AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi .....................Kollecinin yaradılması haqqında "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılsın.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki aşağıdakı xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilsin:
2.1. "Bakı Hərbi Kollecinin Nizamnaməsi" (1 nömrəli əlavə);
2.2. "Gəncə Hərbi Kollecinin Nizamnaməsi" (2 nömrəli əlavə);
2.3. "Naxçıvan Hərbi Kollecinin Nizamnaməsi" (3 nömrəli əlavə).
Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 22 may 2024-cü il № 272
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 1 nömrəli əlavə Bakı Hərbi Kollecinin NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Bakı Hərbi Kolleci (bundan sonra - Kollec) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir.
1.2. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra - müdafiə naziri) əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.
1.3. Kollecin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər hazırlamaq və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir.
1.4. Kollec dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya hüquqi şəxsdir, onun müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, döyüş bayrağı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.5. Qanuna uyğun olaraq, Kollecin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Kollec məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.6. Kollec öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.7. Kollec "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.8. Kollecdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.9. Kollec öz fəaliyyəti barədə ictimaiyyəti "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.
1.10. Kollec "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını Müdafiə Nazirliyinə təqdim edir.
1.11. Kollec Bakı şəhərində yerləşir.
2. Kollecin fəaliyyət istiqamətləri
2.1. Kollecin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi;
2.1.2. əlavə təhsil proqramlarının həyata keçirilməsi.
3. Kollecin vəzifələri və hüquqları
3.1. Kollecin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri aşağıdakılardır:
3.1.1. orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, dəyişən heyətin zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.3. dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;
3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
3.1.6. hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirmək;
3.1.7. Kollecin daimi heyətinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.8. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmaq;
3.1.9. Kollecin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.10. "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.11. Kollecin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.12. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.1.13. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək, "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərmək;
3.1.14. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
3.1.15. dəyişən heyətin, valideynin və ya digər qanuni nümayəndənin bu Nizamnamə ilə və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
3.1.16. dəyişən heyətin sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
3.1.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.18. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.19. Kollecin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.21. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Kollecin dəyişən heyətinin attestasiyasını keçirmək;
3.1.22. hər il təsdiq edilən dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Kollecə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.23. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Kollecin aşağıdakı hüquqları vardır:
3.2.1. ixtisaslara uyğun dərslik, dərs vəsaiti, tədris və tədrismetodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
3.2.2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq hərbi qulluqçuların əlavə təhsil almasını təşkil etmək;
3.2.3. xarici dövlətlərin təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, daimi və dəyişən heyətinin mübadiləsini həyata keçirmək;
3.2.4. daimi və dəyişən heyət üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.7. özünün və Universitetin təlim mərkəzlərindən istifadə etmək;
3.2.8. Kollecin hərbi qulluqçularına və işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Universitet rektoru qarşısında vəsatət qaldırmaq, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.9. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.11. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Kollecin strukturu və idarə olunması
4.1. Kollecin strukturuna komandanlıq, tədris şöbəsi, tədris fənn bölmələri, digər şöbələr və xidməti bölmələr daxildir.
4.2. Kollecin strukturunu, ştat cədvəlini və xərclər smetasını müdafiə naziri təsdiq edir.
4.3. Kollecin komandanlığı Kollecin rəisindən və ştata uyğun olaraq onun müavinlərindən ibarətdir.
4.4. Kollecin rəisi Universitet rektorunun təqdimatına əsasən müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.5. Kollecin rəisi bilavasitə Universitetin rektoruna tabedir.
Kollecin rəisi Kollecin bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla, onların fəaliyyətlərini təşkil edir, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.6. Kollecin rəisi:
4.6.1. Kollecin fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.6.2. Kollecin struktur bölmələri rəhbərlərinin səlahiyyətlərini müəyyən edir, onların vəzifə təlimatlarını təsdiq edir;
4.6.3. Kollecdə günün nizam qaydalarını təsdiq edir;
4.6.4. Kollecin ştat vahidlərinin sayına və strukturunun təkmilləşdirilməsinə dair Universitetin rektoruna təkliflər verir;
4.6.5. Kollecin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir;
4.6.6. müdafiə nazirinin, onun müavinlərinin əmr və sərəncamlarında, habelə Universitet rektorunun əmrlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
4.6.7. Kollecin fəaliyyəti ilə bağlı daxili sərəncamlar və əmrlər verir, onların, habelə Müdafiə Nazirliyində və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində qəbul edilmiş normativ hüquqi aktların icrasını öz səlahiyyətləri daxilində təşkil edir və bu işə nəzarəti həyata keçirir;
4.6.8. Pedaqoji Şuranın qərarlarını təsdiq edir;
4.6.9. şəxsi heyətə hərbi rütbələr verilməsi, onların təltif edilməsi, vəzifəyə təyin və vəzifədən azad olunması barədə Universitet rektoru qarşısında vəsatət qaldırır;
4.6.10. Kollecin daimi və dəyişən heyətinin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;
4.6.11. Kollecdə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.6.12. Kollecdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.6.13. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, Kollecin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti "kiçik çavuş" və "çavuş" hərbi rütbələri verir.
4.7. Kollecin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxsi heyətin vəzifə öhdəliklərini Kollecin rəisi müəyyən edir. Kollec rəisinin müavinləri Kollecin rəisinə tabe olmaqla, şəxsi heyətin birbaşa rəisləridir.
4.8. Tədris, metodiki və təlim-tərbiyə işlərinə bilavasitə rəhbərliyi Kollecin rəisinin tədris işləri üzrə müavini - tədris şöbəsinin rəisi həyata keçirir.
4.9. Kollecdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
4.10. Təhsilalanlarda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə əməletmə vərdişi yaratmaq və Kollecdə nizam-intizamı təmin etmək məqsədilə intizam orqanları - Ali İntizam Şurası və Tabor İntizam Şurası yaradılır. İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Universitetin rektoru tərəfindən təsdiq edilən "İntizam Təlimatı" ilə tənzimlənir.
4.11. Tədris fənn bölmələri Kollecin əsas tədris-elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, pedaqoji və əlavə təhsili həyata keçirir.
5. Tədris işinin təşkili
5.1. Kollecdə tədris işi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, orta ixtisas təhsili pilləsinin dövlət standartı, bu Nizamnamə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları və müdafiə naziri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat" əsasında təşkil olunur və aparılır.
5.2. Kollecdə orta ixtisas təhsili və əlavə təhsil üzrə təhsil proqramları həyata keçirilir.
5.3. Kollecdə təhsil əyani formada təşkil olunur. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Kollecdə digər təhsilalma formaları tətbiq edilə bilər. Tədris dili Azərbaycan dilidir.
5.4. Kollecdə tədris məşğələlərinin əsas növlərini - nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi (layihəsi) və digərləri təşkil edir.
5.5. Kollecə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Kollecdən xaric edildikdə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.
6. Kollecə qəbul
6.1. Azərbaycan Respublikası vətəndaşlarının Kollecə qəbulu "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.
6.2. Kollecdə orta ixtisas təhsili pilləsinə tam orta təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul olunurlar.
6.3. Kollecdə orta ixtisas təhsili pilləsinə qəbul olunmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsinin nəticələrinə əsasən həyata keçirilir.
6.4. Kollecə qəbul "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
6.5. Kollecə qəbul edilən və əvvəllər hərbi and içməmiş təhsilalanlar "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi" ilə müəyyən olunmuş qaydada hərbi and içirlər.
6.6. Hərbi qulluqçuların Kollecdə əlavə təhsili müdafiə nazirinin müvafiq əmri ilə həyata keçirilir.
6.7. Orta ixtisas təhsili pilləsi üzrə Kollecə xarici ölkələrin Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların qəbulu dövlətlərarası müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
6.8. Kollecdə orta ixtisas təhsili və əlavə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.
7. Daimi və dəyişən heyət
7.1. Kollecin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.
7.2. Daimi heyət komandanlıq, təhsilalanların komandirləri, müəllim heyətindən, digər hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.
7.3. Daimi heyətdən olan hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, Müdafiə Nazirliyinin rəhbərliyi vəzifəyə təyin və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxsləri Kollec rəisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir.
7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, bu Nizamnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Kollecin inzibati, inzibatiidarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.6. Kollecin daimi və dəyişən heyəti vəzifə öhdəliklərindən kənar işlərə yalnız Universitet rektorunun razılığı ilə cəlb oluna bilərlər.
7.7. Müəllim heyətinə baş müəllim və müəllim vəzifələrini tutan hərbi qulluqçular və mülki işçilər aiddirlər.
7.8. Müəllim heyətinin say tərkibi, tədris yükündən asılı olaraq, müdafiə nazirinin əmri ilə müəyyən edilir.
7.9. Müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə və pedaqoji təcrübəyə malik şəxslərə üstünlük verilir.
7.10. Müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunurlar. Müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdiyi göstərişləri təhsilalanlar mütləq yerinə yetirməlidirlər.
7.11. Tədris, təlim-tərbiyə və metodiki işlər tədris fənn bölmələrinin planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında müəllim heyəti tərəfindən həyata keçirilir.
7.12. Müəllim heyəti təlim-tərbiyə sahəsində uğurlarına və nailiyyətlərinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden, medallar, döş nişanları və fəxri fərmanlarla təltif edilə bilərlər.
7.13. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.
7.14. Müəllim heyətinə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.
7.15. Müəllim heyətinin beynəlxalq tədbirlərdə iştirakına, onların mediada Kollecin adından çıxışlarına Universitetin rektoru razılıq verir.
7.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədilə Kollecin kursantları həmin ölkəyə Universitetlə razılaşdırmaqla ezam oluna bilərlər.
7.17. Kollecin dəyişən heyəti Kollecdə təhsil alan kursantlardır.
7.18. Kursantlar Kollecdə orta ixtisas təhsili və əlavə təhsil alan şəxslərdir.
7.19. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibbi xidmət və yaşayış sahəsi (yataqxana) ilə təminatı dövlət tərəfindən həyata keçirilir.
7.20. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, bu Nizamnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.21. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə əldə etdikləri yüksək göstəricilərə və hərbi xidməti öhdəliklərin nümunəvi yerinə yetirilməsinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.
7.22. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.
7.23. Kursant aşağıdakı əsaslardan biri olduqda Kollecdən xaric edilir:
7.23.1. öz arzusu ilə;
7.23.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);
7.23.3. təhsildə müvəffəqiyyətsizliyə görə;
7.23.4. semestr ərzində tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizdən çoxunda üzrsüz səbəbdən iştirak etmədiyinə görə;
7.23.5. intizamsızlığına görə;
7.23.6. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə;
7.23.7. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.
7.24. Dəyişən heyət vəzifə öhdəliklərinin yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə Universitet rektorunun razılığı ilə iştirak edə bilər.
7.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, təhsil almaq məqsədilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən xaric olunduğu təqdirdə, onun Kollecdən xaric edilməsi və ya təhsilini Kollecdə davam etdirməsi məsələsinə Pedaqoji Şurada baxılır.
7.26. Kollecdə təhsilini başa vurmayan şəxslərə onların müraciəti əsasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında arayış verilir.
7.27. Kollecdə orta ixtisas təhsilini başa vuran kursantlara "subbakalavr" peşə ixtisas dərəcəsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə "gizir" hərbi rütbəsi verilir.
7.28. Əlavə təhsil üzrə təhsil proqramını mənimsəmiş şəxslərə əlavə təhsilin istiqaməti üzrə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir.
8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları
8.1. Daimi heyətdən olan işçilərin vəzifələri aşağıdakılardır:
8.1.1. təhsil proqramlarının (kurikulumlarının) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
8.1.2. təhsilalanların tədris materiallarını mənimsəməsini təmin edən üsul və vasitələri seçmək, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;
8.1.3. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq;
8.1.4. Kollecin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
8.1.5. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Pedaqoji Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Azərbaycan Ordusunun praktiki fəaliyyətində tətbiq olunmasına kömək göstərmək;
8.1.6. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənilib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;
8.1.7. vətəndaşlıq və xidməti öhdəliklərini ləyaqətlə yerinə yetirmək;
8.1.8. dəyişən heyətə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.1.9. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq və ziyalılıq nümunəsi göstərmək;
8.1.10. attestasiyadan keçmək;
8.1.11. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.1.12. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;
8.1.13. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
8.1.14. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarını mənimsəməsinə kömək göstərmək;
8.1.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.2. Daimi heyətdən olan işçilərin hüquqları aşağıdakılardır:
8.2.1. normal əmək və təhsil şəraiti ilə, o cümlədən müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.2.2. bu Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
8.2.3. Kollecdə vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
8.2.4. əlavə təhsil almaq;
8.2.5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;
8.2.6. Müdafiə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Azərbaycan Ordusunun əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;
8.2.7. əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.2.8. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.2.9. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodiki vəsaitlərlə təmin olunmaq;
8.2.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.3. Daimi heyətin vəzifə öhdəlikləri bu Nizamnaməyə və Müdafiə Nazirliyinin hüquqi aktlarına uyğun olaraq hazırlanır və Kollecin rəisi tərəfindən təsdiq edilir.
8.4. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:
8.4.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
8.4.2. təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;
8.4.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.4.4. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Kollecin daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
8.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
8.4.6. məxfilik qaydalarına əməl etmək;
8.4.7. Kollecin əmlakına qayğı ilə yanaşmaq;
8.4.8. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
8.4.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.5. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:
8.5.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
8.5.2. Kollecin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət xidmətlərindən, idman kompleksindən, tibb məntəqəsindən, yataqxanadan, kitabxanadan) istifadə etmək;
8.5.3. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
8.5.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.5.5. Kollecin ictimai, sosial və mədəni həyatında iştirak etmək;
8.5.6. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Kollecdə fəaliyyət göstərən özünüidarəetmə orqanlarında və idman bölmələrində iştirak etmək;
8.5.7. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.5.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
8.5.9. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.5.10. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
8.5.11. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.6. Dəyişən heyətin vəzifə öhdəlikləri bu Nizamnaməyə və Müdafiə Nazirliyinin hüquqi aktlarına uyğun olaraq hazırlanır və Kollecin rəisi tərəfindən təsdiq olunur.
9. Maliyyə-təsərrüfat fəaliyyəti
9.1. Kollec dövlət büdcəsindən maliyyələşdirilir.
9.2. Kollec maddi dəyərlilərin, pul vəsaitinin vəziyyəti və onlardan istifadə barədə Müdafiə Nazirliyinin müvafiq qurumları qarşısında hesabat verir, cari mühasibat uçotunu həyata keçirir.
9.3. Kollecin maddi-texniki bazası müəyyən olunmuş ixtisaslar üzrə tədris planlarına, proqramlarına və müasir tədris metodikasına uyğun olaraq, təhsilalanların hazırlığını təmin etmək üçün nəzərdə tutulmuş maddi və texniki vasitələr kompleksidir.
9.4. Kollecin maddi-texniki bazasını torpaq sahələri, binalar, tikililər, müxtəlif qurğular, silah və hərbi texnika, hərbi tədris əmlakı, laboratoriya avadanlığı, tədrisin texniki vasitələri, tədris-metodiki materiallar, elmi və bədii ədəbiyyat, xüsusi texnika, nəqliyyat vasitələri, avadanlıq, tədris-idman bazaları, təlim mərkəzi və digər hərbi obyektlər, habelə başqa qiymətli maddi-texniki təchizat vasitələri təşkil edir.
9.5. Kollecin maddi-tədris bazası dövlət əmlakı hesab olunur və ondan səmərəli istifadə edilməlidir.
9.6. Kollecin istifadə etdiyi bina və qurğuların, torpaq sahələrinin xidməti təyinatının dəyişdirilməsinə müdafiə nazirinin razılığı olmadan yol verilmir.
9.7. Kollecin maddi-tədris bazasının inkişafı və təkmilləşdirilməsi Universitet rektorunun təsdiq etdiyi cari planlar əsasında həyata keçirilir.
10. Beynəlxalq əməkdaşlıq
10.1. Kollecin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Müdafiə Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanılmış sazişlər əsasında həyata keçirilir.
10.2. Kollecin orta ixtisas təhsili sahəsində beynəlxalq əlaqələri "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
11. Kollecin yenidən təşkili və ləğvi
11.1. Kollecin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
11.2. Kollec ləğv edildikdə onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir. _________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2 nömrəli əlavə Gəncə Hərbi Kollecinin NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Gəncə Hərbi Kolleci (bundan sonra - Kollec) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir.
1.2. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra - müdafiə naziri) əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.
1.3. Kollecin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər hazırlamaq və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir.
1.4. Kollec dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya hüquqi şəxsdir, onun müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, döyüş bayrağı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.5. Qanuna uyğun olaraq, Kollecin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Kollec məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.6. Kollec öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.7. Kollec "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.8. Kollecdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.9. Kollec öz fəaliyyəti barədə ictimaiyyəti "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.
1.10. Kollec "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını Müdafiə Nazirliyinə təqdim edir.
1.11. Kollec Gəncə şəhərində yerləşir.

8.1.1.təhsil proqramlarının (kurikulumlarının) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə Naxçıvan Hərbi Kollecinin NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Naxçıvan Hərbi Kolleci (bundan sonra - Kollec) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra - Müdafiə Nazirliyi) strukturuna daxil olan Milli Müdafiə Universitetinin (bundan sonra - Universitet) tabeliyində fəaliyyət göstərən, müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsili və əlavə təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı orta ixtisas təhsili müəssisəsidir.
1.2. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin (bundan sonra - müdafiə naziri) əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.
1.3. Kollecin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün orta ixtisas təhsilli subbakalavr peşə-ixtisas dərəcəli mütəxəssislər hazırlamaq və əlavə təhsil üzrə kadr hazırlığını həyata keçirməkdir.
1.4. Kollec dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya hüquqi şəxsdir, onun müstəqil balansı, sərəncamında olan dövlət əmlakı, xəzinə və bank hesabları, döyüş bayrağı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.5. Qanuna uyğun olaraq, Kollecin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Kollec məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.6. Kollec öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.7. Kollec "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.8. Kollecdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
1.9. Kollec öz fəaliyyəti barədə ictimaiyyəti "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.
1.10. Kollec "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə hesabatlarını Müdafiə Nazirliyinə təqdim edir.
1.11. Kollec Naxçıvan şəhərində yerləşir.
2. Kollecin fəaliyyət istiqamətləri
2.1. Kollecin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi;
2.1.2. əlavə təhsil proqramlarının həyata keçirilməsi.
3. Kollecin vəzifələri və hüquqları
3.1. Kollecin bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri aşağıdakılardır:
3.1.1. orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, dəyişən heyətin zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
3.1.3. dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;
3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
3.1.6. hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirmək;
3.1.7. Kollecin daimi heyətinin əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.8. "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmaq;
3.1.9. Kollecin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.10. "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaq;
3.1.11. Kollecin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.12. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.1.13. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək, "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərmək;
3.1.14. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
3.1.15. dəyişən heyətin, valideynin və ya digər qanuni nümayəndənin bu Nizamnamə ilə və dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
3.1.16. dəyişən heyətin sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
3.1.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.18. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.19. Kollecin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.20. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.21. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Kollecin dəyişən heyətinin attestasiyasını keçirmək;
3.1.22. hər il təsdiq edilən dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Kollecə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
3.1.23. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Kollecin aşağıdakı hüquqları vardır:
3.2.1. ixtisaslara uyğun dərslik, dərs vəsaiti, tədris və tədrismetodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
3.2.2. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq hərbi qulluqçuların əlavə təhsil almasını təşkil etmək;
3.2.3. xarici dövlətlərin təhsil müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, daimi və dəyişən heyətinin mübadiləsini həyata keçirmək;
3.2.4. daimi və dəyişən heyət üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək;
3.2.5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq, müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.7. özünün və Universitetin təlim mərkəzlərindən istifadə etmək;
3.2.8. Kollecin hərbi qulluqçularına və işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Universitet rektoru qarşısında vəsatət qaldırmaq, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.9. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.11. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Kollecin strukturu və idarə olunması
4.1. Kollecin strukturuna komandanlıq, tədris şöbəsi, tədris fənn bölmələri, digər şöbələr və xidməti bölmələr daxildir.
4.2. Kollecin strukturunu, ştat cədvəlini və xərclər smetasını müdafiə naziri təsdiq edir.
4.3. Kollecin komandanlığı Kollecin rəisindən və ştata uyğun olaraq onun müavinlərindən ibarətdir.
4.4. Kollecin rəisi Universitet rektorunun təqdimatına əsasən müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.5. Kollecin rəisi bilavasitə Universitetin rektoruna tabedir.
Kollecin rəisi Kollecin bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla, onların fəaliyyətlərini təşkil edir, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
4.6. Kollecin rəisi:
4.6.1. Kollecin fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.6.2. Kollecin struktur bölmələri rəhbərlərinin səlahiyyətlərini müəyyən edir, onların vəzifə təlimatlarını təsdiq edir;
4.6.3. Kollecdə günün nizam qaydalarını təsdiq edir;
4.6.4. Kollecin ştat vahidlərinin sayına və strukturunun təkmilləşdirilməsinə dair Universitetin rektoruna təkliflər verir;
4.6.5. Kollecin maddi vəsaitlərinin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir;
4.6.6. müdafiə nazirinin, onun müavinlərinin əmr və sərəncamlarında, habelə Universitet rektorunun əmrlərində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
4.6.7. Kollecin fəaliyyəti ilə bağlı daxili sərəncamlar və əmrlər verir, onların, habelə Müdafiə Nazirliyində və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində qəbul edilmiş normativ hüquqi aktların icrasını öz səlahiyyətləri daxilində təşkil edir və bu işə nəzarəti həyata keçirir;
4.6.8. Pedaqoji Şuranın qərarlarını təsdiq edir;
4.6.9. şəxsi heyətə hərbi rütbələr verilməsi, onların təltif edilməsi, vəzifəyə təyin və vəzifədən azad olunması barədə Universitet rektoru qarşısında vəsatət qaldırır;
4.6.10. Kollecin daimi və dəyişən heyətinin pul təminatını, əməyinin ödənilməsini və mükafatlandırılmasını təşkil edir;
4.6.11. Kollecdə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;
4.6.12. Kollecdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.6.13. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, Kollecin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti "kiçik çavuş" və "çavuş" hərbi rütbələri verir.
4.7. Kollecin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxsi heyətin vəzifə öhdəliklərini Kollecin rəisi müəyyən edir. Kollec rəisinin müavinləri Kollecin rəisinə tabe olmaqla, şəxsi heyətin birbaşa rəisləridir.
4.8. Tədris, metodiki və təlim-tərbiyə işlərinə bilavasitə rəhbərliyi Kollecin rəisinin tədris işləri üzrə müavini - tədris şöbəsinin rəisi həyata keçirir.
4.9. Kollecdə ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
4.10. Təhsilalanlarda Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə əməletmə vərdişi yaratmaq və Kollecdə nizam-intizamı təmin etmək məqsədilə intizam orqanları - Ali İntizam Şurası və Tabor İntizam Şurası yaradılır. İntizam orqanlarının strukturu, vəzifələri və hüquqları Universitetin rektoru tərəfindən təsdiq edilən "İntizam Təlimatı" ilə tənzimlənir.
4.11. Tədris fənn bölmələri Kollecin əsas tədris-elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodiki, pedaqoji və əlavə təhsili həyata keçirir.
5. Tədris işinin təşkili
5.1. Kollecdə tədris işi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, orta ixtisas təhsili pilləsinin dövlət standartı, bu Nizamnamə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları və müdafiə naziri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat" əsasında təşkil olunur və aparılır.
5.2. Kollecdə orta ixtisas təhsili və əlavə təhsil üzrə təhsil proqramları həyata keçirilir.
5.3. Kollecdə təhsil əyani formada təşkil olunur. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Kollecdə digər təhsilalma formaları tətbiq edilə bilər. Tədris dili Azərbaycan dilidir.
5.4. Kollecdə tədris məşğələlərinin əsas növlərini - nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, kurs işi (layihəsi) və digərləri təşkil edir.
5.5. Kollecə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Kollecdən xaric edildikdə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.
6. Kollecə qəbul
6.1. Azərbaycan Respublikası vətəndaşlarının Kollecə qəbulu "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçirilir.
6.2. Kollecdə orta ixtisas təhsili pilləsinə tam orta təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul olunurlar.
6.3. Kollecdə orta ixtisas təhsili pilləsinə qəbul olunmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsinin nəticələrinə əsasən həyata keçirilir.
6.4. Kollecə qəbul "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
6.5. Kollecə qəbul edilən və əvvəllər hərbi and içməmiş təhsilalanlar "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi" ilə müəyyən olunmuş qaydada hərbi and içirlər.
6.6. Hərbi qulluqçuların Kollecdə əlavə təhsili müdafiə nazirinin müvafiq əmri ilə həyata keçirilir.
6.7. Orta ixtisas təhsili pilləsi üzrə Kollecə xarici ölkələrin Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların qəbulu dövlətlərarası müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
6.8. Kollecdə orta ixtisas təhsili və əlavə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.
7. Daimi və dəyişən heyət
7.1. Kollecin şəxsi heyəti daimi və dəyişən heyətdən ibarətdir.
7.2. Daimi heyət komandanlıq, təhsilalanların komandirləri, müəllim heyətindən, digər hərbi qulluqçulardan və mülki işçilərdən ibarətdir.
7.3. Daimi heyətdən olan hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, Müdafiə Nazirliyinin rəhbərliyi vəzifəyə təyin və vəzifədən azad edir. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətdən olan digər şəxsləri Kollec rəisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və işdən azad edir.
7.4. Daimi heyətdən olan hərbi qulluqçuların hüquq və vəzifələri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, bu Nizamnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.5. Hərbi qulluqçular istisna olmaqla, daimi heyətin tərkibinə daxil olan digər şəxslərin, o cümlədən Kollecin inzibati, inzibatiidarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.6. Kollecin daimi və dəyişən heyəti vəzifə öhdəliklərindən kənar işlərə yalnız Universitet rektorunun razılığı ilə cəlb oluna bilərlər.
7.7. Müəllim heyətinə baş müəllim və müəllim vəzifələrini tutan hərbi qulluqçular və mülki işçilər aiddirlər.
7.8. Müəllim heyətinin say tərkibi, tədris yükündən asılı olaraq, müdafiə nazirinin əmri ilə müəyyən edilir.
7.9. Müəllim heyəti vəzifələrinə təyinat zamanı elmi ada və elmi dərəcəyə, vəzifənin profilinə uyğun ali təhsilə və pedaqoji təcrübəyə malik şəxslərə üstünlük verilir.
7.10. Müəllim heyəti məşğələlərin keçirilməsi zamanı təhsilalanların rəisləri hesab olunurlar. Müəllim heyətinin tədris məşğələlərinin keçirilməsi zamanı verdiyi göstərişləri təhsilalanlar mütləq yerinə yetirməlidirlər.
7.11. Tədris, təlim-tərbiyə və metodiki işlər tədris fənn bölmələrinin planları, həmçinin tədris ili üçün fərdi planlar əsasında müəllim heyəti tərəfindən həyata keçirilir.
7.12. Müəllim heyəti təlim-tərbiyə sahəsində uğurlarına və nailiyyətlərinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ilə bərabər dövlət mükafatları, fəxri adlar, orden, medallar, döş nişanları və fəxri fərmanlarla təltif edilə bilərlər.
7.13. Pedaqoji işçilərə fəxri adların verilməsi Azərbaycan Respublikası Prezidentinin aktları ilə tənzimlənir.
7.14. Müəllim heyətinə hərbi və əmək intizamını pozduqlarına görə intizam tənbehi tədbirləri hərbi qulluqçulara münasibətdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, digər işçilərə münasibətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada tətbiq edilir.
7.15. Müəllim heyətinin beynəlxalq tədbirlərdə iştirakına, onların mediada Kollecin adından çıxışlarına Universitetin rektoru razılıq verir.
7.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədilə Kollecin kursantları həmin ölkəyə Universitetlə razılaşdırmaqla ezam oluna bilərlər.
7.17. Kollecin dəyişən heyəti Kollecdə təhsil alan kursantlardır.
7.18. Kursantlar Kollecdə orta ixtisas təhsili və əlavə təhsil alan şəxslərdir.
7.19. Dəyişən heyətin tərkibinə daxil olan hərbi qulluqçuların pul, əşya, ərzaq, tibbi xidmət və yaşayış sahəsi (yataqxana) ilə təminatı dövlət tərəfindən həyata keçirilir.
7.20. Dəyişən heyətin təhsil müddətində hüquq və vəzifələri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu və hərbi xidmət sahəsində Azərbaycan Respublikasının digər qanunları, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları, bu Nizamnamə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları və Müdafiə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən olunur.
7.21. Dəyişən heyətdən olan hərbi qulluqçular təhsildə əldə etdikləri yüksək göstəricilərə və hərbi xidməti öhdəliklərin nümunəvi yerinə yetirilməsinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə və Müdafiə Nazirliyinin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həvəsləndirilirlər.
7.22. Hərbi və tədris intizamını pozduqlarına görə dəyişən heyətdən olan hərbi qulluqçulara "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə nəzərdə tutulmuş qaydada intizam tənbehi tədbirləri tətbiq edilir.
7.23. Kursant aşağıdakı əsaslardan biri olduqda Kollecdən xaric edilir:
7.23.1. öz arzusu ilə;
7.23.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);
7.23.3. təhsildə müvəffəqiyyətsizliyə görə;
7.23.4. semestr ərzində tədris planı üzrə nəzərdə tutulmuş məşğələlərin ümumi saat hesabının 30 faizdən çoxunda üzrsüz səbəbdən iştirak etmədiyinə görə;
7.23.5. intizamsızlığına görə;
7.23.6. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə;
7.23.7. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda.
7.24. Dəyişən heyət vəzifə öhdəliklərinin yerinə yetirilməsi və təlim-tərbiyə prosesi ilə bağlı olmayan tədbirlərdə Universitet rektorunun razılığı ilə iştirak edə bilər.
7.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, təhsil almaq məqsədilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən xaric olunduğu təqdirdə, onun Kollecdən xaric edilməsi və ya təhsilini Kollecdə davam etdirməsi məsələsinə Pedaqoji Şurada baxılır.
7.26. Kollecdə təhsilini başa vurmayan şəxslərə onların müraciəti əsasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında arayış verilir.
7.27. Kollecdə orta ixtisas təhsilini başa vuran kursantlara "subbakalavr" peşə ixtisas dərəcəsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi - diplom və Universitet tərəfindən döş nişanı, habelə hərbi-uçot ixtisasları üzrə 3-cü məharət dərəcəsi və sertifikat, eləcə də müdafiə nazirinin əmri ilə "gizir" hərbi rütbəsi verilir.
7.28. Əlavə təhsil üzrə təhsil proqramını mənimsəmiş şəxslərə əlavə təhsilin istiqaməti üzrə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir.
8. Daimi və dəyişən heyətin vəzifələri və hüquqları
8.1. Daimi heyətdən olan işçilərin vəzifələri aşağıdakılardır:
8.1.1. təhsil proqramlarının (kurikulumlarının) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək;
8.1.2. təhsilalanların tədris materiallarını mənimsəməsini təmin edən üsul və vasitələri seçmək, qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər keçirmək;
8.1.3. ixtisas və elmi-pedaqoji səviyyələrini yüksəltmək, elmi araşdırmalar aparmaq;
8.1.4. Kollecin rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr aparmaq;
8.1.5. elmi tədqiqatla məşğul olmaq, elmi tədqiqat işlərinin nəticələrindən Pedaqoji Şuranın tövsiyəsi ilə tədris prosesində istifadə etmək və bu nəticələrin Azərbaycan Ordusunun praktiki fəaliyyətində tətbiq olunmasına kömək göstərmək;
8.1.6. dərslik və dərs vəsaitlərinin, tədrisin qabaqcıl forma və metodlarını təmin edən elmi-metodiki materialların işlənilib hazırlanmasında, müasir texniki vasitələrin tətbiqində iştirak etmək;
8.1.7. vətəndaşlıq və xidməti öhdəliklərini ləyaqətlə yerinə yetirmək;
8.1.8. dəyişən heyətə Azərbaycan Respublikasının müstəqilliyinə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
8.1.9. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq və ziyalılıq nümunəsi göstərmək;
8.1.10. attestasiyadan keçmək;
8.1.11. dəyişən heyətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;
8.1.12. dəyişən heyətin fərdi keyfiyyətlərini öyrənmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, onlardan dərs tapşırıqlarının yerinə yetirilməsini və hərbi nizam-intizama riayət olunmasını tələb etmək;
8.1.13. dəyişən heyəti zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək;
8.1.14. dəyişən heyətin müstəqil hazırlığına, tədris materiallarını mənimsəməsinə kömək göstərmək;
8.1.15. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.2. Daimi heyətdən olan işçilərin hüquqları aşağıdakılardır:
8.2.1. normal əmək və təhsil şəraiti ilə, o cümlədən müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
8.2.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, təkliflər irəli sürmək;
8.2.3. Kollecdə vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək;
8.2.4. əlavə təhsil almaq;
8.2.5. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq;
8.2.6. Müdafiə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada Azərbaycan Ordusunun əməli fəaliyyətini əks etdirən aidiyyəti materiallarla tanış olmaq;
8.2.7. əvəzçiliklə elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq;
8.2.8. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
8.2.9. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, tədris-metodiki vəsaitlərlə təmin olunmaq;
8.2.10. bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
8.3. Daimi heyətin vəzifə öhdəlikləri bu Nizamnaməyə və Müdafiə Nazirliyinin hüquqi aktlarına uyğun olaraq hazırlanır və Kollecin rəisi tərəfindən təsdiq edilir.
8.4. Dəyişən heyətin vəzifələri aşağıdakılardır:
8.4.1. dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
8.4.2. təhsil proqramlarında nəzərdə tutulmuş imtahanları vermək;
8.4.3. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
8.4.4. qanunlara, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək, hərbi andın, hərbi nizamnamələrin, Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr, təlimat, göstəriş və sərəncamlarının, bu Nizamnamənin, habelə Kollecin daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
8.4.5. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
8.4.6. məxfilik qaydalarına əməl etmək;
8.4.7. Kollecin əmlakına qayğı ilə yanaşmaq;
8.4.8. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
8.4.9. bu Nizamnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.5. Dəyişən heyətin aşağıdakı hüquqları vardır:
8.5.1. mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;
8.5.2. Kollecin mövcud infrastrukturundan (tədris, informasiya, mədəni-məişət xidmətlərindən, idman kompleksindən, tibb məntəqəsindən, yataqxanadan, kitabxanadan) istifadə etmək;
8.5.3. şərəf və ləyaqəti aşağılayan, fiziki, mənəvi və psixoloji zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
8.5.4. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;
8.5.5. Kollecin ictimai, sosial və mədəni həyatında iştirak etmək;
8.5.6. təhsilin, intizamın və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlərin müzakirəsində, Kollecdə fəaliyyət göstərən özünüidarəetmə orqanlarında və idman bölmələrində iştirak etmək;
8.5.7. həyat və sağlamlığı üçün təhlükəsiz, zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.5.8. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
8.5.9. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.5.10."Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;

№-li nüsxə