Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva "Şərəf" ordeni ilə təltif edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 oktyabr 2025-ci il