2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.
Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Xalq Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
Səlahiyyətli nümayəndələr:
Pənah Çodar oğlu Hüseyn Qiyas Böyükağa oğlu Sadıqov Məzahir İsrayıl oğlu İsrayılov Kənan Zaman oğlu Əsgərli Mübariz Qədir oğlu İsmayılov Günay Pənah qızı Hüseyn Hüseyn Mehralı oğlu Behbudov Vaqif İlyas oğlu Allahverdi Mirsəmid Mirelyas oğlu Həmzəyev Mircəlal Mirsəmid oğlu Həmzəyev Əltoğrul Adil oğlu Hüseyn Aynur Vidadi qızı Hüseyn Namik Məmmədağa oğlu Nəsirli Nazim Məmmədağa oğlu Nəsirov Novruz Misir oğlu Quluzadə Xanoğlan Soltan oğlu Qulu Əvəz Bəbirxan oğlu Temirxan Məhəmməd Novruz oğlu Quluzadə.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rais Əlikiram oğlu Atakişiyev.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov Katib Arifə Muxtarova Katib Mikayıl Rəhimov