1.1. adında və ikinci abzasda "Təhlükə potensiallı" sözləri "Xüsusi riskli" sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş "Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin" Siyahısı"nın adında və 2-ci hissəsində "Təhlükə potensiallı" sözləri "Xüsusi riskli" sözləri ilə, 1-ci hissəsində "təhlükə potensiallı" sözləri "xüsusi riskli" sözləri ilə əvəz edilsin.
2. "Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli 50 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 303 (Cild I); 2024, № 4, maddə 440) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adında və ikinci abzasında "Təhlükə potensiallı" sözləri "Xüsusi riskli" sözləri ilə əvəz edilsin;
2.2. həmin Qərarla təsdiq edilmiş "Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı Əlavə Tələblər"in adında və 2-ci hissəsində "Təhlükə potensiallı" sözləri "Xüsusi riskli" sözləri ilə, 1-ci hissəsində "təhlükə potensiallı" sözləri "xüsusi riskli" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2560 (CildI); 2025, № 2 (II kitab), maddə 196) ilə təsdiq edilmiş 2 nömrəli əlavə ̶ "Lisenziyalar və icazələr" portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər"in 9.3-cü bəndinə hər iki halda "dövlət" sözündən əvvəl "vahid" sözü əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 204 (CildI); 2024, № 2, maddə 218, № 3, maddə 306) ilə təsdiq edilmiş 1 nömrəli əlavə ̶ "Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları"nın 1.3-cü bəndinə "dövlət" sözündən əvvəl "vahid" sözü əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (II kitab), maddə 1280 (Cild I); 2024, № 1, maddə 95, № 3, maddə 305; 2025, № 2, maddə 204) ilə təsdiq edilmiş "Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası"nın 3.15-ci bəndi aşağıdakı redaksiyada verilsin:
"3.15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 may tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası"nın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulan təhlükə potensiallı obyektlərin siyahısına daxil olan tikinti obyektləri təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilir.".