AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 28 " " dekabr " 2024-cü il № 547
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il " 28 " dekabr tarixli 547 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasının və təqdim edilməsinin qaydasını və hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Qaydaya uyğun dövlət ehtiyatlarının yaradılması və idarəedilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi Qanunun 8-ci maddəsində nəzərdə tutulan maliyyələşmə mənbələri hesabına həyata keçirilir.
1.3. Bu Qaydaya uyğun dövlət ehtiyatları üçün malların tədarükündə, saxlanılmasında və buraxılmasında texniki normativ hüquqi aktların tələbləri nəzərə alınır.
1.4. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Dövlət ehtiyatları üçün malların tədarükü
2.1. Dövlət ehtiyatları üçün malların tədarükü aşağıdakı sifarişçilər tərəfindən həyata keçirilir:
2.1.1. strateji ehtiyatlara münasibətdə dövlət ehtiyatları üzrə məsul orqan olan Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra — Agentlik);
2.1.2. fövqəladə ehtiyatlara münasibətdə Azərbaycan Respublikasının mülki müdafiə sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən Agentlik, digər dövlət qurumları və hüquqi şəxslər;
2.1.3. səfərbərlik ehtiyatlarına münasibətdə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı sahəsində normativ hüquqi aktları ilə vəzifələri müəyyən edilən dövlət qurumları və hüquqi şəxslər.
2.2. Dövlət ehtiyatlarının minimal həcmlərinin təmin edilməsi, dövlət ehtiyatlarına aid olan malların yeniləşdirilməsi və əvəzləşdirilməsi, habelə dövlət ehtiyatlarından borc alınmış malların qaytarılması ilə bağlı bütün sifarişçilər bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun forma üzrə illik tədarük planı hazırlayırlar. Bu Qaydanın 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan sifarişçilər növbəti il üçün ilkin illik tədarük planını cari ilin noyabr ayının 1-dək, dəqiqləşdirilmiş illik tədarük planını isə növbəti ilin dövlət büdcəsi təsdiq olunduqdan sonra 10 (on) iş günü müddətində Agentliyə təqdim edirlər.
2.3. Strateji ehtiyatların satın alınması "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa, fövqəladə və səfərbərlik ehtiyatlarının satın alınması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 14 iyun tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası"na əsasən həyata keçirilir.
2.4. Mallar saxlanc yerinə təhvil verildiyi andan çatdırılmış sayılır.
2.5. Mallar satıcı tərəfindən saxlanılması şərtilə satın alındıqda alqı-satqı müqaviləsi icra edildiyi andan həmin mallar saxlanc yerinə çatdırılmış hesab olunur.
2.6. Malların qəbulu (təhvil-təslimi) Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarının tələblərinə uyğun həyata keçirilir.
3. Dövlət ehtiyatlarında malların saxlanılması
3.1. Strateji ehtiyatlar Agentlik və onun müqavilə bağladığı fiziki və hüquqi şəxslər, fövqəladə və səfərbərlik ehtiyatları isə bu Qaydanın 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində nəzərdə tutulan dövlət qurumları və hüquqi şəxslər tərəfindən yerləşdirilir və saxlanılır.
3.2. Dövlət ehtiyatlarına aid olan malların yerləşdiriləcəyi saxlanc yeri (anbar) həmin malların təyinatına uyğun çevik istifadəsini təmin edən ərazidə yerləşməli və texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır.
3.3. Dövlət ehtiyatlarına aid olan mallar yerləşdirilməzdən əvvəl saxlanc yeri (anbar) hazır vəziyyətə gətirilir. Bunun üçün zəruri avadanlıqların quraşdırılması, dövlət ehtiyatlarına aid olan malların həcminə uyğun sahənin boşaldılması, həmin yerin təmizlənməsi və şəraitin saxlanca qəbul ediləcək dövlət ehtiyatlarına aid olan malların saxlanılması üçün texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması təmin edilir.
3.4. Mallar qəbul edilərkən onların müşayiət sənədlərinə, sertifikatlarına və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uyğunluğunun qiymətləndirilməsini təsdiq edən sənədlərə uyğunluğu və sayı (həcmi) yoxlanılmalıdır.
3.5. Dövlət ehtiyatlarına aid olan malların saxlanc yerinə (anbara) yığılması texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilir.
3.6. Dövlət ehtiyatlarına aid olan malların saxlanılması zamanı aşağıdakı tələblərə əməl edilməlidir:
3.6.1. xüsusi temperatur və rütubətlik rejiminin qorunması;
3.6.2. havalandırma və yanğınsöndürmə sistemlərinin, texniki qurğuların saz vəziyyətdə saxlanılması;
3.6.3. sanitariya-gigiyena qaydalarına riayət edilməsi;
3.6.4. mütəmadi təmizlik işlərinin aparılması;
3.6.5. profilaktik-texniki baxışların keçirilməsi;
3.6.6. dövlət ehtiyatlarına aid olan malların keyfiyyət göstəricilərinin və saylarının (həcmlərinin) mütəmadi yoxlanılması;
3.6.7. dövlət ehtiyatlarına aid olan malların təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə qalmasının təmin edilməsi, yararlılıq müddətləri üzrə bölgüsünün aparılması və onların yeniləşdirilməsinin təmin olunması üçün əlverişli qaydada saxlanılması;
3.6.8. mal qonşuluğu prinsiplərinə riayət edilməsi.
3.7. Dövlət ehtiyatlarına aid olan malların keyfiyyətinə mənfi təsir edə biləcək hallar yarandığı təqdirdə, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məsul saxlayıcılar bunun qarşısının alınması istiqamətində zəruri tədbirlər görməlidirlər. Strateji ehtiyatlar müqavilə əsasında saxlanıldığı halda məsul saxlayıcı həmçinin bu barədə dərhal Agentliyə məlumat verməlidir.
3.8. Dövlət ehtiyatlarına aid olan malların daimi mühafizəsi təşkil edilməlidir.
3.9. Strateji ehtiyatlar müqavilə əsasında saxlanıldıqda aşağıdakı hallarda Agentliyin razılığı ilə bu Qaydanın 3.2-ci bəndinin tələblərinə cavab verən digər saxlanc yerinə (anbara) köçürülə bilər:
3.9.1. saxlanc yeri (anbar) bu Qaydanın 3.2-ci bəndinin tələblərinə artıq cavab vermədikdə;
3.9.2. saxlanc yerində (anbarda) profilaktik və ya təmir-tikinti işlərinin aparılması zərurəti yarandıqda və belə işlərin aparılması strateji ehtiyatlara aid olan malların keyfiyyətinə və ya sayına (həcminə) mənfi təsir edə bildikdə;
3.9.3. fövqəladə hallar zamanı strateji ehtiyatlara aid olan malların korlanması və ya məhv olması riskinin qarşısının alınması məqsədilə onların mövcud saxlanc yerindən (anbardan) çıxarılması zərurəti olduqda;
3.9.4. saxlanc yeri (anbar) özgəninkiləşdirildikdə.
3.10. Fövqəladə və səfərbərlik ehtiyatlarının məsul saxlayıcıları bu Qaydanın 3.9-cu bəndində nəzərdə tutulan hallarda həmin ehtiyatların digər saxlanc yerlərinə (anbarlara) köçürülməsini Agentliyi məlumatlandırmaqla həyata keçirirlər.
4. Dövlət ehtiyatlarının yeniləşdirilməsi ilə bağlı buraxılması
4.1. Dövlət ehtiyatlarına aid olan malların yeniləşdirilməsi ilə bağlı buraxılması aşağıdakı hallarda həyata keçirilir:
4.1.1. dövlət ehtiyatlarına aid olan malların yararlılıq (saxlanma) müddətinin keçməsinə ən geci üçdə bir hissəsi qaldıqda;
4.1.2. dövlət ehtiyatlarına aid olan malların keyfiyyətinə mənfi təsir edə biləcək hallar yarandıqda.
4.2. Strateji ehtiyatların və Agentliyin saxladığı fövqəladə ehtiyatların yeniləşdirilməsi ilə bağlı buraxılması Agentliyin qərarı (fövqəladə ehtiyatlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməklə), digər fövqəladə ehtiyatların və səfərbərlik ehtiyatlarının yeniləşdirilməsi ilə bağlı buraxılması isə Agentliyə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməklə onların məsul saxlayıcılarının qərarları əsasında həyata keçirilir.
4.3. Bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan qərarda dövlət ehtiyatlarına aid olan malların buraxılmasının əsası, məqsədi, buraxılacaq dövlət ehtiyatlarına aid olan malların adı və miqdarı, buraxılmanın həyata keçirilməli olduğu müddət göstərilir.
4.4. Dövlət ehtiyatlarına aid olan malların yeniləşdirilməsi (bu Qaydanın 4.1.2-ci yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) illik tədarük planına əsasən həyata keçirilir.
4.5. Yeniləşdirilmə (bu Qaydanın 4.1.2-ci yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) ilə bağlı dövlət ehtiyatlarına aid olan malların buraxılması istehsalçı və ya idxal qiymətləri nəzərə alınmaqla həyata keçirilir.
4.6. Malların istehsalçı qiyməti rəsmi statistik məlumatlar əsasında müəyyən edilir. Rəsmi statistik məlumatlarda malların istehsalçı qiyməti barədə məlumat olmadıqda, həmin malların buraxılması onların ölkəyə sonuncu idxalı ayı üzrə ortaaylıq idxal qiymətləri ilə həyata keçirilir.
4.7. Bu Qaydanın 4.6-cı bəndində nəzərdə tutulan qaydada istehsalçı və ya idxal qiymətlərini müəyyən etmək mümkün olmadıqda, habelə bu Qaydanın 4.1.2-ci yarımbəndində nəzərdə tutulan halda yeniləşdirilmə ilə bağlı dövlət ehtiyatlarına aid olan malların buraxılması "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirici tərəfindən təqdim edilən qiymət nəzərə alınmaqla həyata keçirilir.
4.8. Yeniləşdirilmə ilə bağlı buraxılmış malların əvəzinə analoji malların dövlət ehtiyatlarına tədarükü 3 (üç) ay ərzində başa çatdırılmalıdır.
4.9. Dövlət ehtiyatlarına aid olan malların yeniləşdirilməsi ilə əlaqədar analoji malların dövlət ehtiyatlarına tədarükü yeniləşdirilən dövlət ehtiyatlarına aid olan malların satışından əldə olunan vəsait hesabına təmin edilir. Bu zaman malların tədarük qiyməti satış qiymətindən çox olduqda və ya əlavə xərclər (daşınma, gömrük rəsmiləşdirilməsi və s.) yarandıqda aradakı fərq dövlət büdcəsinin vəsaiti və ya qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait hesabına ödənilir.
5. Dövlət ehtiyatlarının brondan çıxarılması ilə bağlı buraxılması
5.1. Dövlət ehtiyatlarına aid olan malların brondan çıxarılması ilə bağlı buraxılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında aşağıdakı hallarda həyata keçirilir:
5.1.1. dövlət ehtiyatlarına aid olan mallar dövlət ehtiyatlarının nomenklaturasından çıxarıldıqda;
5.1.2. dövlət ehtiyatlarına aid olan malların tələb olunan minimal həcmi azaldıldıqda (azaldılan həcm qədər).
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət ehtiyatlarına aid olan malların brondan çıxarılması ilə bağlı buraxılması barədə qərarında dövlət ehtiyatlarına aid olan malların buraxılmasının əsası, məqsədi, buraxılacaq dövlət ehtiyatlarına aid olan malların adı və miqdarı, buraxılmanın həyata keçirilməli olduğu müddət göstərilir.
5.3. Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan hallar baş verdikdə brondan çıxarılmış dövlət ehtiyatlarına aid olan malların saxlanc yerlərindəki (anbarlardakı) növü və sayı (həcmi) müəyyən edilir. Brondan çıxarılan dövlət ehtiyatlarına aid olan malların özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət ehtiyatlarına aid olan malların brondan çıxarılması ilə bağlı buraxılması barədə qərarından sonra 3 (üç) ay ərzində həyata keçirilir.
5.4. Brondan çıxarılma ilə bağlı dövlət ehtiyatlarına aid olan malların buraxılması zamanı həmin malların qiyməti bu Qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun müəyyən edilir.
5.5. Brondan çıxarılmış dövlət ehtiyatlarına aid olan malların satışından əldə edilən vəsait ilk növbədə nomenklatura üzrə dövlət ehtiyatları üçün nəzərdə tutulan minimal həcmlərin təmin olunması məqsədilə dövlət ehtiyatlarının tədarükünə yönəldilir, bu zərurət olmadıqda isə dövlət büdcəsinə köçürülür.
5.6. Brondan çıxarılmış dövlət ehtiyatlarına aid olan mallar özgəninkiləşdirilənədək onların saxlanılması bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan qaydada təmin edilir.
6. Dövlət ehtiyatlarının borc verilməsi ilə bağlı buraxılması
6.1. Dövlət ehtiyatlarına aid olan malların borc verilməsi üçün dövlət qurumları tərəfindən Agentliyə yazılı müraciət ünvanlanmalıdır. Bu müraciət əsaslandırılmalı və borc veriləcək dövlət ehtiyatlarına aid olan malların növü, ölçü vahidi, sayı (həcmi), nəzərdə tutulan istifadə məqsədləri və qaytarılma müddəti göstərilməlidir.
6.2. Agentlik 30 (otuz) gün müddətində müraciətə baxır və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət ehtiyatlarının borc verilməsinə dair qərar qəbul edir. Agentlik müraciəti əsaslı hesab etmədikdə borc verilməsindən imtina edərək müraciət edən dövlət qurumuna əsaslandırılmış cavab verir.
6.3. Dövlət ehtiyatlarına aid olan malların borc verilməsi ilə bağlı buraxılması barədə Agentliyin qərarında onun qəbul olunmasının əsası, borc veriləcək dövlət ehtiyatlarına aid olan malların növü, ölçü vahidi, sayı (həcmi), nəzərdə tutulan istifadə məqsədləri, qaytarılma müddəti və borcun veriləcəyi qurumun adı göstərilir.
6.4. Dövlət ehtiyatlarına aid olan malların borc verilməsi Agentlik və borc alan arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Dövlət ehtiyatlarına aid olan malların borc verilməsi barədə qərarla müəyyən olunan şərtlər müqavilədə öz əksini tapmalıdır.
6.5. Müqavilədə dövlət ehtiyatlarına aid olan malların hissə-hissə borc verilməsi və ya qaytarılması nəzərdə tutula bilər.
6.6. Borc verilmiş dövlət ehtiyatlarına aid olan mallar eyni keyfiyyətdə və kəmiyyətdə analoji malların təqdim olunması yolu ilə qaytarılır.
7. Dövlət ehtiyatlarının əvəzləşdirilməsi ilə bağlı buraxılması
7.1. Dövlət ehtiyatlarına aid olan malların əvəzləşdirilməsi ilə bağlı buraxılması texniki normativ hüquqi aktlarda tələblərin dəyişdiyi halda həyata keçirilir.
7.2. Strateji ehtiyatların və Agentliyin saxladığı fövqəladə ehtiyatların əvəzləşdirilməsi ilə bağlı buraxılması Agentliyin qərarı (fövqəladə ehtiyatlara münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməklə), digər fövqəladə ehtiyatların və səfərbərlik ehtiyatlarının əvəzləşdirilməsi ilə bağlı buraxılması isə Agentliyə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməklə onların məsul saxlayıcılarının qərarları əsasında həyata keçirilir.
7.3. Bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulan qərarda dövlət ehtiyatlarına aid olan malların buraxılmasının əsası, məqsədi, buraxılacaq dövlət ehtiyatlarına aid olan malların adı və miqdarı, buraxılmanın həyata keçirilməli olduğu müddət göstərilir.
7.4. Dövlət ehtiyatlarına aid olan malların əvəzləşdirilməsi illik tədarük planına əsasən həyata keçirilir.
7.5. Əvəzləşdirilmə ilə bağlı dövlət ehtiyatlarına aid olan malların buraxılması zamanı həmin malların qiyməti bu Qaydanın 4.5-4.7-ci bəndlərinə uyğun müəyyən edilir.
7.6. Əvəzləşdirilmə ilə əlaqədar buraxılmış malların əvəzinə eyni kəmiyyətdə analoji malların dövlət ehtiyatlarına tədarükü 3 (üç) ay ərzində başa çatdırılmalıdır.
7.7. Dövlət ehtiyatlarına aid olan malların əvəzləşdirilməsi ilə əlaqədar eyni kəmiyyətdə analoji malların dövlət ehtiyatlarına tədarükü əvəzləşdirilən dövlət ehtiyatlarına aid olan malların satışından əldə olunan vəsait hesabına təmin edilir. Bu zaman malların tədarük qiyməti satış qiymətindən çox olduqda və ya əlavə xərclər (daşınma, gömrük rəsmiləşdirilməsi və s.) yarandıqda aradakı fərq dövlət büdcəsinin vəsaiti və ya qanunla qadağan edilməyən digər mənbələrdən əldə edilən vəsait hesabına ödənilir.
8. Dövlət ehtiyatlarının təyinatı üzrə buraxılması
8.1. Dövlət ehtiyatlarına aid olan malların təyinatı üzrə buraxılması Qanunun 4-cü maddəsində nəzərdə tutulan hallarda həyata keçirilir.
8.2. Dövlət ehtiyatlarına aid olan malların Qanunun 4-cü maddəsində nəzərdə tutulan təyinatlar üzrə buraxılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir. Qanunun 4.1.3-cü və 4.1.4-cü maddələrində göstərilən təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı Agentliyin rəyi (Agentliyin saxladığı dövlət ehtiyatlarına aid olan mallar istisna olmaqla) nəzərə alınmaqla qəbul edilir.
8.3. Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrində nəzərdə tutulan təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Agentlik tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.
8.4. Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan təyinat üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması barədə qərar fövqəladə hallar, müdafiə və səfərbərlik sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət qurumlarının Agentlik ilə razılaşdırılmış təklifləri əsasında qəbul edilir.
8.5. Qanunun 4.1.4-cü maddəsində nəzərdə tutulan təyinat üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması barədə qərar Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyasının Agentlik ilə razılaşdırılmış təklifi əsasında qəbul edilir.
8.6. Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrində nəzərdə tutulan təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında buraxılmanın əsası və məqsədi, buraxılacaq dövlət ehtiyatlarına aid olan malların adı və miqdarı, buraxılış qiyməti, buraxılmanın həyata keçirilməli olduğu müddət və qərarın icrasının həvalə olunduğu məsul qurum (qurumlar) göstərilir.
8.7. Qanunun 4.1.3-cü və 4.1.4-cü maddələrində nəzərdə tutulan təyinatlar üzrə dövlət ehtiyatlarına aid olan malların buraxılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında buraxılmanın əsası və məqsədi, dövlət ehtiyatlarına aid olan malların buraxılacağı subyekt, buraxılacaq dövlət ehtiyatlarına aid olan malların adı və miqdarı, buraxılmanın həyata keçirilməli olduğu müddət və qərarın icrasının həvalə olunduğu məsul qurum (qurumlar) göstərilir.
8.8. Qanunun 4-cü maddəsində nəzərdə tutulan təyinatlar üzrə buraxılmış malların əvəzinə yeni malların tədarükü 3 (üç) aydan gec olmayaraq həyata keçirilir.
9. Dövlət ehtiyatlarının uçotunun aparılması
9.1. Dövlət ehtiyatlarına aid olan malların məsul saxlayıcılar tərəfindən saxlanc yerində (anbarda) uçotu bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun forma üzrə "Dövlət ehtiyatlarının uçotu vərəqəsi"ndə, mühasibatlıqda uçotu isə bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun forma üzrə "Dövlət ehtiyatlarının uçotu kitabı"nda aparılır.
9.2. Dövlət ehtiyatlarına aid olan malların saxlanc yerində (anbarda) və mühasibatlıqda uçotu hər bir mal növü üzrə ayrılıqda, istehsal tarixləri üzrə aparılır.
9.3. "Dövlət ehtiyatlarının uçotu kitabı" nömrələnir, tikilir və məsul saxlayıcının möhürü ilə təsdiqlənir.
9.4. Məsul saxlayıcılar dövlət ehtiyatlarının hərəkəti və mövcudluğu barədə bu Qaydanın 4—10 nömrəli əlavələrinə uyğun formalar üzrə məlumatları rübdə bir dəfə, hər rübdən sonrakı ayın 15-dək Agentliyə təqdim edirlər.
9.5. Dövlət ehtiyatlarının daşınması, yerdəyişməsi və saxlanılması zamanı təbii itki normaları daxilində yaranan itkilər qanunvericiliklə müəyyən edilmiş qaydada silinir.
9.6. Agentlik dövlət ehtiyatlarına aid olan malların ümumi və məsul saxlayıcılar üzrə uçotunu bu Qaydanın 11 nömrəli əlavəsinə uyğun forma üzrə aparır.
9.7. Məsul saxlayıcılar dövlət ehtiyatlarına aid olan mallar barədə bu Qaydanın 12 nömrəli əlavəsinə uyğun forma üzrə illik hesabatı yeni hesabat ilinin yanvar ayının 15-dək Agentliyə təqdim edirlər.
10. Dövlət ehtiyatlarına nəzarətin həyata keçirilməsi
10.1. Dövlət ehtiyatlarına aid olan malların mövcudluğuna, keyfiyyətinə və saxlanılma şəraitinə nəzarət Agentlik tərəfindən həyata keçirilir.
10.2. Agentlik tərəfindən nəzarət dövlət ehtiyatlarına aid olan malların saxlanıldıqları yerlərə getməklə və ya kameral qaydada həyata keçirilir.
10.3. Dövlət ehtiyatlarına aid olan malların saxlanıldığı yerlərə getməklə həyata keçirilən nəzarət Agentliyin qərarı əsasında ildə ən azı 1 (bir) dəfə, lakin rübdə 1 (bir) dəfədən çox olmamaqla plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır.
10.4. Plandankənar (növbədənkənar) nəzarət Qanunun tələblərinin pozulması ilə bağlı məlumat olduğu hallarda həyata keçirilir.
10.5. Dövlət ehtiyatlarına aid olan malların saxlanıldığı yerlərə getməklə həyata keçirilən nəzarət tədbirlərinin yekunları üzrə akt tərtib olunur, aşkar edilmiş pozuntu və ya çatışmazlıqlarla bağlı aktın tərtib olunduğu tarixdən 5 (beş) iş günü müddətində məsul saxlayıcılara tələbnamə göndərilir.
10.6. Kameral nəzarət dövlət ehtiyatlarına aid olan malların saxlanıldığı yerlərə getmədən həmin malların hərəkəti və mövcudluğu barədə bu Qaydanın 9.4-cü bəndinə əsasən Agentliyə təqdim edilən məlumatlar, habelə mənbəyi bəlli olan digər məlumatlar əsasında göstərilən məlumatların təqdim edildiyi tarixdən 20 (iyirmi) iş günü müddətində həyata keçirilir.
10.7. Kameral nəzarət nəticəsində dövlət ehtiyatlarına aid olan malların mövcudluğu və hərəkəti barədə məlumatlarda ziddiyyət və ya səhv aşkar edildikdə, Agentlik məsul saxlayıcıdan əlavə məlumat, sənəd və ya izahatın 5 (beş) iş günü müddətində təqdim olunmasını tələb edir.
10.8. Kameral nəzarət nəticəsində pozuntu və ya çatışmazlıq aşkar edildikdə akt tərtib olunur və 5 (beş) iş günü müddətində pozuntu və ya çatışmazlığın aradan qaldırılması barədə məsul saxlayıcıya tələbnamə göndərilir.
10.9. Tələbnamədə dövlət ehtiyatlarına aid olan malların mövcudluğu və ya hərəkəti ilə əlaqədar aşkar edilmiş pozuntu və ya çatışmazlığın konkret müddətdə aradan qaldırılması və nəticəsi barədə məlumatların təqdim edilməsi tələb olunur. Məsul saxlayıcılar tələbnamədə göstərilən müddət ərzində aşkar edilmiş pozuntu və çatışmazlıqları aradan qaldırmalı və tələb olunan məlumatları Agentliyə təqdim etməlidirlər.
11. Dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Agentlik hər il aprel ayının 1-dən gec olmayaraq dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə bu Qaydanın 13 nömrəli əlavəsinə uyğun forma üzrə illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. ________________________
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 1 nömrəli əlavə 20 il üçün dövlət ehtiyatlarına malların tədarük planı (sifarişçinin adı) Sıra №-si Tədarük ediləcək malın adı Ölçü vahidi Tədarük olunacaq miqdarın rüblər üzrə bölgüsü Cəmi tədarük miqdarı Irüb II rüb III rüb IV rüb 1 2 3 4 5 6 7 8
1. Saxlanılmalı ehtiyatın minimal həcminin təmin edilməsi ilə bağlı
1.1. 1.2. ...
2. Dövlət ehtiyatının yeniləşdirilməsi ilə bağlı
2.1. 2.2. ...
3. Dövlət ehtiyatının əvəzləşdirilməsi ilə bağlı
3.1. 3.2. ...
4. Borc alınmış dövlət ehtiyatının qaytarılması ilə bağlı
4.1. 4.2. ... Rəhbər __________________________ (imza) _______________ (soyadı, adı, atasının adı) Baş mühasib __________________________ (imza) _______________ (soyadı, adı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 2 nömrəli əlavə üzrə dövlət ehtiyatlarının uçotu vərəqəsi (malın adı) Sıra №-si Tarix Ölçü vahidi İlkin qalıq miqdarı Mədaxil miqdarı Məxaric miqdarı Son qalıq miqdarı Yararlılıq müddətinin başa çatacağı tarix Əməliyyatın icra olunmasının əsası 1 2 3 4 5 6 7 8 9 1. 2. 3. ...
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 3 nömrəli əlavə Dövlət ehtiyatlarının uçotu kitabı Sıra №-si Tarix Malın adı Ölçü vahidi İlkin qalıq miqdarı Mədaxil miqdarı Məxaric miqdarı Son qalıq miqdarı Son qalıq dəyəri Yararlılıq müddətinin başa çatacağı tarix Əməliyyatın icra olunmasının əsası 1 2 3 4 5 6 7 8 9 10 11 1. 2. 3. ...
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 4 nömrəli əlavə tarixə dövlət ehtiyatlarına aid olan malların qalığı haqqında məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı İstehsal tarixi (gün, ay, il) Yararlılıq müddətinin başa çatacağı tarix Ölçü vahidi Miqdarı Son qalıq dəyəri (min manatla) 1 2 3 4 5 6 7
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu Qeyd. Yararlılıq müddətinin başa çatma tarixi fərqli olan mallar barədə məlumatlar ayrı sətirlərdə göstərilir. Rəhbər _____________________ (imza) _________________________ (soyadı, adı, atasının adı) Baş mühasib _____________________ (imza) _________________________ (soyadı, adı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 5 nömrəli əlavə Dövlət ehtiyatlarının yeniləşdirilməsi barədə məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Əvvəlki dövrlərdə yeniləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin hesabat dövrünün əvvəlinə özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Hesabat dövründə yeniləşdirilməsi barədə qərar qəbul edilmiş ehtiyatın Hesabat dövründə cəmi özgəninkiləşdirilməli ehtiyatın Hesabat dövründə özgəninkiləşdirilmiş ehtiyatın Hesabat dövrünün sonuna özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Yeniləşdirmə üçün buraxılmış ehtiyatların əvəzinə tədarük edilmiş ehtiyatın Yeniləşdirilmə üçün buraxılmış və özgəninkiləşdirilmiş ehtiyatın satış qiyməti ilə hesabat dövrünün əvvəlinə ödənilməmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövründə ödənilmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövrünün sonuna ödənilməmiş məbləği (min manatla) (st 17+st 12- st 18) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 4+st 6) alış qiyməti ilə dəyəri (min manatla) (st 5+st 7) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) satış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 8-st 10) alış qiyməti ilə dəyəri, min man (st 9-st 11) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. .... Cəmi Yekunu Rəhbər Baş mühasib _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı) _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 6 nömrəli əlavə Dövlət ehtiyatlarının əvəzləşdirilməsi barədə məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Əvvəlki dövrlərdə əvəzləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin hesabat dövrünün əvvəlinə özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Hesabat dövründə əvəzləşdirilməsi barədə qərar qəbul edilmiş ehtiyatın Hesabat dövründə cəmi özgəninkiləşdirilməli ehtiyatın Hesabat dövründə özgəninkiləşdirilmiş ehtiyatın Hesabat dövrünün sonuna özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Əvəzləşdirmə üçün buraxılmış ehtiyatların əvəzinə tədarük edilmiş ehtiyatın Əvəzləşdirilmə üçün buraxılmış və özgəninkiləşdirilmiş ehtiyatın satış qiyməti ilə hesabat dövrünün əvvəlinə ödənilməmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövründə ödənilmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövrünün sonuna ödənilməmiş məbləği (min manatla) (st 17+st 12- st 18) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 4+st 6) alış qiyməti ilə dəyəri (min manatla) (st 5+st 7) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) satış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 8-st 10) alış qiyməti ilə dəyəri (min manatla) (st 9-st 11) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. .... Cəmi Yekunu Rəhbər Baş mühasib _____________________ (imza) _________________________ (soyadı, adı, atasının adı) _____________________ (imza) _________________________ (soyadı, adı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 7 nömrəli əlavə Dövlət ehtiyatlarının borc verilməsi barədə məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Hesabat dövrünün əvvəlinə dövlət ehtiyatlarından alınmış mallar üzrə borcu olan şəxsin Borcun verildiyi tarix Borc verilmiş malın Hesabat dövründə dövlət ehtiyatlarından borc verilmiş şəxsin Borcun verildiyi tarix Borc verilmiş malın Hesabat dövründə qaytarılmış borcun Hesabat dövrünün sonuna borc qalığı miqdarı dəyəri (min manatla) qaytarılmalı olduğu tarix miqdarı dəyəri (min manatla) qaytarılmalı olduğu tarix Cəmi o cümlədən, vaxtı ötmüş tam adı VÖEN-i tam adı VÖEN-i miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu Qeyd. Yalnız ilin əvvəlinə borcu olan və il ərzində borc verilən şəxs eyni olduqda, məlumatlar eyni sətirdə əks etdirilir. Digər hallarda hər şəxs üzrə məlumatlar ayrı sətirlərin müvafiq sütunlarında göstərilir. Rəhbər Baş mühasib _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı) _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 8 nömrəli əlavə Dövlət ehtiyatlarının brondan çıxarılması barədə məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Əvvəlki dövrlərdə brondan çıxarılmış, lakin hesabat dövrünün əvvəlinə özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Hesabat dövründə brondan çıxarılmış ehtiyatın Hesabat dövründə cəmi özgəninkiləşdirilməli ehtiyatın Hesabat dövründə özgəninkiləşdirilmiş ehtiyatın Hesabat dövrünün sonuna özgəninkiləşdirilməsi başa çatmamış ehtiyatın Brondan çıxarılmış və özgəninkiləşdirilmiş ehtiyatın satış qiyməti ilə hesabat dövrünün əvvəlinə ödənilməmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövründə ödənilmiş məbləği (min manatla) satış qiyməti ilə hesabat dövrünün sonuna ödənilməmiş məbləği (min manatla) (st 15+st 12- st 16) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 4+st 6) alış qiyməti ilə dəyəri (min manatla) (st 5+st 7) miqdarı alış qiyməti ilə dəyəri (min manatla) satış qiyməti ilə dəyəri (min manatla) miqdarı (st 8-st 10) alış qiyməti ilə dəyəri (min manatla) (st 9-st 11) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. .... Cəmi Yekunu Rəhbər Baş mühasib _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı) _____________________ (imza) _________________________ (adı, soyadı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 9 nömrəli əlavə Dövlət ehtiyatlarının fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi ilə bağlı buraxılması barədə məlumat ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Hesabat dövründə Əsas verən sənədin fövqəladə ehtiyacların təmin edilməsi üçün buraxılmış ehtiyatın müdafiə ehtiyaclarının təmin edilməsi üçün buraxılmış ehtiyatın səfərbərlik ehtiyaclarının təmin edilməsi üçün buraxılmış ehtiyatın miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) nömrəsi tarixi 1 2 3 4 5 6 7 8 9 10 11
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu Rəhbər ___________________ (imza) _______________________ (adı, soyadı, atasının adı) Baş mühasib __________________ (imza) _______________________ (adı, soyadı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 10 nömrəli əlavə Dövlət ehtiyatlarının humanitar yardımın göstərilməsi ilə bağlı buraxılması barədə məlumat 20 ilin rübü üzrə (məsul saxlayıcının adı və VÖEN-i) Sıra №-si Malın adı Ölçü vahidi Hesabat dövründə humanitar yardım üçün istifadə edilmiş ehtiyatın Humanitar yardımın göstərilməsinə əsas verən sənədin miqdarı dəyəri (min manatla) nömrəsi tarixi 1 2 3 4 5 6 7
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu Rəhbər _________________ (imza) _________________________ (adı, soyadı, atasının adı) Baş mühasib _________________ (imza) _________________________ (adı, soyadı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 11 nömrəli əlavə Dövlət ehtiyatlarının ümumi və məsul saxlayıcılar üzrə uçotu Sıra №-si Malın adı Ölçü vahidi Ümumi uçot Məsul saxlayıcılar üzrə uçot məsul saxlayıcılar tərəfindən təmin edilməli ehtiyatın cəmi minimal həcmi məsul saxlayıcılar tərəfindən təmin edilmiş ehtiyatın məsul saxlayıcının adı: məsul saxlayıcı tərəfindən ehtiyatın təmin edilməli minimal həcmi məsul saxlayıcı tərəfindən təmin edilmiş ehtiyatın cəmi faktiki həcmi cəmi dəyəri (min manatla) təmin edilməli minimal həcmi ilə fərqi (+artıq, - əskik) faktiki həcmi dəyəri (min manatla) təmin edilməli minimal həcmi ilə fərqi (+artıq, -əskik) 1 2 3 4 5 6 7 8 9 10 11
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 12 nömrəli əlavə Dövlət ehtiyatlarına aid olan mallar barədə HESABAT 20___ il üzrə (məsul saxlayıcının adı və VÖEN) Sıra №-si Malın adı Ölçü vahidi Təmin edilməli ehtiyatın minimal həcmi Hesabat dövrünün əvvəlinə ehtiyatın qalığı Hesabat dövründə tədarük edilmiş ehtiyatların Hesabat dövründə buraxılmış ehtiyatların Alınmış borca görə qaytarılmış malın Verilmiş borcdan qaytarılmış ehtiyatın İnventarizasiya nəticəsində müəyyən edilmiş əskik gəlmə və itki İnventarizasiya nəticəsində müəyyən edilmiş artıq gəlmə Hesabat dövrünün sonuna ehtiyatın qalığı Dövrün sonuna ehtiyatın faktiki qalığının təmin edilməli ehtiyatın minimal həcmi ilə fərqi (st 47- st 4) (- əskik, + artıq) Cəmi o cümlədən Cəmi o cümlədən minimal həcmin təmin edilməsi üçün yeni alınmış yeniləşdirilmə üçün buraxılmış ehtiyatın əvəzinə əvəzləşdirilmə üçün buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə uyğun buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.3- cü maddəsinə uyğun buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.4- cü maddəsinə uyğun buraxılmış ehtiyatın əvəzinə borc alınmış ehtiyatlarının qaytarılması üçün yeniləşdirmə üçün əvəzləşdirmə üçün borca verilməsi üçün Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə uyğun Qanunun 4.1.3-cü maddəsinə uyğun Qanunun 4.1.4-cü maddəsinə uyğun brondan çıxarılmış miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı (st 5+st 7- st 23- st 39+st 41- st 43+st 45) dəyəri (min manatla) (st 6+st 8- st 24- st 40+st 42- 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49
1. Strateji ehtiyatlar
1.1. 1.2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
2.1. 2.2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
3.1. 3.2. ... Cəmi Yekunu Rəhbər Baş mühasib _______________________________ (imza) ______________________________ (soyadı, adı, atasının adı) _______________________________ (imza) _____________________________ (soyadı, adı, atasının adı)
"Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası"na 13 nömrəli əlavə Dövlət ehtiyatlarının hərəkəti və mövcudluğu barədə İLLİK HESABAT 20 il üzrə Sıra №-si Malın adı Ölçü vahidi Təmin edilməli ehtiyatın minimal həcmi Hesabat dövrünün əvvəlinə ehtiyatın qalıq Hesabat dövründə tədarük edilmiş ehtiyatların Hesabat dövründə buraxılmış ehtiyatların Alınmış borca görə qaytarılmış malın Verilmiş borcdan qaytarılmış ehtiyatın İnventarizasiya nəticəsində müəyyən edilmiş əskik gəlmə və itki İnventarizasiya nəticəsində müəyyən edilmiş artıq gəlmə Hesabat dövrünün sonuna ehtiyatın qalığı Dövrün sonuna ehtiyatın faktiki qalığının təmin edilməli ehtiyatın minimal həcmi ilə fərqi (st 47-st 4) (- əskik, + artıq) Cəmi o cümlədən Cəmi o cümlədən minimal həcmin təmin edilməsi üçün yeni alınmış yeniləşdirilmə üçün buraxılmış ehtiyatın əvəzinə əvəzləşdirilmə üçün buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə uyğun buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.3- cü maddəsinə uyğun buraxılmış ehtiyatın əvəzinə Qanunun 4.1.4- cü maddəsinə uyğun buraxılmış ehtiyatın əvəzinə borc alınmış ehtiyatlarının qaytarılması üçün yeniləşdirmə üçün əvəzləşdirmə üçün borca verilməsi üçün Qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə uyğun Qanunun 4.1.3-cü maddəsinə uyğun Qanunun 4.1.4-cü maddəsinə uyğun brondan çıxarılmış miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı dəyəri (min manatla) miqdarı (st 5+st 7- st 23- st 39+st 41- st 43+st 45) dəyəri (min manatla) (st 6+st 8- st 24- st 40+st 42 st 44+st 46) 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49
1. Strateji ehtiyatlar
1. 2. ... Cəmi
2. Fövqəladə ehtiyatlar
1. 2. ... Cəmi
3. Səfərbərlik ehtiyatları
1. 2. ... Cəmi Yekunu Rəhbər Baş mühasib _____________________________________ (imzası) ________________________________________ (soyadı, adı, atasının adı) _____________________________________ (imzası) ________________________________________ (soyadı, adı, atasının adı)