1.1. 2.1-ci, 2.5-ci bəndlərdə və 2.2.7-ci yarımbənddə "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi" sözləri "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu" sözləri ilə əvəz edilsin;
1.2. 4.3-cü bənddə "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" 1992-ci il 23 noyabr tarixli 631" sözləri "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları"nın təsdiq edilməsi haqqında" 2007-ci il 27 avqust tarixli 135" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 223; 2025, № 6, maddə 592) ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri"nin 2.3-cü bəndində "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci" sözləri "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları"nın 2-2-ci" sözləri ilə əvəz edilsin.
3. Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.