AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ KOLLEGİYA QƏRARI № 3-16/1-KQ/14/2025 Bakı şəhəri 28 noyabr 2025-ci il "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi"nin təsdiq edilməsi barədə "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 13 avqust tarixli 478 nömrəli Fərmanının 3.1.1.6-cı abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"nin 9.22-ci bəndini və 19-cu hissəsini rəhbər tutaraq, Kollegiya QƏRARA ALIR:
1. "İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi" təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi bu qərarla bağlı məlumatlandırmanı həyata keçirsin.
5. Bu Qərarın 1-ci hissəsi 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir. İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin Nümunəsi ƏRİZƏ (icra sənədinin icra olunması barədə) _________________________________________________________________________________ (xüsusi icra məmurunun adı və soyadı) Xahiş edirəm: Aşağıda verilmiş məlumatlara uyğun olaraq icra sənədi üzrə icraata başlayıb tələbin təmin olunması istiqamətində icra tədbirlərini, o cümlədən məcburi icra tədbirlərini həyata keçirəsiniz.
1. İcra sənədi üzrə:
1.1. _____________________________________________________________________________ (icra sənədinin nömrəsi)
1.2. _____________________________________________________________________________ (icra sənədini verən qurumun adı)
1.3. _____________________________________________________________________________ (icra sənədinin tarixi (gün, ay, il)
1.4. _____________________________________________________________________________ (icra sənədinin tələbkara təqdim olunduğu vaxt (gün, ay, il)
1.5. _____________________________________________________________________________ (icra sənədini imzalayan şəxsin adı və soyadı)
1.6. _____________________________________________________________________________ (icra sənədi üzrə tələb)
1.7. _____________________________________________________________________________ ("Xüsusi icra məmurları haqqında" Qanunun 26.3-cü maddəsində nəzərdə tutulan tələb olduqda, bu barədə qeyd)
2. Tələbkar üzrə:
2.1. _____________________________________________________________________________ (tələbkar fiziki şəxsin FİN-i və ya hüquqi şəxsin VÖEN-i)
2.2. _____________________________________________________________________________ (tələbkar fiziki şəxsin adı, soyadı, atasının adı və ya hüquqi şəxsin adı)
2.3. _____________________________________________________________________________ (tələbkarın ünvanı)
2.4. _____________________________________________________________________________ (tələbkarın əlaqə vasitəsi)
2.5. _____________________________________________________________________________ (tələbkarın elektron poçt ünvanı)
2.6. _____________________________________________________________________________
(tələbkarın bank hesab məlumatları)
2.7. _____________________________________________________________________________ (nümayəndə olduqda, onun adı, soyadı və atasının adı)
2.8. _____________________________________________________________________________ (nümayəndənin FİN-i)
2.9. _____________________________________________________________________________ (nümayəndənin ünvanı) 2.10.____________________________________________________________________________ (nümayəndənin əlaqə vasitəsi)
2.11. ____________________________________________________________________________ (işin məhkəmə baxışında dövlət hesabına hüquqi yardım aldıqda, bu barədə qeyd)
3. Borclu üzrə:
3.1. _____________________________________________________________________________ (borclu fiziki şəxsin FİN-i və ya hüquqi şəxsin VÖEN-i)
3.2. _____________________________________________________________________________ (borclu fiziki şəxsin adı, soyadı, atasının adı və ya hüquqi şəxsin adı)
3.3. _____________________________________________________________________________ (borclunun ünvanı)
3.4. _____________________________________________________________________________ (borclunun tələbkara məlum olan aktivləri və əlaqə vasitələri barədə məlumat (məlum olduğu halda) Ərizəyə əlavə olunan sənədlər:
1. İcra sənədi;
2. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, həmçinin nümayəndənin tələbkar fiziki şəxsin yaxın qohumu, yaxud vəkili, tələbkar hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsi, yaxud işçisi olmasını təsdiq edən sənəd (olduğu halda);
3. İcra sənədinin icrası üçün əhəmiyyət kəsb edən məlumatlara dair sənədlər (olduğu halda).
İmza: Tarix: