QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərQanunvericilik aktları
Rəsmi mənbə

“Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası”nın…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 19 Dec 2024

Aktın mətni

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, " 17 " " dekabr " 2024-cü il № 524

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il " 17 " dekabr tarixli 524 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 1.1.2-ci və 5.4-cü maddələrinə əsasən hazırlanmışdır və ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarına dair meyarları müəyyən edir, habelə onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə (bundan sonra — Agentlik) məlumat təqdim edilməsi üzrə təşkilati və hüquqi məsələləri tənzimləyir.

1.2. Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyən edilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelə dövlət qurumlarına şamil edilir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Bazar iştirakçılarına dair meyarlar və bazar iştirakçısının müəyyən edilməsi

2.1. Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzində strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər.

2.2. Ötən ildə strateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər və ya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentlik tərəfindən əldə edilir.

2.3. Bazar iştirakçılarına onların hansı strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin mal üzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindən hər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.

2.4. Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı tərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:

2.4.1. bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fiziki şəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi müəyyən edilir;

2.4.2. bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrə bazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminə vurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;

2.4.3. bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı aşağıdakı düsturla müəyyən edilir:

BİP = ÜH x BP ÜHbi burada: BİP - bazar iştirakçıları tərəfindən təqdim edilmiş strateji əhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı; ÜH - müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumi həcmi; BP - bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrə ümumi bazarda payı; ÜHbi - müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçıları tərəfindən təqdim edilən malın ümumi həcmi;

2.4.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturası üzrə bazar iştirakçıları tərəfindən təmin edilən minimal həcm bazar iştirakçısının bu Qaydanın 2.4.3-cü yarımbəndinə uyğun hesablanmış payına vurulmaqla bazar iştirakçısı tərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcm hesablanır.

2.5. Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbəti ilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydanın 2.3-cü bəndində göstərilən bildirişdə qeyd olunan minimal həcmini təmin edir.

3. Bazar iştirakçıları tərəfindən təmin edilən mallara dair məlumatın təqdim edilməsi

3.1. Bazar iştirakçıları onlar tərəfindən təmin edilən mallar barədə bu Qaydanın əlavəsinə uyğun formada Agentliyə məlumat təqdim edirlər. 3.2. Bu Qaydanın 3.1-ci bəndində göstərilən məlumat ayda 1 (bir) dəfə hesabat ayından sonrakı ayın 5-dək təqdim edilir.

"Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi Qaydası"na əlavə Bazar iştirakçıları tərəfindən təmin edilən mallar barədə məlumat ____________________________________________________________ (bazar iştirakçısının adı) VÖEN _______________________________ "1" ____________ 20____ il tarixinə Sıra №-si Malın adı Ölçü vahidi Hesabat ilindən əvvəlki ildə orta aylıq anbar qalığı Təmin edilməli həcm Hesabat ayının əvvəlinə qalıq Hesabat ayında anbara mədaxil Hesabat ayında anbardan məxaric Hesabat ayının sonuna qalıq Hesabat ayından sonrakı 3 ayda gözlənilən mədaxil cəmi o cümlədən hesabat ayından sonrakı ayda 1 2 3 4 5 6 7 8 9 10 11 Rəhbər

_____________________ _________________________ (imzası) (adı, soyadı, atasının adı) Baş mühasib

_____________________ _________________________ (imzası) (adı, soyadı, atasının adı)

Əvvəlki yenilik
“Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI