AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1."Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225 (Cild I) ləğv edilsin. Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 30 iyul 2024-cü il № 368
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra — Fond) tərəfindən "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin fərmanları və ya sərəncamları ilə ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nda nəzərdə tutulmuş aylıq müavinətin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydaları"nda nəzərdə tutulmuş kompensasiyanın (bundan sonra — sosial ödənişlər) təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizə olunması qaydasını müəyyən edir.
1.2. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün (20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə münasibətdə bu Qaydaya uyğun olaraq), Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və 3 yaşınadək uşağa qulluğa görə müavinətin təyin olunması üçün müraciətin edilməsi, onların təyin olunması və ödənilməsi bu Qaydanın müddəaları nəzərə alınmaqla müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"na, 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası"na, 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün ödənilməsi Qaydası"na və 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə uyğun olaraq həyata keçirilir.
1.3. Sosial ödənişlər bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq müraciət olunmadan proaktiv qaydada və ya onu almaq hüququ olan şəxslərin və yaxud onların qanuni nümayəndələrinin bu Qaydanın 4.1- ci bəndinə uyğun olaraq müraciəti əsasında Fond tərəfindən təyin edilir.
1.4. Bu Qaydada nəzərdə tutulan sosial ödənişlərin təyin edilməsi, ödənilməsi və ödənişinin dayandırılması ilə bağlı sənədlərin (məlumatların) və onların surətinin elektron variantının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra — Nazirlik) səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra — MEİS) "Sosial ödənişlər" altsisteminə daxil edilir və ya bildirişlər (bu Qaydanın 5.8-ci bəndi nəzərə alınmaqla) həmin altsistem vasitəsilə göndərilir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. sosial ödəniş almaq hüququ olan şəxs — bu Qaydanın 1.1-ci bəndində qeyd olunan normativ hüquqi aktlara əsasən proaktiv və ya müraciət əsasında sosial ödəniş təyinatı aparılan şəxs;
2.1.2. proaktiv təyinat — Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin (bundan sonra — Əsasnamə) 4.1-ci bəndinə əsasən MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarının və sistemlərinin və "Elektron məhkəmə" informasiya sisteminin məlumatları əsasında sosial ödəniş almaq hüququ yaranan şəxslərə MEİS tərəfindən avtomatik olaraq sosial ödənişlərin təyin edilməsi;
2.1.3. sosial ödəniş işi — sosial ödənişin təyinatının aparılması, ödənilməsi və ödənişinin dayandırılması ilə bağlı müvafiq sənəd və (və ya) məlumatların (o cümlədən elektron qaydada əldə olunmuş məlumatların) toplusu;
2.1.4. arxivləşdirilən sosial ödəniş işi — bu Qaydanın 8-ci hissəsində qeyd olunan əsaslarla ödənişi daimi olaraq dayandırılan sosial ödəniş işi.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
3. Sosial ödənişlərin proaktiv təyinatı
3.1. Sosial ödənişlərin proaktiv təyinatı (bu Qaydanın 3.2-ci bəndi nəzərə alınmaqla) Əsasnamənin 4.1-ci bəndində qeyd olunan MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-nin "Sosial ödənişlər" altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 (on) iş günü müddətində aparılır.
3.2. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin proaktiv təyinatı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq məhkəmənin uşağın övladlığa götürülməsi barədə qətnaməsindən çıxarış "Elektron məhkəmə" informasiya sistemindən MEİS-yə ötürüldüyü gündən ən geci 5 (beş) iş günü müddətində aparılır.
3.3. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət və həmin uşaqlara mövsümi geyimin alınması üçün müavinət yalnız proaktiv təyin edilir.
3.4. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə sosial ödənişlərin proaktiv təyin olunmasına Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq həmçinin MEİS-yə ötürülən aşağıdakı məlumatlar əsasında baxılır: 3.4.1.məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix; 3.4.2.cəzaçəkmə müddəti; 3.4.3.cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix; 3.4.4.cəzanın çəkilmə yeri; 3.4.5.məhkumun yerdəyişmələri haqqında məlumat.
3.5. Sosial ödənişin proaktiv təyin edilməsinin nəticəsi barədə şəxsin və ya onun qanuni nümayəndəsinin MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada (müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə münasibətdə bu Qaydanın 8 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada) bildiriş göndərilir.
4. Sosial ödənişlərin müraciət əsasında təyinatı
4.1. Bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı (bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla) onları almaq hüququ olan şəxslərin (18 yaşınadək uşaqlara, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə münasibətdə onların valideynlərindən birinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun (və ya himayəçinin)) həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Fondun yerli qurumuna (bundan sonra — Qurum) və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST" mərkəzlərinə (bundan sonra — "DOST" mərkəzi) bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə qeyd edilən formada yazılı müraciəti əsasında Fond tərəfindən aparılır. Sosial ödənişlərin müraciət əsasında təyin edilməsi üçün sosial ödəniş almaq hüququ olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti ("Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən sosial müavinətlərin təyin edilməsi üçün müraciət etmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti) və aşağıdakı aidiyyəti sənədlərin və ya onların surətinin (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 4.1.1.dövlət qulluqçularına ömürlük müavinətin təyin edilməsi üçün:
4.1.1.1. dövlət qulluqçusunun dövlət məvacibi barədə dövlət orqanının arayışı;
4.1.1.2. əmək kitabçasının surəti və ya əmək kitabçasından çıxarış; 4.1.2.valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan (uşaqların səkkiz yaşınadək sağ olması şərtilə) qadınlara yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün:
4.1.2.1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti (uşaq vəfat etdikdə uşağın ölüm haqqında şəhadətnaməsinin surəti);
4.1.2.2. uşağın (uşaqların) övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;
4.1.2.3. qəyyumluğu təsdiq edən sənəd;
4.1.3.əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün uşağın doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surəti (uşaq vəfat etdikdə uşağın ölüm haqqında şəhadətnaməsinin surəti); 4.1.4.valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağı olan (uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə) kişilərə yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün:
4.1.4.1. uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surəti;
4.1.4.2. qadının ölüm haqqında şəhadətnaməsinin (ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının) və ya valideynlik hüququndan məhrum edilməsi, habelə uşağın kişinin himayəsinə verildiyi barədə məhkəmə qərarının surəti;
4.1.4.3. uşağın (uşaqların) övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;
4.1.4.4. qəyyumluğu təsdiq edən sənəd;
4.1.5.vəfat etmiş şəxsin uşağına (uşaqlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün:
4.1.5.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
4.1.5.2. vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.5.3. vəfat etmiş şəxsin 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı; 4.1.6.vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladına (övladlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti; 4.1.7.vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən şəxsə ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün:
4.1.7.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti;
4.1.7.2. vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.7.3. şəxsin uşaqla (uşaqlarla) və yaxud vəfat etmiş ailə başçısı ilə qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti; 4.1.8.müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinətin təyin edilməsi üçün:
4.1.8.1. şəxsin müddətli həqiqi hərbi xidmətdə olmasına dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;
4.1.8.2. uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.8.3. nikah haqqında şəhadətnamənin və ya atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti; 4.1.9.valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətin təyin edilməsi üçün:
4.1.9.1. uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.9.2. qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd;
4.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətin təyin edilməsi üçün uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.11. beşdən çox uşağı olan qadınlara müavinətin təyin edilməsi üçün uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
4.1.12. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətin təyin edilməsi üçün:
4.1.12.1. uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.12.2. valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın (uşaqların) övladlığa götürülməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti;
4.1.13. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün:
4.1.13.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin tabeliyindəki V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
4.1.13.2. aylıq ödəncin işəgötürən tərəfindən hansı tarixədək ödənilməsini təsdiq edən sənəd;
4.1.13.3. həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün işçinin ölüm haqqında şəhadətnaməsinin surəti;
4.1.13.4. müavinəti almaq hüququ olan şəxslərin həlak olan işçi ilə qohumluğunu təsdiq edən sənədlərin (doğum, nikah, vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin) surəti;
4.1.14. Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın təyin edilməsi üçün:
4.1.14.1. istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti;
4.1.14.2. istehsalatda baş vermiş bədbəxt hadisə zamanı həlak olmuş işçinin ölüm haqqında şəhadətnaməsinin surəti;
4.1.14.3. şəxsin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilən şəxs olmasını təsdiq edən sənədlərinin (şəxsin həlak olan işçi ilə qohumluğunu təsdiq edən doğum, nikah, vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin) surəti;
4.1.15. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün hər il birdəfəlik müavinətin təyin edilməsi üçün radiasiya qəzasının nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin, habelə onların qəzadan sonra doğulmuş uşaqlarının əlilliyinin qəza ilə bağlı olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi;
4.1.16. uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi üçün:
4.1.16.1. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
4.1.16.2. uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;
4.1.17. dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi üçün:
4.1.17.1. vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
4.1.17.2. dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı;
4.1.17.3. dəfni təşkil edən şəxs barədə 2019-cu il martın 1-dək vəfat etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı, 2019-cu il martın 1-dən sonra vəfat etmiş şəxslərə münasibətdə bələdiyyənin arayışı;
4.1.18. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün:
4.1.18.1. şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti;
4.1.18.2. şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;
4.1.18.3. məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti;
4.1.19. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.19.1. Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;
4.1.19.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə);
4.1.19.3. şəxslərin Vətən Müharibəsi Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Vətən Müharibəsi Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Vətən
Müharibəsi Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Vətən Müharibəsi Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
4.1.19.4. vəfat etmiş Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının dul arvadının (ərinin) Vətən Müharibəsi Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə;
4.1.19.5. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
4.1.19.6. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı; 4.1.20."Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.20.1. "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının surəti;
4.1.20.2. Azərbaycanın Milli Qəhrəmanının ölüm haqqında şəhadətnaməsinin surəti (həmin ad şəxsin ölümündən sonra verildikdə və ya şəxs sonradan vəfat etdikdə);
4.1.20.3. şəxslərin Azərbaycanın Milli Qəhrəmanının təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (Azərbaycanın Milli Qəhrəmanının övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə Azərbaycanın Milli Qəhrəmanının doğum haqqında şəhadətnaməsinin, habelə Azərbaycanın Milli Qəhrəmanının vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
4.1.20.4. vəfat etmiş Azərbaycanın Milli Qəhrəmanının dul arvadının (ərinin) Azərbaycanın Milli Qəhrəmanı ilə nikahı haqqında şəhadətnamə;
4.1.20.5. Azərbaycanın Milli Qəhrəmanının 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
4.1.20.6. Azərbaycanın Milli Qəhrəmanının 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı;
4.1.21.20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.21.1. "20 Yanvar şəhidi" fəxri adı ilə təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;
4.1.21.2. 20 Yanvar şəhidinin ölüm haqqında şəhadətnaməsinin surəti;
4.1.21.3. şəxslərin 20 Yanvar şəhidinin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (20 Yanvar şəhidinin övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə 20 Yanvar şəhidinin doğum haqqında şəhadətnaməsinin, habelə 20 Yanvar şəhidinin vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;
4.1.21.4. 20 Yanvar şəhidinin dul arvadının (ərinin) şəhidlə nikahı haqqında şəhadətnamə;
4.1.21.5. 20 Yanvar şəhidinin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;
4.1.21.6. 20 Yanvar şəhidinin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı;
4.1.22. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təyin edilməsi üçün:
4.1.22.1. fərdi təqaüdün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;
4.1.22.2. bank hesabının nömrəsi barədə arayış;
4.1.23. fəxri adlara görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün fəxri adla təltif olunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti;
4.1.24. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.24.1. Böyük Vətən müharibəsi iştirakçısı vəsiqəsinin və ya Böyük Vətən müharibəsi iştirakçısı olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin arayışı;
4.1.24.2. "Leninqradın müdafiəsinə görə" medalının və ya "Leninqrad mühasirəsində yaşayan" döş nişanının vəsiqəsi;
4.1.25. müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün "Müharibə veteranı" vəsiqəsinin surəti;
4.1.26. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:
4.1.26.1. əmək kitabçasının surəti;
4.1.26.2. fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi barədə diplomun surəti.
4.2. Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsə sosial ödənişin proaktiv təyinatı mümkün olmadıqda, həmin şəxsin bununla bağlı müraciət ərizəsinin, onun şəxsiyyət vəsiqəsinin surətinin, bu Qaydanın 4.1-ci bəndində qeyd edilən müvafiq sənədlərin (və/və ya onların surətinin) əlavə olunduğu və həmin şəxsə dair bu Qaydanın 3.4.1-3.4.5-ci yarımbəndlərində qeyd edilən məlumatların əks olunduğu məktub cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən poçt vasitəsilə Quruma və ya "DOST" mərkəzinə göndərilir.
4.3. Sosial ödənişin təyin edilməsi üçün müraciət onu almaq hüququ olan şəxsin nümayəndəsi tərəfindən edildikdə müvafiq sosial ödənişin təyinatı üzrə bu Qaydanın 4.1-ci bəndində qeyd edilən sənədlərə və ya onların surətlərinə əlavə olaraq nümayəndənin şəxsiyyət vəsiqəsinin və onun səlahiyyətlərini təsdiq edən sənədin (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin) surətləri əlavə olunur.
4.4. Müraciət əsasında sosial ödənişlərin təyin edilməsi üçün zəruri olan, bu Qaydanın 4.1-ci bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
5. Müraciətə baxılması və onun nəticəsi barədə məlumatlandırma
5.1. Müraciət əsasında təyinat aparılması üçün Quruma və ya "DOST" mərkəzinə təqdim edildiyi, poçtla və ya elektron qaydada daxil olduğu gün müraciət edən şəxsin MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bildiriş göndərilməklə ərizə qeydiyyata alınır.
5.2. Şəxsə sosial ödənişin təyin olunmasından imtinaya əsas olmadıqda sənədlər Quruma və ya "DOST" mərkəzinə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində Fond tərəfindən sosial ödənişin təyin edilməsi haqqında bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada qərar qəbul edilir və bu barədə şəxsin müraciətində qeyd olunmuş poçt ünvanına, yaxud əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada (müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə münasibətdə bu Qaydanın 8 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada) bildiriş göndərilir.
5.3. Müraciət edən şəxsin sosial ödəniş almaq hüququ olmadığı halda, sənədlər Quruma və ya "DOST" mərkəzinə daxil olduğu tarixdən 5 (beş) gün müddətində Fond tərəfindən imtinanın səbəbləri göstərilməklə bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada şəxsə sosial ödənişin təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir və bu barədə şəxsin müraciətində qeyd olunmuş poçt ünvanına, yaxud əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada bildiriş göndərilir.
5.4. Sosial ödənişin təyin olunması üçün təqdim edilmiş, poçtla və ya elektron qaydada daxil olmuş sənədlər və ya onların surəti bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan sənədlərin siyahısına əsasən tam olmadıqda bu barədə (bu Qaydanın 4.4-cü bəndinin tələbi nəzərə alınmaqla) müraciətin daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində şəxsin müraciətində qeyd olunmuş poçt ünvanına, yaxud əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) çatışmayan sənədlərin və ya onların surətinin 5 (beş) iş günü müddətində təqdim olunması ilə bağlı bu Qaydanın 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada (müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə münasibətdə bu Qaydanın 9 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada) bildiriş göndərilir. Bu zaman sosial ödənişin təyin edilməsi ilə bağlı müddətin axımı dayanır.
5.5. Çatışmayan sənədlər və ya onların surəti bu Qaydanın 5.4- cü bəndində müəyyən olunmuş müddətdə (bu Qaydanın 5.7-ci bəndi nəzərə alınmaqla) təqdim olunmadıqda müraciətə baxılması ilə bağlı müddətin axımı dayandırılır.
5.6. Çatışmayan sənədlər və ya onların surəti təqdim olunduğu andan müddətin axımı bərpa olunur və sosial ödənişin təyin edilməsi ilə bağlı müraciətə bu Qaydanın 5.2-5.5-ci bəndlərinə uyğun olaraq yenidən baxılır.
5.7. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə uyğun olaraq, ərizəçiyə poçt rabitəsi vasitəsilə göndərilmiş bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra elektron üsulla göndərilmiş bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılır.
5.8. Bu Qaydanın 3.5-ci, 5.1-ci, 5.2-ci, 5.3-cü və ya 5.4-cü bəndləri üzrə bildirişlər müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslərə təqdim olunması üçün kağız daşıyıcıda cəzanın çəkilmə yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müvafiq cəzaçəkmə müəssisəsinə göndərilir.
5.9. Müraciət edən şəxsin (onun qanuni nümayəndəsinin) sosial ödənişin təyin olunmasından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.
6. Sosial ödənişlərin təyin edilməsi şərtləri
6.1. Sosial müavinətlər "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa, "Sosial müavinətlər haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən təyin edilir.
6.2. Ayrı-ayrı kateqoriya şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiya həmin təqaüdün və kompensasiyanın təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və ya Sərəncamının qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan tarixdən təyin edilir.
6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası"nın 8-ci hissəsinə əsasən, həmin müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.
6.4. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq, aylıq sosial müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə tarixindən asılı olmayaraq, onu almaq hüququ yaranan tarixdən təyin edilir.
6.5. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəliyində olan uşağına ödənilən müavinət həmin şəxslərin bu müavinəti almaq hüququ yarandığı tarixdən təyin edilir.
6.6. Uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
6.7. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik müddətinə təyin edilir.
6.8. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü bu kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasında yerləşən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışdıqda bu Qaydanın 4.1.26-cı yarımbəndi ilə müəyyən edilmiş sənədlər əsasında, xarici ölkələrin elmi müəssisə və təşkilatlarında və ya təhsil müəssisələrində çalışdıqda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na uyğun olaraq Nazirlik tərəfindən onun əmək kitabçasında həmin müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışdığı barədə müvafiq qeyd aparıldığı halda təyin edilir.
7. Sosial ödənişlərin ödənilməsi
7.1. Sosial ödənişlər Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir.
7.2. Bank bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulmuş müqavilə ilə müəyyən edilən müddətdə plastik kartını bankdan götürməyən şəxslər barədə məlumatı Fonda təqdim edir.
7.3. Fond sosial ödəniş almaq hüququ olan şəxslərə ödənişlərin tam məbləğdə çatdırılmasını təmin edir.
7.4. Şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin, habelə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.
7.5. Artıq ödənilmiş sosial ödənişin məbləği "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq şəxsin yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur.
8. Sosial ödənişlərin ödənilməsinin dayandırılması
8.1. Aşağıdakı hallarda sosial ödənişlərin ödənilməsi dayandırılır: 8.1.1.sosial müavinətlərə münasibətdə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə; 8.1.2.ayrı-ayrı kateqoriya şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinə, kompensasiyaya münasibətdə:
8.1.2.1. aidiyyəti hüquqi aktlarda nəzərdə tutulmuş təqaüdün və ya kompensasiyanın ödənişinin dayandırılmasına səbəb olan hallardan biri baş verdikdə;
8.1.2.2. təqaüd və ya kompensasiya alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;
8.1.2.3. şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda; 8.1.3.özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətə münasibətdə:
8.1.3.1. müavinət alan şəxs vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında itkin düşmüş, yaxud ölmüş hesab edildikdə;
8.1.3.2. dövlət müəssisəsinin özəlləşdirilməsi başa çatdıqda və yaxud müəssisəni idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə.
8.2. Aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan və aidiyyəti hüquqi aktlarla digər sosial ödənişlərin dayandırılmasına səbəb olan hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda sosial ödənişlərin ödənilməsi MEİS-nin "Sosial ödənişlər" altsistemi tərəfindən avtomatik olaraq dayandırılır: 8.2.1. MEİS-də:
8.2.1.1. əmək pensiyası alan şəxslər barədə məlumat;
8.2.1.2. şəxsin əlillik müddətinin bitməsi barədə məlumat;
8.2.1.3. əmək müqaviləsi bildirişi üzrə məlumat;
8.2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
8.2.2.1. sosial ödəniş alan şəxsin ölüm haqqında şəhadətnaməsi;
8.2.2.2. şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" və ya "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxsin dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;
8.2.3. "Elektron məhkəmə" informasiya sistemində övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi; 8.2.4. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Şagird-məzun" və "Tələbə-məzun" dövlət elektron məlumat sistemində və Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində:
8.2.4.1. təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;
8.2.4.2. dövlət qulluqçularına ömürlük müavinət növündə müavinət alan şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat; 8.2.5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində sosial müavinət alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat.
8.3. Sosial ödənişin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, şəxs bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir və onun sosial ödəniş almaq hüququna yenidən baxılır.
9. Sosial ödəniş işlərinin mühafizəsi
9.1. Proaktiv təyinat aparılmış sosial ödənişlər üzrə sosial ödəniş işləri "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq MEİS-nin "Sosial ödənişlər" altsistemində saxlanılır.
9.2. Müraciət əsasında təyinat aparılmış sosial ödənişlər üzrə sosial ödəniş işləri və ya təyinat aparılmasından imtina edilmiş müraciətlər Fondun sosial ödəniş işləri üzrə müvafiq fəaliyyətini təmin edən struktur bölməsində (bundan sonra - Bölmə) mühafizə olunur.
9.3. Bölmə tərəfindən ildə ən azı bir dəfə sosial ödəniş işlərinin inventarizasiyası aparılır.
9.4. Sosial ödənişlər üzrə müraciətlərlə bağlı sənədlərin mühafizəsinin təşkili aşağıdakı tələblərə uyğun həyata keçirilir:
9.4.1. arxiv sənədlərini saxlamaq üçün Bölmənin rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən əlverişli yer və ya otaqlar ayrılır və sənədlərin mühafizəsi üçün məsul şəxslər təyin edilir;
9.4.2. ayrılmış yerlər və ya otaqlar sənədlərin mühafizəsi üçün xüsusi avadanlıqlarla (rəflərlə, seyflərlə, qutularla, qovluqlarla və ya belə təyinatlı başqa avadanlıqlarla) təmin olunur;
9.4.3. sənədlərin mühafizə olunduğu yerlər və ya otaqlar yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilir. Sənədlərin mühafizə olunduğu yerlərdə optimal temperatur (rütubət) və sanitariya-gigiyena rejimi yaradan texniki vasitələrdən istifadə edilir.
9.5. İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun həyata keçirilir.
9.6. Arxivləşdirilən sosial ödəniş işləri və bununla əlaqədar yazışmalar "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 (on beş) il müddətinə Bölmədə mühafizə olunur. ______________________
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 1 nömrəli əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin) ____________________________________________ (Qurumun və ya "DOST" mərkəzinin adı) ____________________________________________ ünvanında yaşayan ____________________________________________________tərəfindən (soyadı, adı və atasının adı) ƏRİZƏ Ərizəçinin telefon nömrəsi ____________________ Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi __________ Doğulduğu tarix və yer _______________________ Xahiş edirəm mənə______________________________________ (sosial ödənişin adı) təyin edəsiniz / ödənişini dayandırasınız / bərpa edəsiniz. (lazım olmayanların üstündən xətt çəkməli). Qanunvericiliyə əsasən mənə təyin edilmiş _____________________ (sosial ödənişin adı) ödənişinin dayandırılmasına səbəb olan hal baş verdikdə bu barədə 5 (beş) gün müddətində müvafiq Quruma ("DOST" mərkəzinə) məlumat verməyi öhdəmə götürürəm. Ərizəyə aşağıdakı sənədləri və (və ya) məlumatları əlavə edirəm: 1. 2. 3. 4. 5. 6. 7. "___" ___________ 20___ il İmza _____________
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 2 nömrəli əlavə Sosial ödənişin təyin edilməsi üçün müraciətin daxil olması barədə BİLDİRİŞ "___" ___________ 20___ il Hörmətli _____________________________________________________ (soyadı, adı və atasının adı) ________________________________ təyin olunması ilə bağlı müraciətiniz (sosial ödənişin adı) "___"_______ 20__ il tarixində _________________________________ (DSMF-nin yerli qurumunun və ya "DOST" mərkəzinin adı) daxil olmuşdur. Müraciətinizə baxılmanın nəticəsi barədə sizə 10 (on) iş günü müddətində məlumat veriləcəkdir. Əlaqə üçün — 142 çağrı mərkəzi.
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 3 nömrəli əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun __________________________________________________ (Fondun struktur bölməsinin adı) Sosial ödənişin təyin edilməsi haqqında QƏRAR "___" ___________ 20___ il № __________ Sosial ödəniş işi № _______
1. Sosial ödənişin təyin edildiyi şəxs: _____________________________ 1-1. Qanuni nümayəndəsi: _____________________________________
2. Qeydiyyatda olduğu rayon (şəhər): ____________________________
3. Sosial ödənişin təyin olunması ilə bağlı müraciətin Quruma və ya "DOST" mərkəzinə daxil olduğu tarix: __________________ (gün, ay, il)
4. Şəxsin sosial ödəniş almaq hüququnun yarandığı tarix: _____________ (gün, ay, il)
5. Sosial ödənişin təyin olunması üçün hüquqi əsas: _________________
6. Sosial ödənişin növü: _____________________________________
7. Sosial ödənişin məbləği: _______________________________ manat (rəqəmlə və sözlə)
8. Əlavə məlumat: ___________________________________________ __________________________________________________________
9. Ötən dövr üzrə hesablanmış sosial ödənişin məbləğləri Sıra №-si Ötən dövr Məbləğ başlanğıc tarixi son tarix (manatla) Rəhbər: ____________ _________________________ __________ (vəzifəsi) (soyadı, adı və atasının adı) (imza) M. Y. İcraçı: ______________ ___________________ __________ (vəzifəsi) (soyadı, adı və atasının adı) (imza)
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 4 nömrəli əlavə
Sosial ödənişin təyin olunması barədə BİLDİRİŞ
"___" ___________ 20___ il Hörmətli___________________________________________________ (soyadı, adı və atasının adı) sizə _______ manat məbləğində
_____________________________________________ təyin edilmişdir. (sosial ödənişin adı) Qeyd olunan sosial ödənişin ödənilməsi üçün plastik kartı şəxsiyyət vəsiqənizi təqdim etməklə ______________________________________________ (bankın adı) istənilən filialından ____ _____________ 20___ il tarixindən sonra ala bilərsiniz. Əlaqə üçün — 142 çağrı mərkəzi.
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 5 nömrəli əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ___________________________________________________ (Fondun struktur bölməsinin adı) Sosial ödənişin təyin edilməsindən imtina olunması haqqında QƏRAR "___" ___________ 20___ il № __________
1. Sosial ödənişin təyin olunması ilə bağlı müraciət edən şəxs: ______ ________________________________________________________ 1-1. Qanuni nümayəndəsi: _____________________________________
2. Qeydiyyatda olduğu rayon (şəhər): ____________________________
3. Sosial ödənişin təyin olunması ilə bağlı müraciətin tarixi: ____________ (gün, ay, il)
4. Sosial ödənişin növü: ____________________________
5. Sosial ödənişin təyin edilməsindən imtinanın hüquqi əsası: __________ __________________________________________________________
6. İmtinanın səbəbi:___________________________________________
7. Əlavə məlumat: ___________________________________________ __________________________________________________________ Rəhbər: ____________ ___________________ ______ (vəzifəsi) (soyadı, adı və atasının adı) (imza) M. Y. İcraçı: ____________ _____________________ ________ (vəzifəsi) (soyadı, adı və atasının adı) (imza)
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 6 nömrəli əlavə Sosial ödənişin təyin olunmasından imtina edilməsi barədə BİLDİRİŞ "___" __________ 20 ____ il Hörmətli________________________________________________ (soyadı, adı və atasının adı) ____________________________________ təyin olunması ilə bağlı (sosial ödənişin adı) müraciətinizə baxılmış,___________________________________ _______________________________ səbəbindən imtina edilmişdir. Əlaqə üçün — 142 çağrı mərkəzi.
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 7 nömrəli əlavə Sosial ödənişin təyin olunması üçün çatışmayan sənədlər barədə BİLDİRİŞ "___" _________20___ il Hörmətli ___________________________________________ (soyadı, adı və atasının adı) _________________________________ təyin olunması ilə bağlı (sosial ödənişin adı) "__"__20__il tarixli müraciətinizə zəruri sənədlər tam əlavə edilməmişdir. Aşağıdakı sənədlərin 5 (beş) iş günü müddətində kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilməsi xahiş olunur:
1. ___________________________________________________
2. ___________________________________________________
3. ___________________________________________________ Əlaqə üçün — 142 çağrı mərkəzi.
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 8 nömrəli əlavə
Sosial ödənişin təyin olunması barədə BİLDİRİŞ "___" ___________ 20___ il
Hörmətli______________________________________________ (soyadı, adı və atasının adı) sizə _______ manat məbləğində
________________________________________təyin edilmişdir. (sosial ödənişin adı)
Qeyd olunan sosial ödənişin ödənilməsi üçün plastik kartınız etibarnamə əsasında nümayəndəniz tərəfindən şəxsiyyət vəsiqəsi təqdim edilməklə ______________________________________________________ (bankın adı) istənilən filialından ____ ____ 20___ il tarixindən sonra götürülə bilər. Əlaqə üçün — 142 çağrı mərkəzi.
"Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"na 9 nömrəli əlavə Sosial ödənişin təyin olunması üçün çatışmayan sənədlər barədə BİLDİRİŞ "___" ___________ 20___ il Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ____________________________________________________ (cəzaçəkmə müəssisəsinin adı) "___"_______ 20__il tarixli____________________ nömrəli məktubunuza
_____________________________________________________ (soyadı, adı və atasının adı) __________________________________ təyin olunması ilə bağlı (sosial ödənişin adı) zəruri sənədlər tam əlavə edilməmişdir. Aşağıdakı sənədlərin 5 (beş) iş günü müddətində kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilməsi xahiş olunur:
1. ____________________________________________________
2. ____________________________________________________
3. ____________________________________________________ Əlaqə üçün — 142 çağrı mərkəzi. _____________________