1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ƏRİZƏ-ANKET"ə aşağıdakı məzmunda 11.6-cı bənd əlavə edilsin:
11.6. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın mütəxəssis hesab olunduğu sahə üzrə fəaliyyətə başlaması öz iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadıqda (If it is impossible for a highly skilled migrant, as provided for in Article 3.0.10-1 of the Migration Code of the Republic of Azerbaijan, to start working in the sphere in which he/she is considered a specialist due to reasons beyond his/her will)
1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ƏRİZƏ-ANKET"də aşağıdakı dəyişikliklər edilsin:
1.2.1. 10-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir) (Period selected for consideration of your current application (failure to obtain the outcome of the application in time does not affect the amount of the state fee to be paid for the selected period) 15 (on beş) iş günü (15 (fifteen) working days) □ 20 (iyirmi) iş günü (20 (twenty) working days) □ Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına münasibətdə (In relation to issuance and extension of temporary residence permits in the territory of the Republic of Azerbaijan to highly skilled migrants, as provided for in Article 3.0.10-1 of the Migration Code of the Republic of Azerbaijan, their children under the age of 23 and other family members) 10 (on) iş günü (10 (ten) working days) □□ 15 (on beş) iş günü (15 (fifteen) working days) □ 1.2.2. 11.4-1-ci bəndə "mütəxəssis" sözündən sonra "və ya Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrant" sözləri, dördüncü halda "Azerbaijan Republic" sözlərindən sonra "or a highly skilled migrant, as provided for in Article 3.0.10-1 of the Migration Code of the Republic of Azerbaijan" sözləri əlavə edilsin və həmin bənddə "A specialist" sözləri "If he/she is a specialist" sözləri ilə əvəz edilsin;
1.3. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ƏRİZƏ-ANKET"in 10-1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: 10-1. Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan 35 (otuz beş) gün □ 40 (qırx) gün □ 50 (əlli) gün □ 60 (altmış) gün □
dövlət rüsumunun məbləğinə təsir göstərmir) Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına münasibətdə
(iyirmi beş) gün □
(otuz) gün □
(qırx) gün □
(əlli) gün □
1.4. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi (müddətin uzadılması) üçün ƏRİZƏ-ANKET"in 3-1-ci hissəsində "iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına münasibətdə 2023-cü il yanvarın 1-dən 5 (beş) il müddətinə" sözləri "2023-cü il yanvarın 1-dən 5 (beş) il müddətinə, habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına münasibətdə" sözləri ilə əvəz edilsin və həmin hissəyə "January 1, 2023" sözlərindən sonra ", as well as for a husband (wife) and children under the age of 23 of a highly skilled migrant, as provided for in Article 3.0.10-1 of the Migration Code of the Republic of Azerbaijan" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 790 (Cild I); 2024, № 11, maddə 1265) ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"nın 1.2-ci bəndinə və 1.6-cı bəndinin birinci cümləsinə "cəlb edilənlər" sözlərindən sonra ", habelə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.10-1-ci maddəsində nəzərdə tutulan yüksəkixtisaslı miqrantın əri (arvadı) və 23 yaşına çatmamış övladları" sözləri əlavə edilsin.