1. "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).
3. Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
4. Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
5. "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 372, (Cild I); 2025, № 9, maddə 858 ) ləğv edilsin.