2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Demokrat Partiyası Ali Məclisinin 2024-cü il 4 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Həsrət Qurbanəli oğlu Rüstəmov Taliyət Məhəmməd oğlu Əliyev Nurəddin Mənsim oğlu İsmayılov Nazilə Cahangir qızı Soltanova Zakir Hüseyn oğlu Hüseynov Cəsur Tofiq oğlu Məmmədov Kamran Yaşar oğlu Nəsirli Murad Salədin oğlu Kərimov Nizami Kamil oğlu Məmmədzadə Nizami Sabir oğlu Məmmədov Nəvayi Nəcəf oğlu Quliyev Səidə Bahadur qızı Hüseynova Cəsur Mehralı oğlu Dünyamalıyev Ramiz Şirzad oğlu Məmmədov Teymur Qara oğlu Məmmədov Əlirza Xudaverdi oğlu Tağıyev Xaliddin Baloğlan oğlu Cahangirov Musa Əhməd oğlu Əhmədov İsmayıl Kərəm oğlu Əsgərov.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Daşqın Ağarza oğlu Nuriyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov