Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Şeyx Məhəmməd bin Rəşid Al Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri