Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti