1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 4 dekabr tarixli Q63-001-15 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nın 3.1.3-cü yarımbəndində "(ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)" sözləri "(olduğu halda)" sözləri ilə əvəz edilsin.
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün.
4. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Kollegiyanın sədri general-polkovnik Vilayət Eyvazov