Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyası aşağıdakı tərkibdə təşkil edilsin:
Akimova Elnarə Seydulla qızı Cəfərov Nizami Qulu oğlu Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru;
Azərbaycan Atatürk Mərkəzinin müdiri, akademik;
Ələkbərov Əziz Yusif oğlu Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru;
Həbibbəyli İsa Əkbər oğlu AMEA-nın prezidenti, akademik;
Hüseynova Mahirə Nağı qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru;
İsgəndərov Anar Camal oğlu İsmayılov Elçin Mirhüseyn oğlu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor;
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;
Quliyev Musa İsa oğlu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru;
Məmmədov Hikmət Baba oğlu Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor;
Nağısoylu Möhsün Zellabdin oğlu AMEA-nın müşaviri, akademik;
Rüstəmxanlı Sabir Xudu oğlu İskəndərov Cavid Nizami oğlu Xalq şairi, filologiya üzrə elmlər namizədi;
Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri.
2. Komissiyanın işinin təşkili Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə tapşırılsın.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakı şəhəri, 29 dekabr 2024-cü il