QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları”nın təsdiq edilməsi…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 19 Dec 2024

Aktın mətni

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları" təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 17 " " dekabr " 2024-cü il № 525

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il " 17 " dekabr tarixli 525 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 5.1-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir.

1.2. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra — Agentlik) tərəfindən həyata keçirilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Monitorinqin məqsədi

2.1. Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

2.2. Monitorinq özündə aşağıdakıları ehtiva edir:

2.2.1. strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsi;

2.2.2. strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;

2.2.3. strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsi;

2.2.4. strateji əhəmiyyətli malların həcminin azalması ehtimalı yarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.

2.3. Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:

2.3.1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları;

2.3.2. internet resurslarından və mediadan əldə edilən məlumatlar;

2.3.3. bazar iştirakçılarından əldə edilən məlumatlar.

3. Monitorinqin əhatə dairəsi

Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90 (doxsan) faizini təmin edən bazar iştirakçılarını əhatə edir.

4. Monitorinqin həyata keçirilməsi üçün məlumatların əldə edilməsi

4.1. Monitorinq strateji əhəmiyyətli mallara dair bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulan məlumatların toplanılması və təhlili yolu ilə həyata keçirilir.

4.2. Monitorinqin həyata keçirilməsi üçün Agentlik dövlət orqanlarına (qurumlarına) və bazar iştirakçılarına bu Qaydanın əlavəsinə uyğun forma üzrə məlumatlar barədə sorğu verir və onlardan bu məlumatları hesabat ayından sonrakı ayın 5-ci iş gününədək alır.

5. Monitorinqin həyata keçirilməsi

5.1. Monitorinq strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş hər bir mal üzrə ayda 1 (bir) dəfə 5 (beş) gün müddətində həyata keçirilir.

5.2. Strateji əhəmiyyətli malların pərakəndə satış qiymətlərində kəskin qiymət dəyişməsi baş verdikdə növbədənkənar monitorinq həyata keçirilir.

5.3. Monitorinqin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən mütəxəssislər dəvət oluna bilərlər.

6. Monitorinqin nəticələri Monitorinqin nəticələrinə əsasən strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının pozulması və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi ehtimalına dair arayış Agentlik tərəfindən tərtib edilir və hər ayın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

7. Qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları

7.1. Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsi aşağıdakı meyarların hər birinə uyğun olmalıdır:

7.1.1. pərakəndə satış qiymətinin son 10 (on) gün müddətində 10 (on) faizdən çox dəyişməsi;

7.1.2. qiymət dəyişməsinin 1 (bir) aydan çox olmayan müddətdə davam etməsi ehtimalı.

"Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları"na əlavə Strateji əhəmiyyətli malların siyahısına daxil edilmiş mallar barədə məlumat __________________________________________________________________________________________ (dövlət orqanının (qurumunun), hüquqi və ya fiziki şəxsin tam adı) VÖEN _______________________________ "1"___________ 20____ il tarixinə Sıra №-si Malın adı Ölçü vahidi Hesabat ilindən əvvəlki ildə orta aylıq anbar qalığı Təmin edilməli həcm Hesabat ilindən əvvəlki ildə orta aylıq satış həcmi Hesabat ayının əvvəlinə qalıq Hesabat ayında anbara mədaxil Hesabat ayında anbardan məxaric Hesabat ayının sonuna qalıq Hesabat ayından sonrakı 3 (üç) ay ərzində anbara gözlənilən mədaxil 1 2 3 4 5 6 7 8 9 10 11 Qeyd. Hesabat ilindən əvvəlki ildə orta aylıq anbar qalığı (4-cü sütun) hər bir strateji əhəmiyyətli mal üzrə həmin ilin hər ayının 1-nə olan anbar qalıqlarının cəmini 12-yə bölməklə müəyyən edilir. Rəhbər ______________________ _________________________ (imza) (adı, soyadı, atasının adı) M. Y.

Əvvəlki yenilik
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI