3.1. 1.10-cu bənddə "istehsalat və məişət tullantılarının" sözləri "tullantıların" sözü ilə əvəz edilsin;
3.2. 2.14-cü bənddə "istehsalat və məişət tullantıları" sözləri "tullantılar" sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 dekabr tarixli 526 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2242 (Cild I) ilə təsdiq edilmiş "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydası"nın 4.2.2-ci yarımbən-dində "istehsalat və məişət tullantıları" sözləri "tullantılar" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 71 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 324 (Cild I) ilə təsdiq edilmiş "Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası"nın 2.10.2-ci yarımbəndində ", istehsalat və məişət tullantıları" sözləri "və tullantılar" sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 23 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 137 (Cild I) ilə təsdiq edilmiş "Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)"nın 4.2.2-ci yarımbəndində "istehsalat və məişət tullantıları" sözləri "tullantılar" sözü ilə əvəz edilsin.