1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 28 dekabr tarixli 20/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Birinci instansiya məhkəmələrində baxılmış inzibati xətalar haqqında işlər barədə" 3 №-li (yarımillik, illik) rəsmi statistika hesabatı formasının 88-ci sətrində (hər iki halda) aşağıdakı dəyişikliklər edilsin:
1.1. "123.2,", ", 125.4" və ", 125.3" rəqəmləri çıxarılsın;
1.2. ikinci halda "Məcəllənin" sözündən sonra "57-1.3," rəqəmləri, üçüncü halda "Məcəllənin" sözündən sonra "57-1.2," rəqəmləri əlavə edilsin;
1.3. "mərkəzi" sözü "müəyyən etdiyi orqanın (qurumun) müvafiq" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Sosial statistika şöbələrinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə edilsin. Sədr Tahir Budaqov