"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I); 2024, № 2, maddə 236, № 5 (II kitab), maddə 575, № 7, maddə 910) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı" üzrə:
1.1. "Memarlıq abidələri" bölməsinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu" hissəsindən sonra aşağıdakı məzmunda "Binəqədi rayonu" hissəsi əlavə edilsin: "Binəqədi rayonu 93-14. Heydər Məscidi 2012-2014-cü illər Həmzə Babaşov küçəsi, 6 "
1.2. "Arxeoloji abidələr" bölməsi üzrə:
1.2.1. "Binəqədi rayonu" hissəsi üzrə:
1.2.1.1. 490-cı və 491-ci bəndlərdə "Xocahəsən" sözü "Xocəsən" sözü ilə əvəz edilsin;
1.2.1.2. aşağıdakı məzmunda 491-1-ci bənd əlavə edilsin:
491-1. Ovdan XX əsr Biləcəri qəsəbəsi, Xocəsən qəsəbəsi, Xəzri küçəsi, giriş 137 1.2.2. "Abşeron rayonu" hissəsinin 605-ci bəndi ləğv edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı" üzrə:
2.1. "Memarlıq abidələri" bölməsi üzrə:
2.1.1. "Binəqədi rayonu" hissəsi üzrə:
2.1.1.1. 2570-2573-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
2570. Məscid 1658-ci il Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, 10
2571. Hacı Əmrah hamamı 1915-1916-cı illər Binəqədi qəsəbəsi, Orxan Cabbarov küçəsi, giriş 4
2572. İnzibati bina 1914-cü il Binəqədi qəsəbəsi, Binəqədi şosesi, 8
2573. Məscid və minarə 1818-ci il, 1909- 1914-cü illər Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, 101 2.1.1.2. aşağıdakı məzmunda 2573-1-2573-8-ci bəndlər əlavə edilsin:
2573-1. Əlimurad hamamı XVIII-XIX əsrlər Görədil bağları massivi 2573-2. Məmməd Həsən hamamı XIX əsr Görədil bağları massivi 2573-3. Hacı Ağa Murad hamamı XIX-XX əsrlər Görədil bağları massivi 2573-4. Suvurma qülləsi XIX əsrin sonuXX əsrin əvvəlləri Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi 2573-5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Geodeziya və Kartoqrafiya Agentliyi" publik hüquqi şəxsin binası 1980-ci il Atatürk prospekti, 224 (70) 2573-6. Müqəddəs Varfolomey kilsəsi XX əsrin əvvəlləri Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 89A91 2573-7. İnzibati bina ("Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli Biləcəri Yol Sahəsinin binası) XX əsrin əvvəlləri Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, giriş
2573-8. Bakı şəhəri 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin binası XIX əsrin sonuXX əsrin əvvəlləri Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, giriş
2.1.2. "Abşeron rayonu" hissəsinin 4000-ci və 4012-ci bəndləri ləğv edilsin.