1. Qısa xülasə Azərbaycan Respublikasında Etibarlı Tərəfdaş Konsepsiyası (bundan sonra — Konsepsiya) gömrük—biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Sahibkarlıq sahəsində aparılan islahatlar idarəetmə proseslərində biznes subyektlərinin iştirakının təmin edilməsinə, yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə, daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, "Made in Azerbaijan" brendinin beynəlxalq ticarət platformalarında təşviqinə dəstək mexanizminin qurulmasına, milli daşıyıcıların qlobal statusa malik şirkətlər üçün müraciət subyektlərinə çevrilməsinə, biznes palatalarına dəstək və iqtisadiyyatın diversifikasiyası prosesinə şərait yaratmışdır. Son zamanlar dünya miqyasında gömrük—biznes əməkdaşlığında etibarlı tərəfdaşlıq modelinin formalaşdırılması xarici ticarət fəaliyyətində biznes subyektlərinə iqtisadi üstünlüklər qazandırmaqla yanaşı, ticarət-təchizat zəncirində gömrük əməliyyatlarının sadələşdirilməsinə və optimallaşdırılmasına da imkan yaratmışdır. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrük xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq modelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən milli konsepsiyanın hazırlanması zərurəti yaranmışdır. Normativ hüquqi aktların tələbləri çərçivəsində idxal-ixrac və tranzit əməliyyatlarını həyata keçirən biznes subyektlərinin beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin artırılması, eyni zamanda ixracın təşviqi və "Yaşıl iqtisadiyyat"ın inkişafı naminə Konsepsiyanın qəbulu ölkəmizin qlobal mövqeyinə müsbət təsir göstərəcəkdir. Bu məqsədlə hazırlanmış Konsepsiyada, ilk növbədə, ölkədə gömrük—biznes əməkdaşlığında mövcud vəziyyət təhlil olunur, daha sonra əldə edilən nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olunması nəzərdə tutulur. Etibarlı tərəfdaşlıq normativ hüquqi aktların tələblərinə riayət edən və dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən gömrük—biznes münasibətlərində etimad qazanmış iqtisadi subyektlər üçün xarici ticarət sahəsində idarəetmənin optimallaşdırılmasına şərait yaradacaq, "özünüqiymətləndirmə" institutunun inkişafına, yəni biznes öhdəliklərinin və biznes dəyərlərinin qarşılıqlı təhlilinə təkan verməklə, iqtisadi səmərəliliyin yüksəldilməsinə müsbət təsir göstərəcəkdir. Konsepsiyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maraqlarının qorunması, onların gəlir sahələrinin artırılması və ticarətin asanlaşdırılmasında gömrük xidmətlərinin modernləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.
Konsepsiya, biznes subyektlərinin gözləntiləri, ehtiyacları və tələbləri nəzərə alınmaqla, dövlət orqanları (qurumları) tərəfindən etibarlı tərəfdaşlığa dair tədbirlər planının müəyyən edilməsinə imkan verəcəkdir. Konsepsiya etibarlı tərəfdaşlara münasibətdə gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, etibarlı tərəfdaşlıq üzrə mütəxəssislərin formalaşdırılmasına kömək göstərilməsi, maarifləndirmə işinin aparılması kimi tədbirləri əhatə edəcəkdir. Bu mexanizmin tətbiqi gömrük prosedurlarının sadələşdirilməsi üzrə öhdəliklərin icrasını təmin etməklə yanaşı, etibarlı tərəfdaşlar üçün yeni imkanlar yaradan əlverişli mühit formalaşdıracaqdır. Buna müvafiq olaraq, risklərin etibarlı idarə edilməsini təmin edən gömrük nəzarətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılacaqdır.
2. Qlobal trendlər "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" 1974-cü il 25 sentyabr tarixli Beynəlxalq Konvensiyanın (dəyişdirilmiş redaksiyada 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmişdir) Baş Əlavəsinin Ifəslinin 1.3-cü standartından irəli gələrək, gömrük xidməti biznes subyektləri ilə əməkdaşlığın inkişafı üçün milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun effektiv iş metodlarının tətbiqində ticarət iştirakçıları ilə konsultativ xarakterli rəsmi münasibətlər yaradır. Həmçinin, üzv dövlətlərdən qeyd edilən münasibətlərin qurulmasını və saxlanılmasını təmin edən səmərəli vasitələrin müəyyən olunmasını tələb edir. Bu vasitələrdən ən səmərəlisi və beynəlxalq təcrübədə daha çox tətbiq ediləni etibarlı tərəfdaşlıqdır. Gömrük prosedurları və gömrük əməliyyatlarının tətbiqi mexanizmlərinə, o cümlədən Ümumdünya Gömrük Təşkilatının (bundan sonra — ÜGT) tövsiyələrinə uyğun olaraq, gömrük sisteminin qlobal çağırışlara dəyişikliklər vasitəsilə uyğunlaşdırılması milli sferada təkmilləşmələrə imkan yaradır. ÜGT-nin "Gömrük 21-ci əsrdə: Ticarətin sadələşdirilməsi və sərhədlərin təhlükəsizliyi vasitəsilə artım və inkişafın gücləndirilməsi" (Doc. SC0090Ea) sənədinə əsasən, gömrük—biznes əməkdaşlığı müasir gömrük orqanlarının fundamental fəaliyyət istiqamətlərindən biridir. Gömrük—biznes əməkdaşlığı həmçinin ÜGT-nin "Qlobal ticarətin sadələşdirilməsi və təhlükəsizliyinin təmin olunması üzrə Təhlükəsiz Çərçivə Standartları"nın ikinci sütunu olmaqla, ticarətin asanlaşdırılması və rəsmiyyətin sadələşdirilməsi ilə bağlı yeni normativ hüquqi çərçivənin müəyyən olunmasını zəruri edir. Davamlı gömrük—biznes tərəfdaşlığının zəruriliyini və əhəmiyyətini nəzərə alaraq, ÜGT-yə üzv dövlətlərə biznes subyektləri ilə mütəmadi məsləhətləşmə prosesinin və möhkəm tərəfdaşlıq modelinin formalaşdırılmasında kömək məqsədilə "Gömrük—Biznes Tərəfdaşlığına dair Təlimat" hazırlanmışdır. Bu sənəd gömrük orqanlarına tərəfdaşlıq modellərinin yaradılması, prosesin başladılması və fasiləsiz təkmilləşdirmə yolu ilə tərəfdaşlığın inkişaf etdirilməsi barədə istiqamətlər təqdim edir. Etibarlı tərəfdaşlara münasibətdə fiziki gömrük yoxlamalarının minimuma endirilməsi, risk idarəetməsinə və gömrük auditinə əsaslanan gömrük nəzarətinin və rəsmiləşdirilməsinin daha çevik və şəffaf şəkildə həyata keçirilməsi qlobal ticarətdən irəli gələn yeni tendensiyalar əsasında labüddür. Bu sahədə Yaponiya, Koreya Respublikası, Çin Xalq Respublikası və Gürcüstan gömrük—biznes əməkdaşlığı çərçivəsində yeni tendensiyaların tətbiqinə münasibətdə xüsusi çəkiyə malikdirlər. Xüsusilə bu sahədə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ yaradan modellərin səlahiyyətli iqtisadi operator statusuna inteqrasiyası və səlahiyyətli iqtisadi operator institutunun inkişafı uğurlu təcrübə kimi qeyd oluna bilər. Bu təcrübənin Azərbaycan Respublikasında
tətbiqi, yəni səlahiyyətli iqtisadi operatora inteqrasiya "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş biznes subyektləri üçün daha geniş iqtisadi imkanlar və beynəlxalq bazara çıxış imkanı yaradacaqdır. Səlahiyyətli iqtisadi operatorlar beynəlxalq müqavilələr vasitəsilə təkcə ölkə hüdudları çərçivəsində deyil, ticarət-təchizat zənciri boyu gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə etmək imkanına malik olacaqlar. Eyni zamanda, beynəlxalq təcrübə nəzərə alınmaqla, mal kateqoriyalarına əsaslanan gömrük anbarı uçot sisteminin formalaşdırılması, həyata keçirilən əməliyyatların dairəsinin genişləndirilməsi, eləcə də aidiyyəti dövlət orqanları ilə məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi biznes subyektlərinin bu sahəyə marağının daha da artmasına təkan verəcək və gəlirlərinin artımı ilə nəticələnəcəkdir. Türkiyə Respublikasında və Estoniya Respublikasında gömrük təmsilçiliyi ilə bağlı mövcud tənzimləmələr əsasında normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə gömrük təmsilçiliyi hüququnun əldə edilməsi prosesinin sadələşdirilməsi, eyni zamanda bu statusun saxlanılmasının məsuliyyətli davranış nəticəsində mümkünlüyü ön plana çəkiləcəkdir. Biznes dürüstlüyü prinsipinin təşviqi, dövlət orqanları (qurumları) ilə dürüstlüyə əsaslanan dialoqun inkişafı, biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi, bununla da müasir beynəlxalq tendensiyalara uyğun olaraq dövlət orqanlarına (qurumlarına) normativ hüquqi aktların təkmilləşdirilməsi prosesinin aparılmasına şərait yaradılması xarici ticarət iştirakçılarının dinamik inkişafına töhfə verir. Qeyd olunan meyarların tətbiqi ticarətin asanlaşdırılması ilə bağlı beynəlxalq reytinqlərdə üstün mövqe qazanılmasına imkan yaradacaqdır.
3. Mövcud vəziyyətin təhlili Müstəqillik illərində bir neçə sosial-iqtisadi inkişaf proqramları qəbul edilərək uğurla icra olunmuş, nəticədə idxal-ixrac əməliyyatlarının əhatə dairəsi genişlənmiş, iqtisadiyyatın inkişaf dinamikası artan templə irəliləmiş, adambaşına düşən ümumi daxili məhsulun pay həcmi artmışdır. Bu siyasətin məntiqi davamı olaraq, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022—2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində yeni qlobal trendlərə uyğunlaşmaq məqsədilə ciddi addımlar atılmışdır. 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpa edilməsi yeni geosiyasi reallıqların formalaşmasına səbəb olmuş, Şimal—Cənub və Şərq—Qərb marşrutları üzrə yeni imkanların və təhlükəsiz dəhlizlərin yaranması iqtisadi inkişafa mühüm töhfə vermişdir. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı və milli maraqlar naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. Həmin ərazilərin rezidentlərinə Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulan müvafiq azadolmalardan istifadə hüququnun verilməsi, xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiq olunacağı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi biznes subyektləri üçün səmərəli şərait yaradılmasına xidmət edir.
Gömrük qanunvericiliyində beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xarici ticarətin iştirakçıları ilə və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq gömrük orqanlarının vəzifəsidir və bu vəzifənin icrası çərçivəsində gömrük orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Buna baxmayaraq, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun yeni normativ hüquqi aktların hazırlanması məqsədilə biznes subyektləri ilə birgə fəaliyyət proqramının hazırlanması zəruridir. ÜGT-nin strateji planına əsasən özəl sektorla əməkdaşlıq gömrük orqanlarına hansı sahədə islahatlar aparılmasının zəruri olduğunu müəyyənləşdirməyə və resursları müvafiq istiqamətlərdə səmərəli istifadəyə kömək edir. Tərəfdaşlığın əsas elementlərindən biri isə beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçılarında normativ hüquqi aktların tələblərinə könüllü riayət etmə mədəniyyətinin təşviqi məqsədilə təlimlər keçirilməsi və zəruri texniki dəstək göstərilməsidir. Gömrük—biznes əməkdaşlığı həmçinin məlumatların əvvəlcədən ötürülməsinin təmin edilməsini və bununla da risklərin daha səmərəli qiymətləndirilməsi yolu ilə malların və nəqliyyat vasitələrinin keçidinin asanlaşdırılmasını, eləcə də gömrük işi sahəsində hüquqpozmaların qarşısının alınmasını təmin edir. Gömrük—biznes əməkdaşlığı çərçivəsində dürüstlüyün təmin edilməsinin fundamental elementi dövlət orqanları (qurumları) tərəfindən biznes subyektləri ilə açıq, qərəzsiz və məhsuldar əməkdaşlığın qurulmasıdır. Biznes dürüstlüyünün digər elementi biznes subyektləri üçün aydın və peşəkar davranış normalarını müəyyən edən etik davranış qaydalarının hazırlanmasıdır. Beynəlxalq ticarət-təchizat zəncirinin iştirakçıları üçün müvafiq üstünlüklərin verilməsi həm biznes subyektləri, həm də gömrük orqanları üçün faydalıdır. Bu üstünlüklər malların buraxılışını asanlaşdırır, gömrük qanunvericiliyinə könüllü riayət etmə mədəniyyətini təşviq edir və resurslardan daha səmərəli istifadəyə imkan yaradır, həmçinin dövlət, biznes subyektləri və digər dövlətlər arasında etibarlı tərəfdaşlığı inkişaf etdirərək, beynəlxalq ticarət çərçivəsində müasir əməkdaşlıq konsepsiyasına keçidi təşviq edir. "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadənin tətbiqi nəticəsi və səlahiyyətli iqtisadi operator statusuna inteqrasiya: malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur—vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasını təmin etmək məqsədilə "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 4 mart tarixli 1853 nömrəli, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamlarına və digər hüquqi aktlara uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədilə "Yaşıl dəhliz", eləcə də beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılmasının təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər icra olunmuşdur. Həmçinin, "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Beynəlxalq təcrübəyə uyğun normativ hüquqi bazanın formalaşdırılması xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsinə imkan yaratmış və gömrük rəsmiləşdirilməsi sadələşdirilmişdir. Mövcud təcrübədə "Yaşıl dəhliz" buraxılış sisteminin məqsədi xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin səmərəliliyini artırmaq, qanunlara könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur—sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Qeyd edilən sistemin illər üzrə inkişaf dinamikasına nəzər yetirdikdə, sistemdən istifadənin azaldığı müşahidə olunur. Təqdim edilən sadələşdirmə prosedurlarının həcminin məhdud olması, risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq "Yaşıl dəhliz" buraxılış sisteminə yönləndirilmiş ixracatçı və idxalatçıların "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş şəxslərlə oxşar üstünlüklərə malik olması, sistemin öz daxilində qiymətləndirmə, o cümlədən hüquqpozmaların və bu sistemdən istifadə hüququnu məhdudlaşdırmağa imkan verən digər halların aşkar edilməsi üçün yoxlama mexanizminin olmaması adıçəkilən sistemin səmərəliliyinin azalmasına səbəb olmaqla, gələcək perspektivdə rəqabətədavamlı bazar mühiti üçün proqnozlaşdırılan gömrük—biznes əməkdaşlığına biznes subyektlərinin marağının azalmasına gətirib çıxarır. Ticarətin qloballaşdırılması və iqtisadiyyatın diversifikasiyası üçün həyata keçirilən silsilə tədbirlərin məntiqi nəticəsi sistemin beynəlxalq ticarət qaydalarına uyğunlaşdırılmasını tələb edir. Eyni zamanda, yuxarıda adıçəkilən sistem üzrə güzəştlərin səlahiyyətli iqtisadi operator statusu çərçivəsində verilən güzəştlərlə eynilik təşkil etməsi, lakin beynəlxalq arenada tanınan statusunun olmaması onu milli səviyyədə ekosistemin qapalı institutuna çevirmişdir. Beynəlxalq təcrübə göstərir ki, gömrük orqanları tərəfindən beynəlxalq ticarəttəchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi üçün harmonikləşdirilmiş normativ hüquqi aktlar, risklərin təhlili və gömrük, vergi, digər dövlət orqanlarının (qurumlarının), eləcə də özəl tərəfdaşların birgə səyi ilə səlahiyyətli iqtisadi operator institutunun inkişaf etdirilməsinə ehtiyac vardır. Həmçinin, "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" 1974-cü il 25 sentyabr tarixli Beynəlxalq Konvensiyada (dəyişdirilmiş redaksiyada 1999-cu il iyunun 26-da Brüssel şəhərində qəbul edilmişdir) səlahiyyət verilmiş şəxs konsepsiyası əsasında qurulmuş səlahiyyətli iqtisadi operator institutu beynəlxalq norma və standartlara uyğun biznes subyektlərinə müvafiq güzəşt və üstünlüklərin verilməsini nəzərdə tutur. Anbar sisteminin cari vəziyyəti: malların istehsal prosesi ilə yanaşı, istehlakçıya çatdırılması ticarət zəncirinin əsas komponentidir və malların istehlakçıya çatdırılarkən anbarlarda saxlanılması anbar şəbəkəsinin genişləndirilməsinin hərəkətverici qüvvəsidir. Ölkəmizin mühüm nəqliyyat qovşaqlarında yerləşməsi, tranzit potensialının güclənməsi və artan istehsal həcmi anbar sisteminin təkmilləşdirilməsini labüd edir.
2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258,0 min ton, yük dövriyyəsi isə 13198,3 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4 faiz və 2,5 faiz artım müşahidə edilmişdir. Şərq—Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16982,4 min ton, o cümlədən Avropa—Qafqaz—Asiya nəqliyyat dəhlizi ilə 8322,3 min ton, Şimal—Cənub nəqliyyat dəhlizi ilə 9896,5 min ton, Şimal—Qərb nəqliyyat dəhlizi ilə 5984,9 min ton, Cənub—Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 394,2 min ton təşkil etmişdir. Yüklərin 15277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil etmişdir. Həyata keçirilən idxal-ixrac və tranzit əməliyyatlarının artım dinamikası malların gömrük nəzarəti altında anbarlarda saxlanılması məsələsinin aktuallığını artırmışdır. Anbarlarda malların saxlanması ilə yanaşı, emal və satış əməliyyatlarının həyata keçirilməsi qlobal çağırışlardan irəli gəlir. Hazırda Azərbaycan Respublikasında gömrük anbar sistemi ilə bağlı normativ hüquqi baza mövcuddur, müxtəlif növ anbarlar fəaliyyət göstərir. Lakin sistemin tam potensialını reallaşdırmaq və nəzarət mexanizmlərini inkişaf etdirmək vacibdir. Mövcud anbar sisteminin təkmilləşdirilməsi gömrük orqanları ilə münasibətdə etibarlı tərəfdaşlığın formalaşmasına müsbət təsir edəcəkdir. Təmsilçilik institutunun cari vəziyyəti: hazırda təcrübədə gömrük təmsilçiliyi institutu əsasən gömrük bəyannamələrinin tərtibi ilə məhdudlaşır, ancaq beynəlxalq qanunvericilikdə gömrük əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı kifayət qədər geniş imkanlar mövcuddur. Beynəlxalq təcrübədə gömrük təmsilçisi qismində fəaliyyət göstərən şəxslər gömrük bəyannamələrinin və digər məlumatların gömrük orqanlarına təqdim edilməsi ilə yanaşı, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərin hazırlanması (icazə və lisenziyaların alınması), malların uçotu, rəsmiləşdirmə prosesində aidiyyəti dövlət orqanları ilə əlaqələr qurulması, gömrük ödənişlərinin ödənilməsi və qaytarılması, mübahisələrin həllində vasitəçilik, konsultasiya xidmətləri göstərilməsi, eləcə də gömrük rəsmiləşdirilməsindən sonrakı audit üzrə xidmətlər göstərirlər. Həmçinin, təmsilçilik fəaliyyətinin göstərilməsi üçün bəzi standartlara, xüsusilə gömrük və digər əlaqəli normativ hüquqi aktlar üzrə, ticarətlə əlaqəli daşınma və maliyyə məsələləri üzrə biliklərə, maliyyə imkanlarına, elektron sistemə, məlumatları elektron ötürmək bacarığına, minimum təhsil səviyyəsinə, iş təcrübəsinə və təlim saatlarına malik olmalıdırlar. Cari vəziyyətdə təmsilçilik fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşmələrin aparılması gömrük təmsilçilərinin etibarlı tərəfdaş qismində tanınmasını zəruri edir.
4. Konsepsiyanın hədəf göstəriciləri 4.1. Konsepsiyanın icrası nəticəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:
4.1.1. "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun səlahiyyətli iqtisadi operator statusu ilə əhatələnməsi və səlahiyyətli iqtisadi operatorların dairəsinin genişləndirilməsi;
4.1.2. gömrük anbarının və gömrük təmsilçiliyinin qlobal çağırışlara uyğunlaşdırılması;
4.1.3. biznes subyektlərinin inkişafı üçün münbit şərait və etibarlı ticarət mühiti yaradılması;
4.1.4. gömrük orqanları tərəfindən biznes subyektlərinə təqdim edilən sadələşdirmə mexanizmlərinin artırılması;
4.1.5. müvafiq dövlət orqanlarının (qurumlarının) etibarlı tərəfdaş sisteminin qurulmasına aktiv cəlb edilməsi;
4.1.6. "dövlət—sahibkar—istehlakçı" zəncirinin işləmə mexanizminin əlverişli və sadələşdirilmiş səviyyəyə çatdırılması;
4.1.7. gömrük—biznes əməkdaşlığında beynəlxalq standartların tətbiqi ilə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması;
4.1.8. biznes dürüstlüyü prinsipinin təşviqi və biznes subyektləri tərəfindən özünüqiymətləndirmə imkanının genişləndirilməsi;
4.1.9. ticarət-təchizat zənciri boyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
4.1.10. gömrük işi sahəsində qərarların qəbul edilməsi prosesində rəqəmsallaşma və rəqəmsal gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində "Yaşıl texnologiyalar"dan istifadə edilməsi.
5. Konsepsiyanın məqsədləri
5.1. Konsepsiya dövlət və biznes maraqları nəzərə alınmaqla, aşağıdakı məqsədlərə nail olunmasına xidmət edir:
5.1.1. dövlət nöqteyi-nəzərindən:
5.1.1.1. təhlükəsiz və sadələşdirilmiş ticarətin təşviq edilməsi;
5.1.1.2. transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi;
5.1.1.3. iqtisadiyyatın diversifikasiyasının təmin edilməsi;
5.1.1.4. dövlətin sosial-iqtisadi siyasətinə xidmət edilməsi;
5.1.1.5. səmərəli gömrük—biznes dialoqunun qurulması;
5.1.2. biznes nöqteyi-nəzərindən:
5.1.2.1. gömrük—biznes dialoqunun inkişaf etdirilməsi;
5.1.2.2. gömrük nəzarətinin sadələşdirilmiş formalarından istifadə edilməsi;
5.1.2.3. idxal, ixrac və tranzit əməliyyatları üzrə "özünüqiymətləndirmə" prinsipinin tətbiqi, gəlirlərin artması və biznesin düzgün proqnozlaşdırılması;
5.1.2.4. dövlət dəstək mexanizminin gücləndirilməsi.
5.2. Qarşılıqlı münasibətlər müstəvisində dayanıqlı əməkdaşlığın qanuni əsaslarla qurulması üçün biznes subyektləri ilə birgə fəaliyyət proqramı olan Konsepsiya mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğun yeni normativ hüquqi aktların hazırlanmasına münbit şərait yaradacaqdır. ÜGT-nin müəyyən etdiyi strateji hədəflərə və standartlara uyğun biznes yönümlü islahatların həyata keçirilməsi, normativ hüquqi aktların dünya ticarət sistemində tətbiq edilən təcrübəyə uyğunlaşdırılması, nəticə olaraq yerli şirkətlərin və bütövlükdə ölkə iqtisadiyyatının inkişafına yeni imkanlar açacaqdır. Büdcə vəsaitinin formalaşması sahəsində fiskal intizamın təmin edilməsinə, vəsaitin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına zəmin yaranacaq, gömrük ödənişlərindən yayınma riskləri üzrə çevik qiymətləndirmə aparılacaqdır.
6. Konsepsiyanın prioritet istiqamətləri
6.1. Konsepsiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:
6.1.1. etibarlı tərəfdaşlığın inkişaf etdirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və beynəlxalq səviyyədə sadələşdirmə tədbirlərinin etibarlı tərəfdaşlara tətbiqi mexanizmlərinin hazırlanması:
6.1.1.1. əsaslandırma: etibarlı tərəfdaşlığın inkişafı məqsədilə səlahiyyətli iqtisadi operator statusuna dair normativ hüquqi aktların təkmilləşdirilməsi, sadələşdirmə mexanizmlərinin genişləndirilməsi, anbar sisteminin və infrastrukturunun inkişaf etdirilməsi, təmsilçilik institutunun beynəlxalq təcrübəyə uyğunlaşdırılması həyata keçiriləcəkdir. ÜGT-nin norma və standartlarının, həmçinin mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində etibarlı tərəfdaşlara münasibətdə sadələşdirmə tədbirlərinin sferası genişləndiriləcək, səlahiyyətli iqtisadi operatorların transsərhəd əməliyyatlarında prioritetliyin təmin edilməsi məqsədilə qarşılıqlı tanınma müqavilələrinin imzalanması ölkəmizin ticarət potensialının artım dinamikasına təsir edəcəkdir;
6.1.1.2. görüləcək tədbirlər:
6.1.1.2.1. səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizminin formalaşdırılması;
6.1.1.2.2. gömrük anbarı sisteminin inkişaf etdirilməsi;
6.1.1.2.3. gömrük təmsilçiliyi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi;
6.1.1.2.4. xarici ölkələrlə səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması;
6.1.1.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.1.3.1. səlahiyyətli iqtisadi operator statusunun əhatə dairəsinin genişləndirilməsi və xidmət göstərilməsi sahəsində onlara üstünlük verilməsi;
6.1.1.3.2. gömrük anbarından istifadə hüququnun əldə edilməsi, anbarların quruluşu və monitorinqinə dair tələblərin təkmilləşdirilməsi və sahibkarlıq subyektləri tərəfindən gömrük anbarında müxtəlif əməliyyatlar aparılmasına imkan verən mexanizmin qurulması;
6.1.1.3.3. gömrük təmsilçiliyi hüququnun əldə edilməsi şərtlərinin müəyyənləşdirilməsi və bu sahədə nəzarət mexanizmlərinin tətbiqinə dair təhlillər aparılması, gömrük təmsilçiliyi üzrə təlim-tədris metodlarının hazırlanması və maarifləndirmə işinin görülməsi;
6.1.1.3.4. beynəlxalq və ikitərəfli platformalarda səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması ilə əlaqədar hökumətlərarası razılaşmaların həyata keçirilməsi;
6.1.1.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.1.4.1. səlahiyyətli iqtisadi operator, gömrük anbarı və gömrük təmsilçiliyi institutlarının mövcud reallıqlara və beynəlxalq təcrübəyə uyğunlaşdırılmaması bu sahələrin inkişafına maneə ola bilər. Bu riski neytrallaşdırmaq üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi həyata keçiriləcəkdir;
6.1.1.4.2. səlahiyyətli iqtisadi operatorların beynəlxalq səviyyəli statusunun olmasına baxmayaraq, qarşılıqlı tanınma olmadığından sadələşdirmə mexanizmlərindən istifadə edə bilməmələrinə və nəticə etibarilə bu statusun əldə edilməsinə marağın azalmasına səbəb olur. Bu riskin neytrallaşdırılması məqsədilə mütəmadi olaraq qarşılıqlı tanınma sazişləri üzrə iş aparılacaqdır;
6.1.2. etibarlı tərəfdaşların gömrük ödənişlərinin hissə-hissə ödənilməsi prosesinin və müddətinin formalaşdırılması, mikro və kiçik sahibkarların likvidlik imkanlarının artırılması:
6.1.2.1. əsaslandırma: etibarlı tərəfdaşlar üçün gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən şəffaf sistemin qurulması, bununla bağlı normativ hüquqi aktların, həmçinin gömrük dəstək mexanizminin formalaşdırılması biznes subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaqdır. Həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin müəyyən edilməsi, tətbiqi kiçik və orta sahibkarlığa dövlət dəstək mexanizminin göstəricisi olmaqla onları müəyyən xərclərdən azad etməyi nəzərdə tutur;
6.1.2.2. görüləcək tədbirlər:
6.1.2.2.1. etibarlı tərəfdaşlıq üçün maliyyə dayanıqlılığına dair mexanizmlərin gücləndirilməsi;
6.1.2.2.2. "Malların ikipilləli buraxılış sistemi"nin tətbiqi;
6.1.2.2.3. mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizminin inkişaf etdirilməsi;
6.1.2.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.2.3.1. gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən şəffaf sistemin qurulması;
6.1.2.3.2. beynəlxalq təcrübədə idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi;
6.1.2.3.3. gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi;
6.1.2.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.2.4.1. biznes subyektlərinin maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək üstünlüklərin əldə edilməsinə şərait yaradılmaması etibarlı tərəfdaşların formalaşdırılmasına mənfi təsir edir. Qeyd olunan riskin aradan qaldırılması məqsədilə etibarlı tərəfdaş olan biznes subyektlərinə gömrük ödənişlərinin hissə-hissə ödənilməsinə imkan verən sistem qurulacaqdır;
6.1.2.4.2. mikro və kiçik sahibkarların xarici ticarət fəaliyyəti zamanı gəlir mənbələrinin genişləndirilməsi məqsədilə bəzi kateqoriya mallara müəyyən edilmiş gömrük ödənişlərindən azadolma məbləğinin hədləri iqtisadi reallığa uyğun dəyişikliklərə məruz qalacaqdır. Bununla əlaqədar, bəzi kateqoriya mallara gömrük ödənişlərindən azadolma məbləği hədlərinin dəyişim tempinin mütəmadi olaraq beynəlxalq təcrübəyə uyğunlaşdırılması həyata keçiriləcəkdir;
6.1.3. sadələşdirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi:
6.1.3.1. əsaslandırma: beynəlxalq təcrübə nəzərə alınmaqla, nəqliyyat vasitələri ilə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması və onun gömrük əməliyyatlarına inteqrasiyasının təmin edilməsi gömrük nəzarətinin formalarının düzgün seçilməsinə və gömrük rəsmiləşdirilməsinin çevik həyata keçirilməsinə səbəb olmaqla, idxal-ixrac əməliyyatlarının həcminin artmasına təkan verəcəkdir. Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi yüklərin təyinat nöqtəsinə daha çevik çatdırılması və vaxt itkisinin azalması ilə nəticələnəcəkdir;
6.1.3.2. görüləcək tədbirlər:
6.1.3.2.1. gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması;
6.1.3.2.2. etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi;
6.1.3.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.3.3.1. beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin tətbiqi nəticəsində malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və səmərəli gömrük nəzarətinin həyata keçirilməsi;
6.1.3.3.2. "Dərhal buraxılış" sisteminə dair normativ hüquqi bazanın yaradılması, texniki və idarəetmə infrastrukturu formalaşdırılmaqla həmin sistemin tətbiqi;
6.1.3.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.3.4.1. dövlət sərhədindən keçirilən mal və nəqliyyat vasitələri barədə daşıyıcıların əvvəlcədən gömrük orqanlarına təqdim etdikləri məlumatların keyfiyyətli olmaması bu sahədə risk profillərinin formalaşdırılmasına və gömrük nəzarətinin səmərəli təşkilinə çətinlik yaradır. Bu istiqamətdə zəruri işlər görülməsi dövlət sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə münasibətdə səmərəli gömrük nəzarətinin təşkilinə, sahibkarlıq subyektlərinə münasibətdə vaxt və maliyyə itkisinin aradan qaldırılmasına şərait yaradacaqdır;
6.1.3.4.2. etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatlarında "Dərhal buraxılış" sisteminin tətbiqi dövlət sərhəd buraxılış məntəqələrində növbələrin yaranmasına gətirib çıxara bilər. Qeyd olunan halların aradan qaldırılması məqsədilə texniki və idarəetmə infrastrukturu dövlət sərhəd buraxılış məntəqələrinin şəraitinə uyğunlaşdırılacaqdır;
6.1.4. etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin qurulması:
6.1.4.1. əsaslandırma: "Gömrük—biznes" inkişaf modeli fonunda biznes dürüstlüyünə əsaslanan "özünüqiymətləndirmə" institutunun yaradılması biznes subyektlərinin fəaliyyətinin özləri tərəfindən təhlilinin həyata keçirilməsinə, gömrük—biznes əlaqələrində çatışmazlıqların müəyyən edilməsinə və biznes fəaliyyətinə maneçilik törədən amillərin aradan qaldırılmasına şərait yaradacaqdır. Biznes subyektlərinin özünüqiymətləndirmə imkanını genişləndirməsi ticarət-təchizat zənciri boyu, o cümlədən "gömrük—biznes" dialoqunda problemlərin müəyyənləşdirilməsinə, biznes subyektlərinin dövlət idarəetməsində rolunun artmasına, dövlət orqanlarının (qurumlarının) özünütəhlil prinsipinin təşviqinə, reytinqli və qlobal biznes subyektlərinin formalaşdırılmasına zəmin yaradacaqdır;
6.1.4.2. görüləcək tədbirlər:
6.1.4.2.1. etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan "özünüqiymətləndirmə" sisteminin tətbiqi;
6.1.4.2.2. "gömrük—biznes" inkişaf modelinin yaradılması;
6.1.4.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.4.3.1. biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübənin (Yenilənmiş Aruşa bəyannaməsi və onun komponentləri) öyrənilməsi və gömrük—biznes əməkdaşlığında implementasiyası;
6.1.4.3.2. biznes subyektləri tərəfindən gömrük əməliyyatlarına əlçatanlığın təmin edilməsi məqsədilə "özünet" prinsipinin tətbiq dairəsinin genişləndirilməsi;
6.1.4.3.3. xarici ticarət iştirakçıları ilə dayanıqlı tərəfdaşlıq mexanizminin formalaşdırılmasına xidmət edən "Gömrük—biznes" inkişaf modelinin yaradılması və müntəzəm qaydada məlumat mübadiləsinin aparılması;
6.1.4.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.4.4.1. ÜGT standartlarında və Yenilənmiş Aruşa bəyannaməsində özünüqiymətləndirmə və biznes dürüstlüyü ilə bağlı müddəaların tətbiqi gömrük—biznes
əməkdaşlığında müəyyən balans itkisinə səbəb ola və bu təcrübədə həmin müddəaların uyğunlaşdırılmasına çətinlik yarada bilər. Bu riskin neytrallaşdırılması istiqamətində maarifləndirmə tədbirlərinin sayı artırılaraq sahibkarlıq subyektləri tərəfindən öz fəaliyyətini qiymətləndirməsi məqsədilə alət və mexanizmlərin formalaşmasına dəstək veriləcəkdir. Biznes subyektləri üçün özünüqiymətləndirmə fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə gömrük orqanları tərəfindən dəstək mexanizmləri təkmilləşdiriləcək, könüllü riayət və "özünet" prinsiplərinin şaxələnməsi sürətləndiriləcək və gömrük—biznes ikitərəfli (bilateral) münasibətlərində risklər rasionallaşdırılacaqdır;
6.1.5. etibarlı tərəfdaşlıqla bağlı üstünlüklərin təbliğ və təşviq edilməsi:
6.1.5.1. əsaslandırma: C2B (gömrük—biznes) və G2B (dövlət—biznes) formatlarında keçirilən görüşlərdə etibarlı tərəfdaşlar üçün gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin sadələşdirilməsi ilə bağlı üstünlüklərin təşviqi, etibarlı tərəfdaşların sayının artırılması, eləcə də onların gömrük işi və gömrük inzibatçılığı üzrə proseslərə cəlb edilməsi ilə bağlı işlərin görülməsi prioritet istiqamətlərdəndir;
6.1.5.2. görüləcək tədbirlər:
6.1.5.2.1. etibarlı tərəfdaşlığın təbliğ və təşviq edilməsi;
6.1.5.2.2. səlahiyyətli iqtisadi operator fəaliyyəti üzrə mütəxəssislərin hazırlanmasına dəstək mexanizminin formalaşdırılması;
6.1.5.3. gözlənilən nəticə və nəticə indikatorları:
6.1.5.3.1. etibarlı tərəfdaş mühitinin formalaşdırılması sahəsində C2B (gömrük— biznes) və G2B (dövlət—biznes) formatlarında keçirilən görüşlərdə Konsepsiya barədə biznes subyektlərinin məlumatlandırılması;
6.1.5.3.2. səlahiyyətli iqtisadi operator fəaliyyəti üzrə mütəxəssislərin formalaşdırılması üçün beynəlxalq təcrübə öyrənilməklə təlim proqramlarının hazırlanması;
6.1.5.4. gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
6.1.5.4.1. Konsepsiya ilə bağlı məlumatsızlıq gömrük orqanları tərəfindən ticarətin asanlaşdırılması üçün həyata keçirilən tədbirlərdən istifadə etməməyə səbəb ola bilər. Bu riskin aradan qaldırılması məqsədilə, mütəmadi olaraq, Konsepsiyanın özündə əks etdirdiyi alətlər və mexanizmlər barədə müxtəlif formatlarda keçirilən görüşlərdə məlumatlar təqdim ediləcəkdir;
6.1.5.4.2. səlahiyyətli iqtisadi operator fəaliyyəti üzrə mütəxəssis çatışmazlığı bu statusun əldə olunması prosesini uzunmüddətli edir. Bu institutun hərtərəfli inkişafı məqsədilə mütəxəssislərin formalaşdırılması üçün xüsusi proqramlar hazırlanaraq təlimlər keçirilməsi təşkil ediləcəkdir.
7. Maliyyələşdirmə mexanizmləri Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında qeyd edilən müvafiq tədbirlərin maliyyələşdirilməsi büdcə təşkilatları üçün onların saxlanılması məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına, habelə özəl sektorun vəsaiti və dövlət— özəl tərəfdaşlığı layihələri vasitəsilə təmin olunur.
8. Konsepsiyanın həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI Sıra №-si Tədbirin adı Əsas icraçı orqan (qurum) Digər icraçılar İcra müddəti Nəticə indikatorları ilkin nəticə aralıq nəticə yekun nəticə 1 2 3 4 5 6 7 8
8.1. Etibarlı tərəfdaşlığın inkişaf etdirilməsi üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, milli və beynəlxalq səviyyədə sadələşdirmə tədbirlərinin etibarlı tərəfdaşlara tətbiqi mexanizmlərinin hazırlanması 8.1.1. Səlahiyyətli iqtisadi operator statusu üzrə dövlət dəstək mexanizminin formalaşdırılması NK DGK, İN, RİNN, MN, AQTA və digər aidiyyəti dövlət orqanları (qurumları) 2026—
Beynəlxalq təcrübə nəzərə alınmaqla normativ hüquqi bazanın təkmilləşdirilməsi Səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslərə dövlət orqanları (qurumları) tərəfindən xidmət göstərilməsi sahəsində üstünlük verilməsi 8.1.2. Gömrük anbarı sisteminin inkişaf etdirilməsi NK DGK, İN, RİNN 2026—
Gömrük anbarlarına dair beynəlxalq qanunvericiliyin təhlili Təhlillərin nəticəsi nəzərə alınaraq, gömrük anbarlarına dair Azərbaycan Respublikasının normativ hüquqi aktlarının təkmilləşdirilməsi Gömrük anbarından istifadə hüququnun əldə edilməsi, anbarların quruluşuna və monitorinqinə dair tələblərin təkmilləşdirilməsi 8.1.3. Gömrük təmsilçiliyi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi NK DGK, İN 2026—
Gömrük təmsilçiliyi hüququnun əldə edilməsi şərtlərinin müəyyənləşdirilməsi və bu sahədə nəzarət mexanizmlərinin tətbiqinə dair təhlillər aparılması Gömrük təmsilçiliyinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi Gömrük təmsilçiliyi üzrə təlim-tədris metodlarının hazırlanması və maarifləndirmə işinin aparılması
8.1.4. Xarici ölkələrlə səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması NK RİNN, İN, DGK, XİN Mütəmadi Qarşılıqlı tanınma ilə əlaqədar, ilk növbədə, həmsərhəd ölkələrlə və Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşları ilə hökumətlərarası razılaşmaların həyata keçirilməsi Beynəlxalq və ikitərəfli platformalarda səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması istiqamətində danışıqlar aparılması
8.2. Etibarlı tərəfdaşların gömrük ödənişlərinin hissə-hissə ödənilməsi prosesinin və müddətinin formalaşdırılması, mikro və kiçik sahibkarların likvidlik imkanlarının artırılması 8.2.1. Etibarlı tərəfdaşlar üçün maliyyə dayanıqlılığına dair mexanizmlərin gücləndirilməsi NK DGK, MN, İN 2026—
Gömrük ödənişlərinin hissə-hissə ödənilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması Gömrük ödənişlərinin hissə-hissə ödənilməsini təmin edən çevik və şəffaf sistemin qurulması 8.2.2. "Malların ikipilləli buraxılış sistemi"nin tətbiqi NK DGK, İN, MN 2026—
Etibarlı tərəfdaşların gömrük ödənişlərinin ödənilməsi prosesində ikipilləli buraxılış sisteminin tətbiqi üçün beynəlxalq təcrübənin araşdırılması Malların ikipilləli buraxılışına dair normativ hüquqi bazanın formalaşdırılması Malların ikipilləli buraxılış sisteminin etibarlı tərəfdaşlara münasibətdə tətbiqi 8.2.3. Mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizminin inkişaf etdirilməsi NK DGK, İN, MN 2026—
Beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi Gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi Normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqi
8.3. Sadələşdirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi 8.3.1. Gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması DGK İN, RİNN 2026—
Daşıyıcılara dair normativ hüquqi bazanın təkmilləşdirilməsi Malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin hazırlanması Daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunan məlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsi 8.3.2. Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi NK DGK, RİNN, İN, 2026—
Etibarlı tərəfdaşlar tərəfindən həyata keçirilən idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi ilə əlaqədar normativ hüquqi bazanın formalaşdırılması "Dərhal buraxılış" sisteminin tətbiqi üçün texniki və idarəetmə infrastrukturunun formalaşdırılması "Dərhal buraxılış" sisteminin tam istifadəyə verilməsi
8.4. Etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin qurulması 8.4.1. Etibarlı tərəfdaşlar üçün biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin tətbiqi DGK İN 2026—
Biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin formalaşdırılması üçün beynəlxalq təcrübənin araşdırılması Biznes dürüstlüyünə əsaslanan "Özünüqiymətləndirmə" sisteminin qurulması
8.4.2. "Gömrük—biznes" inkişaf modelinin yaradılması DGK İN 2026—
Xarici ticarət iştirakçıları ilə dayanıqlı tərəfdaşlıq mexanizminin formalaşdırılmasına xidmət edən "Gömrük—biznes" inkişaf modelinin yaradılması və müntəzəm qaydada məlumat mübadiləsinin aparılması Biznes subyektləri tərəfindən gömrük əməliyyatlarına əlçatanlığın təmin edilməsi məqsədilə "özünet" prinsipinin tətbiq dairəsinin genişləndirilməsi
8.5. Etibarlı tərəfdaşlıqla bağlı üstünlüklərin təbliğ və təşviq edilməsi 8.5.1. Etibarlı tərəfdaşlığın təbliğ və təşviq edilməsi DGK İN 2026—
Biznes subyektləri ilə etibarlı tərəfdaş mühitinin formalaşdırılması sahəsində maarifləndirmə işinin aparılması C2B formatında keçirilən görüşlərdə etibarlı tərəfdaşlar üçün gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin sadələşdirilməsi ilə bağlı üstünlüklərin təşviqi G2B formatında keçirilən görüşlərdə "Etibarlı Tərəfdaş Konsepsiyası" barədə biznes subyektlərinin məlumatlandırılması 8.5.2. Səlahiyyətli iqtisadi operator fəaliyyəti üzrə mütəxəssislərin hazırlanmasına dəstək mexanizminin formalaşdırılması DGK 2026—
Beynəlxalq səviyyədə mütəxəssislərin hazırlanmasına dair proqramların öyrənilməsi Mütəxəssislərin formalaşdırılmasına dair proqramların hazırlanması və tətbiqi
AKRONİMLƏR AQTA — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi DGK — Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi XİN — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İN — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi MN — Azərbaycan Respublikasının Maliyyə Nazirliyi NK — Azərbaycan Respublikasının Nazirlər Kabineti RİNN — Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.