1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 11 oktyabr tarixli 23/09 nömrəli qərarı ilə təsdiq edilmiş "Cinayətin növləri üzrə məhkumların sayı haqqında" 10-a №-li (yarımillik, illik) rəsmi statistika hesabatı fоrmаsının 46-cı sətrində "Xəstəyə kömək göstərməmə" sözləri "Tibbi xidmətin göstərilməsi qaydalarını pozma" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.
5. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunsun. Sədr Tahir Budaqov