Dövlət rüsumu haqqında Qanunda dəyişikliklər icra prosesində axtarış xərclərinin ödənilməsi qaydalarını aydınlaşdırır və dövlət rüsumundan azadolma hallarının siyahısını genişləndirir. Əlillik, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, mediasiya prosesi keçən tərəflər və elektron məhkəmə vasitəsilə ilk dəfə müraciət edən fiziki şəxslər dövlət rüsumundan tam və ya qismən azad olunurlar. Dəyişikliklər 2026-cı ilin yanvarından qüvvəyə minir.
"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.;2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9.1.20-1. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə – məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər