1. "Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 250 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.