a alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 63 (Cild I); 2024, № 3, maddə 358, № 9, maddə 1106; 2025, № 4 (II kitab), maddə 421; № 9, maddə 858) ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə əlavə – "Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri"nin 2.1-ci bəndinə aşağıdakı məzmunda 2.1.634–2.1.636-cı yarımbəndlər əlavə edilsin:
2.1.634.
95.48. Eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması – 1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting),konsultasiya daxil) *TS daxildir 300 2.1.635.
95.49. Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun (minimum 5 (beş) il müddətində istifadə edilmiş olması şərtilə) bir üst modeli ilə əvəzləşdirilməsi (konsultasiya daxil) *TS daxildir 15500 2.1.636.
Tətbiq edilmir Eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear protez cihazı istifadəçisinin hazırda istifadə etdiyi səs (nitq) prosessorunun istifadəyə yararsız olduğu təqdirdə eyni model səs (nitq) prosessoru ilə (komplektləşdiricilər xaric) əvəzləşdirilməsi (konsultasiya daxil), (istehsalçı tərəfindən zəmanət şərtlərində nəzərdə tutulmadığı hallarda, minimum 1 (bir) il müddətində istifadə edilmiş olması şərtilə) *TS daxildir 5500