1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2004-cü il 12 mart tarixli 12-T nömrəli əmri ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydası"nda və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (E. Nəsibov).
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün (L. Hüseynzadə).
4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.
Kollegiyanın sədri, Nazir III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 17 noyabr 2025-ci il tarixli 3-16/1-KQ/4/2025 nömrəli Qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2004-cü il 12 mart tarixli 12-T nömrəli əmri ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydası"nda və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nda edilmiş dəyişikliklər:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2004-cü il 12 mart tarixli 12-T nömrəli əmri ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydası"nın 1.5-ci bəndinin ikinci cümləsində "və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlar" sözləri "əlilliyi müəyyən edilmiş məhkumlar, əlilliyi olan məhkum uşaqlar" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli qərarı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları" üzrə:
2.1. 22.2-ci bənddə "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" sözləri "əlilliyi olan uşaqlara" sözləri ilə əvəz edilsin;
2.2. 23.1-ci bəndin ikinci cümləsində "və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumların" sözləri "əlilliyi müəyyən edilmiş məhkumların, əlilliyi olan məhkum uşaqların" sözləri ilə əvəz edilsin;
2.3. 47.2-ci bənddə "və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş məhkumlara" sözləri "əlilliyi müəyyən edilmiş məhkumlara, əlilliyi olan məhkum uşaqlara" sözləri ilə əvəz edilsin.