ilə müəyyən olunmuş gömrük yığımlarına əlavə olaraq, aşağıdakı malların sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə gömrük yığımları alınır: 2.1-1.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində təsnifləşdirilən "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın 1 tonu üçün - 150 manat; 2.1-1.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7005 10 050 0, 7005 10 250 0, 7005 10 300 0, 7005 10 800 0, 7005 21 250 0, 7005 21 300 0, 7005 21 800 0,

7005 29 250 0, 7005 29 350 0, 7005 29 800 0 alt yarımmövqelərində təsnifləşdirilən armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün - 100 manat.".

2. Bu Qərar 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 iyul 2026

Sənəd nömrəsi

№220

Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Növbəti yenilik
“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 589 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında