a alır:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta" Elmi İstehsalat Birliyi, "Aşqar" Elmi İstehsalat Birliyi və "Kompozit" Elmi İstehsalat Birliyi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi "Nafta" Elmi İstehsalat Birliyinin, "Aşqar" Elmi İstehsalat Birliyinin və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etsinlər.