Bu Fərman kənd təsərrüfatı torpaqlarda quraşdırılan müvəqqəti tikililər haqqında məlumatlandırma qaydalarını təsdiq edir və şəhərsalma-tikinti fəaliyyətinin vahid informasiya sisteminin Əsasnaməsində dəyişikliklər edir. Dəyişikliklər məlumatlandırma mexanizmi sahəsində sifarişçi tərəfindən Azərbaycan Respublikasının müvafiq orqanlarına verilməli olan məlumatları tənzimləyir. Fərman 2025-ci il dekabr ayında qəbul edilib və müvəqqəti tikililər üzrə məlumat mübadiləsini standartlaşdırır.
6.3.6. məlumatlandırma mexanizmi sahəsində: 6.3.6.1. sifarişçi tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvəqqəti tikililər (bundan sonra – müvəqqəti tikililər) barədə məlumatlandırılan orqana məlumatların və sənədlərin təqdim edilməsi; 6.3.6.2. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə müvafiq məlumatların və sənədlərin elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi; 6.3.6.3. Tikintilərin Dövlət reyestrində müvəqqəti tikililər barədə məlumatlar və sənədlər təhlil edildikdən sonra sənədlər tam olduğu halda müvəqqəti tikililərə dair məlumatların reyestrdə uçota alınması və bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilməsi, sənədlər tam olmadığı halda isə onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatlandırılan orqana və sifarişçiyə məlumat göndərilməsi; 6.3.6.4. məlumatlandırılan orqan tərəfindən müvəqqəti tikili barədə məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsi; 6.3.6.5. məlumatlandırılan orqanı məlumatlandırmaqla, sifarişçi tərəfindən müvəqqəti tikilinin sökülməsi barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi