3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə ̶ "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın 2.5-ci bəndinin üçüncü cümləsində və 3.9-cu bəndinin birinci cümləsində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə ̶ "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində "Elektron hökumət" portalında" sözləri "Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 iyul tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1505 (Cild I); 2024, № 9, maddə 1083; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Kredit tarixçələrini təşkil edən neqativ məlumatların Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilməsi, yenilənməsi və kredit büroları tərəfindən əldə edilməsi Qaydası"nın 2.4-cü bəndində "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron hökumət" portalı haqqında Əsasnamə"yə" sözləri "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na" sözləri ilə əvəz edilsin.