Gömrük sahəsində lisenziya və icazələr haqqında qanunda dəyişikliklər edildi. Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin siyahısı yenidən təsdiq edildi. Bu dəyişikliklər 2025-ci il 18 mart tarixli qanunun icrası ilə əlaqədar Nazirlər Kabinetinin qərarlarında düzəlişlər nəzərdə tutur.
2.26. sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd
Qeyd. Siyahının 2.26-cı bəndi işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir