AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın təsdiq edilməsi haqqında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli 622 nömrəli Fərmanının 2.1-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları" təsdiq edilsin (əlavə olunur). Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri Bakı şəhəri, 16 may 2024-cü il № 262
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Dəmiryol nəqliyyatının texniki istismar QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar qatarların hərəkətinin təşkili sistemini, dəmiryol nəqliyyatı infrastrukturunun tikili və qurğularının, dəmiryol hərəkət tərkibinin işini, həmçinin Azərbaycan Respublikasında ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının (bundan sonra - dəmiryol nəqliyyatı) texniki istismarı zamanı dəmiryol nəqliyyatı işçilərinin fəaliyyətinin əsaslarını müəyyən edir.
1.2. Bu Qaydaların tələbləri dəmiryol nəqliyyatı xidmətinin istifadəçiləri üçün daşıma prosesinin təşkili və (və ya) həyata keçirilməsi ilə əlaqədar işləri (xidmətləri), həmçinin dəmiryol hərəkət tərkibinin və dəmiryol nəqliyyatında istifadə olunan texniki vasitələrin təmiri, dəmiryol nəqliyyatı obyektlərinin və yüklərin mühafizəsi ilə əlaqədar işləri (xidmətləri) yerinə yetirən bütün hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri (bundan sonra - dəmiryol nəqliyyatı işçiləri) üçün məcburidir.
1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. adamlarla tutulu qatar - tərkibində adamlarla tutulu 10 və çox vaqonu olan yük qatarı;
1.3.2. avtomatik tormoz - hava borusu magistralının ayrılması, qırılması və ya təcili tormoz kranının (stop-kranın) açılması zamanı qatarın avtomatik dayanmasını təmin edən qurğu;
1.3.3. ayırma məntəqəsi - yol inkişafı olan, qatarların kəsişməsi və ötməsi üçün nəzərdə tutulan biryollu dəmiryol xətlərində yerləşən bölmə məntəqəsi;
1.3.4. azintensivli xətlər (sahələr) - sərnişin və yük qatarlarının qrafik üzrə hərəkət həcmi (cəmi) sutkada 8 cütdən çox olmayan sahələr;
1.3.5. baş dəmir yolları - mənzillərin dəmir yolları, həmçinin bilavasitə mənzillərə birləşmənin davamı olan, yoldəyişən qurğularda istiqamətini dəyişməyən stansiya dəmir yolları;
1.3.6. birləşdirilmiş yük qatarı - hər bir qatarın başında işlək lokomotivi olan, bir-birinə qoşulmuş iki və çox yük qatarından ibarət yük qatarı;
1.3.7. blok-sahə - avtomatik bloklama zamanı və ya müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tərtib edilən, avtomatik lokomotiv siqnalizasiyası (bundan sonra - ALS) zamanı keçid işıqfor (işıqforları) (blok-sahələrin sərhədləri) və dəmiryol stansiyasının giriş və çıxış işıqforları, birinci yolüstü keçid işıqforu (blok-sahənin sərhədi) ilə məhdudlaşan stansiyalararası mənzillərin bir hissəsi;
1.3.8. bölmə məntəqəsi - dəmiryol xəttini mənzillərə və ya bloksahələrə ayıran məntəqə;
1.3.9. çıxarılan hərəkət vahidləri - çıxarılan drezinlər, elektrikləşdirilmiş sahələrdəki təmir qüllələri, yolölçən, defektoskop və xidmət edən işçilər tərəfindən dəmir yolundan əl ilə götürülə bilən digər arabacıqlar və hərəkət vahidləri;
1.3.10. dalan dəmir yolu - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra - "ADY" QSC), həmçinin digər idarə, müəssisə və təşkilatlara məxsus, ümumi istifadədə olan dəmiryol şəbəkəsinə birləşən, ayrı-ayrı idarə, müəssisə və təşkilatlara (zavodlara, fabriklərə, mədənlərə, karxanalara, meşə-torf istehsalı sahələrinə, elektrik stansiyalarına, dartı yarımstansiyalarına və s.), həmçinin yükalanlara və yükgöndərənlərə xidmət üçün nəzərdə tutulan dəmir yolu;
1.3.11. daşıyıcıya məxsus olmayan qatar tərtibatı - mülkiyyət, icarə və ya istifadə hüququ ilə yükgöndərənə, yükalana məxsus, o cümlədən daşıyıcıdan, həmçinin daşıyıcı hesab edilməyən digər hüquqi və fiziki şəxslərdən icarəyə götürülmüş lokomotivdən (lokomotivlərdən), yüklü və ya boş vaqonlardan, o cümlədən yüklü və ya boş konteynerlərdən tərtib edilmiş qatar;
1.3.12. dəmir yollarının faydalı uzunluğu - dəmir yolunun məhdudlaşdırılmış hissəsi:
1. dəmir yolunda işıqfor və elektrik izolyasiyası olduqda - bir tərəfdən çıxış (marşrut, manevr) işıqforu, digər tərəfdən rels dövrəsi yol sahəsinin izolyasiyaedici calağı;
2. dəmir yolunda işıqfor olduqda və elektrik izolyasiyası olmadıqda - bir tərəfdən işıqfor, digər tərəfdən hüdud dirəkciyi və ya dirəncək (əgər dəmir yolu dalan yoludursa);
3. dəmir yolunda işıqfor və elektrik izolyasiyası olmadıqda - hər iki tərəfdən hüdud dirəkciyi və ya bir tərəfdən hüdud dirəkciyi, digər tərəfdən dirəncək (əgər dəmir yolu dalan yoludursa);
1.3.13. dəmiryol hərəkət tərkibi - lokomotivlər, vaqonlar, motor-vaqonlu hərəkət tərkibi, özügedən xüsusi təyinatlı tərkiblər, həmçinin daşımaların həyata keçirilməsi və infrastrukturun fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulan digər dəmiryol hərəkət tərkibi;
1.3.14. dəmiryol hərəkət tərkibinin qabariti - dəmiryol hərəkət tərkibləri istər boş, istərsə yüklü vəziyyətdə, o cümlədən normalaşdırılmış maksimum yeyilmə hallarında, onların düz üfüqi dəmir yolunda olması zamanı (dəmir yolunun əlverişsiz vəziyyətində və ressorlarda və dinamik titrəyişlərdə yana əyilmələr olmadıqda) kənara çıxmadan yerləşməklə, eninə son həddin (dəmir yolunun oxuna perpendikulyar) haşiyəsidir;
1.3.15. dəmiryol hərəkət tərkibinin öz-özünə qatarın hərəkət marşrutuna çıxmasının qarşısının alınması üçün qurğular - dəmiryol hərəkət tərkibinin öz-özünə digər dəmir yoluna, qatarların qəbul, hərəkət və göndərmə marşrutlarına çıxmasını istisna edən qoruyucu dalanlar, mühafizə yoldəyişənləri, atıcı başmaqlar, atıcı tiyələr və ya atıcı yoldəyişənlər və digər qurğular;
1.3.16. dəmiryol keçidi - dəmiryol nəqliyyatı hərəkət tərkibinin və nəqliyyat vasitələrinin təhlükəsiz buraxılmasını təmin edən qurğularla təchiz edilmiş, avtomobil yolunun dəmir yolları ilə eyni səviyyədə kəsişməsi;
1.3.17. dəmiryol nəqliyyatı vasitələri - dəmiryol hərəkət tərkibi, o cümlədən vaqonlar, drezinlər, avtomatrislər, dizel qatarları, dəmir yol-tikinti maşınları (özügedən), parovozlar, teplovozlar, motovozlar, elektrovozlar, elektrik qatarları motor-vaqonlu hərəkət tərkibi;
1.3.18. dəmiryol stansiyası - qatarların qəbulu, göndərilməsi və ötməsi, sərnişinlərə xidmət göstərilməsi, yüklərin, baqajın və yükbaqajının qəbulu, təhvili üzrə əməliyyatların, yol qurğularının inkişafının olduğu halda isə qatarların çeşidlənməsi və tərtibatı üzrə manevr işlərinin və qatarlarla texniki əməliyyatların yerinə yetirilməsinə imkan verən, yol inkişafı olan, dəmiryol nəqliyyatı infrastrukturunun iş fəaliyyətini təmin edən, dəmiryol xətlərini mənzillərə və ya blok-sahələrə ayıran məntəqə;
1.3.19. dəmiryol stansiyasının növbətçisi - vəzifəsinə qatarların qəbuluna, göndərilməsinə və buraxılmasına, həmçinin stansiyanın baş və qəbul-göndərmə yollarında (manevr dispetçeri olmadıqda isə - digər yollarda) dəmiryol hərəkət tərkibinin digər hərəkətlərinə göstərişvermə səlahiyyətləri daxil olan dəmiryol stansiyası rəisinin növbətçi köməkçisi;
1.3.20. dəmir yol-tikinti maşınları - dəmiryol nəqliyyatının tikili və qurğularının tikintisi, hər növ təmiri, saxlanması və texniki xidməti üzrə işləri yerinə yetirən xüsusi hərəkət tərkibi növlərindən biri;
1.3.21. düzgün olan dəmir yolu - ikiyollu (çoxyollu) mənzillərdə müəyyən istiqamətlər üzrə qatarların hərəkəti üçün xüsusiləşdirilmiş, birtərəfli və ya ikitərəfli avtomatik bloklama ilə təchiz edilmiş dəmir yolu;
1.3.22. düzgün olmayan dəmir yolu - xüsusiləşdirilmiş istiqamətin əks istiqamətində qatarların hərəkəti həyata keçirilən dəmir yolu;
1.3.23. enerji dispetçer rabitəsi - istehsalat fəaliyyəti bilavasitə dəmiryol nəqliyyatı obyektlərinin elektrik təchizatını təmin etməklə əlaqədar olan işçilərin xidməti danışıqlarının aparılması üçün nəzərdə tutulmuş texnoloji rabitə növü;
1.3.24. giriş (çıxış) siqnalizasiyası - qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət tərkibinin istehsalat sahələrinə girişi (çıxışı) üçün tətbiq edilən siqnalizasiya;
1.3.25. hava aralığı (izolyasiyalı qovuşma) - elektrik dartısında dəmiryol hərəkət tərkibinin cərəyanqəbuledicisinin keçməsi zamanı qovuşma sahələrində elektrik birləşməsinə yol verən, kontakt şəbəkəsinin qonşu sahələri ilə elektrik izolyasiyalı (cərəyanayırıcı) qovuşması;
1.3.26. xidməti tormozlama - əvvəlcədən nəzərdə tutulmuş yerdə qatarın sürətinin səlis azaldılması və ya dayandırılması üçün istənilən səviyyədə pillələrlə aparılan tormozlama;
1.3.27. xüsusi dəmiryol hərəkət tərkibi - dəmiryol nəqliyyatı infrastrukturunun tikintisi və fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan və motovozları, drezinləri, xüsusi avtomatrisləri, avtonom mühərrikli və dartı ötürücülü dəmir yol-tikinti maşınları kimi dəmir yolu ilə hərəkət edən, çıxarılmayan, özügedən hərəkət vahidlərini, həmçinin transportyorları, dartı-ötürücüsüz dəmir yol-tikinti maşınları kimi, dəmir yolu tikililərinin və qurğularının saxlanması, xidməti və təmiri üzrə işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və təsərrüfat qatarlarına daxil edilmiş qoşquları və xüsusi dəmiryol hərəkət tərkiblərini dəmir yolu ilə hərəkət edən, çıxarılmayan, özügetməyən hərəkət vahidlərini, o cümlədən xüsusi yük və sərnişin tipli vaqonları özündə birləşdirən dəmiryol hərəkət tərkibi;
1.3.28. xüsusi yol nişanları - dəmir yolunun təhkim zolağının sərhədləri, yoldəyişənin nömrə göstəricisi, sərnişin binasının oxunun nişanı, xətti yol binalarındakı nişanlar, dairəvi əyrilərin başlanğıcını və sonunu, həmçinin keçid əyrilərinin başlanğıcının, ortasının və sonunun, torpaq yatağının gizli tikililərinin, su səthinin ən yüksək səviyyəsinin və dalğanın maksimum hündürlüyünün reperləri;
1.3.29. ikitərəfli park rabitəsi - dəmiryol stansiyalarında işləri yerinə yetirən dəmiryol nəqliyyatı işçiləri arasında xidməti danışıqların aparılması üçün rabitə;
1.3.30. infrastruktur sahibi - ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu (bundan sonra — infrastruktur) üzərində mülkiyyət hüququna və ya digər hüquqlara malik olan və daşıma proseslərinin idarəçiliyini həyata keçirən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti;
1.3.31. iş rəhbəri - istismar edilən dəmir yollarında, tikili və qurğularında görülən işlərə rəhbərlik edilməsi həvalə olunan cavabdeh şəxs;
1.3.32. itələyici lokomotiv - qatarın ayrı-ayrı mənzillərdə və ya mənzilin sahələrində aparıcı lokomotivə kömək üçün təyin edilən lokomotiv;
1.3.33. kontakt şəbəkəsi - elektrik hərəkət tərkibinin cərəyan qəbuledicilərinə dartı yarımstansiyasından elektrik enerjisinin ötürülməsini təmin edən naqillərin, konstruksiyaların və avadanlıqların məcmusu;
1.3.34. köməkçi lokomotiv - mənzilin yolunda dayanan qatarın aparıcı lokomotivinin maşinistinin (maşinist köməkçisinin) kömək edilməsi barədə (yazılı, telefonla və ya radiorabitə ilə verilən) tələbinə əsasən, həmçinin yol, elektrik təchizatı, siqnalizasiya və rabitə təsərrüfatı işçilərinin tələbi ilə təyin olunan (nəzərdə tutulan) lokomotiv;
1.3.35. köməkçi post - yol inkişafı olmayan və yalnız qeyriümumi istifadəli dəmir yollarının birləşmə məntəqəsinə xidmət edən, mənzildə (bütün mənzil boyu hərəkət edən qatarlar üçün bu post ayırma məntəqəsi hesab olunmur) yerləşən post;
1.3.36. kütləsi artırılmış yük qatarı - tərkibin başında, başında və quyruğunda, başında və tərkibin sonunun üçdə birində - bir və ya bir neçə işlək lokomotivlə, kütləsi altı min tondan çox olan yük qatarı;
1.3.37. qabarit darvazası - açıq hərəkət tərkibinin kütləvi yükləmə yerlərində quraşdırılan qurğu (darvaza içərisində yükləmə qabaritinin haşiyəsi (çevrəsi) üzrə oynaqlı reykalarla bərkidilmiş çərçivəyə bənzəyir. Yüklü açıq hərəkət tərkibi darvazanın reykalarına toxunmadan keçərsə, qabarit pozulmamış hesab edilir. Reykanın vəziyyətinin dəyişməsi qabaritsizlik yerini bildirir);
1.3.38. qatar - müəyyən edilən siqnalları olan, bir və ya bir neçə işlək lokomotivlə və ya motor-vaqonla bir-birinə qoşulan vaqonlardan tərtib edilmiş tərkib, həmçinin vaqonsuz mənzilə göndərilən və mənzildə olan lokomotivlər, motor-vaqonlar və özügedən xüsusi dəmiryol hərəkət tərkibi;
1.3.39. qatar dispetçer rabitəsi - qatar dispetçeri və dispetçer sahəsinin xidməti hissəsi daxil olan dəmiryol stansiyalarının növbətçiləri arasında xidməti danışıqların aparılması üçün rabitə;
1.3.40. qatar stansiyalararası rabitəsi - qonşu dəmiryol stansiyalarının dəmiryol stansiyası növbətçiləri arasında xidməti danışıqların aparılması üçün rabitə;
1.3.41. qatar radiorabitəsi - qatarların hərəkətinin operativ idarə olunması üçün dəmiryol hərəkət tərkiblərinin maşinistləri və dispetçer idarəetmə mərkəzinin operativ dispetçer personalı, dəmiryol stansiyası növbətçiləri, qarşıdan və ardınca gələn qatarların maşinistləri və qatar işi ilə əlaqədar olan digər personal arasında informasiya mübadiləsini təmin edən dəmiryol radiorabitə sistemi;
1.3.42. qatar siqnalları - qatarların, lokomotivlərin və digər hərəkət vahidlərinin nişanlanması üçün tətbiq edilən siqnallar;
1.3.43. qatarların xüsusi intensiv hərəkəti - sərnişin və yük qatarlarının qrafik üzrə hərəkət həcmi (cəmi) ikiyollu sahələrdə sutkada 100 cütdən çox, biryollu sahələrdə isə sutkada 48 cütdən çox olan hərəkət;
1.3.44. qatarların intensiv hərəkəti - sərnişin və yük qatarlarının qrafik üzrə hərəkət həcmi (cəmi) ikiyollu sahələrdə sutkada 50 cütdən çox, biryollu sahələrdə isə sutkada 24 cütdən çox olan hərəkət;
1.3.45. qeyri-ümumi istifadəli dəmir yolu - bilavasitə və ya digər dalan dəmir yolları vasitəsilə ümumi istifadəli dəmir yollarına birləşən və müəyyən istifadəçilərə müqavilə əsasında dəmiryol nəqliyyatı xidmətlərinin göstərilməsi və ya öz ehtiyaclarının ödənilməsi işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan dalan dəmir yolları;
1.3.46. qoruyucu dalan - dəmiryol hərəkət tərkibinin qatarların hərəkəti marşrutuna çıxmasının qarşısının alınması üçün nəzərdə tutulan dalan dəmir yolu;
1.3.47. lokomotiv - qatarların və ya ayrı-ayrı vaqonların dəmir yolu ilə hərəkətinin təmin edilməsi üçün nəzərdə tutulan dəmiryol hərəkət tərkibi;
1.3.48. lokomotiv briqadası - lokomotivlərin, həmçinin motorvaqonlu qatarların idarə və xidmət edilməsini həyata keçirən işçilər;
1.3.49. maillik - aşağı nöqtədən yuxarı nöqtəyə hərəkət edən qatar üçün - yoxuş, əksinə isə eniş adlanan, üfüqi xəttə nisbətən mailliyi olan, dəmir yolunun uzununa profilinin elementi;
1.3.50. maneə (qatarların hərəkəti üçün yaranmış qəfil maneə) - mənzildə və ya stansiya ərazisində relsin sınması, yolun yuyulması, yolun qar və ya qumla basılması, yolun uçquna məruz qalması, nəqliyyat vasitəsinin dəmiryol keçidləri üzərində ilişib qalması, dəmiryol xətti üzərində kənar əşyanın olması və s. qatarın hərəkəti üçün yaranmış qəfil maneə. Dəmir yolunun üzərinə insanların və ya heyvanların çıxması qatarların hərəkəti üçün yaranmış qəfil maneə hesab edilmir;
1.3.51. manevr ALS - manevr işinin aparılması zamanı manevr işıqforları ilə təchiz edilməyən dəmir yollarından icazəsiz çıxışa və yol işıqforunun qadağanedici göstəricisinin keçilməsinə yol verməyən, həmçinin qadağanedici göstəricili işıqforun qarşısında avtomatik dayanmanı və lokomotivin təyin edilmiş hərəkət sürətinə nəzarəti təmin edən təhlükəsizlik sistemi;
1.3.52. manevr tərkibi - manevr edən lokomotivlə bir-birinə qoşulmuş vaqonlar qrupu və ya bir vaqon;
1.3.53. mənzil - qonşu stansiyalarla, ayırma və ötmə məntəqələri və ya yol postları ilə məhdudlaşan dəmiryol xəttinin hissəsi;
1.3.54. mənzil rabitəsi - dəmiryol stansiyasının növbətçisi və mənzildə olan, işləri yerinə yetirən, işçilər arasında xidməti danışıqların aparılması üçün rabitə;
1.3.55. mərkəzləşdirilməyən yoldəyişən - tiyələri bilavasitə yoldəyişənin yanındakı çevirmə mexanizminin köməyi ilə əllə çevrilən yoldəyişən;
1.3.56. mərkəzləşdirilmiş yoldəyişən - tiyələri (hərəkətli ürəkcikli çarpaz olduqda, həmçinin ürəkcik) xüsusi qurğu ilə (elektrikötürücü ilə) çevrilən, bir mərkəzi məntəqədən idarə edilən yoldəyişən;
1.3.57. mərkəzləşdirilmiş stansiya postu - mərkəzləşdirilmiş yoldəyişənlər və siqnallar qrupunun bir yerdən idarə edildiyi dəmiryol stansiyasında post;
1.3.58. motor-vaqonlu hərəkət tərkibi - sərnişinlərin və (və ya) baqajın, poçtun daşınması üçün motorlu və motorsuz vaqonlardan tərtib olunan elektrik qatarları, dizel qatarları, avtomatrislər, rels avtobusları, dizel-elektrik qatarları, elektrik matrisləri;
1.3.59. mühafizə bölmələrinin radiorabitəsi - dəmiryol stansiyalarında, süni qurğularda və mənzillərdə dəmir yolu obyektlərinin və yüklərin mühafizəsinin həyata keçirilməsi zamanı, yanğınsöndürmə bölmələrinin operativ idarəetməsini və fəaliyyətinin koordinasiyasının (əlaqələndirilməsinin) təmini üçün mühafizə bölmələri işçiləri arasında xidməti danışıqların aparılmasını təmin edən dəmir yolu radiorabitəsinin texniki vasitələr kompleksi;
1.3.60. mühafizə yoldəyişəni - qatarın qəbul və ya göndərmə marşrutunun hazırlanması zamanı dəmiryol hərəkət tərkibinin hazırlanmış marşruta çıxması imkanını istisna edən vəziyyətə qoyulan yoldəyişən;
1.3.61. müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi ALS - mənzildə qatarların hərəkəti lokomotiv işıqforlarının siqnalları ilə həyata keçirilən dəmiryol avtomatika və telemexanika sistemi;
1.3.62. neytral calaq - elektrik hərəkət tərkibinin cərəyanqəbuledicilərinin keçməsi zamanı qovuşma sahələrinin elektrik izolyasiyasını təmin edən, gərginlik olmayan iki hava aralığı (izolyasiyaedici qovuşmalar) arasındakı kontakt asmasının sahəsi;
1.3.63. ötmə məntəqəsi - yol inkişafı olan, qatarların ötməsinə və bir baş yoldan digərinə keçirilməsinə imkan verən ikiyollu dəmiryol xətlərində bölmə məntəqəsi;
1.3.64. özügedən xüsusi hərəkət tərkibi - motovozlar, drezinlər, həmçinin zəruri materialların daşınması və ya işçilərin iş yerlərinə çatdırılması üçün xüsusi avtomatrislər, nəql rejimində dartı ötürücülü avtonom mühərriki olan dəmir yol-tikinti maşınları;
1.3.65. özügetməyən xüsusi hərəkət tərkibi - dəmiryol nəqliyyatı tikililərinin və qurğularının saxlanması, xidməti və təmiri üzrə işlərin yerinə yetirilməsi üçün təsərrüfat qatarlarına daxil edilən qoşqular və digər hərəkət tərkibləri, nəql rejimində dartı ötürücüsüz dəmiryol tikinti maşınları;
1.3.66. poçt-baqaj qatarı - poçtun, baqajın və yük-baqajın daşınması üçün sərnişin vaqonlarından, həmçinin sərnişinlərin daşınması üçün ayrıca sərnişin vaqonlarından quraşdırılan qatar;
1.3.67. postlararası mənzil - yol postları və ya yol postu və dəmiryol stansiyası ilə məhdudlaşan mənzil;
1.3.68. potensial təhlükəli dəmiryol hərəkət tərkibi - istismar prosesində texniki vəziyyəti nəqliyyat hadisələrinin yaranmasına gətirib çıxara bilən və onların nəticələrinin insanların həyat və sağlamlığına, fiziki və ya hüquqi şəxslərin, dövlətin və ya bələdiyyələrin əmlakına, həmçinin ətraf mühitə zərər vura bilən dəmiryol hərəkət tərkibi;
1.3.69. dəmiryol radiorabitəsinin radiozonası (radioyayılma zonası) - istismar təşkilatı tərəfindən təsdiq edilən radiorabitə xidmətinin təqdim edilmə və istifadənin texniki imkanlarının mövcud olduğu ərazi;
1.3.70. rels izi - dəmir yolunun rels bərkidiciləri ilə şpallara bərkidilən, bir-birindən müəyyən edilmiş məsafədə yerləşən iki rels (rels xətti);
1.3.71. rəhbər maillik - bir dartıda və hesablanmış minimum hərəkət sürətinin göstəricisinə görə qatarın kütlə normasını təyin edən ən böyük davamlı yoxuşu özündə əks etdirən, çəkilən dəmiryol xəttinin əsas parametrlərindən biri (rəhbər maillik topoqrafik şəraitlərdən, xəttin kateqoriyasından asılıdır və yeni tikilən və mövcud birləşmə xətlərində qatarların çəki normaları unifikasiya olunmaqla, texniki-iqtisadi hesablamalarla müəyyən edilir);
1.3.72. sərnişindayanma məntəqəsi - yalnız sərnişinlərin minməsi və düşməsi üçün nəzərdə tutulan, yol inkişafı olmayan (ayırma məntəqəsi hesab olunmayan) mənzildəki məntəqə;
1.3.73. sərnişin qatarı - sərnişinlərin, poçtun və baqajın daşınması üçün sərnişin vaqonlarından tərtib edilmiş qatar;
1.3.74. sərnişin vaqonları - sərnişinlərin və ya baqajın, poçt göndərmələrinin daşınması üçün nəzərdə tutulan, həmçinin vaqonrestoranlar, xidməti-texniki (xidməti klublar, sanitar, sınaq və ölçü laboratoriyaları) vaqonlar;
1.3.75. səsli məlumatverici - rabitə kanalı və ya səsgücləndirici aparatların vasitəsilə əvvəlcədən proqramlaşdırılmış məlumatların avtomatik ötürülməsini (verilməsini) təmin edən elektron qurğu;
1.3.76. siqnal - müəyyən əmrlərin verilməsi üçün şərti görünən nişan və ya səsli siqnal;
1.3.77. siqnal nişanı - dəmiryol nəqliyyatının müəyyən kateqoriyalı işçiləri tərəfindən verilən əmrin şərti görünən (hüdud dirəkciyi, dəmiryol stansiyasının sərhədini, fitin verilməsini, cərəyanın açılmasını və qoşulmasını və digər) nişan;
1.3.78. stansiya dəmir yolları - stansiyanın sərhədi daxilində olan baş, qəbul-göndərmə, çeşidləmə, yükləmə-boşaltma, dartı, depo (lokomotiv və vaqon təsərrüfatı), birləşdirici (dəmiryol stansiyasında ayrı-ayrı parkları birləşdirən, konteyner məntəqələrinə, yanacaq anbarlarına, bazalara, çeşidləmə platformalarına, vaqonların yuyulması, təmizlənməsi və dezinfeksiyası məntəqələrinə, dəmiryol hərəkət tərkiblərinin təmirinə, müayinəsinə və ya texniki xidmətinə və digər əməliyyatların icrası məntəqələrinə aparan), həmçinin digər əməliyyatlar üçün təyin edilən dəmir yolları;
1.3.79. stansiyalararası mənzil - dəmiryol stansiyaları, ayırma və ötmə məntəqələri ilə məhdudlaşan mənzil;
1.3.80. davamlı eniş - dikliyinin və uzunluğunun aşağıdakı göstəricilərinə görə enişlərdir:
1. dikliyi 0,008-dən 0,010-dək, uzunluğu 8 kilometr və çox olan;
2. dikliyi 0,010-dan 0,014-dək, uzunluğu 6 kilometr və çox olan;
3. dikliyi 0,014-dən 0,017-dək, uzunluğu 5 kilometr və çox olan;
4. dikliyi 0,017-dən 0,020-dək, uzunluğu 4 kilometr və çox olan;
5. dikliyi 0,020-dən kəskin, uzunluğu 2 kilometr və çox olan;
1.3.81. sürətli sərnişin qatarı - marşrut sürəti saatda 91 kilometrdən çox olan sərnişin qatarı;
1.3.82. texnoloji rabitə - istehsalat fəaliyyətinin təmin edilməsi və istehsalatda texnoloji proseslərin idarə olunması üzrə xidməti danışıqların aparılması üçün istifadə olunan ikitərəfli park rabitəsi, mənzil rabitəsi, stansiyalararası qatar rabitəsi, qatar dispetçer rabitəsi, yoldəyişmə rabitəsi;
1.3.83. texnoloji elektrik təchizatı qurğusu - insanların həyat və sağlamlığına, ekoloji duruma (dəmiryol nəqliyyatının dartı və transformator yarımstansiyalarını, qidalanma məntəqələrini, kontakt şəbəkəsini, qatarların dartısını, texnoloji rabitə obyektlərini, dispetçer idarəetmə, bloklama, siqnalizasiya və mühafizə sistemi obyektlərini elektrik təchizatı ilə təmin edən elektrik ötürmə xətləri) təhlükə yaranmasına gətirib çıxara bilən, sərfiyyat rejimini qismən və ya tam məhdudlaşdıran, dəmir yolu istehlakçılarını elektrik təchizatı ilə təmin edən qurğu;
1.3.84. texnoloji fasilə - mənzildə, mənzilin və ya stansiyanın ayrı-ayrı yollarında qatarların hərəkətini dayandırmaqla, təmir-tikinti işlərinin aparılması üçün ayrılmış vaxt;
1.3.85. təcili tormozlama - qatarın dərhal dayandırılması tələb olunan hallarda maksimum tormoz qüvvəsini tətbiq etməklə aparılan tormozlama;
1.3.86. təsərrüfat qatarı - dəmiryol nəqliyyatının tikili və qurğularının saxlanılması, xidməti və təmiri üzrə işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş lokomotivdən və ya lokomotiv qismində istifadə edilən özügedən xüsusi hərəkət tərkibindən, xüsusi və texniki ehtiyaclar üçün ayrılmış vaqonlardan, özügedən və özügetməyən xüsusi hərəkət tərkibindən quraşdırılmış qatar;
1.3.87. tərtibatçı briqadası - qatar tərtibatçısından və qatar tərtibatçısı köməkçisindən, həmçinin iki qatar tərtibatçısından ibarət olan, onlardan biri rəhbər təyin edilən, vaqonlarla, vaqon qrupları ilə, qatarlarla manevr işinə rəhbərlik üçün nəzərdə tutulmuş briqada;
1.3.88. tikilinin yaxınlıq qabariti - dəmiryol hərəkət tərkibindən başqa, tikili və qurğuların heç bir hissəsi, həmçinin dəmiryol hərəkət tərkibi ilə (bərkidici detallarla kontakt naqilləri, sugötürmə zamanı hidravlik kolonkaların xortumları və s.) birbaşa əlaqəsi üçün nəzərdə tutulan hissələri istisna olmaqla, dəmir yolunun yanındakı materiallar, ehtiyat hissələri və avadanlıqların daxilə düşməməsi, qabaritdaxili sahədə bu qurğuların vəziyyətinin dəmiryol hərəkət tərkibinin müvafiq hissələri ilə bağlı olması və digər dəmiryol hərəkət tərkibinin elementləri ilə toxunmasına gətirib çıxarmaması şərtilə eninə son həddin (dəmir yolunun oxuna perpendikulyar) haşiyəsi;
1.3.89. tormoz yolu - tormoz sisteminin idarə edilməsi üçün cihaz və qurğuların işəsalınma anından, o cümlədən təcili tormozlama kranının işə düşməsi anından tam dayanana qədər qatarın getdiyi məsafə;
1.3.90. transportyor - ölçüsünə və kütləsinə görə digər vaqonlarda daşına bilməyən iriqabaritli və ağırçəkili yüklərin daşınması üçün nəzərdə tutulan xüsusi yük vaqonu;
1.3.91. tutucu dalan - davamlı enişdə hərəkət zamanı idarəsini itirmiş qatarın və ya qatar hissəsinin (vaqonlar qrupunun) dayandırılması üçün nəzərdə tutulan dalan dəmir yolu;
1.3.92. uzunluğu artırılmış yük qatarı - uzunluğu şərti vahidlə (oxlarla) 350 metr və çox ox olan yük qatarı;
1.3.93. uzunluğu artırılmış sərnişin qatarı - tərkibində 20-dən çox vaqon olan sərnişin qatarı;
1.3.94. uzuntərkibli sərnişin qatarı - uzunluğu həmin qatarın sahədə hərəkət qrafiki ilə müəyyən edilən uzunluq normasından çox olan sərnişin qatarı;
1.3.95. uzuntərkibli yük qatarı - uzunluğu həmin qatarın sahədə hərəkət qrafiki ilə müəyyən edilən uzunluq normasından çox olan yük qatarı;
1.3.96. ümumi istifadəli dəmir yolu - dəmiryol stansiyalarının ərazilərində qatarların qəbulu və göndərilməsi, yüklərin, baqajın, yükbaqajın qəbulu və verilməsi, sərnişinlərə xidmət göstərilməsi əməliyyatlarının, çeşidləmə və manevr işlərinin yerinə yetirilməsi üçün açıq olan, həmçinin həmin stansiyaları birləşdirən dəmir yolları;
1.3.97. vaqonların geriyə basılması - vaqonlar çeşidləmə təpəsindən buraxıldıqdan sonra, çeşidləmə parkının quyruq boğazlığında hüdud dirəkciyinə hərəkət etmiş, bir-birinə sıx yaxınlaşmayan və qoşulmayan, yığılan vaqonlar qrupunun təpəaltı park yollarında birləşdirilməsi;
1.3.98. vaqonun yükgötürmə qabiliyyəti - qatarların təhlükəsiz hərəkətini tam təmin etməklə, istehsalçı zavod tərəfindən vaqonun konstruksiyasına əsasən maksimum icazə verilən yük norması;
1.3.99. yan dəmir yolu - dəmiryol hərəkət tərkibinin hərəkəti zamanı yoldəyişən qurğu üzərində istiqamətinin dəyişdirildiyi dəmir yolu;
1.3.100. yol nişanı - dəmiryol xətlərinin profilinin və məsafəsinin daimi göstəricisi;
1.3.101. yol postu - yol inkişafı olmayan dəmiryol xətlərində müvəqqəti və ya daimi bölmə məntəqəsi;
1.3.102. yoldəyişən - rama relslərindən, tiyələrdən və çevirmə mexanizmlərinin, həmçinin hərəkətli ürəkcikli çarpazlardan (onun olduğu halda) ibarət olan yoldəyişən qurğunun hissəsi;
1.3.103. yoldəyişən qurğu - dəmiryol hərəkət tərkibinin bir yoldan başqa yola keçirilməsinə xidmət edən, yoldəyişənlərdən, çarpazlardan və onlar arasındakı birləşdirici yollardan ibarət olan qurğu;
1.3.104. yoldəyişmə postu - mərkəzdən idarə edilməyən, bir və ya bir neçə yoldəyişən qurğuya bir növbətçi tərəfindən xidmət edilən post;
1.3.105. yoldəyişmə rabitəsi - marşrutların hazırlanması (dəmir yollarının və yoldəyişənlərin boşluğunun yoxlanılması daxil olmaqla) və qonşu dəmir yollarında dəmiryol hərəkət tərkibinin bərkidilməsi barədə dəmiryol stansiyasının növbətçisi və icraçı postları arasında xidməti danışıqların aparılması üçün rabitə; 1.3.106.yoldəyişmə rayonu - yoldəyişmə postunun bir böyük növbətçisinin nəzarətində olan qonşu yoldəyişmə postları qrupu;
1.3.107. yük qatarının indeksi - birinci dörd rəqəm-qatarın tərtib olunduğu stansiyanın vahid şəbəkə nişanının, növbəti iki (və ya üç) rəqəm həmin stansiyada tərtib edilən tərkibin sıra nömrəsini, sonuncu dörd rəqəm isə qatarın təyinat stansiyasının vahid şəbəkə nişanının nömrəsini bildirən, tərtibat dəmiryol stansiyalarında bütün yük qatarlarına verilən 10 və 11 rəqəmdən ibarət xüsusi kod;
1.3.108. yük vaqonu - yüklərin daşınması üçün nəzərdə tutulan qapalı vaqon, yarımvaqon, platforma, vaqon-sistern, bunker tipli vaqon, izotermik vaqon, taxıldaşıyan, transportyor, konteynerdaşıyan, həmçinin xüsusiləşmiş digər yük vaqonu;
1.3.109. yükləmə qabariti - açıq dəmiryol hərəkət tərkibində onun düz üfüqi dəmir yolunda olması zamanı yükün (qablaşdırmanı və bərkitməni nəzərə almaqla) kənara çıxmadan yerləşdirilməsinin eninə son həddin (relsin diyirlənmə səthi müstəvidən keçən, dəmir yolunun oxuna simmetrik eyni məsafədə olan perpendikulyar xətlər) haşiyəsi;
1.3.110. yüksəksürətli sərnişin qatarı - sahədə (ayrı-ayrı sahələrdə) hərəkət sürəti saatda 200 kilometrdən çox olan sərnişin qatarı;
1.3.111. yük-sərnişin qatarı - yüklərin və sərnişinlərin daşınması üçün nəzərdə tutulan, azintensivli xətlərdə (sahələrdə) yük və sərnişin vaqonlarından tərtib edilən qatar;
1.3.112. zəmanət sahəsi - uzunluğu, vaqonların qatarın tərkibində saz vəziyyətdə təhlükəsiz hərəkətinin vacibliyi baxımından müəyyən edilən, texniki xidmət məntəqələri ilə məhdudlaşan sahə.
2. Dəmiryol nəqliyyatı işçilərinin ümumi vəzifələri
2.1. Dəmiryol nəqliyyatının işçiləri vəzifə funksiyalarına uyğun olaraq bu Qaydaların tələblərinin yerinə yetirilməsini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyini təmin edirlər.
2.2. Dəmiryol nəqliyyatı işçilərinin bu Qaydalara riayət etmələrinə nəzarət onların işəgötürəni olan müvafiq dəmiryol nəqliyyatı təşkilatının və ya fərdi sahibkarın səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
2.3. Dəmiryol nəqliyyatı işçiləri insanların həyatına və sağlamlığına və ya hərəkətə təhlükə yaranması hallarında qatara və ya manevr edən tərkibə dayanma siqnalı verməli və ya onların dayandırılması üçün başqa tədbirlər görməlidirlər. Dəmiryol infrastrukturunun tikili və ya qurğularında hərəkətə təhlükə yarada bilən nasazlıq aşkar edildikdə, dəmiryol nəqliyyatı işçiləri nasazlığın dərhal aradan qaldırılması üçün tədbir görməlidirlər.
2.4. Qatarların hərəkətinin təşkilində və sərnişinlərə xidmət göstərilməsində bilavasitə iştirak edən dəmiryol nəqliyyatı işçiləri vəzifələrini yerinə yetirən zaman xidməti geyim formalarında olmalıdırlar.
2.5. Dəmiryol nəqliyyatının işçiləri əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə tələblərə riayət etməli, insanların həyatına və sağlamlığına təhlükə yaranan hallarda özünün birbaşa rəhbərinə və ya yuxarı rəhbərliyə dərhal məlumat verməlidirlər.
2.6. Lokomotivlərə, motor-vaqonlu qatarların idarəetmə kabinəsinə, özügedən xüsusi hərəkət tərkiblərinə və digər hərəkət vahidlərinə (bundan sonra - hərəkət vahidləri), siqnalların, yoldəyişənlərin, aparatların, mexanizmlərin və dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar olan digər qurğuların yanına, həmçinin siqnalların və belə qurğuların idarə olunduğu otaqlara, yalnız vəzifə funksiyalarının yerinə yetirilməsinə aidiyyəti olan dəmiryol nəqliyyatı işçiləri daxil ola bilərlər.
2.7. Hərəkət vahidlərini, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyinin təmini ilə əlaqədar olan siqnalları, aparatları, mexanizmləri və digər qurğuları idarə etməyə, həmçinin yoldəyişənləri çevirməyə yalnız vəzifə funksiyalarını yerinə yetirərkən buna səlahiyyəti olan dəmiryol nəqliyyatının işçilərinə yol verilir.
2.8. Hərəkət vahidlərinin, siqnalların, aparatların, mexanizmlərin idarə olunmasına, həmçinin yoldəyişənləri çevirməyə dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyinin təmini və istismarı ilə əlaqədar digər qurğular üzrə təcrübə keçən dəmiryol nəqliyyatı işçilərinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən, bilavasitə bu qurğulara xidmət edən, təcrübə keçən işçinin təhkim olunduğu işçinin nəzarəti və şəxsi məsuliyyəti altında yol verilir.
2.9. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət vahidlərinin idarə edilməsi üçün vəsiqə infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq verilir.
2.10. Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar işə qəbul edilən şəxslər, həmçinin istehsalatda zərərli və ya təhlükəli təsirlərə məruz qalan işçilər işəgötürənin vəsaiti hesabına ilkin (işə qəbul ediləndə) və sonralar isə vaxtaşırı icbari tibbi müayinədən keçməlidirlər.
2.11. Qatarların hərəkəti və manevr işləri ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçiləri, infrastruktur sahibi tərəfindən təsdiq edilmiş peşələrin siyahısına uyğun reysqabağı və növbəqabağı tibbi müayinədən, həmçinin işəgötürənin tələbinə əsasən alkoqol, psixotrop və narkotik maddələrin qəbul edilməsini müəyyənləşdirmək üçün tibbi müayinədən keçməlidirlər.
2.12. Fəaliyyəti qatarların hərəkəti ilə bilavasitə əlaqədar olan dəmiryol nəqliyyatı işçilərinin ixtisaslarının artırılması işəgötürənin vəsaiti hesabına həyata keçirilir.
3. Dəmiryol nəqliyyatının tikili və qurğularının işinin təşkili
3.1. İnfrastruktur, qeyri-ümumi istifadəli dəmir yolları və onlarda yerləşən dəmiryol nəqliyyatının tikililəri, qurğuları, mexanizmləri və avadanlıqları onların sahibləri tərəfindən texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.
3.2. Dəmiryol nəqliyyatının tikili və qurğularının texniki-normativ sənədlərlə müəyyən edilmiş istismar müddətlərini təmin etməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına və yanğın təhlükəsizliyi tələblərinə cavab verməsinə məsuliyyəti bilavasitə onların sahibləri və onlara xidmət edən dəmiryol nəqliyyatı işçiləri daşıyırlar.
3.3. Dəmiryol nəqliyyatı işçiləri vəzifə funksiyalarına uyğun olaraq texniki vasitələrin istismarına dair tələbləri, tikili və qurğuların vəziyyətini bilməli, onları mütəmadi yoxlamalı və lazımi keyfiyyətdə saxlanılması üçün texniki xidmət və təmirini təmin etməlidirlər.
3.4. Dəmiryol nəqliyyatının tikililəri, qurğuları, mexanizmləri və avadanlıqları təsdiq edilmiş layihə və konstruktor sənədlərinə uyğun olmalıdır.
3.5. İnfrastruktur sahibinin, qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin dəmir yollarına, tikililərə, qurğuların istismarına və təmirinə dair texniki sənədləri olmalıdır.
3.6. Dəmir yolunda istifadə olunan materialların, məmulatların, elementlərin, tərkib hissələrinin miqdarı və xarakteristikası təmir sənədləri ilə təyin edilir. Həmin materialların, məmulatların, elementlərin və tərkib hissələrinin uyğunluq sertifikatları olmalıdır.
3.7. Daşıma proseslərinin təşkili üçün istifadə edilən dəmiryol nəqliyyatının tikililəri, qurğuları, mexanizmləri, avadanlıqları, xüsusi proqram vasitələri dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyi və istismarı, daşınan yüklərin salamatlığı, əməyin mühafizəsi, ekoloji və yanğın təhlükəsizliyi, sanitariya normalarına və qaydalarına və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmalıdır.
3.8. İnfrastrukturun tikili və qurğuları qatarların aşağıdakı maksimum sürətlə buraxılmasını təmin etmək imkanına malik olmalıdırlar: 3.8.1.sərnişin qatarları üçün — saatda 140 kilometr;
3.8.2. refrijerator qatarları üçün — saatda 120 kilometr;
3.8.3. yük qatarları üçün - saatda 90 kilometr.
3.9. Tikili və qurğuların konstruksiyalarından və texniki vəziyyətlərindən asılı olaraq, bu Qaydaların 20-ci hissəsinə uyğun vəziyyətə gətirilmiş ümumi istifadəli dəmir yollarının sahələrində sürətli sərnişin qatarlarının təhlükəsiz buraxılmasının təmin edilməsi üçün infrastruktur sahibi tərəfindən aşağıdakı sürətlərin təyin edilməsinə yol verilir:
3.9.1. sürətli sərnişin qatarları üçün - saatda 200 kilometrədək;
3.9.2. yüksəksürətli sərnişin qatarları üçün - saatda 250 kilometrədək.
3.10. İnfrastruktur sahibi tərəfindən, yük qatarlarının saatda 90 kilometrdən saatda 140 kilometrədək sürətlə buraxılmasının təmin edilməsi üçün belə qatarların hərəkəti sahələrində tikili və qurğular texniki cəhətdən uyğun vəziyyətə gətirilməlidir.
3.11. Ümumi istifadəli dəmir yollarına birbaşa və ya digər qeyriümumi istifadəli dəmir yolları vasitəsilə birləşən qeyri-ümumi istifadəli dəmir yolları konstruksiyasının vəziyyəti, onlarda yerləşən tikili və qurğular texniki cəhətdən uyğun olmalı və ümumi istifadəli dəmir yollarında icazə verilən texniki yüklənmə normalarında, vaqonların, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarına xidmət üçün nəzərdə tutulmuş lokomotivlərin və digər dəmiryol hərəkət tərkiblərinin buraxılmasını təmin etməlidir.
3.12. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında konkret sahələrin konstruksiyasından və texniki vəziyyətindən asılı olaraq, onların sahibləri tərəfindən bu Qaydaların 3.8-ci və 3.9-cu bəndlərinin tələbləri nəzərə alınmaqla, bu sahələrdəki tikili və qurğuların vəziyyətinə uyğun sürətin təyin edilməsinə yol verilir.
3.13. İnfrastrukturun və qeyri-ümumi istifadəli dəmir yolunun tikili və qurğularının texniki xidməti, təmiri və saxlanılması bu Qaydalara, layihə (yeni tikilən və yenidən qurulan obyektlər üçün), təmir və istismar sənədlərinə əsasən infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun həyata keçirilir.
3.14. Dəmiryol nəqliyyatının yeni tikililəri və yenidən qurulan qurğuları istismara verilənədək onlarda yanğın təhlükəsizliyini, əməyin mühafizəsini, hərəkət təhlükəsizliyini və istismar tələblərini müəyyən edən texniki sənədlər (texniki-sərəncam aktları, iş üzrə təlimatlar) təsdiq edilməli, bu tikili və qurğulara bilavasitə xidmət göstərən və onları istismar edən işçilərə təlim keçirilməli, həmin sənədlərə aid bilikləri yoxlanılmalıdır.
3.15. Birləşmə stansiyasından sənaye və nəqliyyat müəssisələrinin ərazilərinə qədər dəmiryol nəqliyyatının tikili və qurğuları tikilinin "S" yaxınlıq qabaritinin tələblərinə uyğun olmalıdır.
3.16. Sənaye və nəqliyyat müəssisələrinin ərazisində və əraziləri arasında yerləşən dəmiryol nəqliyyatının tikili və qurğuları tikilinin "Sy" yaxınlıq qabaritinin tələblərini təmin etməlidir.
3.17. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında istismar edilən bütün tikili və qurğularda tikililərin "S" və "Sy" yaxınlıq qabaritlərinin tələblərinə riayət olunması təmin edilir.
3.18. İnfrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi bu Qaydalara uyğun vəziyyətə gətirilməli olan qabariti pozulan yerlərin siyahısını müəyyən edir, tikili və qurğuların qabaritlərinin yoxlanılmasını və qabariti pozulan yerlərin aradan qaldırılmasını həyata keçirirlər.
3.19. İşlərin aparılması dövründə, qabariti pozulan dəmir yolu ilə hərəkətin tam bağlanılması halları istisna olunmaqla, istənilən təmir, tikinti və digər işlərin yerinə yetirilməsi zamanı tikililərin yaxınlıq qabaritlərinin pozulmasına yol verilmir.
3.20. İkiyollu mənzillərin dəmiryol xətlərinin düz sahələrində dəmir yollarının oxları arasındakı məsafə 4100 millimetrdən az olmamalıdır.
3.21. Üçyollu və dördyollu dəmiryol xətlərinin düz sahələrində ikinci və üçüncü dəmir yollarının oxları arasındakı məsafə 5000 millimetrdən az olmamalıdır.
3.22. Dəmiryol stansiyalarında yanaşı dəmir yollarının oxları arasındakı məsafə düz sahələrdə 4800 millimetrdən, ikinci dərəcəli dəmir yollarında (dəmiryol hərəkət tərkiblərinin dayanma dəmir yolları, yük həyətlərinin dəmir yolları) və yük rayonlarının dəmir yollarında 4500 millimetrdən az olmamalıdır.
3.23. Mövcud dəmiryol stansiyalarında yol inkişafının yenidən qurulmasına qədər qonşu dəmir yollarının oxları arasındakı məsafənin 4100 millimetrdən az olmayaraq, bu Qaydaların 3.20-3.26-cı bəndlərində nəzərdə tutulmuş məsafədən az saxlanılmasına, həmçinin dəmiryol stansiyalarında baş dəmir yolları kənarda yerləşdikdə, onlar arasındakı məsafənin 4100 millimetr saxlanılmasına yol verilir.
3.24. Yüklərin, konteynerlərin bilavasitə vaqondan-vaqona yüklənməsi üçün nəzərdə tutulmuş dəmir yollarının oxları arasındakı məsafə 3600 millimetr olmalıdır.
3.25. Qeyri-ümumi istifadəli dəmir yolları stansiyalarında yanaşı dəmir yollarının oxları arasındakı məsafə dəmir yollarının düz sahələrində 4100 millimetrdən az olmamalıdır.
3.26. Mənzillərin və dəmiryol stansiyalarının əyri sahələrində yanaşı dəmir yollarının oxları və dəmir yolunun oxu və tikililərin yaxınlıq qabariti arasındakı üfüqi məsafə müəyyən edilir.
3.27. Dəmiryol hərəkət tərkibinə yüklənmiş yüklərin, yüklü və ya boş konteynerlərin, yerləşdirilməsi və bərkidilməsi texniki şərtlərə uyğun həyata keçirilməlidir.
3.28. Kütləvi yükləmə yerlərində açıq dəmiryol hərəkət tərkibində yüklərin düzgün (ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında, dəniz və çay limanlarında, yüklərin boşaldılıb yenidən yüklənildiyi stansiyalarda) yerləşdirilməsini yoxlamaq üçün qabarit darvazaları quraşdırılır.
3.29. Dəmir yolunun yanında boşaldılmış və ya yüklənmək üçün hazırlanmış yüklər elə qoyulmalı və bərkidilməlidir ki, tikililərin yaxınlıq qabariti pozulmasın.
3.30. Hündürlüyü 1200 millimetrədək olan yüklər (yol işləri üçün boşaldılan ballastdan başqa) kənar relsin başlığının çöl tərəfindən 2,0 metrdən, çox hündürlükdə olduqda isə 2,5 metrdən yaxın olmamaqla qoyulmalıdır.
4. Dəmiryol stansiyasının təsərrüfatının tikili və qurğuları
4.1. Dəmiryol stansiyasının yol inkişafı və texniki təchizatı qatarların qəbulu və göndərilməsi, sərnişinlərin minməsi və düşməsi, yüklərin, baqajların və yük-baqajların yüklənməsi və boşaldılması, dəmiryol hərəkət tərkiblərinin və vaqonların texniki xidməti və müayinəsi üzrə əməliyyatların yerinə yetirilməsinə dair vaxt normalarını, dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyini, yanğın təhlükəsizliyini, təhlükəsiz əmək şəraitini və qatarların hərəkətini təmin etməlidir.
4.2. Dəmiryol stansiyaları bu Qaydaların 9-cu hissəsinə uyğun olaraq texnoloji rabitə növü ilə təchiz edilir.
4.3. İşin həcmindən asılı olaraq dəmiryol stansiyaları, həmçinin avtomatlaşdırılmış idarəetmə sistemləri, infrastrukturun məlumat-hesablama şəbəkəsi, daşıma sənədlərinin qəbulu və nəqli qurğuları, texniki xidmət göstərilən, texniki baxışdan keçirilən və təmir olunan qatar tərkiblərinin mərkəzləşdirilmiş çəpərləmə qurğuları ilə təchiz edilirlər.
4.4. Dəmiryol stansiyalarında aşağıdakı yerlər işıqlandırılmalıdır:
4.4.1. sərnişinlərə xidmət üçün nəzərdə tutulmuş bina və tikililər;
4.4.2. qatarların qəbulu və göndərilməsi, yükləmə-boşaltma və manevr işlərinin aparılması, dəmiryol hərəkət tərkibinin təchizatı, texniki xidməti və təmiri üçün nəzərdə tutulan dəmir yolları və parkları;
4.4.3. yük rayonlarının (həyətlərinin) əraziləri, konteyner meydançaları, çeşidləmə platformaları, vaqon tərəziləri, baxış qüllələri, qabarit darvazaları, qatarların və vaqonların kommersiya nasazlıqlarını avtomatik aşkarlama qurğuları;
4.4.4. atıcı başmaqlar, atıcı tiyələr, atıcı yoldəyişənlər, vaqonların bərkidilməsi üçün stasionar qurğular;
4.4.5. dəmiryol nəqliyyatı işçilərinin qatarları qarşılama yerləri;
4.4.6. yoldəyişmə boğazlıqları, anbarlar, dəmiryol keçidləri, piyada keçidləri və məntəqələr;
4.4.7. yanğın su hovuzu və hidrantları olan sahə.
4.5. İşıqlanma qatarların hərəkətinin və manevr işlərinin təhlükəsizliyini, sərnişinlərin vaqonlara minərkən və vaqonlardan düşərkən təhlükəsizliyini, xidmət edən personalın işinin fasiləsizliyini və təhlükəsizliyini, yüklərin, baqajların və yük-baqajların mühafizəsini təmin etməlidir.
4.6. Xarici işıqlandırma siqnal işıqlarının aydın görünməsinə təsir etməməlidir.
4.7. Xidməti binalarda və otaqlarda iş üçün zəruri şərait yaradılır.
4.8. Dəmiryol stansiyası növbətçilərinin xidməti otaqlarında idarəetmə və nəzarət cihazları, o cümlədən dəmiryol stansiyası növbətçisinin işinə bilavasitə aid olan iş yerlərinin avtomatlaşdırma aparatları, həmçinin mərkəzləşdirilmiş işıqlandırma sisteminin idarəetmə və məsafədən seksiya ayırıcılarının idarəetmə pultları, qatarların hərəkəti zamanı dəmiryol hərəkət tərkibinin texniki vəziyyətinə avtomatik nəzarət cihazının qeydiyyat qurğusu (avadanlığı) quraşdırılır. Digər aparat və qurğuların yerləşdirilməsinə infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin razılığı ilə yol verilir.
4.9. Yoldəyişənlərin və siqnalların bilavasitə idarə olunmasını həyata keçirən stansiya postları müvafiq yoldəyişənlərin və dəmir yollarının yaxşı görünməsini təmin edən yerdə yerləşdirilməlidir. Dəmiryol stansiyasının yerli şəraitindən asılı olaraq elektrik mərkəzləşmə postlarının yerləşməsi (təpə postlarından başqa) istisna təşkil edir.
4.10. Stansiyanın mərkəzləşmə və yoldəyişmə postlarında infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin müəyyən etdiyi normalara əsasən zəruri siqnal cihazları, avadanlıqlar, inventarlar, alətlər və materiallar olmalıdır. Yoldəyişmə postları telefon əlaqəsinin xarici çağırış qurğuları ilə də təchiz edilir. Stansiyanın mərkəzləşmə və yoldəyişmə postlarında mobil radiorabitə qurğusundan istifadəyə yol verilir.
4.11. Çeşidləmə təpələri işıqfor siqnalizasiyası və təpə lokomotivlərinin maşinistləri tərtibatçı briqadalar və digər işçilərlə danışmaq, onlara zəruri göstərişlər vermək üçün stansiya radiorabitəsi və ikitərəfli park rabitə qurğusu ilə təchiz edilirlər.
4.12. İşin həcmindən asılı olaraq, çeşidləmə təpələri vaqonların buraxılmasının mexanikləşmə və avtomatlaşma qurğuları, yoldəyişənlərin təpə mərkəzləşmə, avtomatik lokomotiv təpə siqnalizasiyası və zəruri sənədlərin verilməsi və göndərilməsi qurğuları ilə təchiz edilir. Təpə mərkəzləşməsinə qoşulan bütün yoldəyişənlər mexaniki təmizləmə və ya qarəritmə qurğuları ilə də təchiz edilir.
4.13. Avtomatlaşdırılmış və mexanikləşdirilmiş təpələri olan dəmiryol stansiyalarında təpə avadanlıqlarının texniki xidməti və təmiri üçün emalatxanalar və mexanikləşdirilmiş meydançalar olmalıdır.
4.14. Sərnişinlərə xidmət üçün nəzərdə tutulmuş binalar, platformalar və digər tikili və qurğular sərnişinlərin və digər şəxslərin daşınması və xidməti ilə əlaqədar əməliyyatların təhlükəsiz yerinə yetirilməsini təmin etməlidir. Sərnişin platformalarına getmək üçün piyada tunelləri və ya körpüləri olmalıdır.
4.15. Dəmiryol stansiyalarında dəmir yolu ilə eyni səviyyəli keçidlərin saxlanılması üçün həmin keçidlər piyada döşənəkləri, göstəricilər və xəbərdaredici yazılı məlumatlarla təchiz edilir. Keçidlərin avtomatik siqnalizasiyalarla təchiz olunması infrastruktur sahibi tərəfindən təmin edilir.
4.16. Sərnişinlərə xidmət edən dəmiryol nəqliyyatı işçilərinin əməliyyatların tez yerinə yetirilməsi üçün xidməti yerlərə rahat girişi olmalıdır.
4.17. Sərnişinlərə xidmət üçün nəzərdə tutulmuş otaqlardan başqa məqsədlər üçün istifadə olunmasına yol verilmir.
4.18. Mənzillərdəki sərnişindayanma məntəqələri talvarlı və ya pavilyonlu sərnişin platformalarına və xidmət edilən sərnişinlərin sayından asılı olaraq bilet kassalarına malik olmalıdır.
4.19. Sərnişindayanma məntəqələrində sərnişinlərin vaqonlara minmə və düşmə yerləri, həmçinin sərnişinlər üçün otaqlar işıqlandırılmalıdır.
4.20. Sərnişin və yük qatarlarının qarışıq hərəkətli dəmiryol xətlərində yerləşən sərnişin və yük platformaları düz sahələrdə hündürlüyünə və dəmir yolunun oxundan ara məsafəsinə görə aşağıdakı normalara uyğun olmalıdır:
4.20.1. hündür platformalar üçün - rels başlığı səviyyəsindən 550 və ya 1100 millimetr;
4.20.2. yüksəksürətli qatarların sərnişinlərinin minmə və düşmə məntəqələrində hündür platformalar üçün - rels başlığı səviyyəsindən 1300 millimetr;
4.20.3. alçaq platformalar üçün - rels başlığı səviyyəsindən 200 millimetr;
4.20.4. hündür platformalar üçün - dəmir yolunun oxundan 1920 millimetr;
4.20.5. alçaq platformalar üçün - dəmir yolunun oxundan 1745 millimetr.
4.21. Dəmir yolunun əyri sahələrində tikililərin yaxınlıq qabaritlərinin tətbiqi müəyyən edilir.
4.22. Texniki istismar prosesində bu Qaydaların 4.20-ci bəndində nəzərdə tutulmuş normaların infrastruktur sahibi tərəfindən aşağıdakı hədlərdə dəyişdirilməsinə yol verilir:
4.22.1. hündürlük üzrə 20 millimetrədək artırılmasına və 50 millimetrədək azaldılmasına;
4.22.2. dəmir yolunun oxundan məsafə üzrə 30 millimetrədək artırılmasına və 25 millimetrədək azaldılmasına.
4.23. Bu Qaydaların 4.22-ci bəndində nəzərdə tutulmuş normaların dəyişidirilməsi dəmir yolunun təyinatından, dövr edən dəmiryol hərəkət tərkibinin tipindən və hərəkət sürətindən asılı olaraq təyin olunur.
4.24. Dəmiryol stansiyalarında və mənzillərində yeni tikilən və yenidən qurulan hündür platformalar, xüsusi yol maşınlarından istifadə etməklə, dəmir yolunun təmiri işlərinin və platformaların mexanikləşdirilmiş təmizlənməsinin, vaqonların və lokomotivlərin ikitərəfli baxışının və işlək hissələrin təmirinin həyata keçirilməsinə imkan verən konstruksiyalara malik olmalıdır.
4.25. Hərəkəti dayandırmadan dəmir yolunun və platformaların təmiri prosesində rels başlığının səviyyəsindən sərnişin və yük platformalarının səviyyəsinədək, həmçinin yolun oxundan platformaların kənarınadək müəyyən edilmiş məsafə normasının dəyişdirilməsi qadağandır.
4.26. Dəmiryol stansiyalarında yük əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan tikili və qurğular yüklərin saxlanılmasını və yük əməliyyatlarının təhlükəsiz yerinə yetirilməsini, yükgöndərənlərə və yükalanlara xidmət edən dəmiryol nəqliyyatı işçilərinin otaqları isə yüklərin qəbulu, çeşidlənməsi və verilməsi üzrə əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etməlidir.
4.27. Yük işlərinin həcmi az olan aralıq dəmiryol stansiyalarında yükləmə-boşaltma və digər stansiya yollarının xarici işıqlandırılmasının seksiyalarla açılma qurğuları olmalıdır.
4.28. Dəmiryol stansiyalarında yük işlərinin yerinə yetirilməsi yerlərində və yük qatarlarına kommersiya baxışının aparılması üçün dəmir yolunun kontakt şəbəkəsində gərginliyin seksiyalarla açılma qurğuları olmalıdır.
4.29. Ümumi istifadəli və qeyri-ümumi istifadəli stansiyaların dəmir yollarında vaqonların və vaqonlarda daşınan yüklərin çəkisinin müəyyən edilməsi üçün nəzərdə tutulan vaqon tərəziləri quraşdırılmasına yol verilir.
4.30. Elektron vaqon tərəzilərində çəkilərin nəticələrinə görə məlumatların saxlanmasını və çapa verilməsini təmin edən qurğular olmalıdır.
4.31. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol stansiyalarının dəmir yollarında qatarlarda kommersiya cəhətdən yararsız vaqonların avtomatik aşkarlama qurğuları (elektron qabarit darvazaları, elektron vaqon tərəziləri, televiziya videonəzarət sistemi, çöl avadanlıqları, texniki-hesablama vasitələri daxil olmaqla, qatarlara və vaqonlara kommersiya baxışının avtomatlaşdırılmış sistemi) aşağıdakıları təmin etməlidir:
4.31.1. qatarda dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyini, həmçinin daşınan yüklərin saxlanmasını təhlükə altına alan kommersiya nasazlıqlı vaqonun olması və yerləşməsi barədə məlumatların çöl qurğularından kommersiya baxış məntəqəsinin operator terminalına verilməsini;
4.31.2. kağız üzərində və digər daşıyıcılarda saxlanmasını və istifadə üçün ötürülən məlumatların operatorun terminal avadanlığında qeydə alınmasını;
4.31.3. müvafiq sənədlərin rəsmiləşdirilməsini.
4.32. Dəmiryol nəqliyyatında istifadə olunan məlumathesablama sistemləri aşağıdakı imkanları təmin etməlidir:
4.32.1. məlumatların daxil edilməsi, ötürülməsi (verilməsi), işlənilməsi, arxivləşdirilməsi və ehtiyatda saxlanılmasını;
4.32.2. hesablamaların nəticələrinin müəyyən edilmiş vaxtda istehlakçılara verilməsini;
4.32.3. dəmiryol nəqliyyatının bütün təsərrüfatlarında planlaşdırma, operativ idarəetmə, qeydiyyat (uçot), hesabat və statistik məsələlərin həllini.
4.33. Texniki və proqramlaşdırma vasitələri daima işlək və aktiv vəziyyətdə olmalı, tələb olunan etibarlılığı və doğruluğu təmin etməlidir.
4.34. Dəmiryol nəqliyyatında istifadə olunan məlumathesablama sistemlərinə terminal və başqa avadanlıqların qoşulması həmin sistemlərin sahibinin icazəsi ilə həyata keçirilir.
5. Lokomotiv, vaqon və motor-vaqonlu depoların texniki xidmət və təmir üçün tikili və qurğuları, su təchizatı və kanalizasiyası. Bərpa vasitələri
5.1. Lokomotiv, vaqon və motor-vaqonlu depoların, lokomotivlərə, vaqonlara və motor-vaqonlu dəmiryol hərəkət tərkiblərinə texniki xidmət məntəqələrinin, emalatxanaların, təchizat qurğularının və lokomotivlərə, motor-vaqonlu dəmiryol hərəkət tərkiblərinə xidmət üçün nəzərdə tutulmuş digər tikili və qurğuların yerləşməsi və texniki təchizatı qatarların hərəkətinin müəyyən edilmiş həcmini, lokomotivlərdən, motor-vaqonlu dəmiryol hərəkət tərkibindən səmərəli istifadəni, keyfiyyətli təmiri və texniki xidməti, material ehtiyatlarından səmərəli istifadəni, ekoloji təhlükəsizliyi, sanitariya-gigiyena tələbləri və təhlükəsiz əmək şəraitini, həmçinin dəmiryol hərəkət tərkibində, dəmiryol nəqliyyatının stasionar obyektlərində qəza-xilasetmə işlərinin aparılması, yanğının söndürülməsi, təhlükəli yükləri daşıyan dəmiryol hərəkət tərkibi ilə qəza hallarının nəticələrinin aradan qaldırılması üçün şəraiti təmin etməlidir.
5.2. Xüsusi dəmiryol hərəkət tərkibləri üçün nəzərdə tutulan depoların, texniki xidmət məntəqələrinin, xidmət emalatxanalarının, təchizat qurğularının və digər tikili və qurğuların yerləşməsi və texniki təchizatı xüsusi dəmiryol hərəkət tərkibinin keyfiyyətli təmirini və texniki xidmətini, material ehtiyatlarından səmərəli istifadəni, ekoloji təhlükəsizliyi, sanitariya-gigiyena tələblərini və təhlükəsiz əmək şəraitini təmin etməlidir.
5.3. Vaqon depolarının, sərnişinlərə xidmət müəssisələrinin, sərnişin və yük vaqonlarına texniki xidmət məntəqələrinin, yuyucubuxarlayıcı stansiyaların və vaqon təsərrüfatının digər tikili və qurğularının yerləşməsi və texniki təchizatı qatarların müəyyən edilmiş hərəkət həcmini, keyfiyyətli təmirini və texniki xidmətini, material ehtiyatlarından səmərəli istifadəni, ekoloji təhlükəsizliyi, sanitariya-gigiyena tələblərini, təhlükəsiz əmək şəraitini və baş verə biləcək yanğının söndürülməsi, təhlükəli yüklərlə baş vermiş qəza hallarının nəticələrinin aradan qaldırılması üçün şəraiti təmin etməlidir.
5.4. Sərnişin qatarlarının tərtibat və dövriyyə dəmiryol stansiyaları, sərnişin texniki stansiyaları və təmir-təchizat depoları sərnişin vaqonlarının yola (reysə) keyfiyyətli hazırlanması üçün zəruri texnoloji təchizata və mexanizmlərə malik olmalıdır. Sərnişin vaqonlarında və motor-vaqonlu dəmiryol hərəkət tərkiblərinin sanitar qovşağında dezinfeksiyaedici məhlulla təmizləmə üçün avtomatlaşdırılmış qurğular olmalıdır.
5.5. İnfrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin su emalı və təchizatı qurğuları lokomotivləri, qatarları, dəmiryol stansiyalarını, həmçinin yanğınsöndürmə və digər təsərrüfatların suya olan tələbatını zəruri miqdarda, keyfiyyətli və fasiləsiz təchizatını təmin etməlidir.
5.6. İnfrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin sutəmizləyici qurğuları dəmiryol nəqliyyatı obyektlərinin fəaliyyəti prosesində yaranmış tullantı sularının sanitariya normalarına uyğun təmizlənməsini təmin etməlidir.
5.7. İnfrastruktur sahibinin müəyyən etdiyi qəza-bərpa məntəqələrində aşağıdakılar daim hazır olmalıdır:
5.7.1. qatarların normal hərəkətinin bərpası və nəqliyyat, həmçinin dəmiryol nəqliyyatında hərəkətin və istismarın təhlükəsizliyinə dair tələblərin pozulması ilə əlaqədar digər hadisələrin nəticələrinin aradan qaldırılması üçün bərpa qatarları, dəmir yolunun və elektrik təchizatı qurğularının bərpa edilməsi üçün xüsusi avtomatrislər, drezinlər və avtomobillər, təcili rabitə-qəza briqadalarının təmir-bərpa vaqon və avtomobilləri, səyyar-qəza komandaları;
5.7.2. yanğınların qarşısının alınması və söndürülməsi, həmçinin fövqəladə hallar zonasında yanğınların söndürülməsi və qəza-bərpa işlərinin aparılması üçün yanğın qatarları və yanğınsöndürmə komandaları.
5.8. Qeyri-ümumi istifadəli dəmir yolları sahibləri zəruri bərpa gücləri və vasitələrinin, yanğınsöndürmə vasitələrinin və qəza hallarının nəticələrinin qarşısının alınması və ləğvi üzrə işlərin yerinə yetirilməsi üçün digər vasitələrin olmasını təmin edirlər.
5.9. Bərpa işlərinin aparılması üçün təyin edilmiş bərpa və yanğın qatarlarının, xüsusi avtomatrislərin və drezinlərin daimi dayanma dəmir yollarının dəmiryol hərəkət tərkibləri ilə tutulması qadağandır.
5.10. İnfrastruktur sahibi dəmiryol nəqliyyatının işinin pozulmasına gətirib çıxaran nəqliyyat hadisələrinin, təbii fəlakətlərin (qum və qar basmalarının, daşqınların, yanğınların və s.) nəticələrinin aradan qaldırılması üçün dərhal tədbir görməli, həmçinin öz vəsaiti hesabına fövqəladə halların ləğvi üzrə xüsusi bölmələr saxlamalı, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş siyahıya uyğun ehtiyat materiallarına və texniki vasitələrə malik olmalıdır.
6. Dəmiryol nəqliyyatının tikili və qurğularına xidmət edilməsi
6.1. Tikililərə, qurğulara və texniki-xidmət binalarına baxış keçirilməsi bilavasitə onlara xidmət edən dəmiryol nəqliyyatının işçiləri, həmçinin infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli şəxsləri tərəfindən aparılır.
6.2. Dəmiryol stansiyalarının yoldəyişən qurğularına, baş və qəbul-göndərmə dəmir yollarına komisyon baxışın dövriliyinə, aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlərə və müddətlərə, həmçinin baxışın nəticələrinin qeydə alınmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
6.3. Tikili və qurğuların təmiri dəmiryol nəqliyyatının hərəkətinin və istismarının təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi təmin edilməklə, qatarların hərəkət qrafiki pozulmadan yerinə yetirilir.
6.4. Təmir və tikinti işlərinin aparılması üçün qatarların hərəkət qrafikində görülən işlərlə əlaqədar sürətin məhdudlaşdırılması nəzərə alınmaqla texnoloji fasilələr nəzərdə tutulur.
6.5. Dəmir yolunun, süni tikililərin, kontakt şəbəkəsinin, siqnalizasiya, mərkəzləşmə və bloklama, texnoloji rabitə qurğularının cari saxlanılması üzrə işlərin yerinə yetirilməsi üçün infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun qatarların hərəkət qrafikində 1,5-2 saat müddətinə, bu işlərin maşın kompleksləri, xüsusiləşdirilmiş briqadalarla və mexanikləşdirilmiş dəstələrlə aparılması zamanı isə 3-4 saat müddətinə nəzərdə tutulan texnoloji fasilələr verilir.
6.6. Dəmir yolunun, kontakt şəbəkəsinin, siqnalizasiya, mərkəzləşmə və bloklama, texnoloji rabitə qurğularının və digər tikili və qurğuların təmiri üzrə qatarların hərəkət qrafikində nəzərdə tutulmayan müddət ərzində işlər mənzil bağlanmadan görülməlidir. Belə işlərin yerinə yetirilməsi qatarların hərəkətində fasilənin yaranmasını tələb edirsə, onların dəqiq başlanma və başaçatma müddəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
6.7. Qatarların hərəkətində fasilə yaradan, həmçinin hərəkət qrafikində nəzərdə tutulmuş texnoloji fasilə zamanı işlərin yerinə yetirilməsi müddətində, dəmir yollarında, tikili və qurğularda təmir və bərpa işlərinin aparılmasına rəhbərlik həvalə edilmiş cavabdeh şəxs və qatar dispetçeri arasında daimi rabitə (telefon və ya radiorabitə) quraşdırılır. Bununla yanaşı, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq mobil radiorabitədən istifadə edilməsinə yol verilir.
6.8. Sahələrdə qatarların hərəkət qrafikində sutkanın qaranlıq vaxtı nəzərdə tutulan texnoloji fasilə müddətində işin aparılma yeri işıqlandırılır.
6.9. Çeşidləmə təpələrinin mexanikləşdirmə və avtomatlaşdırma qurğularına, rabitəsinə, dəmir yollarına və təpələrdəki digər tikili və qurğulara texniki xidmətin göstərilməsi və onların təmiri üçün infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun 0,5-1,5 saat müddətinə texnoloji fasilə verilir.
6.10. Mənzildə və dəmiryol stansiyasında hərəkət üçün bütün maneələr (dayanma tələb olunan yerlər), həmçinin hərəkət üçün təhlükəli olan dayanma və ya sürətin azaldılmasını tələb edən işlərin yerinə yetirildiyi yerlər, qatarın (manevr tərkibinin) gəlməsinin gözlənilməsindən asılı olmayaraq, hər iki tərəfdən siqnallarla çəpərlənir.
6.11. Aşağıdakılar qadağandır:
6.11.1. hərəkət üçün təhlükəli olan maneənin olduğu və ya işlərin yerinə yetirildiyi yerlər siqnallarla çəpərlənənə qədər işə başlamaq;
6.11.2. maneələri aradan qaldırmadan, işi tam başa çatdırmadan, dəmir yolunun, kontakt şəbəkəsinin vəziyyətini və qabaritə riayət olunmasını yoxlamadan maneənin olduğu və ya işlərin yerinə yetirildiyi yeri çəpərləyən siqnalları götürmək.
6.12. Maneələrin olduğu və işlərin yerinə yetirildiyi yerlər "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na uyğun olaraq çəpərlənir.
6.13. Dəmir yollarında işlərin yerinə yetirildiyi yerlərə daşına bilən çəpərləmə siqnallarının qoyulması və mühafizəsi, dəmiryol hərəkət tərkibinin yaxınlaşması barədə dəmir yollarında işləyənləri xəbərdar etmək üçün iş rəhbəri müvafiq texniki-normativ sənədlər üzrə bilikləri yoxlanılmış xüsusi işçiləri (bundan sonra - siqnalçılar) təyin edir.
6.14. Dəmir yolunun geniş ərazisində, həmçinin kiçik radiuslu əyri sahələrində, qazmalarda və siqnalların məhdudiyyətli görünüşlü olan digər yerlərdə və qatarların intensiv hərəkət etdiyi sahələrdə işlərin yerinə yetirilməsi zamanı iş rəhbəri ilə siqnalçılar arasında rabitə (telefon və ya radiorabitə) əlaqəsi təmin edilir. Siqnalçılarda və iş rəhbərlərində daşına bilən radiostansiya və mobil radiorabitə qurğusu olmalıdır.
6.15. İş rəhbəri və siqnalçılar arasında rabitə olmadıqda işlərin yerinə yetirilməsinə yol verilmir.
6.16. Dəmiryol stansiyası növbətçisinin razılığı olmadan və yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında iş rəhbəri tərəfindən əvvəlcədən qeydlər aparılmadan və xəbərdarlıq verilmədən stansiya yollarında dayanma və ya sürətin azaldılması siqnalları ilə çəpərlənmə tələb edən işlərin yerinə yetirilməsi qadağandır. Dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə belə işlər yalnız qatar dispetçerinin razılığı ilə yerinə yetirilməlidir. Belə işlər dəmir yolunun və süni tikililərin bütövlüyünü pozmadan, kontakt şəbəkəsində gərginliyi açmaqla aparıldıqda, həmçinin qəflətən yaranmış nasazlıqların aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi zamanı işlərin başlanması və başa çatması barədə qeydiyyat iş rəhbəri tərəfindən dəmiryol stansiyası növbətçisinə (dispetçer mərkəzləşməsi ilə təchiz edilən sahələrdə isə qatar dispetçerinə) verilən və həmin jurnalda qeydiyyata alınan telefonoqramla əvəz edilməsinə yol verilir.
6.17. İş başa çatdıqdan sonra qurğunun işə salınması dəmiryol stansiyası növbətçisi tərəfindən aşağıdakılara əsasən yerinə yetirilir:
6.17.1. iş rəhbərinin yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına, baxış jurnalında qeydiyyata alındıqdan sonra və ya işlərin, infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin işçiləri tərəfindən yerinə yetirilməsi hallarında, iş rəhbəri tərəfindən dəmiryol stansiyasının növbətçisinə verilən, həmin jurnalda qeydiyyata alınan və sonradan şəxsən imzalanan telefonoqram;
6.17.2. belə işlər podratçı təşkilat tərəfindən yerinə yetirildikdə, yerinə yetirilən işlərin qəbul aktı.
6.18. İşlərin aparılması üçün biryollu sahədə mənzilin, ikiyollu və ya çoxyollu sahələrdə isə bir və ya bir neçə dəmir yolunun bağlanması infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə yerinə yetirilir.
6.19. Biryollu sahələrdə mənzilin, ikiyollu və çoxyollu sahələrdə isə bir və ya bir neçə dəmir yolunun bağlanacağı təqdirdə, infrastruktur sahibi 10 sutkadan gec olmayaraq bu barədə müvafiq iş rəhbərlərini xəbərdar edir.
6.20. Ümumi istifadəli mənzilin və ya dəmir yollarının bağlanması və açılması, işin başlanmasından əvvəl və işin başa çatmasından sonra yazılı bildiriş, telefonoqram və ya teleqram formasında rəsmiləşdirilən qatar dispetçerinin müvafiq əmri ilə yerinə yetirilir.
6.21. Mənzilin və ya dəmir yollarının bağlanması barədə qatar dispetçerinin əmrini almadan və iş yerini siqnallarla çəpərləmədən iş rəhbərinə işə başlamaq qadağandır.
6.22. Qeyri-ümumi istifadəli mənzilin və ya yolların açılması, bu işləri hansı təşkilatın aparmasından asılı olmayaraq, yalnız yol işlərinin və ya süni qurğulardakı işlərin başa çatması və qatarların fasiləsiz və təhlükəsiz hərəkətinə maneələrin olmaması barədə qeyriümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli şəxsi tərəfindən yazılı bildiriş, telefonoqram və ya teleqramın verilməsindən sonra, qatar dispetçerinin müvafiq əmri ilə yerinə yetirilir.
6.23. Mövcud siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və elektrik təchizatı qurğularının işinin bərpası, aidiyyəti enerji dispetçerindən və ya iş rəhbərindən bildiriş alındıqdan sonra, qatar dispetçerinin əmri ilə yerinə yetirilir.
7. Yol təsərrüfatı tikili və qurğularının texniki istismarı
7.1. Texniki istismar zamanı dəmir yolunun bütün elementləri (torpaq yatağı, üst quruluşu və süni qurğular) möhkəmliyinə, dayanıqlığına və vəziyyətinə görə qatarların həmin sahə üçün təyin edilmiş sürətlə təhlükəsiz və səlis hərəkətini təmin etməlidir.
7.2. Dəmir yolunun təmiri və planlı-qabaqlayıcı düzləşdirmələrı bu Qaydaların 8-ci hissəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
7.3. İnfrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin yol təsərrüfatına xidmət edən bölmələrinin yerləşməsi və texniki təchizatı qatarların verilən hərəkət həcminin təyin edilmiş sürətlərlə yerinə yetirilməsi üçün dəmir yolunun, tikililərin və qurğuların cari saxlanması və təmiri üzrə işlərin icrasını təmin etməlidir.
7.4. Dəmir yolunun cari saxlanması, təmirdə olanlar da daxil olmaqla bütün dəmir yollarında ilboyu həyata keçirilməlidir.
7.5. Dəmir yolu əyrilərin radiuslarına, düz və əyrilərin birləşmələrinə, mailliklərin dikliyinə görə dəmiryol xəttinin təsdiq edilmiş plan və profilinə uyğun olmalıdır.
7.6. Dəmiryol stansiyaları, ayırma və ötmə məntəqələri üfüqi meydançada yerləşməlidir. Ayrı-ayrı hallarda onların 0,0015-dən dik olmayan, çətin topoqrafik layihələndirmə şərtlərində (bundan sonra - çətin şəraitlər) isə 0,0025-dən dik olmayan mailliklərdə yerləşməsinə yol verilir.
7.7. Xüsusi çətin topoqrafik, planlaşdırma və mühəndis-geoloji şəraitində (bundan sonra - xüsusi çətin şərait) manevrlərin aparılması və qatardan lokomotiv və ya vaqonların açılması, birləşdirilmiş qatarların ayrılması nəzərdə tutulmayan bütün tip ayırma və ötmə məntəqələrində, uzununa və ya yarımuzununa tipli aralıq dəmiryol stansiyalarında, stansiya meydançası hüdudlarında 0,0025-dən dik maillikdə layihələndirilməsinə yol verilir. Həmçinin xüsusi çətin şəraitdə, istənilən halda maillik 0,010-dan dik olmamaqla, lokomotiv olmadan vaqonların və ya tərkiblərin özbaşına getməsinin qarşının alınması tədbirləri görülməklə, mövcud dəmiryol stansiyalarının qəbul-göndərmə dəmir yollarının uzadılması zamanı 0,0025-dən dik mailliyə yol verilir.
7.8. Qeyri-ümumi istifadəli dəmir yollarının ayırma məntəqələrində yenidənqurma işləri aparılana qədər, lokomotiv olmadan vaqonların və ya tərkiblərin öz-özünə getməsinin qarşısının alınması tədbirləri görülməklə, mövcud mailliklərin 0,010-dan dik olmamaqla saxlanılmasına yol verilir.
7.9. Dəmiryol stansiyalarında, ayırma və ötmə məntəqələrində lokomotiv olmadan vaqonların və ya tərkiblərin yolların faydalı uzunluğunun hüdudları arxasına öz-özünə getməsinin qarşısını almaq üçün, vaqonlardan lokomotivlərin açılması və manevr əməliyyatlarının aparılması nəzərdə tutulan yeni tikilən və yenidən qurulan qəbulgöndərmə dəmir yollarının uzununa profili, yolların faydalı uzunluğunun sonları eyni ölçüdə hündürlüyə malik olmaqla çökük haşiyə şəklində layihələndirilir.
7.10. Dəmiryol hərəkət tərkibinin öz-özünə qatarın hərəkət marşrutuna çıxmasının qarşısının alınması üçün qurğular, o cümlədən qoruyucu dalan yolları, mühafizə yoldəyişənləri, atıcı başmaqlar, atıcı tiyələr, atıcı yoldəyişənlər tətbiq edilir.
7.11. Dəmiryol stansiyalarında, ayırma və ötmə məntəqələrində mailliklərdə kütlənin müəyyən edilmiş norma həddində qatarların yerindən tərpənməsi və qatarların lokomotivlərin köməkçi tormozları ilə yerində saxlanılması şərtləri təmin edilir.
7.12. Dəmiryol stansiyaları, ayırma və ötmə məntəqələri, həmçinin ayrı-ayrı parklar və dartı dəmir yolları düz sahələrdə yerləşməlidir. Çətin şəraitdə onların radiusu 1500 metrdən az olmayan əyrilərdə yerləşməsinə yol verilir. Xüsusi çətin şəraitdə əyrilik radiusunu 600 metrədək, dağlıq şəraitdə isə 500 metrədək azaltmağa yol verilir.
7.13. bu Qaydaların 7.12-ci bəndində nəzərdə tutulmuş hallarla yanaşı qeyri-ümumi istifadəli dəmir yollarında həmçinin aşağıdakılara yol verilir:
7.13.1. çətin şəraitdə ayırma məntəqələrinin, ayrı-ayrı parkların və dartı dəmir yollarının radiusu 500 metrdən az olmayan əyrilərdə yerləşdirilməsinə, xüsusi çətin şəraitdə isə manevr işləri aparılmayan ayırma məntəqələrinin radiusu 500 metrdən az olmayan əks əyrilərdə yerləşdirilməsinə;
7.13.2. ayırma məntəqələrində park dəmir yollarının (5-dən çox olmayaraq) və dartı dəmir yollarının müvafiq tələblərində nəzərdə tutulandan az olmayan, kiçik radiuslu əyrilərdə istismarda saxlanılmasına.
7.14. Dəmir yollarının plan və profilinin alətlə yoxlanılması, müvafiq texniki sənədlərin hazırlanması, həmçinin dəmiryol stansiyalarının miqyaslı və sxemli planlarının tərtib edilməsi işlərinin təşkili infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən həyata keçirilir.
7.15. İnfrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin yol təsərrüfatı bölmələrində aşağıdakılar olmalıdır:
7.15.1. xidmət etdiyi tikili və qurğuların texniki sənədləri, həmçinin onların istismarına dair tələblər;
7.15.2. dəmiryol stansiyalarının miqyaslı və sxematik planları, bütün baş və stansiya dəmir yollarının, çeşidləmə təpələrinin uzununa profilləri, infrastruktur sahibinin bölmələrində isə əlavə olaraq onların lokomotivlərinin dövr etdiyi qeyri-ümumi istifadəli dəmir yollarının uzununa profilləri.
7.16. Baş və stansiya dəmir yollarının plan və profili bu Qaydaların 7.14-7.18-ci bəndlərinə uyğun olaraq dövri aləti yoxlamadan keçirilməlidir.
7.17. Çeşidləmə, sahə, aralıq və yük dəmiryol stansiyalarında çeşidləmə təpələrinin, təpəaltı və profilləşdirilmiş dartı dəmir yollarının, vaqon aşırıcılardan (yükün boşaldılması üçün vaqonu çevirən) vaqonların diyirləndirilməsi üçün olan dəmir yollarının uzununa profilləri ən azı 3 ildə bir dəfə, digər dəmiryol stansiyalarının dəmir yollarının və qeyri-ümumi istifadəli dəmir yollarının profili isə ən azı 10 ildə bir dəfə yoxlanılır. Mənzillərdə və dəmiryol stansiyalarında baş yolların uzununa profilləri dəmir yollarının yenidən qurulması, əsaslı və orta təmirinin aparılması zamanı yoxlanılır. Yoxlamaların nəticələrinə görə profillərin düzləşdirilməsi üzrə işlərin icrasının konkret müddətləri müəyyənləşdirilir. Plan və profilin dəyişilməsinə gətirib çıxaran işlərin yerinə yetirildiyi dəmiryol sahələri iş başa çatdıqdan sonra infrastruktur sahibinə və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə müvafiq sənədlər təqdim edilməklə yoxlanılır.
7.18. Dəmiryol stansiyalarının ərazisində yeni obyektlərin tikintisi, mövcud obyektlərin genişləndirilməsi və ya köçürülməsi zamanı, belə işləri yerinə yetirən hüquqi şəxs (fərdi sahibkar) obyektin dəmiryol stansiyasının (ayrı-ayrı obyektlərin) mövcud inkişafı ilə əlaqəni müəyyən edən icra sənədlərini infrastruktur sahibinə və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə təqdim etməlidir.
7.19. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarının düz sahələrində torpaq yatağının üst səthindən eni dəmir yolunun üst quruluşuna uyğun olmalıdır. Mövcud dəmiryol xətlərində onların yenidən qurulmasına qədər, torpaq yatağı eninin aşağıdakı ölçülərdən az olmamaqla saxlanılmasına yol verilir:
7.19.1. biryollu dəmiryol xətlərində - 5,5 metrdən;
7.19.2. ikiyollu dəmiryol xətlərində - 9,6 metrdən;
7.19.3. qayalıq və drenajlı qruntlarda:
1. biryollu dəmiryol xətlərində - 5,0 metrdən;
2. ikiyollu dəmiryol xətlərində - 9,1 metrdən.
7.20. Torpaq yatağının qırağının üstdən minimum eni dəmir yolunun hər tərəfindən 0,4 metr olmalıdır.
7.21. Qeyri-ümumi istifadəli dəmir yollarında:
7.21.1. dəmir yolunun oxundan torpaq tökümünün kənarlarına qədər məsafə tökümün hündürlüyündən, tökülən qruntun növündən, tipindən və istifadə edilən dəmiryol hərəkət tərkibinin tipindən və növündən asılı olaraq müəyyən olunur və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilir;
7.21.2. torpaq tökümünün dibindən yaxın dəmir yolunun oxuna qədər olan məsafə yamacın hündürlüyündən və qruntun kateqoriyasından asılı olaraq təyin edilir və 2,5 metrdən az olmamalıdır;
7.21.3. çıxıntının qaşından (kənarından) dəmir yolunun oxuna qədər olan məsafə çıxıntıların üstdən götürmə ekskavatorları ilə işlənməsi zamanı 2,5 metrdən az olmamalıdır.
7.22. Radiusu 2000 metrdən az olan ümumi istifadəli və qeyriümumi istifadəli dəmir yollarının əyri sahələrində torpaq yatağı texniki tələblərə uyğun olmalıdır.
7.23. Yeni tikilən dəmiryol xətləri və ikinci dəmir yolları, həmçinin yenidən qurulan dəmiryol xətləri üçün torpaq yatağının üst səthindən eni və ballast prizmasının parametrləri texniki tələblərə uyğun olmalıdır.
7.24. Sudaşan yerlərdə dəmir yolunun torpaq yatağının kənarı güclü külək zamanı yaranan dalğanın maksimum hündürlüyündən 0,5 metrdən az olmayaraq yüksək olmalıdır.
7.25. Ballast prizmasının çiyninin eni calaqsız dəmiryol sahələri üçün 25 santimetrdən və hissəli (calaqlı) dəmiryol sahələri üçün 20 santimetrdən az olmamalıdır. Ballast prizmasının 10 metrdən çox uzunluqda norma enindən kənaraçıxmaları zamanı hissəli dəmir yolunda əyrilərdə xarici xətt tərəfdən və calaqsız dəmir yolunda düz və əyrilərdə kənaraçıxmaların ölçüsündən və havanın temperaturundan asılı olaraq, qatarların hərəkətinin təhlükəsizliyi tədbirləri təmin edilir.
7.26. Qatarların hərəkət sürəti aşağıdakı hallarda saatda 60 kilometrdən çox olmamalıdır:
7.26.1. hissəli dəmir yolunda çiynin eni 20 santimetrdən az olduqda;
7.26.2. calaqsız dəmir yolunda çiynin eni 25 santimetrdən az olduqda və havanın temperaturunun rels pletlərinin bərkidilmə temperaturuna nisbətən 15ºC və çox yüksəlməsi gözlənildikdə.
7.27. Ballast prizmasının üstü:
7.27.1. ağac şpal və tirlərdə - ağac şpal və ya tirin üst səthindən 3 santimetr aşağı;
7.27.2. dəmir-beton şpal və tirlərdə - şpal və ya tirin orta hissəsinin üstü ilə bir səviyyədə olmalıdır.
7.28. Dəmir yolunun düz və radiusu 350 metr və çox olan əyri sahələrində rels başlıqlarının daxili üzləri arasında izin eninin nominal ölçüsü 1520 millimetrdir. Daha kəskin əyrilərdə izin eni aşağıdakı ölçülərdə olmalıdır:
7.28.1. 349 metrdən 300 metrədək olan radiusda - 1530 millimetr, 7.28.2. 299 metr və az olan radiusda - 1535 millimetr.
7.29. Rels-şpal şəbəkəsi kompleks dəyişdirilməyən ümumi istifadəli dəmir yollarında onların yenidən qurulmasına qədər dəmir yolunun düz və radiusu 650 metrdən çox olan əyri sahələrdə izin eninin nominal ölçüsünün 1524 millimetr olmasına yol verilir. Kəskin əyrilərdə izin eni aşağıdakı ölçülərdə olmalıdır:
7.29.1. 650 metrdən 450 metrədək olan radiusda - 1530 millimetr;
7.29.2. 449 metrdən 350 metrədək olan radiusda - 1535 millimetr;
7.29.3. 349 metr və az olan radiusda - 1540 millimetr.
7.30. Dəmir yolunun düz və əyri sahələrində izin eninin nominal ölçülərdən kənaraçıxmalar darlıq üzrə - 4 millimetri, genlik üzrə + 8 millimetri keçmədikdə, pozuntunun aradan qaldırılması tələb olunmur.
7.31. Bu Qaydaların 7.30-cu bəndində nəzərdə tutulmuş ölçüləri keçən kənaraçıxmaların aradan qaldırılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.32. İzin eninin 1512 millimetrdən az və 1548 millimetrdən çox olmasına yol verilmir. 1996-cı ilə qədər olan dəmir-beton şpallar üzərində qoyulmuş calaqsız dəmir yolunun izinin eninin 1510 millimetrdən az və 1548 millimetrdən çox olmamaqla istismarına yol verilir. Ümumi istifadəli dəmir yollarında istifadəsi nəzərdə tutulmuş dəmiryol hərəkət tərkiblərinin həmin normalara uyğun olmayan dəmir yollarında olması və hərəkəti qadağandır.
7.33. Qeyri-ümumi istifadəli dəmir yollarının yenidən qurulmasına qədər rels izinin aşağıdakı ölçülərdə saxlanılmasına yol verilir:
7.33.1. dəmir yolunun ağac şpallı düz və radiusu 350 metr və çox olan əyri sahələrində rels başlıqlarının daxili üzləri arasında izin eninin nominal ölçüsü 1524 millimetr;
7.33.2. bu Qaydaların 7.33.1-ci yarımbəndində nəzərdə tutulmuş göstəricidən daha kəskin əyrilərdə izin eni:
1. 349 metr və az olan radiusda - 1540 millimetr;
2. dəmir yolunun düz və radiusu 350 metr və çox olan əyri sahələrində izin eninin nominal ölçülərdən aradan qaldırılması tələb olunmayan kənaraçıxmalar darlıq üzrə - 4 millimetri, genlik üzrə + 6 millimetri keçməməlidir.
7.34. Tikilən, həmçinin yenidənqurma və əsaslı təmirin aparılmasından sonra dəmir yolunun düz və radiusu 350 metr və çox olan əyri sahələrində rels başlıqlarının daxili üzləri arasında izin eninin nominal ölçüsü 1520 millimetr olmalıdır.
7.35. Sürət məhdudiyyətini və ya hərəkətin bağlanılmasını tələb edən rels izi nasazlığının həndəsi ölçüləri bu Qaydaların 1 nömrəli əlavəsindəki 1-4-cü cədvəllərə uyğun müəyyən edilir.
7.36. Birtipli relslərdən digər tipli relslərə keçid keçid relslərindən və ya müvafiq yanlıqlardan istifadə etməklə həyata keçirilir.
7.37. Təyin edilmiş sürət üçün 2 metrlik bazada orta göstəricisi kimi müəyyən edilən izin eninin yolverilən ötürmə mailliyinin keçilməsi zamanı sürət faktiki ötürmə mailliyinin göstəricisinə uyğun olaraq qatarların hərəkətinin dayandırılmasına qədər azaldılmalıdır.
7.38. İzin eninin ötürmə mailliklərinə aşağıdakılardan çox olmayaraq yol verilir:
7.38.1. saatda 140 kilometrədək sürətdə - 0,0025;
7.38.2. saatda 120 kilometrədək sürətdə - 0,003;
7.38.3. saatda 100 kilometrədək sürətdə - 0,0035;
7.38.4. saatda 80 kilometrədək sürətdə - 0,004;
7.38.5. saatda 60 kilometrədək sürətdə - 0,0045;
7.38.6. saatda 25 kilometrədək sürətdə - 0,005.
7.39. İzin eninin ötürmə mailliyi 0,005-dən çox olduqda, o cümlədən 1 metrlik bazada ölçmə zamanı (şablonla əl ölçmələri zamanı), 4-cü və 5-ci sinif dəmir yollarından, bərabərləşdirici calaqlardan, bərabərləşdirici cihazlardan, bütöv kəsişmələrdən və rama relsinin calağından tiyələrin kökünə qədər ölçülən tək yoldəyişən qurğulardan başqa, dəmir yolunun istismarına yol verilmir. Əl ilə ölçmələr zamanı izin eninin ötürmə mailliyi 2 metrdən bir olan nöqtələrdə yan yeyilmə ölçülərinin fərqi qədər azaldılmış izin eninin göstəricilər fərqinin 2000-ə bölünməsi ilə müəyyən edilir.
7.40. İzin eninin ötürmə mailliyi diaqnostik vasitələrlə 2 metrlik bazada ölçülür.
7.41. Düz sahələrdə dəmir yolunun hər iki xəttinin rels başlıqlarının üstü eyni səviyyədə olmalıdır. Dəmir yolunun düz sahələrində bir rels xəttinin o birindən 6 millimetr yüksək saxlanılmasına yol verilir.
7.42. Dəmir yolunun əyri sahələrində, əyrinin radiusundan və qatarların hərəkət sürətindən asılı olaraq, xarici rels xəttinin yüksəldilməsi tələbləri infrastruktur sahibi tərəfindən təsdiq edilən təlimata uyğun müəyyən edilir.
7.43. Keçid əyrisinin uzunluğu 20 metrdən az olmamalıdır.
7.44. Keçid əyriləri olmadan yüksəldilmə ötürmələrinin qurulmasına ya düz xətt boyunca, ya 50 faiz düz xətdə, ya da 50 faiz əyridə (yüksəldilmə ötürmələrinin və əyrinin üst-üstə düşmə şərtinə riayət olunmadan) yol verilir. Bununla yanaşı, söndürülməmiş təcilin 0,7 metr/saniyə 2 -ni və onun dəyişmə sürətinin 0,6 metr/saniyə 3 -ni keçməməsi tələblərinə riayət olunması təmin edilir.
7.45. Dinamik xarakteristikaları yaxşılaşdırılan sərnişin hərəkət tərkibinin dövr edən xətlərdə söndürülməmiş təcilin göstəricisi hərəkət tərkibinin konstruktor sənədlərinə və aparılmış sınaqların nəticələrinə uyğun olaraq, 0,7 metr/saniyə 2 -dən çox müəyyən edilməsinə yol verilir.
7.46. Radiusu 4000 metr və az olan dairəvi əyrilər yoldəyişən qurğuların əyrilərindən, təmir və istismar sənədlərində nəzərdə tutulmuş hallardan başqa, düz sahələrlə keçid əyriləri ilə birləşməlidir.
7.47. Xarici relsin faktiki yüksəldilməsi yolverilən saxlanma normaları nəzərə alınmaqla maksimum 150 millimetr olmalıdır. Yoldəyişən qurğularda xarici rels xəttinin yüksəldilmə ölçüsü 75 millimetrdən çox olmamalıdır.
7.48. Çoxyollu xətlərin mənzillərində ümumi torpaq yatağında yerləşən bütün yolların rels başlıqları eyni səviyyədə qurulmalıdır. İstismar prosesində yolun düz sahələrində rels başlıqlarının səviyyə fərqinə, layihə sənədləri ilə digər hallar nəzərdə tutulmadıqda 15 santimetrdən çox olmayaraq yol verilir.
7.49. Çarpazarxası əyrilərin qoyulması ordinatlar üzrə yerinə yetirilir. Çarpazarxası əyrilərin radiusları baş, qəbul-göndərmə və çeşidləmə yollarında 300 metrdən az, digər stansiya yollarında isə bütün hallarda yoldəyişən qurğuların çevirmə əyrilərinin radiusundan az olmamaq şərtilə 200 metrdən az olmamalıdır.
7.50. Yoldəyişən qurğuların çarpazarxası və çevirmə əyrilərində xarici xəttin daxilə nisbətən 20 millimetrdən çox aşağı düşməsinə (əks yüksəldilməsi) yol verilmir. Xarici xəttin 20 millimetrdən 40 millimetrədək aşağı düşməsi zamanı belə əyrilərlə hərəkət sürəti saatda 15 kilometr təyin edilir, 40 millimetrdən çox aşağı düşmə zamanı isə hərəkət dayandırılır.
7.51. Yolun əyri sahələrində xarici relsin yüksəldilməsinin ötürmə mailliyinə keçid əyrisinin bütün uzunluğu boyu və ya onun 30 metrdən az olmayan hissəsində 3,2 millimetr/metrdən çox olmasına yol verilmir.
7.52. Xüsusi iri və əhəmiyyətli tikililərin siyahısı və onlara, həmçinin deformasiyaya uğrayan və ya mürəkkəb mühəndisi-geoloji şəraitli sahələrdə yerləşən torpaq yataqlarına nəzarətin həyata keçirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.53. Körpü və tunellər, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilmiş siyahı üzrə qabarit-nəzarət qurğuları ilə çəpərlənir, xəbərdarlıq siqnalizasiyası və çəpərləyici işıqforlarla təchiz edilir.
7.54. İnfrastruktur sahibləri, qeyri-ümumi istifadəli dəmir yolları sahibləri qabarit-nəzarət qurğuları ilə çəpərlənən, o cümlədən xəbərdarlıq siqnalizasiyası və çəpərləyici işıqforlarla təchiz edilən körpü və tunellərin siyahısını tərtib edirlər.
7.55. Bütün körpülər yükgötürmə qabiliyyətinə görə təsnifatlandırılır.
7.56. İnfrastrukturun dəmir yolu və tikililərinin vəziyyətinə nəzarət üçün yolölçən vaqonlar və arabacıqlar, vaqon-defektoskoplar, defektoskop avtomatrisləri, defektoskop arabacıqları, defektoskop laboratoriyaları, körpü, tunel, yol-müayinə, qabarit-müayinə, sınaq və təmir-müayinə-dalğıc stansiyaları tətbiq edilir.
7.57. Dəmir yollarının yoxlamalarının dövriliyi, o cümlədən hərəkətin intensivliyi dəmir yolunun vəziyyəti və tətbiq olunan diaqnostik texniki vasitələr nəzərə alınmaqla, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.58. Ümumi istifadəli dəmir yollarında və qeyri-ümumi istifadəli dəmir yollarındakı relslər və yoldəyişən qurğular gücünə və vəziyyətinə görə istismar şərtlərinə (yük gərginliyinə, ox yükünə və qatarların hərəkət sürətinə) uyğun olmalıdır.
7.59. Relslərin və yoldəyişən qurğuların yeyilməsi daim diqqətdə saxlanmalıdır.
7.60. Dəmiryol relsləri həm düz, həm əyri sahələrdə, dəmiryol konstruksiyasında digər hal nəzərdə tutulmadıqda, 1/20 mailliyə (şpalın səthinə nisbətən izin daxilinə maillik) malik olmalıdır.
7.61. Relslərin mailləndirilməsi ağac şpallarda metal altlıqlar hesabına, dəmir-beton şpallarda isə bu cür maillik şpalların üzərindəki relsaltı səthlərin mailləndirilməsi hesabına təmin edilir.
7.62. Relslərin mailləndirilməsi 1/60-dan az və 1/12-dən çox, yolun əyri sahələrində isə dəmiryol konstruksiyasında digər hal nəzərdə tutulmadıqda, xarici relsin 85 millimetrdən çox yüksəldilməsi halında daxili rels xətləri üzrə uyğun olaraq 1/30-dan az və 1/12-dən çox olmamalıdır.
7.63. Ümumi istifadəli dəmir yollarında yoldəyişən qurğular aşağıdakı markalı çarpazlara malik olmalıdır:
7.63.1. sərnişin qatarları hərəkət edən baş və qəbul - göndərmə dəmir yollarında - 1/11-dən, çarpaz yoldəyişənlərdə və çarpaz yoldəyişənlərin davamı olan tək yoldəyişənlərdə isə - 1/9-dan kəskin olmayan;
7.63.2. sərnişin qatarlarının yalnız düz yol istiqamətində hərəkət etdiyi yoldəyişən qurğular - 1/9 markalı çarpazlara malik olmalıdır. Sərnişin qatarlarını - 1/9 markalı çarpaza malik yoldəyişənlə yan yollara yönəltməyə o zaman yol verilir ki, belə yoldəyişənləri - 1/11 markaya dəyişmək üçün yoldəyişən boğazlıqlarının yenidən qurulması tələb olunur və həmin vaxt onu həyata keçirmək mümkün deyildir;
7.63.3. yük qatarları hərəkət edən qəbul-göndərmə yollarında - 1/9-dan kəskin olmayan, simmetrik çarpazlarda - 1/6-dan kəskin olmayan;
7.63.4. digər dəmir yollarında - 1/8-dən kəskin olmayan, simmetrik çarpazlarda - 1/4,5-dən kəskin olmayan.
7.64. Qeyri-ümumi istifadəli dəmir yollarında aşağıdakı markalı çarpazlara malik yoldəyişən qurğulardan istifadəyə yol verilir:
7.64.1. baş və qəbul-göndərmə dəmir yollarında 1/9-dan kəskin olmayan, simmetrik çarpazlarda - 1/6-dan kəskin olmayan;
7.64.2. digər dəmir yollarında 1/7-dən kəskin olmayan, simmetrik çarpazlarda-1/4,5-dən kəskin olmayan;
7.64.3. təpəaltı dəmir yollarında 1/9-dan kəskin olmayan, simmetrik çarpazlarda-1/6-dan kəskin olmayan.
7.65. Ümumi istifadəli dəmir yollarının baş yollarında yerləşən bütün əks-sığal yoldəyişən qurğuların tiyələrinin önündə dəfedici tirlər qoyulmalıdır.
7.66. Çarpaz yoldəyişənlərin və bütöv kəsişmələrin yenidən tətbiqinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yol verilir.
7.67. Ümumi istifadəli dəmir yollarında yerləşən mərkəzləşdirilmiş yoldəyişənlər iqlim və digər şəraitlərdən asılı olaraq, mexaniki təmizləmə və ya qarın əridilməsi üçün nəzərdə tutulmuş qurğularla təchiz edilir.
7.68. Hər bir yoldəyişən qurğuda və bütöv kəsişmədə yoldəyişən, çarpaz, onların arasındakı rels yolu və onlara birləşən relslər eyni tipdən olmalıdır.
7.69. Tiyələr və hərəkətli (dönən) ürəkciklər yoldəyişən başmaqla yastıqlarına kip oturmalıdır. Ayrı-ayrı tirlərdə tiyənin, hərəkətli (dönən) ürəkciyin altı ilə yoldəyişən başmağın yastığı arasındakı aralıq rama relsinə (bığcığa) yanaşma sahəsi hüdudlarında 1 millimetri, hüdudlardan kənarda isə 2 millimetri keçməməlidir. Tiyənin, hərəkətli (dönən) ürəkciyin altı ilə yoldəyişən başmağın yastığı arasındakı aralıq rama relsinə (bığcığa) yanaşma sahəsi hüdudlarında iki və çox tirdə 2-4 millimetr olduqda, nasazlıq birinci növbədə aradan qaldırılır, böyük aralıqda isə sürət bu Qaydaların 1 nömrəli əlavəsindəki 5-ci cədvələ uyğun olaraq təyin edilir.
7.70. Tiyələrin rama relslərinə, həmçinin hərəkətli (dönən) ürəkciklərin çarpazın bığcıqlarına yanaşması kip olmalıdır. İki və çox dirənmə yanlıqlarının işlək üzü ilə tiyənin (hərəkətli ürəkciyin) boynunun arasında 4 millimetrdən çox aralıq olduğu halda qatarların hərəkət sürəti bu Qaydaların 1 nömrəli əlavəsindəki 6-cı cədvələ uyğun olaraq təyin edilir.
7.71. Birinci dartı qolunun qarşısında ölçülən tiyənin addımı (rama relsinin başlığının işlək üzü ilə tiyənin qeyri-işlək üzü arasındakı məsafə), yoldəyişən qurğunun konstruktor sənədlərində digər hal nəzərdə tutulmadıqda 147 millimetrdən az olmamalıdır.
7.72. Aralanmış tiyə və rama relsi arasındakı məsafə təkərlərin tiyəyə toxunmadan keçməsini təmin etməlidir. Bunun üçün izin eni ilə tiyə və rama relsi arasındakı novun ölçüsünün fərqi tiyənin yonulmuş hissəsinin sonunda 1458 millimetrdən çox olmamalıdır.
7.73. Rama relslərinin yan yeyilməsinə tiyələrin uclarında və ən çox yeyilmiş yerində nəzarət edilir və yeyilmənin ölçüsü rels başlığının diyirlənmə səthindən 13 millimetr aşağı səviyyədə, rels başlığının yeni və yeyilmiş eninin fərqinə görə müəyyən edilir.
7.74. Tiyənin yan yeyilməsinə yan yonulmanın hüdudlarından kənarda nəzarət edilir və yeyilmənin ölçüsü rels başlığının diyirlənmə səthindən 13 millimetr aşağı səviyyədə tiyə başlığının yeni və yeyilmiş eninin arasındakı fərq kimi təyin edilir.
7.75. Tiyələrin və rama relslərinin qarşılıqlı vəziyyətinə xüsusi şablonla nəzarət edilir. Ölçülmə aşağıdakı nəzarət nöqtələrində aparılır:
7.75.1. 1/22 markalı yoldəyişənlərdə, tiyənin ucunda və ondan 450 millimetr məsafədə;
7.75.2. 1/18 markalı yoldəyişənlərdə, tiyənin ucunda və ondan 350 millimetr məsafədə;
7.75.3. 1/11 və 1/9 markalı adi və simmetrik yoldəyişənlərdə, tiyənin ucunda və ondan 200 millimetr məsafədə;
7.75.4. 1/6 markalı simmetrik və 1/9 markalı çarpaz yoldəyişənlərdə, tiyənin ucunda və ondan 120 millimetr məsafədə.
7.76. Şablonun maili tərəfi və rama relsinin başlığı arasında aralıq olduqda, yoldəyişən qurğunun üzəri ilə rama relsindən çarpaz istiqamətində hərəkət dayandırılır.
7.77. Yoldəyişən qurğularda çevirmə əyrilərinin quruluşu ordinatlar üzrə həyata keçirilir. Yoldəyişən qurğularda ordinatların normativ ölçülərindən kənara çıxmaları bu Qaydaların 1 nömrəli əlavəsindəki 7-ci cədvəl ilə müəyyən edilmiş normaları keçməməlidir.
7.78. Relslərdə yan yeyilmə olduqda, ordinatların ölçülərinin infrastruktur sahibi tərəfindən təsdiq edilən təlimatda nəzərdə tutulmuş kənaraçıxmalardan yan yeyilmə ölçüsü qədər, lakin 5 millimetrdən çox olmamaqla saxlanılmasına icazə verilir.
7.79. Yoldəyişənlərində və bütöv kəsişmələrində aşağıdakı nasazlıqlardan biri olduqda ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarının istismarına yol verilmir:
7.79.1. yoldəyişən tiyələrinin və çarpazların hərəkətli ürəkciklərinin dartı qolları ilə aralanması;
7.79.2. yoldəyişənin qapalı vəziyyətində tiyənin və küt çarpazın ürəkciyinin birinci qolunun (dartısının) qarşısında, iti çarpazın ürəkciyində - ürəkciyin ucunda ölçülmə yerlərində tiyənin rama relsindən, çarpazın hərəkətli ürəkciyinin bığcıqdan 4 millimetr və çox aralı qalması;
7.79.3. ümumi istifadəli dəmir yollarında bütün hallarda, qeyriümumi istifadəli dəmir yollarında isə 1/7 və az kəskin markalı yoldəyişən qurğular və 1/6 markalı simmetrik yoldəyişən qurğular üçün təkər cütü darağının tiyənin və ya hərəkətli ürəkciyin üzərinə çıxması təhlükəsini yarada bilən, tiyənin və ya hərəkətli ürəkciyin ucundan 3 millimetrdən çox dərinliyində və aşağıdakı uzunluqda ovulması:
1. baş dəmir yollarında - 200 millimetr və çox;
2. qəbul-göndərmə dəmir yollarında - 300 millimetr və çox;
3. digər stansiya dəmir yollarında - 400 millimetr və çox;
7.79.4. tiyənin və ya hərəkətli ürəkciyin başlığının üstdən en kəsiyinin 50 millimetr və çox olan ölçülmə yerində tiyənin rama relsinə və hərəkətli ürəkciyin bığcığa nisbətən 2 millimetr və çox aşağı olması;
7.79.5. kontrrels başlığının işçi üzü ilə çarpazın ürəkciyinin işçi üzü arasındakı məsafənin - 1472 millimetrdən az olması;
7.79.6. kontrrels və bığcığın başlıqlarının işçi üzləri arasındakı məsafənin - 1435 millimetrdən çox olması;
7.79.7. tiyənin və ya rama relsinin sınması;
7.79.8. çarpazın (ürəkciyin, bığcığın və ya kontrrelsin) sınması;
7.79.9. birboltlu içlikdə bir və ya ikiboltlu içlikdə hər iki kontrrels boltunun qırılması.
7.80. Rama relslərinin, tiyələrin, bığcıqların və çarpazların ürəkciklərinin şaquli yeyilməsi yeyilmə normalarını keçdikdə onların istismarı texniki tələblərə uyğun müəyyən edilir.
7.81. Yoldəyişən qurğularda izin eni 1546 millimetrdən çox olmamalıdır.
7.82. Baş və qəbul-göndərmə dəmir yollarında relslər və yoldəyişənlər, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilmiş qrafik əsasında vaqondefektoskoplardan, defektoskop arabacıqlarından istifadə etməklə yoxlanılmalıdır. Təhlükəli qüsurlar (kəskin qüsurlu) olan relslər və yoldəyişən qurğuların elementləri dəyişdirilənə qədər qatarların onların üzərindən buraxılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.83. Qüsurlu relslərin və metal hissələrində qüsurlar olan yoldəyişən qurğuların üzərindən qatarların buraxılmasına dair tələblər qüsurun təhlükəlilik dərəcəsindən asılı olaraq müəyyən edilir.
7.84. Tam qırılmayan, üzə çıxan çatları olan kəskin qüsurlu relslərin üzərindən qatarların saatda 15 kilometrdən çox olmayan sürətlə buraxılması mümkündür. Üzə çıxmayan daxili çatları olan R75 və R65 tipli relslərin üzərindən qatarların saatda 25 kilometrdən çox olmayan sürətlə buraxılmasına yol verilir.
7.85. Eninə (köndələn) qırılması və ya başlıq hissəsində qopması olan relslərlə xüsusi tədbirlər görülmədən qatarların buraxılmasına yol verilmir. Qatar qırılmış relsin qarşısında dayandıqda və qatarın buraxılması mümkünlüyü barədə vəzifəsi yol briqadirindən aşağı olmayan işçi, o olmadıqda isə maşinist tərəfindən rəy verildikdə, onun üzəri ilə yalnız birinci bir qatarın saatda 5 kilometrdən çox olmayan sürətlə buraxılmasına yol verilir.
7.86. Körpü və ya tunel hüdudlarında qırılmış relsin üzəri ilə qatarların buraxılması bütün hallarda qadağandır.
7.87. Dəmiryol stansiyalarında yoldəyişən qurğuların və bütöv kəsişmələrin, vaqonların bərkidilməsi üçün stasionar qurğuların qoyulması və götürülməsi, infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə həyata keçirilir.
7.88. Dəmiryol stansiyalarında yeni qoyulmuş və yenidən quraşdırılmış yoldəyişən qurğular və bütöv kəsişmələr, atıcı başmaqlar, atıcı tiyələr, atıcı yoldəyişənlər, vaqonların bərkidilməsi üçün stasionar qurğular, mənzillərdəki yoldəyişən qurğular və ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarındakı müvafiq yoldəyişən qurğular istismara infrastruktur sahibinin və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin təyin etdiyi komissiya tərəfindən qəbul edilir.
7.89. Ümumi istifadəli dəmir yollarını qeyri-ümumi istifadəli dəmir yolları ilə birləşdirən yoldəyişən qurğular infrastruktur sahibinin, qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən istismara qəbul edilir.
7.90. Ümumi istifadəli dəmir yollarında aşağıdakı mərkəzləşdirilməyən yoldəyişənlər nəzarət yoldəyişən kilidləri ilə təchiz edilir:
7.90.1. qatarların qəbulu və göndərilməsi həyata keçirilən, həmçinin mühafizə dəmir yollarında yerləşən;
7.90.2. birinci sinif təhlükəli yüklərlə (partlayıcı materiallarla) olan vaqonların durması üçün ayrılmış dəmir yollarına aparan;
7.90.3. bərpa və yanğın qatarlarının dayanacağı üçün nəzərdə tutulmuş dəmir yollarına aparan;
7.90.4. qoruyucu və tutucu dalan yollarına aparan;
7.90.5. vaqon-defektoskopların, yolölçən vaqonları və dəmir
yol-tikinti maşınlarının uzun müddətə durması üçün ayrılmış dəmir yollarına aparan.
7.91. Qeyri-ümumi istifadəli dəmir yollarında aşağıdakı mərkəzləşdirilməyən yoldəyişənlər nəzarət yoldəyişən kilidləri ilə təchiz edilir:
7.91.1. ümumi istifadəli dəmir yollarının baş və qəbul-göndərmə yollarına aparan;
7.91.2. qoruyucu və tutucu dalan yollarına aparan;
7.91.3. mənzillərdə baş dəmir yollarına birləşən.
7.92. Yoldəyişənlər və çarpazın hərəkətli ürəkcikləri (təpə və çeşidləmə dəmir yollarında yerləşənlərdən başqa), həmçinin mərkəzləşdirilmiş və nəzarət kilidləri olan yoldəyişənlər onların asma qıfıllarla bağlanmasına imkan verən vasitələrlə təchiz edilir. Bu vasitələr tiyənin rama relsinə və çarpazın hərəkətli ürəkciyinin bığcığa kip yanaşmasını (4 millimetr və çox aralı qalmasına yol vermədən) təmin etməlidir.
7.93. Dəmiryol stansiyasının texniki sərəncam aktında göstərilməklə baş və qəbul-göndərmə dəmir yollarında yerləşən mərkəzləşdirilməyən yoldəyişənlər işıqlandırılan və ya işıqlandırılmayan yoldəyişən göstəriciləri ilə təchiz edilir.
7.94. Atıcı qurğuların quraşdırılma yerləri "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na uyğun göstəricilərlə təchiz edilir.
7.95. Qeyri-ümumi istifadəli dəmir yollarında lokomotivin və ya özügedən xüsusi hərəkət tərkibinin kabinəsindən məsafədən idarə olunan yoldəyişənlər yoldəyişən göstəricilərlə təchiz edilir. Həmin göstəricilər qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə işıqlandırılan və ya işıqlandırılmayan ola bilər.
7.96. Elektrik mərkəzləşməsinə qoşulan yoldəyişənlər və çeşidləmə parklarının təpəaltı boğazlıqlarındakı yoldəyişənlər göstəricilərlə təchiz edilmir.
7.97. Yoldəyişən qurğuların və bütöv kəsişmələrin təmiri və cari saxlanması, yoldəyişən göstəricilərin, atıcı başmaqların, atıcı tiyələrin, atıcı yoldəyişənlərin, vaqonların bərkidilməsi üçün stasionar qurğuların, dönən tirlərin, oynaq-dirsəkli qapayıcıların quraşdırılması, təmiri və saxlanması infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir. Belə qurğularda olan siqnalizasiya, mərkəzləşmə və bloklama vasitələrinin təmiri və texniki xidməti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
7.98. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarının digər dəmir yolları, tramvay, trolleybus xətləri, avtomobil yolları və küçələr ilə kəsişmələri avtomobil yolları və yol hərəkəti haqqında qanunvericiliyə uyğun həyata keçirilir.
7.99. Ümumi istifadəli dəmir yollarının fəaliyyətdə olan dəmiryol keçidlərində tramvay və trolleybusların hərəkətinin açılmasına yol verilmir. Fəaliyyətdə olan dəmiryol keçidlərində avtobus hərəkətinin açılmasına hər bir halda ayrılıqda infrastruktur sahibi tərəfindən yol verilir.
7.100. Dəmir yollarının avtomobil yolları ilə eyni səviyyədə kəsişmə və süni qurğuların altından keçmə yerləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.101. Elektrik təchizatının uzununa xətləri ilə təchiz edilmiş və ya yaxınlıqda daimi elektrik təchizatı mənbələri olan sahələrdə yerləşən bütün dəmiryol keçidləri elektrik işıqlandırmasına malik olmalıdır. Keçid növbətçisi tərəfindən xidmət edilən dəmiryol keçidləri projektor qurğuları ilə təchiz edilir.
7.102. Avtonəqliyyat vasitələri sürücülərini qatarın yaxınlaşması barədə xəbərdar edən keçid siqnalizasiya qurğuları ilə təchiz edilən dəmiryol keçidləri və keçid siqnalizasiya qurğuları ilə təchiz edilməyən dəmiryol keçidləri "Dəmiryol keçidlərinin istismarı Qaydaları"nın tələblərinə uyğun olmalıdır.
7.103. Keçid növbətçisi tərəfindən xidmət edilən dəmiryol keçidləri qatar radiorabitə qurğuları yaxınlıqdakı dəmiryol stansiyası və ya postu ilə telefon rabitəsi, dispetçer mərkəzləşməsi olan sahələrdə isə qatar dispetçer rabitəsi qurğusu ilə təchiz edilir.
7.104. İnfrastrukturun keçid növbətçisi tərəfindən xidmət edilən dəmiryol keçidləri çəpərləmə qurğuları ilə təchiz edilir.
7.105. Dəmiryol keçidlərinin keçid siqnalizasiyasının, avtomatik şlaqbaumların, çəpərləmə qurğularının idarəetmə və nəzarət aparatlarının saz vəziyyətdə saxlanması və işi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
7.106. Dəmiryol keçidlərinin tipik döşənəyi, dirəkciklər və ya məhəccərlərlə çəpərlənmiş girişləri olmalıdır. Dəmiryol keçidlərinə yaxınlaşmalarda qatarların yaxınlaşdığı tərəfdən fit verməsi barədə "C" siqnal nişanı, avtomobil yolu tərəfdən isə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq nəzərdə tutulan nişanlar olmalıdır. Keçid növbətçisi tərəfindən xidmət edilməyən, görünməsi qeyri-kafi olan dəmiryol keçidinin qarşısında, qatar yaxınlaşan tərəfdən əlavə olaraq "C" siqnal nişanı qoyulmalıdır.
7.107. Keçid növbətçisi dəmiryol keçidlərində qatarların və avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etməli, şlaqbaumu vaxtında açmalı və bağlamalı, müəyyən edilmiş siqnallar verməli və keçən qatarların vəziyyətini izləməlidir. Hərəkətin təhlükəsizliyinə təhdid olan nasazlıq aşkar edildikdə, keçid növbətçisi qatarı dayandırmaq üçün tədbir görməli, qatarın sonunu (quyruğunu) bildirən siqnal olmadıqda bu barədə dəmiryol stansiyası növbətçisinə və keçən qatarın maşinistinə, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə - qatar dispetçerinə məlumat verməlidir.
7.108. Dəmir yollarının mühəndis qurğuları ilə, o cümlədən rabitə, elektrikötürücü xətləri, neft, qaz, su kəmərləri və digər yerüstü və yeraltı qurğularla kəsişmələri layihələndirilmə mərhələsində infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi ilə razılaşdırılır. Belə kəsişmələrdə xüsusi qoruyucu qurğular nəzərdə tutulmalı və ya qatarların hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin edən tədbirlər həyata keçirilməlidir. Bu qurğuların layihələri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi ilə razılaşdırılır.
7.109. Yeni tikilən qeyri-ümumi istifadəli dəmir yollarının ümumi istifadəli dəmir yolunun mənzillərində baş dəmir yollarına birləşməsinə yol verilmir.
7.110. İkinci dəmir yollarının tikintisi, tikili və qurğuların yenidən qurulması və əsaslı təmir işlərinin aparılması, yeni ayırma məntəqələrinin tikintisi ilə əlaqədar mənzillərdə yoldəyişən qurğuların müvəqqəti qoyulması və götürülməsi, ayrılıqda hər bir halda infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi ilə həyata keçirilir.
7.111. Ayırma məntəqəsinin konservasiyaya keçirilməsi zamanı qeyri-ümumi istifadəli dəmir yollarının mənzildə birləşməsinin saxlanılması və ya bağlanılması barədə qərarı texniki vasitələrə xidməti təmin etməklə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi verir.
7.112. Sərnişin və yük əməliyyatları üzrə ayırma məntəqəsinin işinin dayandırılması, yalnız belə əməliyyatlar yerinə yetirildikdən sonra həyata keçirilir.
7.113. Mənzillərdə və dəmiryol stansiyalarında dəmir yollarının eyni səviyyədə kəsişmə, həmçinin dəmiryol xətlərinin, qeyri-ümumi istifadəli dəmir yolları və birləşdirici dəmiryol xətlərinin dəmiryol nəqliyyatının ümumi istifadəli baş dəmir yollarına birləşmə yerlərində qoruyucu dalan yolları və ya mühafizə yoldəyişənlər olmalıdır.
7.114. Qeyri-ümumi istifadəli dəmir yolları və birləşdirici dəmir yollarının ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yolları stansiyalarının qəbul-göndərmə və digər dəmir yolları ilə birləşdiyi yerlərdə, dəmiryol hərəkət tərkiblərinin özbaşına dəmiryol stansiyasına və ya mənzilə getməsinin qarşısının alınması üçün müvafiq qurğular- qoruyucu dalan yolları, mühafizə yoldəyişənlər, atıcı başmaqlar, atıcı tiyələr və ya atıcı yoldəyişənləri olmalıdır.
7.115. Qoruyucu dalan yollarının faydalı uzunluğu 50 metrdən az olmamalıdır.
7.116. Sürəkli enişə malik olan mənzillərin layihələndirilməsi və tikintisi zamanı, həmçinin belə mənzilləri məhdudlaşdıran dəmiryol stansiyalarında tutucu dalan yolları nəzərdə tutulmalıdır.
7.117. Açılan (aralanan) körpülər hər iki tərəfdən qoruyucu dalan yolları, atıcı başmaqlar və yaxud atıcı yoldəyişənlərlə çəpərlənməlidir.
7.118. İkiyollu dəmiryol xətlərinin mənzillərində qoyulan yoldəyişənlər düzgün dəmir yolu ilə hərəkət edən qatarlar üçün sığal istiqamətində olmalıdır.
7.119. İstisna hallarda, birləşən dəmir yollarının çətin yaxınlaşma hallarında infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi ilə əks-sığal yoldəyişən qurğularının qoyulmasına icazə verilməsinə yol verilir.
7.120. İnfrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən aşağıdakılar quraşdırılır:
7.120.1. baş dəmir yollarında siqnal və yol nişanları;
7.120.2. yoldəyişən qurğularda və dəmir yollarının digər birləşmə yerlərində hüdud dirəkcikləri.
7.121. Ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında təhkim zolağının sərhədlərini nişanlamaq, həmçinin torpaq yatağı altından keçən qurğuları torpağın səthində nişanlamaq üçün xüsusi yol nişanları quraşdırılır.
7.122. Siqnal nişanları infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən hərəkət istiqaməti üzrə sağ tərəfdən, yol nişanları isə kilometr hesabı üzrə kənar dəmir yolunun oxundan 3100 millimetrdən az olmayan məsafədə sağ tərəfdən quraşdırılır.
7.123. Qazmalarda (qayalı yerlərdən başqa) və onların çıxışlarında yol və siqnal nişanları çöl tərəfdən küvet və novların hüdudlarından kənarda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən quraşdırılır. Güclü qar və qum basqınına məruz qalan qazmalarda və onların çıxışlarında (100 metrədək hüdudda) həmin nişanlar kənar dəmir yolunun oxundan 5700 millimetrdən az olmayan məsafədə quraşdırılır. Belə qazmaların siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Elektrikləşmiş sahələrdə siqnal və yol nişanları üzərində işıqfor başlıqları, dəst (komplekt) transformator yarımstansiyaları, kontakt şəbəkəsinin ayırıcıları və cərəyan boşaldıcıları olan dayaqlardan başqa, digər dayaqlar üzərində quraşdırılır.
7.124. Hüdud dirəkcikləri qovuşan dəmir yollarının oxları arasında 4100 millimetr olan məsafənin ortasında qoyulur. "T" qabaritli dəmiryol hərəkət tərkibi hərəkət etməyən mövcud stansiya dəmir yollarında bu məsafənin 3810 millimetr saxlanılmasına yol verilir. Yüklərin bir vaqondan digərinə yüklənməsi üçün nəzərdə tutulan yollararası məsafəsi daraldılmış dəmir yollarında hüdud dirəkcikləri yollar arasında məsafənin 3600 millimetr olan yerində quraşdırılır.
7.125. Dəmir yollarının əyri sahələrində bu məsafələr texniki tələblərə uyğun olaraq artırılmalıdır.
7.126. Siqnal, yol və xüsusi yol nişanları "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na uyğun olmalıdır.
7.127. Yolun qabarmalarda düzləşdirilməsinə dair əsas tələblər aşağıdakılardır:
7.127.1. qabarmanın və ya çökmənin yaranma yerlərinə daimi nəzarətin təmin edilməsi;
7.127.2. qabarmanın təpəsindən ötürmələrin vaxtlı-vaxtında düzləşdirilməsi;
7.127.3. qabarmanın ötürmələrinin düzləşdirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi zamanı qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi.
7.128. Qabarma altlıqlarının qoyulması nəzərdə tutulan dəmiryol sahələri qabarmaların düzləşdirilməsi üçün əvvəlcədən (ballastın donmasına qədər) hazırlanmalıdır (qüsurlu və yonulmuş şpalların, sınmış altlıqların, qüsurlu pərçim çivlərinin dəyişdirilməsi, ballastın səthi və relsin altı arasında 3 santimetr aralığın təmin edilməsi məqsədilə relsin altından ballastın kəsilməsi).
7.129. Qabarmalarda dəmir yolunun düzləşdirilməsi zamanı:
7.129.1. qabarma donqarlarından ötürmələrin mailliyi bu Qaydaların 1 nömrəli əlavəsindəki 7-ci cədvəl ilə müəyyən edilmiş göstəricilərdən kəskin olmamalıdır;
7.129.2. iki qonşu qabarma donqarlarının ötürmə ucları arasında 10 metrdən az olmayan uzunluqda yolun profil elementinə paralel ayırıcı meydança düzəldilməlidir;
7.129.3. ayırıcı meydançanın uzunluğu 10 metrdən az olduğu halda qabarma altlıqları bu Qaydaların 1 nömrəli əlavəsindəki 8-ci cədvəl ilə müəyyən edilmiş mailliklər üzrə göstəricilərə riayət etməklə, bütün donqarlararası məsafə boyunca qoyulmalıdır;
7.129.4. qabarma donqarından ötürmənin sonu profilin sınmasından 10 metrdən az olmayan məsafədə yerləşməlidir. Bu şərti təmin etmək mümkün olmadıqda, yolun layihə profilinin iki qonşu mailliyi arasında uzunluğu 10 metrdən az olmayan orta maillikli sahə düzəldilir.
7.130. Yoldəyişən qurğuda qabarmaların düzləşdirilməsi zamanı rama relsləri və çarpazın hüdudlarında çevirmə əyrisinin uzunluğu boyunca meydança düzəldilir, rama relslərinin qarşısında və çarpazın arxasında isə 0,001 mailliklə ötürmə düzəldilir.
7.131. Pərçim çivli bərkidicilərlə olan sahələrdəki qabarmalarda yolun düzləşdirilməsi üçün ağacdan, polimer və ya digər materiallardan hazırlanan qabarma altlıqları bu Qaydaların 1 nömrəli əlavəsindəki 9-cu cədvəl ilə müəyyən edilmiş göstəricilərə uyğun tətbiq edilir.
7.132. Yolun üst quruluşunun istismarına dair tələblər aşağıdakılardır:
7.132.1. havanın temperaturu dəyişən zaman relslərin uzunluğunun dəyişə bilməsi üçün relslər qoyulanda onların calaqlarında aralıqlar saxlanılmalıdır;
7.132.2. hissəli yolun yan dayanıqlığı şərtinə görə, nominal aralıqların olması halları istisna olmaqla, yay vaxtı ardıcıl olaraq 25 metr və çox uzunluqlu relslərdə ikidən artıq, 12,5 metr uzunluqlu relslərdə isə dörddən artıq qovuşmuş (sıfır) aralıqların olmasına yol verilmir (bu Qaydaların 1 nömrəli əlavəsindəki 10-cu cədvəl);
7.132.3. relsin izolyasiya edilmiş calağından əks tərəfdə yerləşən calaqda aralıq 3 millimetrdən az olmamalı, aşağı temperaturlarda isə relslərin dəliklərinin 36 millimetrlik diametrində 18 millimetri, relslərin dəliklərinin 40 millimetrlik diametrində isə 20 millimetri keçməməlidir;
7.132.4. calaqlarda aralıqların konstruksiya ölçüsünün artması zamanı onların tənzimlənməsi və ya aralandırılması birinci növbəlik qaydasında 3 (üç) gün müddətində həyata keçirilir. Aralıqların tənzimlənməsi üzrə işlərin yerinə yetirilməsinə qədər qatarların hərəkət sürəti bu Qaydaların 1 nömrəli əlavəsindəki 11-ci cədvəl ilə müəyyən edilmiş göstəricilərdən çox olmamalıdır. Dörddəlikli yanlıqlarda relsin sonunda bir calaq boltu (və ya altıdəlikli yanlıqlarda ikisi) olmadıqda, qatarların hərəkət sürəti saatda 25 kilometrdən çox olmayan sürətlə məhdudlaşdırılır. Relsin sonunda bütün boltlar olmadıqda qatarların hərəkəti dayandırılır.
7.133. Bir calaq yanlığının qırılması zamanı qatarların hərəkəti dayandırılır.
7.134. Pərçim çivli bərkidicili dəmir yollarında keçən qatarların altında relslərin uzununa yerdəyişməsinin (qaçmanın) qarşısının alınması üçün təmir sənədlərinə uyğun olaraq relslərə yaylı əksqaçıcılar qoyulur.
7.135. Şpalların oxları arasındakı məsafə şpalların epürünə uyğun olmalıdır. Baş yollarda ağac şpallarda epürə ölçüsündən 8 santimetrdən çox, dəmir-beton şpallarda isə 4 santimetrdən çox olmayaraq kənara çıxmalara yol verilir.
7.136. Rels izinin həndəsi saxlanması üzrə normativ parametrləri təmin etməyən qüsurlu şpalların, körpü tirlərinin və ya yoldəyişən qurğu tirlərinin olmasından asılı olaraq, icazə verilən hərəkət sürəti bu Qaydaların 1 nömrəli əlavəsindəki 12-ci cədvəl ilə müəyyən olunmuş göstəricilərə uyğun olaraq təyin edilir.
7.137. Yoldəyişən qurğularda tiyələrin uc hissəsində rels izinin həndəsi normativ parametrlərinin saxlanmasını təmin etməyən, ikidən çox ardıcıl yerləşmiş qüsurlu tirlərin olmasına yol verilmir.
7.138. Hissəli yolda relsin altının çöl tərəfdən altlığın rebordasından yuxarı olması halında rels və altlıq arasında aralıqların aşkar edilməsi zamanı qatarların hərəkət sürəti aşağıdakı qaydada məhdudlaşdırılır:
7.138.1. ardıcıl 3 şpalda (tirdə) — düz sahələrdə saatda 60 kilometr (körpülərə və tunellərə yaxınlaşmalar istisna olmaqla), dəmir yolunun əyri sahələrində, uzunluğu 25 metrdən 100 metrədək olan körpü və tunellərə 200 metr məsafədə yaxınlaşmalarda, uzunluğu 100 metrdən çox olan körpü və tunellərə isə 500 metr məsafədə yaxınlaşmalarda saatda 25 kilometr;
7.138.2. ardıcıl 4 şpalda (tirdə) — düz yollarda saatda 40 kilometrədək, əyrilərdə, həmçinin körpü və tunellərin yaxınlaşmalarında düz yollarda qatarların hərəkəti dayandırılır;
7.138.3. ardıcıl 5 şpalda (tirdə) — qatarların hərəkəti dayandırılır.
7.139. Rels izinin həndəsi normativ parametrlərinin saxlanmasını təmin etməyən bərkidicilərin qüsurlu qovşaqlarının faizlə miqdarından asılı olaraq hərəkət sürəti:
7.139.1. 15 faizdən çox olduqda — saatda 120 kilometrdən çox olmayaraq;
7.139.2. 20 faizdən çox olduqda — saatda 100 kilometrdən çox olmayaraq;
7.139.3. 30 faizdən çox olduqda — saatda 80 kilometrdən çox olmayaraq;
7.139.4. 40 faizdən çox olduqda — saatda 60 kilometrdən çox olmayaraq;
7.139.5. 50 faizdən çox olduqda — saatda 25 kilometrdən çox olmayaraq təyin edilir.
7.140. Ballast prizmasının səthi dövri olaraq, palçıq sıçramalarının qarşısının alınması üçün təmizlənməlidir. Kilometrdə palçıq sıçramalarının faizlə miqdarından (ballastın vəziyyətindən) asılı olaraq hərəkət sürəti:
7.140.1. 5 faizdən çox olduqda — saatda 120 kilometrdən çox olmayaraq;
7.140.2. 7 faizdən çox olduqda — saatda 100 kilometrdən çox olmayaraq;
7.140.3. 10 faizdən çox olduqda — saatda 80 kilometrdən çox olmayaraq;
7.140.4. 15 faizdən çox olduqda — saatda 60 kilometrdən çox olmayaraq;
7.140.5. 20 faizdən çox olduqda — saatda 40 kilometrdən çox olmayaraq;
7.140.6. 30 faizdən çox olduqda — saatda 25 kilometrdən çox olmayaraq təyin edilir.
7.141. Körpü və tunellərdə dəmir yolunun üst quruluşuna dair tələblər aşağıdakılardır:
7.141.1. tunellərdə və onlara uzunluğu 200 metrdən az olmayan yaxınlaşmalarda dəmir yolu həm ballastda, həm də ballastsız körpü yatağında istifadə olunur. Şpalın altında ballast qatının qalınlığı 25 santimetrdən az olmamalıdır. Tunelin yenidən qurulmasına qədər ballast qatının 15 santimetrdən az olmayan qalınlıqda olmasına yol verilir.
7.141.2. Dəmir yolunun düz və radiusu 600 metr və çox olan əyri sahələrində ballast prizmasının çiyninin eni 25 santimetrdən az, radiusu 600 metrdən az olan sahələrdə isə 35 santimetrdən az olmamalıdır.
7.142. Aşağıdakı yerlər kontrbucaqlarla və ya kontrrelslərlə təchiz edilir:
7.142.1. tam uzunluğu 50 metrdən çox olan və ya dəmir yolunun radiusu 600 metrdən az olan əyri sahələrində yerləşən ballastlı körpülər (yolötürücülərdən başqa);
7.142.2. qurğularının tam uzunluğu 25 metrdən çox və dəmir yolunun radiusu 1000 metrdən az olan sahələrində yerləşən ballastlı yolötürücülər;
7.142.3. körpü yatağı 5 metrdən çox uzunluqda olan və ya dəmir yolunun radiusu 1000 metrdən az olan əyri sahələrində yerləşən metal və ya ağac tirlərli (körpü tirlərli), həmçinin ballastsız dəmir-beton plitəli olan körpü və yolötürücülər;
7.142.4. yolun oxundan dayağın kənarına qədər məsafəsi 3 metrdən az olan dayaq tipli yolötürücülərin və piyada körpülərinin altında, həmçinin ikiyollu tunellərdə yerləşən dəmiryol sahələri. Çoxyollu körpülərdə bütöv ballast təknəsi olduğu halda, kontrbucaqların (kontrrelslərin) yalnız kənar yollara qoyulmasına yol verilir.
7.143. Dəmir yolunun tikililərinə və qurğularına baxış və onların yoxlanılması dəmir yolunun bütün elementləri (üst quruluşu, təhkim zolağı, torpaq yatağı, süni tikililər, yol qurğuları, rels dövrələri, keçidlər) üzrə aparılır.
7.144. Dəmir yolunun tikililərinə və qurğularına baxış və onların yoxlamalarının növü, dövriliyi, aparılması və rəsmiləşdirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
7.145. Baxış və yoxlamalar dəmir yolunun, onun tikili və qurğu elementlərinin faktiki texniki vəziyyətinin yoxlanılan sahə üçün təyin edilmiş sürətlərə və yüklərə uyğunluğunun müəyyən edilməsi, təyin edilmiş sürətlə qatarların hərəkətinə təhlükə törədən nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması üzrə tədbirlərin görülməsi, həmçinin dəmir yolunun, yoldəyişən qurğuların, süni tikililərin, torpaq yatağının və digər qurğuların hər bir kilometr, obyekt
(dəmir yolunun yaz və payız baxışları zamanı) üzrə saxlanma keyfiyyətinin qiymətləndirilməsi məqsədilə keçirilir. 7.146. Ciddi uçotu aparılan alətlərin siyahısı, onların damğalanmasına, saxlanılmasına, təhvil alınmasına və təhvil verilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. 7.147. Ciddi uçotu aparılan alətlər oğurlandıqda, itdikdə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən akt tərtib olunur və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti qurumunu məlumatlandırılır.
8. Dəmir yolunda təmir işlərinin və planlı-qabaqlayıcı düzləşdirmələrin müəyyən edilməsi və aparılması
8.1. Dəmir yolunun üst quruluşunun yeyilmiş elementlərinin bütöv və ya hissə-hissə dəyişdirilməsi, ballastın təmizlənməsi, dəmir yolunun uzununa profildə və planda düzləşdirilməsi ilə yenilənməsi, torpaq yatağının qüsurlu yerlərinin sağlamlaşdırılması (bundan sonra - təmir) və dəmir yolunun planlı-qabaqlayıcı düzləşdirilməsi üzrə işlər aşağıdakı növlərə bölünür:
8.1.1. 1-ci dərəcəli əsaslı təmir - yeni materiallardan istifadə etməklə dəmir yolunun əsaslı təmiri (bundan sonra - ƏTY);
8.1.2. 2-ci dərəcəli əsaslı təmir - köhnə-yararlı materiallardan istifadə etməklə dəmir yolunun əsaslı təmiri (bundan sonra - ƏTK);
8.1.3. 3-cü dərəcəli əsaslı təmir - yük gərginliyi ildə 25 milyon ton-kilometr brutto/kilometrdən çox olan calaqsız dəmiryol sahələrində əsaslı təmirlərarası dövrdə dəmir yolunun orta təmir həcmlərində aparılan işlərlə yanaşı, relslərin bütöv dəyişdirilməsi (OT);
8.1.4. relslərin və yoldəyişən qurğuların metal hissələrinin bütöv dəyişdirilməsi (bundan sonra - R);
8.1.5. dəmir yolunun orta təmiri (O);
8.1.6. dəmir yolunun qaldırma təmiri (Q);
8.1.7. yoldəyişən qurğuların əsaslı təmiri (ƏYQ);
8.1.8. planlı-qabaqlayıcı düzləşdirilmə (D).
8.2. ƏTY və ƏTK - dəmir yolunun yeni və ya təmir olunmuş köhnə-yararlı üst quruluşu materiallarının tətbiq edilməsi ilə rels-şpal şəbəkəsinin dəyişdirilməsi və ballast prizmasının, ballast qatının normalaşdırılan qalınlığının torpaq yatağının süxurları ilə ayrılma sərhədi, o cümlədən torpaq yatağının kənarlarını özündə birləşdirən əsas meydançanın (bundan sonra - torpaq yatağının əsas meydançası) yükgötürmə qabiliyyətinin artırılması ilə dəmir yolunun üst quruluşunun kompleks yenilənməsi üçün nəzərdə tutulmuşdur.
8.3. Kiçik (tam uzunluğu 25 metrədək olan) və orta (tam uzunluğu 25 metrdən çox, lakin 100 metrdən çox olmayan) körpülərin əsaslı təmiri dəmir yolunun ƏTY və ƏTK təmirləri ilə eyni zamanda yerinə yetirilir. Böyük körpülərin (tam uzunluğu 100 metrdən çox olan) və tunellərin əsaslı təmiri, süni qurğuya yaxınlaşmalarda aparılan işlərdən əvvəl yerinə yetirilməlidir.
8.4. OT-illik yük gərginliyi 25 milyon ton-kilometr brutto/ kilometrdən çox olan calaqsız dəmiryol sahələrində dəmir yolunun əsaslı təmirlərarası dövrdə orta təmir həcmində aparılan işlərlə yanaşı, relslərin bütöv olaraq yeniləri ilə dəyişdirilməsi üçün nəzərdə tutulmuşdur.
8.5. Relslərin və yoldəyişən qurğuların metal hissələrinin bütöv dəyişdirilməsi zamanı relslərin və yoldəyişən qurğuların metal hissələrinin bütövlüklə yeniləri ilə (köhnə-yararlı) əvəz edilməsi və dəmir yolunun üst quruluşunun qüsurlu elementlərinin dəyişdirilməsi həyata keçirilir.
8.6. Orta təmir - çınqıllı ballast prizmasının tam təmizlənməsi, qüsurlu şpal və bərkidici elementlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuşdur.
8.7. Qaldırma təmiri - dəmir yolunun bütövlüklə qaldırılaraq şpalların altını döyməklə düzləşdirilməsi yolu ilə şpalaltı bünövrənin bərabər elastikliyinin bərpası, o cümlədən qüsurlu şpal və bərkidici elementlərin dəyişdirilməsi və təzyiqin şpallardan əsas torpaq yatağı meydançasına və ya digər bünövrəyə paylanması, rels-şpal şəbəkəsinin yerindən qaçmasının qarşısının alınması və dəmir yolu ilə dəmiryol hərəkət tərkibinin elastik qarşılıqlı təsirinin təmin edilməsi üçün vacib olan dəmir yolu tikinti elementinin (ballast təbəqəsi) drenaj xüsusiyyətlərinin qismən bərpası üçün nəzərdə tutulmuşdur.
8.8. Yoldəyişən qurğuların əsaslı təmiri (ƏYQ) zamanı yoldəyişən qurğuların çevirici tirlərlə bir yerdə dəyişdirilməsi, ballastın təmizlənməsi və ya dəyişdirilməsi və dəmir yolunun planda və uzununa profildə layihə vəziyyətinə uyğunlaşdırılması həyata keçirilir.
8.9. Dəmir yolunun və onun üzərində olan yoldəyişən qurğuların planlı-qabaqlayıcı düzləşdirilməsi - dəmir yolunun şpalaltı bünövrəsinin bərabər-elastikliyinin bərpası, səviyyə üzrə və planda kənaraçıxmaların qeyri-bərabərlik dərəcəsinin, o cümlədən yatmaların azaldılması üçün nəzərdə tutulmuşdur.
8.10. Təmir növlərinin müəyyən edilməsi üçün dəmir yolları bu Qaydaların 1 nömrəli əlavəsindəki 13 və 14 nömrəli cədvəllərlə müəyyən edilmiş təsnifata uyğun olaraq siniflərə və qruplara bölünür.
8.11. Dəmir yolunun təsnifatı üzrə əlavə tələblər aşağıdakılardır:
8.11.1. dəmir yolunun sinifləri hesablanarkən, eyni yük gərginliyi və sərnişin və ya yük qatarlarının hərəkəti üçün icazə verilən sürətləri olan sahə, qatarların hərəkət sürətinə məhdudiyyət qoyulmuş ayrı-ayrı kilometr və yerlər hesaba alınmadan, dəmir yolunun bütün uzunluğu (qatar-sahəsi) boyu eyni sinifdə olmalıdır;
8.11.2. mənzillərdə dəmir yolunun sinif sərhədi dəmiryol stansiyalarının giriş və çıxış yoldəyişənlərarası sərhədlərdə müəyyən olunur;
8.11.3. dəmir yolunun sərnişin və şəhərətrafı qatarların hərəkətinin sürəti saatda 80 kilometrdən çox olan sürətli sahələrində, qatarların ümumi hərəkət qrafikində onların sayından asılı olaraq, dəmir yolu aşağıdakı siniflərdən aşağı olmamalıdır:
1. Isinif - sutkada 100 qatardan çox;
2. II sinif - sutkada 31-100 qatar;
3. III sinif - sutkada 6-30 qatar.
8.11.4. dəmiryol stansiyasındakı baş dəmir yollarının sinfi bitişik mənzillərin dəmir yolunun yüksək sinfinə uyğun olmalıdır;
8.11.5. yoldəyişən qurğunun, yoldəyişən keçidin sinfi birləşən dəmir yollarının yüksək sinfi üzrə müəyyən olunmalıdır;
8.11.6. çoxyollu sahələrdə dəmir yolunun sinfi hər bir dəmir yolu üçün müəyyən olunmalıdır;
8.11.7. dəmir yolunun sərnişin qrupu, qatarların normativ hərəkət qrafikinə uyğun olaraq, sahə üzrə sərnişin və şəhərətrafı qatarların sayı sutka ərzində qatarların ümumi həcminin 60 faizi və çoxu kimi təyin edilir;
8.11.8. dəmir yolunun yüksəksürətli, sürətli sərnişin qrupları üçün baş dəmir yollarının sinfi sərnişin qatarlarının icazə verilən sürətinə görə təyin edilir;
8.11.9. dəmir yolunun xüsusi yük gərginlikli və yük qrupları üçün baş dəmir yollarının sinfi yük qatarlarının icazə verilən sürətinə görə təyin edilir;
8.11.10. baş və stansiya dəmir yollarının sinifləri təyin edilərkən infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi həmin istismar şərtlərini - sərnişin, şəhərətrafı və yük qatarlarının sayını, qatarların hərəkət qrafikinin doldurulma dərəcəsini, yük gərginliyini, qatarların icazə verilən hərəkət sürətlərini, qatarın orta və maksimal çəkisini, dəmiryol hərəkət tərkibinin tipini, maksimal ox və poqon yüklərini, tətbiq edilən dəmir yolu konstruksiya tiplərini, dəmir yolunun plan və profilini, iqlim şərtlərini nəzərə almalıdır.
8.12. Bu Qaydaların 1 nömrəli əlavəsindəki 15-ci cədvəl ilə müəyyən edilmiş dəmir yolunun təmiri zamanı yerinə yetirilən əsas işlərin siyahısı layihə (təmir) sənədləri ilə təyin edilir.
8.13. Perspektiv və cari planlaşdırma zamanı dəmir yolunun ümumi illik təmir tələbatını müəyyən edən təmirlərin yerinə yetirilmə dövriliyi və tövsiyə olunan təmir sxemləri dəmir yolunun müəyyən sinfinə uyğun olan dəmiryol konstruksiyasının normativ ehtiyatı nəzərə alınmaqla bu Qaydaların 1 nömrəli əlavəsindəki 16-cı cədvələ uyğun olaraq müəyyən edilir.
8.14. Dəmir yolunun faktiki vəziyyətindən asılı olaraq təmir sxemində aralıq təmir növlərinin dəyişdirilməsinə yol verilir. Belə hallarda təyin olunan təmir növü təmir işlərinin təyinat meyarlarına uyğun olmalıdır.
8.15. Stansiya dəmir yollarının və qeyri-ümumi istifadəli dəmir yollarının təmiri baş dəmir yolları üçün təmir sxemi üzrə dəmir yolunun sinfinə uyğun olaraq müəyyən edilir.
8.16. Təmirin yerinə yetirilmə dövriliyi buraxılmış tonnaja və ya il üzrə istismar müddətinə (il üzrə xidmət müddəti), tikinti, yenidən qurulma və ya axırıncı təmir müddətindən hesablanan, istehsalçızavod tərəfindən bəyan və təyin olunmuş rels resursu üzrə təmir sənədlərində aparılan qeydlərə əsasən müəyyən olunur.
8.17. Təmir işlərinə olan illik tələbat müəyyən edilən zaman infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən istismar şərtlərindən asılı olaraq, təmirin normativ aparılma vaxtlarının 25 faizədək artırılmasına və ya azaldılmasına yol verilir.
8.18. İnfrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən əsaslı təmirlər təyin edilən zaman dəmir yolunun etibarlılığını və ya iş qabiliyyətini aşağı salan səbəblərin aradan qaldırılması üçün müvafiq təmir növünü müəyyən edən meyarlar tətbiq olunur.
8.19. İnfrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən əsaslı təmir planlaşdırılan zaman təmir sahələri və işlərin yerinə yetirilməsi müddətləri normativ buraxılma tonnajına və ya il üzrə xidmət müddətinə nail olma şərtləri ilə təyin edilir.
8.20. Baş dəmir yolları üçün 1-3-cü dərəcəli əsaslı təmir sahələrinin uzunluğu bitişik dəmiryol stansiyaları ilə birlikdə mənzilin uzunluğunu təşkil etməlidir.
8.21. Təmir qrafiki əsasında təmir sənədlərində nəzərdə tutulmuş az uzunluqlu dəmiryol sahələrində, həmçinin dəmir yolunun fərqli istismar şərtləri olan sahələrində (dəmir yolunun əyri sahələri, mühəndis qurğularına yaxınlaşmalar, maneəli yerlər) dəmir yolunun təmirinə və planlı-qabaqlayıcı düzləşdirmələrin yerinə yetirilməsinə yol verilir.
8.22. Dəmir yolunun əyri sahələrində dəmir yolunun 1-3-cü dərəcəli (ƏTY, ƏTK, OT) təmirlərarası müddətlərdə bu Qaydaların 1 nömrəli əlavəsindəki 17-ci cədvəl ilə müəyyən edilmiş dövriliklə əlavə olaraq relslərin bütöv dəyişdirilməsi də nəzərdə tutulur.
8.23. Dəmir yolunun əyri sahələrində relslərin bütöv dəyişdirilməsi üzrə işlərin planlaşdırılması zamanı infrastruktur sahibi və qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən relslərin həndəsi parametrlərinin qiymətləndirilməsinin nəticələrinə görə, həmçinin dəmir yolunun texniki vəziyyətinin müəyyənləşdirilməsini və qiymətləndirilməsini təmin edən vasitələrin (bundan sonra - diaqnostika vasitələri) göstəricilərinin nəticələri əsasında dövriliyinin dəyişdirilməsinə yol verilir.
8.24. Dəmir yolunun təmir sahələrinin seçilməsinin meyarları aşağıdakılardır:
8.24.1. 1-3-cü dərəcəli (ƏTY, ƏTK, OT) təmirlərə aid olanlar bu Qaydaların 1 nömrəli əlavəsindəki 18-ci cədvəl ilə müəyyən edilmişdir;
8.24.2. relslərin tək-tək çıxarılmasını müəyyənləşdirən zaman yan yeyilməsinə görə çıxarılan relslər hesaba alınmadan, qüsurların yaranması və inkişafı buraxılmış tonnajın həcmindən asılı olan və ona görə artan kəskin qüsurlu relslər nəzərə alınır. Calaqsız dəmiryol sahələrində bərabərləşdirici relslərin çıxarılması nəzərə alınmır;
8.24.3. orta və qaldırma təmirlərinə aid olanlar bu Qaydaların 1 nömrəli əlavəsindəki 19-cu cədvəl ilə müəyyən edilmişdir.
8.25. İnfrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi dəmir yolunun buraxılmış tonnajının (illik xidmət müddəti), relslərin qüsurlara görə tək-tək çıxarılmasını, qüsurlu şpalların sayının, bərkidicilərin və ballastın çirklənməsinin uçotunu aparmalıdır.
8.26. Dəmir yolunun 1-2-ci dərəcəli əsaslı təmirləri üzrə işlər yerinə yetirilən zaman qoyulan dəmir yolu konstruksiyasına və üst quruluşu elementlərinə dair tələblər bu Qaydaların 1 nömrəli əlavəsindəki 20-ci cədvəl ilə müəyyən edilmişdir.
8.27. Ağac şpallı hissəli dəmir yolunun istənilən dəmir yolu sinfinə tətbiqinin mümkünlüyü layihə ilə müəyyən edilir.
8.28. Daha yüksək sinfə dair tələblərin tətbiqinə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yol verilir.
8.29. Dəmir yoluna qoyulan relslər texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.
8.30. Relslərin illik temperatur amplitudası 110°C-dən çox olan 1-2-ci sinif calaqsız dəmiryol sahələrində, tunellərdə və 0,012-dən kəskin sürəkli enişlərdə şpalların epürü 2000 ədəd/kilometr olmalıdır.
8.31. Yeni və ya təmizlənmiş ballast aşağıdakı tələblərə cavab verməlidir:
8.31.1. 1-4-cü sinif dəmir yollarında 25-60 millimetr fraksiyalı qırmadaş istifadə olunmalıdır;
8.31.2. 5-ci sinif dəmir yollarında və qeyri-ümumi istifadəli dəmir yollarında olan bütün növ ballast dəmir yollarında tətbiq olunan ballast olmalıdır.
8.32. Birbaşa ballast qatının altında, əsas meydançadan aşağı ballast qatının altında yerləşən süxurların təmirlərarası müddətdə dəmiryol hərəkət tərkibindən və dəmir yolunun üst quruluşundan, onun həndəsi konturlarını dağıtmadan və pozmadan, normativ yükgötürmə qabiliyyətini (bundan sonra-torpaq yatağının əsas meydançasının daşıma qabiliyyəti) təmin etmək üçün qarışmayan süxurdan xüsusi formaya salınmış torpaq yatağının düzəldilmiş üst qatının ballastın altından döşənməsinin vacibliyi, torpaq yatağının işçi zonasının normadan yüksək qalıq və elastik deformasiyaların qarşısının alınması (qoruyucu təbəqə) layihə sənədləri ilə müəyyən olunur.
8.33. Asbest ballastı dəyişdirilərkən ətraf mühitin çirklənməsinin qarşısının alınmasına dair tələblər yerinə yetirilməlidir.
8.34. Ballast süxurlarının, ballast palçıq sıçramalarının, yatma və qabarmaların aktiv yaranma yerlərində torpaq yatağının əsas meydançasının stabilləşdirilməsi işləri nəzərdə tutulmalıdır.
8.35. 1-3-cü sinif dəmir yollarında 1-3-cü dərəcəli (ƏTY, ƏTK, OT) əsaslı təmir işləri aparılan zaman yamacların artırılmış dikliyinin aradan qaldırılması və torpaq tökümünün yamaclarında ballast şleyflərinin kəsilməsi və ya bərkidilməsi nəzərdə tutulmalıdır.
8.36. Suötürücü və drenaj qurğuları (küvetlər, novlar, uzununa və dağüstü qanovlar, drenajlar, eninə kəsmələr, lağımlar, quyular) onların fəaliyyətini təmin edən vəziyyətə gətirilməlidir. Suötürücü və drenaj qurğularının konstruksiyası və materialı növbəti planlı təmirə kimi onların saz işini təmin etməlidir.
8.37. İnfrastruktur və ya qeyri-ümumi istifadəli dəmir yolları sahiblərinin razılığı ilə, mürəkkəb topoqrafik və mühəndis-geoloji şəraitli sahələr (güclü bataqlaşma, dağlıq yer, sıxaclar, daimi buzlaşmanın yayıldığı rayonlar) istisna olmaqla, ballast şleyflərinin yığımı şəraitlərində uzun müddət istismar olunan dəmir yollarının torpaq tökümlərinin yamaclarının sürüşməsinin qarşısının alınması məqsədilə kabellərin torpaq yatağının ətəklərində qoyulması qadağandır.
8.38. Körpüdə dəmir yolu səlis təsvirdə olmalı və ona tikinti yüksəkliyi verilməlidir.
8.39. Dəmir yolunun oxu ballastlı yolun altındakı körpünün oxundan 50 millimetrdən, əyrilərdə isə 30 millimetrdən, ballastsız yolun altındakı körpünün oxundan müvafiq olaraq 30 və 20 millimetrdən (ekssentrisitet) çox kənara çıxmamalıdır. Dəmir yolu ekssentrisitetinin ölçüsünün həmin ölçüləri keçməsi halında aşkar edilən kənaraçıxmalar dəmir yolunun əsaslı və başqa növ təmirlərində aradan qaldırılmalıdır. Ekssentrisitetin aradan qaldırılması mümkün olmadıqda, körpünün aşırımının yükgötürmə qabiliyyətinin və onun aşmaya qarşı dayanıqlığının yoxlanılması aparılır.
8.40. Süni qurğularda relslər bütöv dəyişdirilən zaman qoyulmuş kontrrelslər və ağac mühafizə tirləri, müvafiq olaraq kontrbucaqların və mühafizə günyələri ilə əvəz olunmalıdır.
8.41. Dəmir yolunun bitişik sahələrinin arasında hər iki rels xətti üzrə müvəqqəti və ya daimi ötürmə dikliyi (və ona uyğun ötürmələrin uzunluğu) dəmir yolunun qaldırılması və ya endirilməsi zamanı səlis olmalı və aşağıdakı maillikləri keçməməlidir:
8.41.1. 0,001 - qatarların hərəkət sürəti saatda 101-250 kilometr olduqda;
8.41.2. 0,002 - qatarların hərəkət sürəti saatda 81-100 kilometr olduqda;
8.41.3. 0,003 - qatarların hərəkət sürəti saatda 61- 80 kilometr olduqda;
8.41.4. 0,004 - qatarların hərəkət sürəti saatda 41- 60 kilometr olduqda;
8.41.5. 0,005 - qatarların hərəkət sürəti saatda 40 kilometrdən
çox olmadıqda.
8.42. 0,005 - dən çox ötürmə dikliyinə yol verilmir.
8.43. Körpülərdə və tunellərdə layihələndirilmə və təmir işlərinin yerinə yetirilməsi zamanı xəttin layihə planı və profili təmin olunmalıdır. İstismar olunan körpülərdə ballastın qalınlığı 40 santimetri keçməməlidir. 40 santimetrdən çox olan ballast qatı qalınlığının aradan qaldırılması 1-3-cü dərəcəli əsaslı təmirlərdə və başqa növ təmirlərdə, belə işlərin yerinə yetirilməsi imkanı olduqda həyata keçirilir.
8.44. Körpüdə ballastın qalınlığı 60 santimetrdən çox olduqda, müvafiq infrastruktur və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən aşırım tikililərinin, dayaq hissələrinin yükgötürmə qabiliyyətinin və antiseysmik qurğuların iş qabiliyyətinin yoxlanılması təşkil edilir.
8.45. Orta və böyük körpülərdə və tunellərdə rels başlıqlarının səviyyəsi dəyişiklik olmadan saxlanılmalı, yaxınlaşmalarda ballast qatının zəruri qalınlığı isə artıq ballastın kəsilməsi və ya torpaq yatağının kəsilməsi hesabına yaradılmalıdır. Torpaq yatağının kəsilməsi tikiliyə suyun axıb gəlməsinə səbəb olarsa, layihədə zəruri suötürücü və drenaj qurğuları nəzərdə tutulmalıdır.
8.46. Dəmir yolunun plan və profilində nişanlanma ölçülərinin dəyişdirilməsi təmir işləri zamanı qurğuların qabaritləri həmin dəyişikliklər nəzərə alınmaqla yoxlanılmalıdır.
8.47. Elektrik kabellərinin, həmçinin rabitə kabellərinin rels-şpal şəbəkəsi ilə kəsişdiyi yerdə basdırılma dərinliyi qırmadaş təmizləyən maşınlarla kəsilməsinin baş verməməsi üçün şpalın altından 0,8 metrdən az olmamalıdır.
8.48. Dəmir yolunun təmir üzrə layihə (təmir) sənədlərinin işlənilib hazırlanmasına dair tələblər aşağıdakılardır:
8.48.1. dəmir yolunun plan-profilinin dəyişilməsinə gətirib çıxaran dəmir yolu rels-şpal şəbəkəsinin dəyişdirilməsi və ya ballast qatının qalınlığının 20 santimetr və çox dərindən təmizlənməsi (əvəzlənməsi), həmçinin aralıq təmir növlərinin və (və ya) yoldəyişən qurğuların təmir sənədləri layihədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə icazəsi olan qurum tərəfindən hazırlanmalıdır;
8.48.2. layihə (təmir) sənədlərinin işlənilib hazırlanması tapşırığı və ilkin məlumatlar, istismar şərtləri nəzərə alınmaqla, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən formalaşdırılır;
8.48.3. ikiyollu və çoxyollu sahələrdə dəmir yolunun layihə (təmir) sənədlərinin tərkibinə iş görülən zaman qatarların təhlükəsiz buraxılmasının təşkili üzrə bölmə əlavə edilir;
8.48.4. dəmir yolunun digər təmir növləri və planlı-qabaqlayıcı düzləşdirmələri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun hazırlanmış sənədlər əsasında yerinə yetirilir.
8.49. Dəmir yolunun təmiri üzrə işlərin texnologiyasına və təşkilinə dair əsas tələblər aşağıdakılardır:
8.49.1. dəmir yolunun təmirlərinin aparılması texnologiyası və təşkili üzrə əsas sənəd işlərin tərkibini və ardıcıllığını, texniki vasitələri, yerinə yetirilən işlərin həcmini, onların etibarlığına, keyfiyyətinə və yerinə yetirilmə təhlükəsizliyinə dair tələbləri müəyyən edən (bundan sonra-texnoloji proses) və texnoloji prosesə daxil olan ayrıca texnoloji əməliyyatların, istismar şərtləri nəzərə alınmaqla, qatar tərkibinin təmir edilmiş sahədən təyin edilmiş sürətlərlə təhlükəsiz buraxılmasına dair tələbləri tətbiq edən sənəd hesab olunur;
8.49.2. işlərin texnoloji prosesi və ya aparılması layihəsində aşağıdakılar olmalıdır:
1. təmir edilən dəmir yolunun xarakteristikası;
2. işlərin yerinə yetirilməsi şərtləri, istehsalat tərkibi;
3. texnoloji əməliyyatların yerinə yetirilmə ardıcıllığı;
4. maşın komplekslərinin siyahısı və onların tərkibi;
5. tətbiq edilən ölçmə vasitələri və ölçmə metodları;
6. dəmiryol hərəkət tərkibinin təhlükəsiz buraxılmasına dair tələblər;
7. əməyin təhlükəsizlik tələblərinin təmin edilməsinə dair tələblər;
8. işlərin yerinə yetirilməsi yerinin çəpərlənməsi sxemi;
9. bütün irihəcmli texnoloji əməliyyatlar üçün qatarların hərəkəti üzrə texnoloji fasilələrdə işlərin yerinə yetirilməsi qrafikləri;
10. işlərin günlər üzrə bölünməsi qrafiki;
8.49.3. hər növ təmir üçün işlərin tərkibi və texnoloji əməliyyatların ardıcıllığı texnoloji proses əsasında hazırlanmış işlərin yerinə yetirilməsinə dair layihə ilə müəyyən olunur və özündə aşağıdakıları ehtiva edir:
1. infrastruktur obyektlərinin təmirinə icazə sənədləri və texniki tikili və qurğuların fəaliyyət zonasında işlərin yerinə yetirilməsinə icazə-aktları;
2. struktur bölmə nümayəndələrinin iştirakı zəruri olan
birləşdirilmiş iş zonalarının siyahısı;
3. texnoloji fasilələrin müddətini və texnoloji fasilələr zamanı işə cəlb olunmuş tikinti təşkilatlarını göstərməklə, bütün iş müddətində qatarların hərəkətində texnoloji fasilələrin verilməsi qrafiki;
8.49.4. keçiddə qurğuların təmiri üzrə işlərin yerinə yetirildiyi müddətdə nəqliyyat vasitələrinin buraxılması pozularsa və ya çətinləşərsə, onların keçiddə və ya dolayı yolla hərəkətinə dair tələblər.
8.50. Yol işlərinin keyfiyyətinin təmin edilməsi aşağıdakıları ehtiva edir:
8.50.1. dəmir yolunun, onun tərkib hissələrinin və elementlərinin təmiri zamanı hərəkətin təhlükəsizliyinin və sərnişin qatarlarının təhlükəsiz və rahat hərəkətinin asılı olduğu bütün texnoloji əməliyyatların keyfiyyətlə yerinə yetirilməsinə nəzarət, dəmir yolunun stabilliyi, onun təmirlərarası müddətinin təmin edilməsini;
8.50.2. təmirdə olan dəmir yolunun vəziyyətinə nəzarətin və dəmiryol hərəkət tərkibinin təhlükəsiz buraxılması üçün təxirəsalınmaz işlərin, iş icraçısının işçilərini və texniki vasitələrini cəlb etməklə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yerinə yetirilməsini;
8.50.3. dəmir yolunun təmiri zamanı istifadə edilən dəmir yolunun üst quruluşu, torpaq yatağı və süni qurğuların yeni material və elementlərinin təsdiq olunmuş uyğunluq sənədlərinin olmasını;
8.50.4. dəmir yolunun təmiri zamanı istifadə edilən dəmir yolunun üst quruluşunun, torpaq yatağının və süni qurğuların köhnəyararlı material və elementlərinin layihədə tələb olunan keyfiyyət qruplarına (yararlılıq qruplarına) uyğunluğunun müəyyən olunmasını;
8.50.5. torpaq işləri aparılan zaman alət yoxlanması vasitəsilə yerinə yetirilən planlama işlərinin layihə (təmir) sənədləri ilə uyğunluğunun müəyyən olunmasını.
8.51. Texnoloji əməliyyatların yerinə yetirilmə keyfiyyətinin əməliyyat nəzarətinə dair tələblər aşağıdakılardır:
8.51.1. dəmir yolunun stabil vəziyyətinə təsir edən gizli qüsurların olmamasının təmin edilməsi;
8.51.2. hazırlıq dövründə, dəmir yolunun təmiri üzrə işlər yerinə yetirilən zaman və bütün işlər başa çatdıqdan sonra keyfiyyətə əməliyyat nəzarətinin keçirilməsi;
8.51.3. keyfiyyətə əməliyyat nəzarətinin nəticələrinə görə texnoloji əməliyyatların yerinə yetirilmə keyfiyyətinin uyğunluğu barədə sənədlərin rəsmiləşdirilməsi;
8.51.4. yol işlərinin aparılması zamanı texnoloji əməliyyatların yerinə yetirilmə keyfiyyəti və layihə (təmir) sənədləri parametrlərinin uyğunluğunun, o cümlədən aşağıdakıların qiymətləndirilməsi:
1. ballast prizmasının kəsik yerinin səthinə çöl tərəfə eninə mailliyin verilməsi;
2. örtüyün çöl tərəfə mailliyinin, həmçinin qırışların, donqarların, döşənən materialların zolaqlarının (lövhələrin) birləşmələrində araların olmamasının təmin olunması şərtilə ayırıcı və istilik keçirməyən örtüyün qoyulması;
3. qırmadaşın təmizlənməsi;
4. əvvəlcədən nişanların kontakt şəbəkəsi dayaqlarına, daimi tikililərə və ya reperlərə köçürülməsi və sonrakı ölçmə ilə ətəklərin layihə üzrə müəyyən olunmuş ölçüdə kəsilməsi;
5. şpalaltı özülün təbəqələrlə düzləşdirilməsi və kipləşdirilməsi parametrləri;
6. şpalaltı özülün layihə vəziyyətinə nisbətən təbəqələrlə düzəldilən zaman hər bir təbəqənin kipləşdirilməsindən sonra dəmir yolunun profil və planda vəziyyəti;
8.51.5. dəmir yolunun və təhkim zolağının layihə sənədləri ilə uyğunluğunun diaqnostika vasitələri tətbiq olunmaqla, ölçmələrin nəticələri əsasında qəbul (istismara salınma) aktı formasında həyata keçirilən qiymətləndirilməsi.
8.52. Dəmir yolunun təmirindən sonra dəmiryol sahələrinin qəbulu komissiyalar tərəfindən qəbul olunan obyektlərin təsdiq edilmiş layihə (təmir) sənədləri ilə uyğunluğunun yoxlanılması ilə həyata keçirilir.
8.53. İcra edilmiş işlərin qəbulu üzrə komissiyanın tərkibi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunur.
8.54. Təmir edilmiş dəmir yolunun qəbulu bu Qaydaların 1 nömrəli əlavəsindəki 21-ci cədvələ uyğun aktla rəsmiləşdirilir.
8.55. Təmirdən sonra dəmir yolunun qəbulu sənədlərinin forması infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunur.
8.56. Təmir olunmuş dəmir yolunun istismara qəbulu zamanı aşağıdakılar müəyyən edilir:
8.56.1. dəmir yolu və qurğular, layihə (təmir) sənədlərinə uyğunluğu və işlərin tam həcmdə yerinə yetirildiyi;
8.56.2. istifadə edilmiş materialların standartlara, texniki şərtlərə, yararlılıq qrupuna uyğunluğu, uyğunluq təsdiqinin mövcudluğu və tam həcmdə qoyulduğu;
8.56.3. şpalların altının döyüldüyü;
8.56.4. şpal yeşiklərində və ballast prizmasının yamaclarında ballastın kipləşdirildiyi;
8.56.5. prizmanın üstü ağac şpalların səthindən 3 santimetr aşağı və dəmir-beton şpalların orta hissəsinin səthi ilə eyni səviyyədə yerləşdirildiyi;
8.56.6. ağac şpallarla olan dəmir yolunda pərçim çivlərinin tam vurulduğu;
8.56.7. dəmir-beton şpallarla olan dəmir yolunda aralıq rels bərkidicilərin təmir edildiyi və relslərin normativ sıxılmasının təmin olunduğu;
8.56.8. əksqaçıcıların sxemə uyğun qoyulduğu, bütün əksqaçıcılar şpallara tam sıxıldığı;
8.56.9. calaq aralıqlarının tənzimləndiyi;
8.56.10. torpaq yatağının sağlamlaşdırılmasının layihəyə uyğun yerinə yetirildiyi;
8.56.11. suötürücü qurğuların, küvetlərin, novların təmizləndiyi və diblərinin hamarlandığı.
8.57. Dəmir yolunun qəbuluna qədər calaqsız dəmir yolu pletləri layihə temperatur intervalına daxil edilir. Layihədə nəzərdə tutulmuş işlərin mərhələlərlə təhvil verilməsinə yol verilir.
9. Texnoloji rabitənin texniki istismarı
9.1. Dəmir yolunun bütün sahələrində qatar dispetçer və stansiyalararası qatar texnoloji rabitəsi olmalıdır.
9.2. Avtomatik bloklama və dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə və bütün elektrikləşdirilmiş sahələrdə həmçinin enerji dispetçer rabitəsi və mənzil rabitəsi olmalıdır.
9.3. İnfrastruktur sahəsində texnoloji rabitənin bu Qaydalarda nəzərdə tutulmuş növləri ilə yanaşı, infrastruktur sahibi tərəfindən müəyyən edilmiş siyahıya uyğun olaraq qatarların hərəkətinə, infrastrukturun saxlanılmasına, dəmiryol hərəkət tərkibinin texniki xidmətinə və dəmiryol nəqliyyatı təşkilatlarının qarşılıqlı fəaliyyətinə rəhbərlik etmək üçün digər rabitə növlərindən də istifadə olunmalıdır. 9.4. Qatarların hərəkət etdiyi dəmiryol nəqliyyatının bütün sahələri qatar radiorabitəsi ilə təchiz olunur.
9.5. Qatar radiorabitəsi qatar lokomotivlərinin, motor-vaqonlu qatarların, özügedən xüsusi hərəkət tərkiblərinin maşinistlərinin aşağıdakılarla ikitərəfli etibarlı əlaqəsini təmin etməlidir:
9.5.1. bütün dispetçer sahəsinin hüdudlarında qatar dispetçeri ilə;
9.5.2. mənzili məhdudlaşdıran dəmiryol stansiyalarının növbətçiləri ilə;
9.5.3. lokomotiv radiostansiyalarının təsir zonası hüdudlarında bir mənzildə olan, qarşıdan gələn və arxasınca gedən lokomotivlərin, motor-vaqonlu qatarların, özügedən xüsusi hərəkət tərkiblərinin maşinistləri ilə;
9.5.4. yaxınlaşma sahəsindən az olmayan məsafədə dəmiryol keçidlərinin növbətçiləri ilə;
9.5.5. sərnişin qatarının rəisi (briqadir-mexaniki) və qatarın çəpərlənməsi üçün kabinədən çıxmaqla zəruri məsafəyə getdikdə və daşına bilən radiostansiyanın təsir zonası hüdudunda qatarın hərəkət etdiyi yolun oxundan uzaqlaşdıqda maşinist köməkçisi ilə.
9.6. Rəqəmsal radiorabitə sisteminin tətbiqinə qədər qatar dispetçeri ilə sabit radiorabitənin olması şərtilə qatar lokomotivlərinin, motor-vaqonlu qatarların və özügedən xüsusi hərəkət tərkibləri maşinistlərinin mənzildə hərəkəti zamanı mənzili məhdudlaşdıran yaxınlıqdakı dəmiryol stansiyası növbətçisi ilə radiorabitənin təmin edilməsinə yol verilir. Bununla yanaşı, qatarların hərəkətinin təhlükəsizliyini təmin edən maşinistlərin, qatar dispetçerinin və dəmiryol stansiyası növbətçilərinin qarşılıqlı fəaliyyətinə dair tələblər və belə mənzillərin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.7. Qatar radiorabitəsindən istifadə edilməsi, o cümlədən qatar radiorabitəsinin nasazlığı hallarında, infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən tələblərə uyğun həyata keçirilir.
9.8. Qatar radiorabitəsinin texniki parametrləri ümumi istifadəli dəmiryol nəqliyyatında infrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunda isə həmin yolun sahibi tərəfindən müəyyən edilir.
9.9. Texnoloji təchizatdan və aparılan işlərin növündən asılı olaraq, dəmiryol stansiyalarında infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş siyahıya uyğun stansiya radiorabitəsi ikitərəfli park rabitə qurğusu, sərnişinləri məlumatlandırmaq üçün rabitə, operativ-təmir radiorabitəsi və digər texnoloji rabitə növləri tətbiq edilir.
9.10. Stansiya radiorabitəsi dəmiryol stansiyasının sərhədlərində dəmiryol stansiya növbətçilərinin, çeşidləmə təpə operatorlarının, dəmiryol stansiyası manevr dispetçerlərinin, manevr lokomotiv maşinistlərinin və qatarların qəbulunda, göndərilməsində, tərtib edilməsində, çeşidlənməsində və dəmiryol stansiyasının bütün manevr hərəkətlərində iştirak edən digər işçilərin ikitərəfli əlaqəsini təmin etməlidir. Stansiya radiorabitəsindən istifadə və onunla danışıqların aparılmasına dair tələblər infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.11. Bir dəmiryol stansiyasının hüdudlarında müxtəlif manevr rayonlarında stansiya radiorabitəsinin analoji sistemində eyni radiotezliklərin tətbiqinə yol verilmir. Dəmiryol stansiyasının hər bir manevr rayonunda və ona xidmət edən lokomotivlərdə ayrıca radiotezliklər istifadə olunur.
9.12. Bir dəmiryol stansiyasının hüdudlarında müxtəlif manevr rayonlarında stansiya radiorabitəsinin analoji sisteminin işləməsi üçün radio zonalarının sayı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.13. Qatar və manevr işi barədə göstərişlərin verilməsi, həmçinin sərnişinlərin məlumatlandırılması üçün ikitərəfli park rabitə qurğuları daim qoşulu olur, onların fasiləsiz işi təmin olunaraq qoşulu vəziyyətdə olmasına nəzarət edilir.
9.14. İkitərəfli park rabitə qurğusu parkın hüdudlarında yaxşı eşidilməni təmin etməlidir. Belə qurğular infrastrukturun, qeyri-ümumi istifadəli dəmir yolları ərazisindən kənarda səs-küyün azaldılması üçün düzgün istiqamətləndirilir.
9.15. Manevr işi ilə əlaqədar, texniki vasitələrin xidməti və təmiri məsələləri üzrə dəmiryol stansiyası işçilərinin danışıqlarının təşkil edilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş rabitə növlərindən əlavə mobil radiorabitə qurğularının tətbiqi mümkündür.
9.16. Texniki istismar məqsədilə dəmiryol stansiyalarında mobil radiorabitə qurğularının tətbiq edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.17. Operativ-təmir radiorabitəsi təmir bölmələri daxilində iş rəhbəri ilə, iş rəhbərinin təmir işində iştirak edən təsərrüfat qatarları lokomotivlərinin maşinistləri, özügedən xüsusi hərəkət tərkibinin maşinistləri və müvafiq bölmələrin (xidmətlərin) növbətçi aparatı ilə ikitərəfli rabitəni təmin etməlidir.
9.18. Operativ-təmir radiorabitəsi ilə təchiz edilən sahələrin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.19. Danışıqların sənədləşdirilmiş qeydə alınması sistemi ilə təchiz edilməli olan dəmiryol sahələrinin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.20. Qatar dispetçer rabitəsindən, stansiyalararası qatar rabitəsindən, qatar və stansiya radiorabitəsindən, texnoloji rabitənin yoldəyişmə rabitəsindən və ikitərəfli park rabitəsindən, təcili hallar istisna edilməsi, qatarların hərəkəti ilə əlaqədar olmayan danışıqlar üçün istifadə olunmaqla qadağandır.
9.21. Yoldəyişmə rabitəsi şəbəkəsinə mərkəzləşmə icra postlarının, yoldəyişmə postlarının və dəmiryol stansiya növbətçilərinin telefonlarından başqasını qoşmaq qadağandır.
9.22. Qatar dispetçer rabitəsinə yalnız dəmiryol stansiyası növbətçilərinin, manevr dispetçerlərinin, dəmiryol stansiyası operatorlarının, lokomotiv deposu və dövriyyə məntəqələri növbətçilərinin, enerji dispetçerlərinin və lokomotiv dispetçerlərinin, siqnalizasiya, mərkəzləşmə və bloklama təsərrüfatı dispetçerlərinin və rabitə üzrə növbətçi mühəndislərin telefonlarını qoşmağa yol verilir. Qatar dispetçer mərkəzləşməsi ilə təchiz edilən sahələrdə qatar dispetçer rabitəsinə infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə keçid növbətçilərinin telefonunun qoşulmasına yol verilir.
9.23. Daşıma təsərrüfatının növbətçi işçi ştatı olmayan və ya ştatı olan, amma onların sutkalıq (gecə-gündüz) növbətçiliyi nəzərdə tutulmayan dəmiryol stansiyalarında stansiya rəislərinin, siqnalızasiya, mərkəzləşmə və bloklama, rabitə mütəxəssislərinin mənzillərdəki telefonlarının (danışıq qurğularının) qatar dispetçer rabitəsinə yalnız qatar dispetçeri ilə danışma müddətində birləşdirilməsi ilə qoşulmasına yol verilir.
9.24. Texniki imkanın olduğu hallarda mənzillərdə qatar dispetçer rabitəsinin naqilinə və kanalına müvəqqəti olaraq qatar maşinistlərinin, drezin sürücülərinin (məcburi dayanma zamanı), bərpa və yanğın qatarları rəislərinin, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitənin elektrik mexaniklərinin və bərpa, yol işləri və elektrik təchizatı qurğuları üzrə iş rəhbərlərinin daşınabilən telefonlarının qoşulmasına yol verilir.
9.25. Stansiyalararası qatar rabitəsinə yalnız dəmiryol stansiyası növbətçilərinin, avtomatik bloklama sahələrində isə həmçinin mənzil rabitəsinin və keçid növbətçilərinin telefonlarının qoşulmasına yol verilir.
9.26. Mənzillərə rabitənin kabel xətləri dəmir yolunun təhkim zolağında torpaq yatağından kənarda çəkilməlidir. Təsdiq olunmuş layihə sənədlərinə uyğun olaraq kabel xətlərinin torpaq yatağından çəkilməsinə yol verilir. Fiber-optik kabellərin rabitə xətləri kontakt şəbəkəsi və ya avtomatik bloklama xətləri dayaqlarından asılma yolu ilə yerinə yetirilir.
9.27. Asılma yolu ilə yerinə yetirilən rabitə kabel xətlərinin maksimal sallanma yüksəkliyi aşağıdakı ölçülərdən az olmamalıdır:
9.27.1. qeyri-yaşayış yerlərində - yerin səthindən 5,0 metr;
9.27.2. yaşayış yerlərində - yerin səthindən 6,0 metr;
9.27.3. sərnişin platformasının səthindən - 4,5 metr;
9.27.4. dəmiryol keçidlərində - avtomobil yollarının səthindən 7,0 metr.
9.28. Rabitə hava xətlərinin maksimal sallanma yüksəkliyi aşağıdakı ölçülərdən az olmamalıdır:
9.28.1. qeyri-yaşayış yerlərində - yerin səthindən 2,5 metr;
9.28.2. yaşayış yerlərində - yerin səthindən 3,0 metr;
9.28.3. kəsişən avtomobil yollarının səthindən - 5,5 metr;
9.28.4. elektrikləşdirilməmiş dəmir yollarının rels başlıqları səthindən - 7,5 metr.
9.29. Texnoloji rabitə xətlərinin elektrikləşdirilmiş dəmir yolları ilə kəsişməsi yalnız kabellərlə yerinə yetirilir.
9.30. Hava və kabel rabitə xətlərinin (metal simlərlə) zədələnməsi zamanı onların bərpası aşağıdakı növbəliklə aparılır:
9.30.1. qatar dispetçer rabitəsinin fəaliyyətini (işini) təmin edən kanallar və avadanlıqlar;
9.30.2. dəmiryol siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və jezl sistemlərinin kanalları və avadanlıqları;
9.30.3. enerji dispetçer rabitəsinin, stansiyalararası qatar rabitəsinin və elektrik təchizatı qurğularının teleidarəetmə kanalları və avadanlıqları;
9.30.4. magistral rabitənin kanalları və avadanlıqları;
9.30.5. rabitə və siqnalizasiya, mərkəzləşmə və bloklamanın digər kanalları.
9.31. Fiber-optik kabel rabitə xətlərinin zədələnməsi zamanı şəbəkələrin bərpa edilməsi aşağıdakı növbəliklə aparılır:
9.31.1. magistral xətt avadanlıqları və ötürmə sistemləri;
9.31.2. operativ-texnoloji rabitə kanalları və avadanlıqları;
9.31.3. digər rabitə kanalları.
9.32. Sahədə eyni vaxtda iki və çox işlək rabitə xəttinin zədələnməsi halında bərpaedilmə üstünlüyü xəttin gücünə görə təyin edilir və aşağıdakı ardıcılıqla aparılır:
9.32.1. fiber-optik rabitə xətləri;
9.32.2. metal kabel əsaslı rabitə xətləri;
9.32.3. rabitə və siqnalizasiya, mərkəzləşmə və bloklamanın hava xətləri.
9.33. Rabitənin tikili və qurğuları dartı cərəyanlarının, elektrik ötürmə xətlərinin və ildırımçaxmanın maneə və təhlükə yaradan təsirindən maksimum mühafizə olunmalıdır.
9.34. Texnoloji rabitə aparatlarının gövdəsi (korpusu) bağlı olmalı və plomblanmalıdır. Plomblanan texnoloji rabitə qurğularının siyahısı infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Belə aparatların açılmasına, yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında əvvəlcədən qeydlər aparılmaqla yalnız infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli işçilərinə yol verilir. Texnoloji rabitə aparatlarında plombların bütövlüyünün salamatlığına nəzarət bu aparatlardan istifadə edən növbətçi işçilər (stansiya növbətçiləri, mərkəzləşmə postların operatorları, yoldəyişmə postu növbətçiləri, lokomotiv maşinistləri və başqaları) tərəfindən həyata keçirilir.
9.35. İnfrastruktur sahibində və qeyri-ümumi istifadəli dəmir yolunun sahibində xidmət etdikləri rabitə qurğularının cizgiləri (çertyojları) və təsviri olmalıdır.
9.36. Texnoloji rabitə qurğularına dair texniki tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
9.37. Qatarların hərəkətinin təhlükəsizliyinin təmini ilə əlaqədar texnoloji rabitənin qurğu və cihazlarının yenidən təchiz edilməsi, yerinin dəyişdirilməsi, təmiri, sınağı və əvəz edilməsi üzrə planlı işlər, onların minimum vaxt müddətində yerinə yetirilməsi nəzərə alınmaqla, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun hərəkətin təhlükəsizliyinin təmin edilməsinə və işlərin yerinə yetirilməsinə cavabdeh rəhbər təyin etməklə aparılır.
9.38. Dəmiryol stansiyalarında bu Qaydaların 9.37-ci bəndində nəzərdə tutulmuş planlı işlər, iş rəhbəri tərəfindən yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında əvvəlcədən qeydlər aparılmaqla dəmiryol stansiyası növbətçisinin razılığı ilə yerinə yetirilir. Eyni işlər dispetçer mərkəzləşməsi olan sahələrdə, yalnız qatar dispetçerinin razılığı ilə aparılır.
9.39. Qurğuların dəmiryol stansiyası növbətçisinin otağından xeyli aralı məsafədə yerləşməsi zamanı onların işə salınması, həmçinin nasazlıqlarının aradan qaldırılması ilə bağlı gözlənilməz işlərin yerinə yetirilməsi üçün müvəqqəti açılması barədə qeydlərin, sonradan iş rəhbəri tərəfindən şəxsən imza edilərək, dəmiryol stansiyası növbətçisinə verilən və yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında qeydiyyata alınan telefonoqramla əvəzlənməsinə yol verilir.
9.40. İnfrastruktur sahələrində qatar radiorabitəsinin işi uzaqdan nəzarət sisteminin tətbiq edilməsinə qədər rübdə bir dəfədən az olmayaraq istehsalçının texniki sənədlərinə uyğun olaraq infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun yoxlanılır.
9.41. İnfrastruktur sahələrində qatar radiorabitəsinin işi mütəmadi olaraq nəticələrinin sənədləşdirilmiş qeydləri aparılmaqla vaqonlaboratoriyadan istifadə edilərək infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun yoxlanılır.
9.42. Texnoloji rabitə qurğularından istifadə edən işçilər həmin qurğulardan istifadəyə dair tələblər üzrə təlim keçməlidirlər.
9.43. Radioşəbəkələrin tipik strukturu, texniki vasitələr, infrastrukturun mühafizə bölmələrinin radiorabitədən istifadəyə və onlarla danışıqların aparılmasına dair tələblər mühafizə bölmələrinin rəhbərləri tərəfindən müəyyən edilir.
9.44. İnfrastrukturun mühafizə bölmələrinin avtomobilləri dəmiryol radiorabitəsinin radiozonası hüdudlarında xidməti göstərişlərin yerinə yetirilməsində istifadə etmək üçün radiorabitə vasitələri ilə təchiz olunur.
10. Dəmiryol nəqliyyatının siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının texniki istismarı
10.1. Siqnallar dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyini və istismarını təmin etməyə, həmçinin qatarların hərəkətinin və manevr işlərinin dəqiq təşkilinə xidmət edir.
10.2. Siqnal şərtsiz yerinə yetirilməlidir. Dəmiryol nəqliyyatı işçiləri siqnalın tələblərini yerinə yetirmək üçün mümkün olan bütün vasitələrdən istifadə etməlidirlər.
10.3. İşıqforun qadağanedici siqnalını keçmək qadağandır.
10.4. Qatarların hərəkəti və manevr işləri ilə əlaqədar siqnalizasiyada tətbiq edilən əsas siqnal rəngləri yaşıl, sarı, qırmızı, dümağ və göydür.
10.5. İşıqforun siqnalları aşağıdakı mənaları ifadə edir:
10.5.1. "işıqfor bağlıdır" - işıqforda qırmızı və ya göy işıq yanır;
10.5.2. "İşıqfor açıqdır" - işıqforda (fasiləsiz və ya yanıb-sönən (qırpınma) rejimdə) yaşıl, sarı, dümağ işığı və ya onların birləşmələri yanır.
10.6. İşıqforların siqnal işıqlarının sönməsi (avtomatik bloklama ilə təchiz edilməyən sahələrdəki xəbərdarlıq, çəpərləyici və təkrarlayıcı işıqforlar istisna olmaqla), onların göstəricilərinin anlaşılmazlığı, həmçinin başqa siqnal cihazlarının verdiyi anlaşılmayan siqnallar qatarların dayanmasını tələb edir.
10.7. Bağlı, siqnal işıqları sönmüş və ya anlaşılmayan göstəricisi olan işıqforu keçməyə "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilmiş qaydada yol verilir.
10.8. Siqnalların görünmə zonasında siqnalların qəbul edilməsinə maneə yaradan və siqnal göstəricilərini pozan (təhrif edən) obyektlər və konstruksiyalar, o cümlədən hər hansı rəngdə işıq olmamalıdır.
10.9. Siqnal rənglərinin tətbiq edilməsi və siqnal göstəricilərinə uyğun hərəkət sürətləri "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı" ilə müəyyən olunur.
10.10. Dəmiryol nəqliyyatında daimi siqnal cihazları qismində işıqforlar tətbiq edilir.
10.11. Ümumi istifadəli dəmir yolunun düz sahələrində giriş, xəbərdarlıq, keçid, çəpərləyici və daldalanacaq işıqforların qırmızı, sarı, yaşıl siqnal işıqları gecə və gündüz 1000 metrdən az olmayan məsafədən hərəkət vahidinin idarəetmə kabinəsindən aydın seçilməlidir. Dəmir yolunun əyri sahələrində bu işıqforlar, həmçinin işıqforlar üzərində quraşdırılan siqnal zolaqları 400 metrdən az olmayan məsafədən aydın seçilməlidir. Kəskin dərə-təpəli yerlərdə (dağlar, dərin qazmalar) görünmə məsafəsinin 200 metrdən az olmayan məsafəyə qədər qısaldılmasına yol verilir.
10.12. Qeyri-ümumi istifadəli dəmir yollarında giriş, xəbərdarlıq, keçid, çəpərləyici və daldalanacaq işıqforların siqnal işıqları dəmir yolunun düz sahələrində təyin edilmiş hərəkət sürətində tam xidməti tormozlama zamanı belə yer üçün təyin edilmiş tormoz yolundan az olmayan məsafədə giriş və texnoloji siqnalizasiyada isə 50 metrdən az olmayan məsafədə hərəkət vahidinin idarəetmə kabinəsindən gecə və gündüz aydın seçilməlidir.
10.13. Baş dəmir yollarının çıxış və marşrut işıqforlarının göstəricisi 400 metrdən, yan dəmir yollarının çıxış və marşrut işıqforlarının, həmçinin dəvətedici siqnalların və manevr işıqforlarının göstəriciləri 200 metrdən, marşrut göstəricilərinin görünməsi isə 100 metrdən az olmayan məsafədən aydın seçilməlidir.
10.14. Təkrarlayıcı işıqforların göstəriciləri (əsas işıqfora uyğun olaraq) bu növ işıqforlar üçün təyin edilmiş məsafədə aydın seçilməlidir.
10.15. Bütün giriş, keçid və daldalanacaq işıqforlarının qarşısında xəbərdarlıq işıqforları qoyulur. Avtomatik bloklama ilə təchiz edilən sahələrdə hər bir keçid işıqforu növbəti işıqfor üçün xəbərdarlıq sayılır.
10.16. Düzgün olmayan dəmir yolundan giriş işıqforunun qarşısında və ALS müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən sahələrdə giriş işıqforlarının qarşısında xəbərdarlıq işıqforu qoyulmur.
10.17. Üçnişanlı siqnalizasiyalı avtomatik bloklama ilə təchiz edilən dəmiryol xətlərində, qonşu işıqforlar arasındakı məsafə, sərnişin qatarları üçün saatda 120 və yük qatarları 80 kilometrdən çox olmayan maksimum hərəkət sürətində tam xidməti tormozlama zamanı belə yer üçün müəyyən edilmiş tormoz yolundan az olmamalı və bundan başqa, təcili tormozlamada ALS qurğularının qatarın tormoz sisteminə təsiri üçün müəyyən vaxt müddətində qatarın gedəcək yolu nəzərə almaqla müəyyən edilən tormoz yolundan az olmamalıdır. Siqnalların görünmə məsafəsi 400 metrdən az olan sahələrdə, həmçinin yeni avtomatik bloklama ilə təchiz edilən xətlərdə həmin məsafə 1000 metrdən az olmamalıdır.
10.18. Üçnişanlı siqnalizasiyası olan avtomatik bloklama ilə təchiz edilən ümumi istifadəli dəmir yollarında ayrı-ayrı işıqforlar arasındakı məsafənin infrastruktur sahibinin qərarı ilə tormoz yolu üçün müəyyən məsafədən az olmasına yol verilir. Belə işıqforların, həmçinin onların xəbərdarlıq işıqforlarının üzərində işıq göstəriciləri qoyulur. Dəmiryol stansiyalarında işıq göstəriciləri, baş dəmir yolundakı qonşu işıqforlar (giriş, marşrut və çıxış) arasındakı məsafə müəyyən tormoz yolundan az olduqda tətbiq edilir.
10.19. Şəhərətrafı təyinatlı sərnişin qatarlarının hərəkət etdiyi xüsusi intensiv dəmiryol xətləri üçnişanlı siqnalizasiya üçün müəyyən edilmiş minimum məsafədən az uzunluqda blok-sahələr tələb olunduqda, dördnişanlı avtomatik bloklama ilə təchiz edilir.
10.20. Sərnişin qatarlarının saatda 120 kilometrdən və ya yük qatarlarının 80 kilometrdən çox sürətlə hərəkət etdiyi üçnişanlı siqnalizasiyası olan avtomatik bloklama ilə təchiz edilən dəmiryol xətlərində lokomotiv işıqforunun yaşıl işığının sarıya dəyişməsindən sonra, xidməti tormozlamanın tətbiqi zamanı qatarın yol işıqforunun qadağanedici göstəricisi qarşısında dayanması təmin olunarsa, lokomotiv işıqforunun yaşıl işığında təyin edilən maksimum sürətlə hərəkətinə yol verilir.
10.21. Yarımavtomatik bloklama ilə təchiz edilən sahələrdə giriş, marşrut və çıxış işıqforları arasındakı məsafə bu sahə üçün təyin edilən maksimum hərəkət sürətində tam xidməti tormozlama zamanı müəyyən edilən tormoz yolundan az olmamalı və bundan başqa, ALS yol qurğuları olduğu halda isə bu məsafə təcili tormozlamada ALS qurğularının qatarın tormoz sisteminə təsiri üçün müəyyən vaxt müddətində qatarın gedəcək yolu nəzərə alınmaqla müəyyən edilən tormoz yolundan az olmamalıdır.
10.22. Avtomatik bloklama ilə təchiz edilməyən sahələrdə xəbərdarlıq işıqforları əsas işıqforlardan bu sahə üçün təyin edilən maksimum hərəkət sürətində təcili tormozlama zamanı müəyyən edilən tormoz yolundan az olmayan məsafədə qoyulur, yaxınlaşma sahələrində ALS yol qurğuları olduğu halda isə maksimum sürətlə hərəkət zamanı təcili tormozlamada ALS qurğularının qatarın tormoz sisteminə təsiri üçün müəyyən vaxt müddətində qatarın gedəcək yolu nəzərə alınmaqla müəyyən edilən tormoz yolundan az olmamalıdır.
10.23. Müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi ALS tətbiq edilən sahələrdə iki qonşu blok-sahənin uzunluğu maksimum sürətlə hərəkət zamanı təcili tormozlamada ALS qurğularının qatarın tormoz sisteminə təsiri üçün müəyyən vaxt ərzində qatarın gedəcək yolu nəzərə alınmaqla, belə sahə üçün müəyyən edilmiş tormoz yolundan az olmamalıdır.
10.24. İşıqforlar qatarın hərəkət istiqaməti üzrə sağ tərəfdə və ya onların çəpərlədiyi yolun oxu üstündə quraşdırılır. Düzgün olmayan yolla hərəkət edən qatarlar üçün mənzillərdə dəmiryol keçidlərindən əvvəl qoyulan çəpərləyici işıqforlar və onların xəbərdarlıq işıqforları hərəkət istiqamətinin sol tərəfində də quraşdırıla bilər.
10.25. İşıqforlar elə quraşdırılmalıdır ki, onların verdiyi siqnallar qonşu yollardakı qatara verilən siqnallar kimi qəbul edilməsin.
10.26. İşıqforun sağ tərəfdən quraşdırılması üçün qabarit olmadıqda, infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi ilə aşağıdakı işıqforların sol tərəfdə quraşdırılmasına yol verilir:
10.26.1. düzgün olmayan yolla hərəkət edən qatarların, həmçinin mənzildən düzgün olmayan dəmir yolu ilə qayıdan itələyici lokomotivlərin və təsərrüfat qatarlarının dəmiryol stansiyasına qəbulu üçün quraşdırılan giriş işıqforları;
10.26.2. ikinci dəmir yollarının tikintisi müddətində müvəqqəti quraşdırılmış giriş və keçid işıqforları;
10.26.3. qeyri-ümumi istifadəli dəmir yollarında quraşdırılmış manevr işıqforları.
10.27. Ayrı-ayrı dəmiryol stansiyalarında manevr işinin texnologiyası ilə əlaqədar təpə işıqforlarının sol tərəfdə quraşdırılmasına infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə yol verilir.
10.28. İşıqforların tətbiqi fasiləsiz yanan siqnal işıqları ilə həyata keçirilir.
10.29. Avtomatik bloklama ilə təchiz edilən dəmiryol xətlərində normal vəziyyətdə keçid işıqforlarında siqnal işıqlarının yanmamasına yol verilir (qatarın ondan əvvəlki blok-sahəyə daxil olması zamanı yanan).
10.30. İdarəetmə qurğularında nasazlıq yarandıqda işıqforlar avtomatik olaraq qadağanedici göstəriciyə keçməli, xəbərdarlıq işıqforlarının göstəricisi isə onunla əlaqəli əsas işıqforların qadağanedici göstəricisinə uyğun olmalıdır.
10.31. Avtomatik bloklama ilə təchiz edilən dəmiryol sahələrində keçid işıqforlarının normal göstəricisi - icazəverici, giriş, marşrut və çıxış işıqforlarının isə normal göstəricisi qadağanedici hesab olunur.
10.32. Dəmiryol stansiyasından qatarların dayanmadan birbaşa keçməsi üçün giriş, marşrut və çıxış işıqforlarının avtomatik iş rejiminə keçirilməsi mümkün olan dəmiryol sahələrində, onların avtomatik rejimə keçirilməsi zamanı icazəverici göstərici normal hesab edilir.
10.33. Avtomatik bloklama ilə təchiz edilməyən sahələrdə giriş, çıxış, keçid və marşrut işıqforlarının normal göstəricisi qadağanedici hesab olunur.
10.34. Daldalanacaq işıqforların normal göstəricisi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunur.
10.35. Giriş işıqforları mənzildən birinci əks-sığal giriş yoldəyişənin tiyəsindən və ya sığal yoldəyişənin hüdud dirəkciyindən 50 metrdən az olmayan, qeyri-ümumi istifadəli dəmir yollarında isə əks sığal yoldəyişən qurğunun rama relsinin calağından yaxın olmayan və ya sığal yoldəyişən qurğunun hüdud dirəkciyindən 3,5 metr məsafədə quraşdırılır.
10.36. Dəmiryol stansiyalarının yenidən qurulmasına qədər yoldəyişən qurğudan, əvvəl quraşdırılmış 50 metrdən az, lakin 15 metrdən yaxın olmayan məsafədə yerləşən giriş işıqforlarının yerini dəyişdirmədən istismar edilməsinə yol verilir.
10.37. Dəmir yolunun elektrikləşdirilmiş sahələrində giriş işıqforları, həmçinin "Stansiyanın sərhədi" siqnal nişanları mənzilin kontakt şəbəkəsini dəmiryol stansiyasının kontakt şəbəkəsindən ayıran hava aralıqlarından əvvəl (mənzil tərəfdən) quraşdırılmalıdır.
10.38. Çıxış işıqforları hər bir göndərmə dəmir yolu üçün göndərilən qatarların lokomotivlərinin dayanması üçün nəzərdə tutulan yerin qarşısında quraşdırılmalıdır.
10.39. Dəmir yolları zəruri uzunluğa malik olmayan dəmiryol stansiyalarından qatar göndərilməsi zamanı qatarın başı çıxış işıqforunun arxasında olduqda onun əks tərəfində işıqforun təkrarlayıcı başlığının quraşdırılmasına yol verilir. Çıxış işıqforlarında təkrarlayıcı başlığın quraşdırılması zəruri olan dəmiryol stansiyalarının siyahısı və belə hallarda siqnalların tətbiqinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.40. Qatarların dayanmadan buraxılması yerinə yetirilən dəmir yollarından başqa, bir qrup dəmir yolları üçün qrup çıxış və marşrut işıqforlarının quraşdırılmasına yol verilir. Qrup çıxış və marşrut işıqforlarının üzərinə qatarın göndərilməsinə icazə verilən dəmir yolunun nömrəsini göstərən marşrut göstəriciləri əlavə edilir.
10.41. Avtomatik bloklamanın keçid işıqforları blok-sahələr arasındakı sərhədlərdə, yarımavtomatik bloklamanın keçid işıqforları isə postlararası mənzillərin sərhədləri arasında quraşdırılır.
10.42. ALS müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən sahələrdə blok-sahələrin sərhədlərində "Blok-sahənin sərhədi" siqnal nişanları quraşdırılır.
10.43. İkiyollu mənzillərdə lokomotiv işıqforunun siqnalizasiyasına əsasən düzgün olmayan dəmir yolu ilə hərəkət zamanı düzgün dəmir yolu ilə hərəkət üçün quraşdırılmış avtomatik bloklamanın işıqforu blok-sahənin sərhədidir.
10.44. Dəmiryol stansiyalarında qatarların qəbulu və göndərilməsi marşrutuna daxil olan yoldəyişənlərin giriş, çıxış və marşrut işıqforları ilə qarşılıqlı asılılığı olmalıdır.
10.45. Yol bloklaması və ya elektrik jezl sistemi qurğularının olması zamanı mənzilləri baş dəmir yolundan ayıran yoldəyişənlər bu qurğularla elə əlaqələndirilməlidir ki, yaxınlıqdakı keçid və ya çıxış işıqforunun açılması və ya jezl-açarının çıxarılması yoldəyişənin normal vəziyyətində baş dəmir yolu istiqamətində olduqda mümkün olsun.
10.46. Dəmir yollarının eyni səviyyədə kəsişmələri və şaxələnmələri, həmçinin aralanan körpülər hər iki tərəfdən uyğun olaraq hüdud dirəkciklərindən və ya körpünün başlanğıcından 50 metrdən az olmayan məsafədə daldalanacaq işıqforları ilə çəpərlənməlidir.
10.47. Dəmir yollarının eyni səviyyədə kəsişməsi və şaxələnməsi zamanı daldalanacaq işıqforlar elə qarşılıqlı asılılığa malik olmalıdır ki, onlardan birinin açılması yalnız digər kəsişən marşrutların işıqforların bağlı halında mümkün olsun.
10.48. Qatarların hərəkəti həyata keçirilən aralanan körpülərdə daldalanacaq işıqforların açılması yalnız körpünün vəziyyəti düzəldildikdən sonra yerinə yetirilməlidir.
10.49. Avtomatik və ya yarımavtomatik bloklama sahələrində yerləşən, baş və qəbul-göndərmə dəmir yolları ilə qatarların dayanmadan buraxılması nəzərdə tutulan dəmiryol stansiyalarındakı giriş və marşrut işıqforlarında qatarların bu dəmir yolları ilə dayanmadan keçmə siqnalizasiyası tətbiq edilir.
10.50. Düzgün olmayan dəmir yolu ilə lokomotiv işıqforunun siqnalları ilə qatarların hərəkətinin təşkili zamanı giriş və marşrut işıqforlarında qatarların dayanmadan keçmə siqnalizasiyası nəzərdə tutulmur.
10.51. Dəmiryol stansiyalarında işıqforların yerləşdirilmə sxemi, həmçinin marşrutlarda yoldəyişənlərin vəziyyəti və işıqforların siqnal göstəricilərinin qarşılıqlı asılılıq cədvəli infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilir.
10.52. Daimi siqnalların, işıqforların, semaforların quraşdırılma yerləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilən komissiya tərəfindən müəyyənləşdirilir.
10.53. Mənzillər yol bloklaması, ayrı-ayrı sahələr isə mənzildə qatarların hər iki istiqamətdə hərəkətinin lokomotiv işıqforunun siqnalları ilə yerinə yetirilən və müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən ALS ilə təchiz edilir.
10.54. Avtomatik və yarımavtomatik bloklama qurğuları, həmçinin müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən ALS, mənzildə onları çəpərləyən blok-sahə və ya stansiyalararası (postlararası) mənzili dəmiryol hərəkət tərkibindən boşalana qədər çıxış, uyğun olaraq keçid və ya lokomotiv işıqforunun açılmasına, həmçinin əsas texnoloji elektrik təchizatından ehtiyat elektrik mənbəyinə və ya əksinə keçməsi zamanı işıqforun özbaşına bağlanılmasına yol verməməlidir.
10.55. Avtomatik və ya yarımavtomatik bloklama ilə təchiz edilmiş biryollu mənzillərdə, dəmiryol stansiyasında çıxış işıqforunu açdıqdan sonra qonşu stansiyadan qatarların əks istiqamətdə bu mənzilə göndərilməsi üçün çıxış və keçid işıqforlarının açılma mümkünlüyü istisna olunmalıdır.
10.56. Uzunluğu qatarın və ya belə sahə üçün tormoz yolunun uzunluğundan az olan və dəmiryol stansiyasının sərhədi ilə üst-üstə düşən mənzilə qatarların göndərilməsi zamanı, yalnız qonşu dəmiryol stansiyasında giriş işıqforunun açıq vəziyyətində çıxış işıqforunu açmağa imkan verən qurğunun olmasına dəmir yollarında yol verilir.
10.57. Avtomatik və ya yarımavtomatik bloklama ilə təchiz edilən ikiyollu və çoxyollu mənzillərdə hər bir dəmir yolu ilə ikitərəfli hərəkət üçün siqnalların bu Qaydaların 10.56-cı bəndində nəzərdə tutulmuş qarşılıqlı asılılığı olmalıdır.
10.58. Avtomatik bloklama ilə təchiz edilmiş ikiyollu birləşməli biryollu sahələrdə, həmçinin hərəkətin bir istiqamətdə avtomatik bloklama işıqforlarının göstəriciləri ilə həyata keçirilən gərgin yüklü xətlərin ikiyollu və ya çoxyollu mənzillərində hərəkəti lokomotiv işıqforunun siqnalı ilə əks istiqamətdə (düzgün olmayan dəmir yolu ilə) təmin edə bilən qurğu nəzərdə tutula bilər. Bu qurğular tətbiq olunan texniki qərarlardan asılı olaraq daimi işləyir və ya təmir, tikinti və bərpa işlərinin aparılması dövründə qoşulur.
10.59. Avtomatik bloklama zamanı bütün işıqforlar çəpərlədikləri blok-sahələrə qatar daxil olduqda, həmçinin bu sahələrin rels dövrələrinin və ya blok-sahələrin boşluğuna və rels xəttinin bütövlüyünə nəzarət üçün tətbiq edilən digər texniki vasitələrin nasazlığı hallarında avtomatik olaraq qadağanedici göstəriciyə keçməlidir.
10.60. Qatarların vaqonlarla irəli hərəkət edildiyi qeyri-ümumi istifadəli dəmir yollarında bütün tərkiblə və lokomotivlə keçdikdən sonra çıxış işıqforunun bağlanılmasını təmin edən asılılıq nəzərdə tutulmalıdır.
10.61. Yol bloklaması ilə təchiz edilən sahələrdə yerləşən dəmiryol stansiyalarında təsərrüfat qatarları üçün bu qurğuların jezlaçarları olmalı, yarımavtomatik bloklama ilə təchiz edilən sahələrdə yerləşən dəmiryol stansiyalarında isə itələyici lokomotivlərin geriyə qayıtması ilə qatarların itələnməsi üçün də tətbiq edilən jezl açarları olmalıdır.
10.62. Avtomatik bloklama ilə təchiz edilən biryollu dəmiryol xətlərində, həmçinin hər bir dəmir yolu ilə ikitərəfli avtomatik bloklama ilə təchiz edilən ikiyollu mənzillərdə manevr edən tərkibin dəmiryol stansiyasının sərhədindən kənara çıxmaqla manevr işləri aparılan dəmiryol stansiyalarında avtomatik bloklama qurğularına bununla əlaqəli manevr işıqforları əlavə olunur.
10.63. Avtomatik və yarımavtomatik bloklama ilə, həmçinin müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən ALS ilə təchiz edilən dəmiryol xətlərində yerləşən dəmiryol stansiyalarında tutulu dəmir yoluna hazırlanmış marşrutda giriş işıqforunun açılmasına yol verməyən, habelə idarəetmə aparatında dəmir yollarının və yoldəyişənlərin tutulu olmasına nəzarəti təmin edən qurğular olmalıdır.
10.64. Yarımavtomatik bloklama zamanı dəmiryol stansiyalarında:
10.64.1. göndərmə marşrutunda nasazlıq səbəbindən izolyasiya edilmiş yoldəyişən sahəsinin boşluğuna nəzarəti açan (ayıran);
10.64.2. bağlanılan çıxış işıqforunun faktiki olaraq qatar keçmədikdə, təkrar açılmasını təmin edən;
10.64.3. qatarın tam tərkibdə gəlməsinə avtomatik nəzarəti təmin edən qurğular ola bilər.
10.65. Avtomatik bloklama ALS və qatarların hərəkətinə dispetçer nəzarəti qurğusu, yarımavtomatik bloklama isə ALS ilə tamamlanmalıdır.
10.66. Avtomatik və yarımavtomatik bloklamaya tətbiq edilən qurğular onların texniki vəziyyətinə nəzarət vasitələri ilə tamamlanır.
10.67. Avtomatik bloklama ilə təchiz edilmiş sahələrdə qatarların hərəkətinə dispetçer nəzarəti qurğuları aşağıdakılara nəzarəti təmin etməlidir:
10.67.1. hərəkətin müəyyən edilmiş istiqamətinə;
10.67.2. blok-sahələrin, aralıq dəmiryol stansiyalarında baş və qəbul-göndərmə dəmir yollarının tutulu olmasına;
10.67.3. giriş və çıxış işıqforlarının göstəricilərinə.
10.68. Tətbiq edilən dispetçer nəzarət qurğuları bu Qaydaların 10.69-cu bəndində nəzərdə tutulmuş hallarla yanaşı aşağıdakılara da nəzarəti təmin etməlidir:
10.68.1. yoldəyişənlərin, dəmiryol stansiya yollarının və izolyasiya edilmiş sahələrin vəziyyətinə;
10.68.2. mənzillərin tutulu olmasına;
10.68.3. dəmiryol stansiyalarında işıqforların avtomatik işinə;
10.68.4. keçid siqnalizasiyasının vəziyyətinə;
10.68.5. stansiya və mənzillərdə siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının vəziyyətinə.
10.69. Elektrik mərkəzləşmə qurğuları aşağıdakıları təmin etməlidir:
10.69.1. yoldəyişənlərin və işıqforların qarşılıqlı qapanmasını;
10.69.2. yoldəyişənin vəziyyətinə nəzarətin itməsi, yoldəyişənin kəsilməsi, həmçinin dəmiryol hərəkət tərkibi ilə tutulması zamanı və ya belə marşruta daxil olan dəmiryol sahələrinin və yoldəyişən seksiyalarının yanlış tutulu olması zamanı işıqforun bağlanılmasını;
10.69.3. idarəetmə aparatında yoldəyişənlərin vəziyyətinə, dəmir yollarının və yoldəyişən seksiyalarının tutulu olmasına nəzarəti;
10.69.4. yoldəyişənlərin və işıqforların marşrutlu və ya ayrı-ayrı idarə olunması imkanını, yoldəyişənlərin yerli idarəetməyə verilməsi ilə manevr işıqforunun göstəricisində manevr hərəkətinin aparılmasını. Qeyri-ümumi istifadəli dəmir yolları dəmiryol stansiyalarının yolları yerli idarəetmə pultu ilə təchiz edilir;
10.69.5. ümumi istifadəli dəmir yollarında qatarların qəbulu, hərəkəti və göndərilməsi marşrutlarına dəmiryol hərəkət tərkiblərinin özbaşına çıxmasının qarşısının alınmasını təmin edən qurğuların idarə edilməsini.
10.70. Qatarın keçməsindən və hərəkətin təhlükəsizliyi şərtlərinin tələbinə uyğun olaraq vaxt müddəti gözlənilməklə marşrutun (marşrutun seksiyalarının) ayrılmasından sonra, atıcı yoldəyişənlər, atıcı tiyələr və atıcı başmaqlar avtomatik olaraq ilkin (mühafizə) vəziyyətinə qayıtmalıdır.
10.71. Qeyri-ümumi istifadəli dəmir yolları dəmiryol stansiyalarında elektrik mərkəzləşmə qurğuları qatarların bilavasitə texnoloji istehsalat sahələrinə və ya dəmiryol hərəkət tərkibi ilə qismən tutulu olan dəmir yoluna qəbulu zamanı giriş (marşrut) və əlavə edilmiş manevr işıqforlarının göstəricilərinin asılılığını təmin etməlidir.
10.72. Elektrik mərkəzləşmə qurğusu aşağıdakı halların qarşısının alınmasını təmin etməlidir:
10.72.1. tutulu dəmir yoluna hazırlanmış marşruta giriş işıqforunun açılmasını;
10.72.2. dəmiryol hərəkət tərkibinin altında yoldəyişənin çevrilməsini;
10.72.3. yoldəyişənlər marşruta uyğun vəziyyətə qoyulmadıqda işıqforların açılmasını;
10.72.4. müvafiq marşrutu çəpərləyən işıqforun açıq halında marşruta daxil olan yoldəyişənin çevrilməsinə və ya kəsişən marşrutun işıqforunun açılmasını.
10.73. Yoldəyişənlərin və işıqforların elektrik mərkəzləşməsinə tətbiq edilən qurğular onların texniki vəziyyətinə nəzarət vasitələri ilə tamamlanmalıdır.
10.74. Mərkəzləşdirilmiş yoldəyişənlərin ötürücüləri və qapayıcıları aşağıdakıları təmin etməlidir:
10.74.1. yoldəyişənin çevrilmiş (kənar) vəziyyətində onun sıxılmış tiyəsinin rama relsinə və çarpazın hərəkətli ürəkciyinin bığcığa kip yanaşmasını; 10.74.2.sıxılmış tiyə və rama relsi və ya çarpazın hərəkətli ürəkciyi və bığcığı arasında 4 millimetr və çox aralığın qalması halında yoldəyişənin tiyələrinin və ya çarpazın hərəkətli ürəkciyinin qapanmasına yol verilməməsini;
10.74.3. yoldəyişənin digər tiyəsinin rama relsindən 125 millimetrdən az olmayaraq məsafədə aralanmasını.
10.75. Dispetçer mərkəzləşməsi və birləşən dəmiryol stansiyalarının yoldəyişənlərin və işıqforların teleidarəetmə qurğuları aşağıdakıları təmin etməlidir:
10.75.1. bir sıra stansiya və mənzillərin siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının, o cümlədən elektrik mərkəzləşməsi yoldəyişənlərinin və işıqforlarının, avtomatik bloklama qurğularının, müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq olunan ALS, qatarın tam tərkibdə gəlməsinə avtomatik nəzarət etməklə yarımavtomatik bloklamanın bir məntəqədən idarə olunmasını;
10.75.2. idarəetmə aparatında yoldəyişənlərin vəziyyətinə və tutululuğuna, mənzillərin, dəmiryol stansiyalarındakı dəmir yollarının və onlara bitişik olan blok-sahələrin tutululuğuna, həmçinin giriş, marşrut və çıxış işıqforları göstəricilərinin təkrarlanmasına nəzarəti;
10.75.3. qatarların qəbulu, göndərilməsi və manevrlərin aparılması üçün dəmiryol stansiyalarının yoldəyişən və işıqforlarının ehtiyat idarəetməyə verilməsi və ya manevr işlərinin aparılması üçün yoldəyişənlərin yerli idarəetməyə verilməsinin mümkünlüyünü;
10.75.4. qatarların hərəkət qrafikinin avtomatik qeydə alınmasını, həmçinin müvafiq məlumatların qatarların hərəkətinin avtomatlaşdırılmış idarəetmə sisteminə ötürülməsini.
10.76. Dispetçer mərkəzləşmə sisteminin tətbiqi aşağıdakıları təmin etməlidir:
10.76.1. blok-sahələrin yanlış tutulu halında qatar dispetçerinin hərəkətin istiqamətinin dəyişdirilməsinin mümkünlüyünü;
10.76.2. avtomatik nəzarət qurğusunun nasazlığı zamanı qatarın tam tərkibdə gəlməsinə yarımavtomatik bloklamanın gəlib çatma siqnalının verilməsinin mümkünlüyünü;
10.76.3. keçid siqnalizasiyasının və dəmiryol hərəkət tərkibinin relsdən çıxmasına nəzarət qurğusunun saz işləməsinə nəzarəti.
10.77. ALS yol qurğuları lokomotivə, motor-vaqonlu hərəkət tərkibinə, özügedən xüsusi hərəkət tərkibinə qatarın yaxınlaşdığı yol işıqforlarının göstəriciləri, həmçinin lokomotiv işıqforlarının göstəriciləri ilə hərəkət zamanı blok-sahənin tutulu və ya boş olması barədə məlumatların verilməsini təmin etməlidir. Avtomatik bloklama və ya müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən ALS ilə təchiz edilmiş sahələrdə yerləşən dəmiryol stansiyalarında baş dəmir yolları, sərnişin qatarlarının qəbul və göndərilmə dəmir yolları, həmçinin qatarların dayanmadan buraxılması üçün nəzərdə tutulan qəbul-göndərmə dəmir yolları ALS yol qurğuları ilə təchiz edilir.
10.78. Qatarların müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq olunan ALS ilə düzgün olmayan dəmir yolu ilə mənzilə göndərilməsi nəzərdə tutulan bütün dəmir yolları da ALS yol qurğuları ilə təchiz edilir.
10.79. Yarımavtomatik bloklama zamanı dəmiryol stansiyasının yaxınlaşma sahələri və baş dəmir yolları ALS yol qurğuları ilə təchiz edilir.
10.80. Dəmiryol stansiyalarının dəmir yollarında ALS yol qurğularının olmamasına, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən yol verilir.
10.81. Açar asılılığı qurğuları yoldəyişənlərin və siqnalların qarşılıqlı qapanmasını nəzarət kilidləri vasitəsilə təmin etməlidir.
10.82. Yoldəyişən nəzarət kilidləri aşağıdakıları təmin etməlidir:
10.82.1.yalnız yoldəyişənin qapalı halında açarın çıxarılmasına imkan verilməsini;
10.82.2. yoldəyişənin kiliddən çıxarılan açarın üzərində göstərilmiş vəziyyətdə tiyənin rama relsinə kip yanaşması şərtilə bağlanılmasını;
10.82.3. sıxılmış tiyə və rama relsi arasında 4 millimetr və çox aralıq olduqda yoldəyişənin qapanmasına yol verilməməsini.
10.83. Bir dəmiryol stansiyası hüdudunda, böyük (iri) dəmiryol stansiyalarında isə bir yoldəyişmə rayonunda və ona yaxın başqa rayonun yoldəyişmə postlarında eyni seriyadan olan yoldəyişən nəzarət kilidlərinin tətbiqinə yol verilmir.
10.84. Stansiya bloklaması aşağıdakıları təmin etməlidir:
10.84.1. postlarda qatarların qəbulu və göndərilməsi marşrutlarının və stansiyadaxili marşrutların düzgün hazırlanmasına dəmiryol stansiyasının növbətçisi tərəfindən nəzarəti;
10.84.2. müxtəlif postlardan idarə edilən yoldəyişənlərin və siqnalların qarşılıqlı qapanmasını.
10.85. Çeşidləmə təpələrinin mexanikləşmə və avtomatlaşma qurğuları tərkiblərin hesablanmış (layihə) sürətlə buraxılmaqla fasiləsiz və təhlükəsiz çeşidlənməsini təmin etməli və bununla yanaşı, hər bir tormoz mövqeyində tormozlanma vasitələrinin gücü həmin sürətin reallaşmasına imkan verməli və vaqonların çeşidlənməsinin təhlükəsizliyini təmin etməlidir.
10.86. Mexanikləşdirilmiş çeşidləmə təpələrində tərkiblərin buraxılması zamanı açmaların (açılmış vaqonların) çeşidləmə dəmir yollarına paylanılmasında iştirak edən yoldəyişənlər təpə elektrik mərkəzləşməsinə və ya təpə avtomatik mərkəzləşməsinə qoşulmalıdır.
10.87. Təpə mərkəzləşməsi aşağıdakıları təmin etməlidir:
10.87.1. yoldəyişənlərin fərdi idarə edilməsini;
10.87.2. tərkibin buraxıldığı marşruta daxil olan sığal istiqamətli, həmçinin buraxılma zonasına dəmiryol hərəkət tərkibinin çıxmasını istisna edən bütün yoldəyişənlərin elektrik qapanmasını;
10.87.3. idarəetmə pultunda yoldəyişənlərin vəziyyətinə və yoldəyişən seksiyalarının tutululuğuna nəzarəti.
10.88. Təpə mərkəzləşməsi dəmiryol hərəkət tərkibinin altında yoldəyişənin çevrilməsinə yol verməməlidir.
10.89. Yoldəyişənlərin təpə avtomatik mərkəzləşməsi bundan başqa aşağıdakıları təmin etməlidir:
10.89.1. proqram və ya marşrut iş rejimində açmaların hərəkəti
prosesində çeşidləmə təpəsinin paylama zonasındakı yoldəyişənlərin avtomatik idarə edilməsini;
10.89.2. çevirmə anında tiyə və rama relsi arasında maneənin yaranması halında açmalar yoldəyişən izolyasiya seksiyasına daxil olana qədər yoldəyişənin nəzarət olunma vəziyyətinə avtomatik qaytarılmasını;
10.89.3. buraxma prosesində yoldəyişənlərin fərdi idarəetməyə keçirilməsinin mümkünlüyünü.
10.90. Avtomatlaşdırılmış çeşidləmə təpə qurğuları, təpə avtomatik mərkəzləşməsi olan mexanikləşdirilmiş təpələrə dair tələblərin yerinə yetirilməsindən başqa aşağıdakıları təmin etməlidir:
10.90.1. tərkiblərin basılma və buraxılmasının idarə olunmasını və ona nəzarəti;
10.90.2. açmaların hərəkət sürətinin avtomatik tənzimlənməsini;
10.90.3. tərkiblərin buraxılma nəticələrinə nəzarəti;
10.90.4. məlumatların çeşidləmə dəmiryol stansiyasının məlumat-planlaşdırma sistemi ilə mübadiləsini.
10.91. Avtomatik keçid siqnalizasiyası avtomobil yolu tərəfə dayanma siqnalının verilməsini, avtomatik şlaqbaumlar isə qatar keçidə yaxınlaşanadək dəmiryol keçidini əvvəlcədən nəqliyyat vasitələrindən boşaltmaq üçün müəyyən vaxt ərzində bağlı vəziyyətdə olmasını təmin etməlidir.
10.92. Qatar dəmiryol keçidini tam boşaldanadək avtomatik keçid siqnalizasiyaları işləməkdə davam etməli, avtomatik şlaqbaumlar isə bağlı vəziyyətdə qalmalıdır.
10.93. Yoldəyişənləri və işıqforları elektrik mərkəzləşməsi ilə təchiz edilən dəmiryol stansiyaları, həmçinin avtomatik bloklama qurğuları ilə təchiz edilən mənzillər infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilmiş plana uyğun olaraq dəmir yolunda işləyənləri xəbərdar etmək üçün qatarın yaxınlaşmasını bildirən avtomatik xəbərdarlıq sistemi ilə təchiz edilir.
10.94. Hərəkətdə olan qatarda dəmiryol hərəkət tərkiblərinin texniki vəziyyətinə avtomatik nəzarət vasitələri aşağıdakıları təmin etməlidir:
10.94.1. qatarda nasaz dəmiryol hərəkət tərkibinin olması və yerləşməsi, həmçinin nasazlığın növü barədə irəlidəki dəmiryol stansiyasının stansiya növbətçisinə, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinə məlumat verilməsini;
10.94.2. işıqlanan zolaq göstərici vasitəsilə qatarların tərkibində nasaz vaqonların olması barədə lokomotivin, motor-vaqonlu hərəkət tərkibinin, özügedən xüsusi hərəkət tərkibinin maşinistinə görüntülü və ya qatarda nasaz dəmiryol hərəkət tərkibinin olması barədə səsli məlumatın verilməsini;
10.94.3. qatarda nasaz dəmiryol hərəkət tərkibinin olması və yerləşməsi, həmçinin nasazlığın növü barədə irəlidəki dəmiryol stansiyasının stansiya növbətçisinə, dispetçer mərkəzləşməsi ilə təchiz olunmuş sahələrdə isə qatar dispetçerinə verilən məlumatın qeydə alınmasını.
10.95. İstismara verilən texniki vəziyyətə avtomatik nəzarət vasitələri dəmir yolunda qatarların hər iki istiqamətdə hərəkəti zamanı dəmiryol hərəkət tərkibinin texniki vəziyyətinə nəzarətin mümkünlüyünü təmin etməlidir.
10.96. Dəmiryol hərəkət tərkibinin relsdən çıxmasına nəzarət qurğuları aşağıdakıları təmin etməlidir:
10.96.1. giriş işıqforunun və dəmiryol stansiyasını və ya süni qurğuları çəpərləyən daldalanacaq işıqforunun xidməti tormozlama ilə belə işıqforun qarşısında qatarın dayanmasını təmin edən müddətdə bağlanmasını. Xəbərdarlıq işıqforunun hüdudunda əlavə çöl veriсisinin (datçik) qoyulmasına yol verilir;
10.96.2. dəmiryol hərəkət tərkibinin relsdən çıxması barədə məlumatın irəlidəki dəmiryol stansiyasının stansiya növbətçisinin (süni qurğuların mərkəzləşmiş xəbərdarlıq idarəetmə şitinə), dispetçer mərkəzləşməsi ilə təchiz olunmuş sahələrdə isə qatar dispetçerinin pultuna ötürülməsini;
10.96.3. dəmiryol hərəkət tərkibinin relsdən çıxması barədə məlumatın lokomotivin, motor-vaqonlu hərəkət tərkibinin, özügedən xüsusi hərəkət tərkibinin maşinistinə avtomatik ötürülməsini.
10.97. Dəmiryol hərəkət tərkibinin relsdən çıxması barədə məlumat alan lokomotivin, motor-vaqonlu hərəkət tərkibinin, özügedən xüsusi hərəkət tərkibi maşinistinin, dəmiryol stansiya növbətçisinin və qatar dispetçerinin fəaliyyətinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
10.98. Dəmiryol hərəkət tərkibinin relsdən çıxmasına nəzarət qurğuları ümumi istifadəli dəmir yolunun ikiyollu sahələrində yalnız düzgün dəmir yolu ilə hərəkət edən qatarlar üçün quraşdırılır. Süni qurğuların qarşısında isə infrastruktur sahibinin qərarı ilə quraşdırılır. 10.99. Lokomotivin kabinəsindən yoldəyişənlərin məsafədən idarəetmə qurğuları onların istifadəsi zamanı aşağıdakıları təmin etməlidir:
10.99.1. lokomotivi dayandırmadan yoldəyişənin çevrilməsini;
10.99.2. yoldəyişənin vəziyyətinə və kəsilməsinə nəzarəti;
10.99.3. məsafədən idarəetmə sisteminin nasazlığı zamanı yoldəyişənlərin yerli idarəetməsini.
10.100. Qeyri-ümumi istifadəli dəmir yollarında, dəmir yollarının tutulu olmasına və işıqforların göstəricilərinə nəzarəti olan və siqnalizasiyası səlahiyyətli şəxs tərəfindən yerli idarəetmə pultundan idarə olunan giriş (çıxış) və texnoloji siqnalizasiya qurğuları tətbiq edilə bilər. Belə qurğuların bilavasitə texnoloji obyektlərə və ya istehsalat yerlərinə birləşən dəmir yollarında elektrik mərkəzləşmə qurğuları olduqda, həmçinin onlarla da qarşılıqlı asılılığı ola bilər və yükləmə-boşaltma əməliyyatlarının aparılma yerlərinə vaqonların verilməsinin, götürülməsinin təhlükəsizliyini təmin etməlidir.
10.101. Vaqonların yerdəyişməsi (vaqonların verilməsi) zamanı hərəkətin təhlükəsizliyini təmin edən siqnalizasiya qurğularının idarə edilməsinə dair tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.102. Siqnalizasiya, mərkəzləşmə və bloklamanın, o cümlədən fiber-optik kabel xətləri mənzillərdə torpaq yatağının hüdudundan kənarda dəmir yolunun təhkim zolağının sərhədində çəkilməlidir. Ayrı-ayrı hallarda texniki tələblərə riayət etməklə kabel xətlərinin torpaq yatağında çəkilməsinə yol verilir.
10.103. Siqnalizasiya, mərkəzləşmə və bloklamanın hava xətlərinin maksimal sallanma yüksəkliyi aşağıdakı ölçülərdən az olmamalıdır:
10.103.1. qeyri-yaşayış yerlərində yerin səthindən - 2,5 metr;
10.103.2. yaşayış yerlərində yerin səthindən - 3,0 metr;
10.103.3. avtomobil yollarının kəsişmə yerlərində onun səthindən - 5,5 metr;
10.103.4. elektrikləşdirilməmiş dəmir yollarının kəsişmə yerlərində rels başlığının səthindən - 7,5 metr.
10.104. Elektrikləşdirilmiş dəmir yolları ilə kəsişmə yerlərində siqnalizasiya, mərkəzləşmə və bloklama xətlərinin çəkilməsi yalnız kabellə yerinə yetirilir.
10.105. Siqnalizasiya, mərkəzləşmə və bloklama dəmiryol sisteminin xətlərinin, kanal və avadanlıqlarının, o cümlədən elektrik jezl sistemlərinin zədələnməsi zamanı onların bərpa edilməsi qatar dispetçerinin işini təmin edən elektrik rabitəsinin kanallarının və avadanlıqlarının bərpasının ardınca aparılmalıdır.
10.106. Tətbiq edilən avtomatik və yarımavtomatik bloklama, dispetçer mərkəzləşməsi, qatarların hərəkətinə dispetçer nəzarəti, yoldəyişənlərin və işıqforların elektrik mərkəzləşmə, çeşidləmə təpələrinin mexanikləşdirmə və avtomatlaşdırma və aparat-proqram vasitələrinin bazasında yerinə yetirilən digər qurğular qatarların hərəkəti və manevr işləri, o cümlədən siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının normal işinin pozulması şəraitində, həmçinin bu zaman qatar dispetçerinin, dəmiryol stansiya növbətçisinin və digər işçilərin fəaliyyəti ilə əlaqədar hadisələr barədə məlumatların qeydə alınmasını və arxivləşdirilməsini təmin etməlidir. Belə qurğular fasiləsiz elektrik qidalanması ilə təmin edilir.
10.107. Siqnalizasiya, mərkəzləşmə və bloklamanın tikili və qurğuları dartı cərəyanlarının, elektrik ötürmə xətlərinin artıq atmosfer və kommutasiya gərginliklərindən yaranan maneələrdən və təhlükəli təsirdən mühafizə olunmalıdır.
10.108. Müxtəlif növ asılılıqla həyata keçirilən siqnalizasiya, mərkəzləşmə və bloklama aparatları bağlı olmalı və plomblanmalıdır. Plomblanan qurğuların siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.109. Siqnalizasiya, mərkəzləşmə və bloklama aparatlarının açılması, infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli nümayəndələri tərəfindən əvvəlcədən bu qurğuların baxış jurnalında qeydlər aparılmaqla yerinə yetirilir. Siqnalizasiya, mərkəzləşmə və bloklama aparatlarında olan plombların bütövlüyünün saxlanmasına nəzarət belə aparatlardan istifadə edən növbətçi işçilər (dəmiryol stansiya növbətçiləri, mərkəzləşmə postunun operatorları, yoldəyişmə postunun növbətçiləri, lokomotivlərin maşinistləri və s.) tərəfindən həyata keçirilir.
10.110. İnfrastruktur sahibində və qeyri-ümumi istifadəli dəmir yolunun sahibində istismar etdikləri siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının və xidmət etdikləri digər qurğuların istismarına dair təlimatlar, onların cizgiləri (çertyojları) və təsvirləri olmalıdır.
10.111. Siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularına dair texniki (o cümlədən qurğuların tipinə görə) qərarlar infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilir.
10.112. Siqnalizasiya, mərkəzləşmə və bloklama qurğuları asılılığının müvəqqəti dəyişdirilməsi infrastruktur sahibi və qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun həyata keçirilir.
10.113. Siqnalizasiya, mərkəzləşmə və bloklama qurğu və cihazlarının yenidən təchizatı, köçürülməsi, təmiri, sınağı və dəyişdirilməsi üzrə planlı işlər və müəyyən edilən asılılıqların pozulmasına və ya onların işinin müvəqqəti dayandırılmasına gətirib çıxaran digər planlı işlər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilmiş, minimum müddətdə yerinə yetirilməsini nəzərdə tutan qrafikə əsasən işlərin yerinə yetirilməsinə və hərəkətin təhlükəsizliyinin təmin olunmasına cavabdeh rəhbərlərin təyin edilməsi ilə aparılmalıdır. Dəmiryol stansiyalarında bu işlər bütün hallarda dəmiryol stansiya növbətçisinin razılığı, iş rəhbərinin bu barədə yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında qeydlər aparılmaqla keçirilir. Dispetçer mərkəzləşməsi olan sahələrdə oxşar işlər qatar dispetçerinin razılığı ilə aparılmalıdır.
10.114. Siqnalizasiya, mərkəzləşmə və bloklama qurğu və cihazları dəmiryol stansiya növbətçisinin otağından xeyli aralıda yerləşdikdə onların işə salınması, həmçinin nasazlıqların aradan qaldırılması üzrə gözlənilməz işlərin icrası üçün bu qurğuların müvəqqəti açılması barədə dəmiryol stansiya növbətçisinə verilən və sonradan iş icraçısı tərəfindən imzalanan telefonoqram yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında müvafiq qeydlər aparıldlqdan sonra yerinə yetirilə bilər.
10.115. Müəyyən edilən asılılıqlar pozulmamaqla siqnalizasiya, mərkəzləşmə və bloklamanın ayrı-ayrı qurğularının və cihazlarının dəyişdirilməsi və açılması üzrə işlər dəmiryol stansiya növbətçisinin (dispetçer mərkəzləşməsi olan sahələrdə - qatar dispetçerinin) razılığı ilə yollara, yoldəyişənlərə, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və kontakt şəbəkəsi qurğularına baxış jurnalında qeydlər aparılmadan yerinə yetirilə bilər. Belə qurğuların və cihazların dəyişdirilməsi və açılması üzrə işlərin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.116. Bütün hallarda siqnalizasiya, mərkəzləşmə və bloklamanın işlək qurğularının və cihazlarının sınağı dəmiryol stansiya növbətçisinin, dispetçer mərkəzləşməsi olan sahələrdə isə qatar dispetçerinin razılığı və nəzarəti altında aparılmalıdır.
10.117. Siqnal cihazlarının işıqlanması siqnal göstəricilərinin aydın görünməsini təmin etməlidir.
10.118. İşıqforların və marşrut göstəricilərinin, yoldəyişən göstəricilərin, atıcı, yol çəpərləmə qurğusu göstəricilərinin, vaqonların bərkidilməsi üçün stasionar qurğuların, dəmiryol stansiyası qurğularının və dəmiryol stansiyalarında hidravlik kolonkaların, lokomotiv, vaqon, yol və digər təsərrüfatların dəmir yollarında siqnal cihazlarının vaxtında və fasiləsiz işıqlanması infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
10.119. Dəmiryol nəqliyyatında stansiya yollarında siqnal cihazlarının işıqlanma qurğularının elektrik təchizatı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təmin edilir.
10.120. İnfrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi işıqforların siqnal və marşrut göstəricilərinin daimi normal görünməsini təmin etməlidir.
10.121. İnfrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi mənzillərin və dəmiryol stansiyalarının baş yolları üzrə işıqforların məsafədən görünmə qabiliyyətini, ALS və bütün təhlükəsizlik qurğularının işini rübdə bir dəfədən az olmayaraq yoxlamalıdır.
10.122. Ümumi istifadəli dəmir yollarında ALS və qatarın tormozunun avtomatik idarəetmə sisteminin yol qurğularının, qatarın hərəkəti zamanı dəmiryol hərəkət tərkibinin texniki vəziyyətinə nəzarət qurğularının işi infrastruktur sahibi tərəfindən təsdiq edilmiş qrafikə uyğun nəticələri sənədləşdirilərək vaqon-laboratoriyadan istifadə etməklə dövri olaraq yoxlanılır.
10.123. Qeyri-ümumi istifadəli dəmir yollarında siqnalların məsafədən görünmə qabiliyyətinin yoxlanılmasına və yoxlamaların nəticələrinə baxılmasına dair tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.124. Mənsubiyyətindən asılı olmayaraq dəmir yolu, siqnalizasiya, mərkəzləşmə və bloklama, elektrik təchizatı qurğuları və dəmiryol hərəkət tərkibi elektrik rels dövrəsinin daimi etibarlı işini təmin etməlidir.
10.125. Elektrik rels dövrəsinin və geriyə dartı rels şəbəkəsinin fasiləsiz işini təmin edən dəmir yolunun siqnalizasiya, mərkəzləşmə və bloklama, elektrik təchizatı qurğularına xidmət texnologiyası və texniki parametrlərin saxlanmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
10.126. Siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularından istifadə edən dəmiryol nəqliyyatı işçilərinə onlardan istifadə edilməsinə dair tələblər öyrədilməlidir.
11. Dəmiryol nəqliyyatının texnoloji elektrik təchizatı tikili və qurğularının texniki istismarı
11.1. Texnoloji elektrik təchizatı qurğusu aşağıdakıları etibarlı elektrik təchizatı ilə təmin etməlidir:
11.1.1. hərəkətin müəyyən edilmiş həcmində qatarların qatarlararası intervalla, təyin edilmiş sürətlə və kütlə normasında hərəkəti üçün elektrik hərəkət tərkibini (motor-vaqonlu dəmiryol hərəkət tərkibi də daxil olmaqla);
11.1.2. əsas elektrik təchizatı sistemindən ehtiyata və ya əksinə 1,3 saniyədən çox olmayan müddətdə avtomatik keçən, ikidən az və bir-birindən asılı olmayan elektrik enerjisi mənbəyindən siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və hesablama texnikası qurğularını.
11.2. Texnoloji elektrik təchizatı sisteminin yenidən qurulmasına qədər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş müddət ərzində əsas sistemdən ehtiyata və ya əksinə keçməsinin yerinə yetirilməsinə yol verilir.
11.3. Avtomatik və yarımavtomatik bloklamanın texnoloji elektrik təchizatında akkumulyator ehtiyat mənbəyi olduqda, o, daima hazır vəziyyətdə olmalı və ötən 36 saat müddətində əsas elektrik qidalanması açılmadıqda, siqnalizasiya, mərkəzləşmə, bloklama və keçid siqnalizasiya qurğularının 8 saatdan az olmayan müddətdə fasiləsiz işini təmin etməlidir.
11.4. Etibarlı texnoloji elektrik təchizatının təmin edilməsi üçün texnoloji elektrik təchizatı tikili və qurğularının vəziyyətinə dövri nəzarət edilməli, vaqon-laboratoriyalardan və diaqnostik cihazlardan istifadə etməklə onların parametrləri ölçülməli, həmçinin planlı təmir işləri həyata keçirilməlidir.
11.5. Elektrik hərəkət tərkibinin cərəyanqəbuledicisində gərginliyin səviyyəsi dəyişən cərəyanda 21 kilovoltdan, sabit cərəyanda isə 2,7 kilovoltdan az və dəyişən cərəyanda 29 kilovoltdan, sabit cərəyanda isə 4 kilovoltdan çox olmamalıdır.
11.6. İnfrastruktur sahibinin icazəsi ilə ümumi istifadəli dəmir yollarının ayrı-ayrı sahələrində gərginliyin səviyyəsinin dəyişən cərəyanda 19 kilovoltdan, sabit cərəyanda isə 2,4 kilovoltdan az olmamaqla yol verilir.
11.7. Siqnalizasiya, mərkəzləşmə, bloklama və rabitə qurğularında dəyişən cərəyanın nominal gərginliyi 110, 220 və ya 380 volt olmalıdır. Nominal gərginliyin (o cümlədən qısamüddətli) həmin ölçüdən 10 faizdən çox olmayaraq azalmasına və artmasına yol verilir.
11.8. Texnoloji elektrik təchizatı qurğuları qısa qapanma cərəyanından, atmosfer və kommutasiya daxil olmaqla artıq gərginlikdən və müəyyən edilmiş normadan artıq yüklənmədən mühafizə olunmalıdır.
11.9. Sabit cərəyanla elektrikləşdirilmiş xətt rayonlarında yerləşən yeraltı metal tikililər (boru kəmərləri, kabellər və s.), həmçinin metal və dəmir-beton körpülər, yol ötürücüləri (kəsişən yolların üstündən salınan körpülər), kontakt şəbəkəsi dayaqları, işıqforlar, hidrokolonkalar və digərləri elektrik korroziyasından qorunmalıdır.
11.10. Sabit cərəyanla elektrikləşdirilmiş dartı yarımstansiyaları xətlərinin, həmçinin elektrik hərəkət tərkibinin siqnalizasiya, mərkəzləşmə, bloklama və rabitə qurğularının normal fəaliyyətini poza biləcək cərəyanın kontakt şəbəkəsinə daxil olmasından mühafizəsi olmalıdır.
11.11. Kontakt şəbəkəsi dayaqları ilə aparılan gərginliyi 1000 voltdan yüksək olan elektrikötürücü xətlər torpaqla birfazalı qapanma zamanı açılmalıdır.
11.12. Süni tikililərdən kənardakı kontakt naqilinin asılma hündürlüyü rels başlığı səviyyəsindən aşağıdakılardan az olmamalıdır:
11.12.1. dəmiryol stansiyalarında və mənzillərdə - 5750 millimetrdən;
11.12.2. dəmiryol keçidlərində 6000 millimetrdən.
11.13. Süni tikililərin hüdudlarında kontakt naqilinin asılma hündürlüyü rels başlığı səviyyəsindən aşağıdakılardan az olmamalıdır:
11.13.1. 3 kilovolt gərginlikli sabit cərəyanlı kontakt şəbəkəsində 5550 millimetrdən;
11.13.2. 25 kilovolt gərginlikli dəyişən cərəyanlı kontakt şəbəkəsində 5570 millimetrdən.
11.14. Kontakt naqilinin asılma hündürlüyü rels başlığı səviyyəsindən 6800 millimetrdən çox olmamalıdır.
11.15. Süni tikililərin hüdudları daxilində gərginlik altında olan kontakt şəbəkəsi hissələrindən və cərəyanqəbuledicilərin cərəyanötürücü elementlərindən süni tikililərin və dəmiryol hərəkət tərkibinin torpaqlanmış hissəsi arasındakı məsafə dəyişən cərəyanlı elektrikləşmiş xətlərdə 270 millimetrdən, sabit cərəyanlı elektrikləşmiş xətlərdə isə 200 millimetrdən az olmamalıdır.
11.16. Dəmiryol stansiyaları və mənzillərində kənar dəmir yolunun oxundan kontakt şəbəkəsi dayaqlarının daxili tərəfinə qədər olan məsafə 3100 millimetrdən az olmamalıdır.
11.17. Qazmalarda dayaqlar küvetlərin hüdudlarından kənarda qoyulmalıdır.
11.18. Xüsusilə çox qar basan qazmalarda (qayalıqdan başqa) və onların çıxışlarında (100 metr uzunluğunda) kənar yolun oxundan kontakt şəbəkəsi dayaqlarının daxili tərəfinə qədər olan məsafə 5700 millimetrdən az olmamalıdır. Belə yerlərin siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
11.19. Mövcud elektrikləşdirilmiş xətlərdə onlar yenidən qurulanadək, həmçinin xüsusi çətin şəraitdə yerləşən yeni elektrikləşdirilən xətlərdə dəmir yolunun oxundan kontakt şəbəkəsi dayaqlarının daxili tərəfinə qədər olan məsafə dəmiryol stansiyalarında 2450 millimetrdən, mənzillərdə isə 2750 millimetrdən az olmamalıdır.
11.20. Bu Qaydaların 11.19-cu bəndində nəzərdə tutulmuş məsafələr yolun düz sahələri üçün müəyyən edilmişdir. Əyri sahələrdə həmin məsafələr kontakt şəbəkəsi dayaqları üçün müəyyən edilmiş qabarit genişlənməsinə uyğun olaraq artırılmalıdır.
11.21. Kontakt şəbəkəsi, hava xətləri, işıqfor, həmçinin siqnal nişanları dayaqlarının qarşılıqlı yerləşməsi bu Qaydalara uyğun olaraq siqnal və nişanların aydın görünməsini təmin etməlidir.
11.22. Kontakt şəbəkəsi elementlərinin bərkidildiyi bütün metal tikililər (körpülər, yol ötürücüləri, dayaqlar), dəmir-beton dayaqlara, dəmir-beton və qeyri-metal süni tikililərə bağlanılan kontakt şəbəkəsi detalları, həmçinin gərginlik altında olan kontakt şəbəkəsi hissələrindən 5 metrdən az məsafədə yerləşən ayrıca metal konstruksiyalar torpaqlanmalı və ya tikililərə və konstruksiyalara yüksək gərginliyin düşməsi zamanı mühafizə açılma qurğuları ilə təchiz edilir.
11.23. Kontakt şəbəkəsinin və dəyişən cərəyanlı hava xətlərinin təsiri zonasında yerləşən, təhlükəli gərginlik yarada biləcək bütün metal tikililər torpaqlanılır.
11.24. Elektrikləşdirilmiş dəmir yollarının üstündə yerləşən piyada keçidlərində və yol ötürücülərində gərginlik altında olan kontakt şəbəkəsi hissələrini çəpərləmək üçün əhalinin keçid yerlərində qoruyucu sipərlər və bütöv döşəmələr qoyulmalıdır.
11.25. Kontakt şəbəkəsinin, avtomatik bloklamanın və gərginliyi 1000 voltdan yuxarı olan uzununa elektrik təchizatının elektrikötürücü xətləri anker sahələrinin izolyasiyaedici birləşmələrinin (qonşu seksiyaların elektrik asılılığının olmamasını nəzərdə tutan), neytral calaqların, seksiya və kəsmə izolyatorların, ayırıcıların köməyi ilə seksiyalara bölünməlidir.
11.26. Hava aralıqlarının sərhədlərində quraşdırılmış kontakt şəbəkəsi dayaqlarının və ya şitlərin fərqləndirici boyası olmalıdır. Bu dayaqların və ya şitlərin arasında cərəyanqəbuledicinin yuxarı qaldırılmış vəziyyətində elektrik hərəkət tərkibinin dayanması qadağandır.
11.27. Kontakt şəbəkəsinin, avtomatik bloklama və uzununa texnoloji elektrik təchizatı xətlərinin seksiyalara ayrılma və qidalanma sxemi infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Həmin sxemlərin surəti hər il yoxlanılaraq dəmiryol stansiyalarının texniki-sərəncam aktına əlavə edilir.
11.28. Elektrovoz və motor-vaqon depoların, təchizat qurğularının, həmçinin elektrik hərəkət tərkibinin dam avadanlıqlarına baxış keçirmək üçün ayrılmış dəmir yollarının kontakt şəbəkəsi ayırıcılarının açılıb-qoşulması (çevrilməsi) müvafiq təlim keçmiş səlahiyyətli şəxslər tərəfindən yerinə yetirilir. Depo ərazisində dəmir yollarının kontakt şəbəkəsinin digər ayırıclarının açılıb-qoşulması (çevrilməsi) yalnız enerji dispetçerinin əmri ilə yerinə yetirilir.
11.29. Əl ilə idarə olunan seksiya ayırıcılarının ötürücüləri kilidlə bağlanılmalıdır.
11.30. Kontakt şəbəkəsi ayırıcılarının, həmçinin avtomatik bloklama və uzununa texnoloji elektrik təchizatı xətləri açarlarının və ayırıcılarının açılıb-qoşulması (çevrilməsi), görülən işlərin təhlükəsizliyini və elektrik təchizatının fasiləsizliyini təmin edən ayırıcıların bağlanılmış ötürücülərinin açarlarının saxlanmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
11.31. Gərginliyi 1000 voltdan yuxarı olan elektrikötürücü hava xətlərinin ən böyük sallanma vəziyyətində onun aşağı nöqtəsindən yerin səthinədək olan məsafə:
11.31.1. mənzillərdə - 6,0 metrdən;
11.31.2. çətin keçilən yerlərdə - 5,0 metrdən;
11.31.3. avtomobil yolları ilə kəsişmələrdə, dəmiryol stansiya-
larında və yaşayış məntəqələrində - 7,0 metrdən az olmamalıdır.
11.32. Elektrikləşdirilməmiş ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarının kəsişməsi zamanı gərginliyi 1000 voltdan yuxarı olan hava elektrikötürücü xətlərinin aşağı nöqtəsindən rels başlığının yuxarısına qədər olan məsafə 7,5 metrdən az olmamalıdır. Elektrikləşmiş xətlərdə kontakt şəbəkəsinə qədər olan bu məsafə kəsişən elektrikötürücü hava xətlərinin gərginliyinin səviyyəsindən asılı olaraq müəyyən edilir.
12. Dəmiryol hərəkət tərkibinin texniki istismarı
12.1. Dəmiryol hərəkət tərkibi vaxtlı-vaxtında planlı-xəbərdarlıq təmir növlərindən, texniki xidmətdən keçməli və istismarda dəmiryol nəqliyyatının hərəkətinin təhlükəsizliyini və istismarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyinə dair tələblərin yerinə yetirilməsini təmin edən texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır.
12.2. Dəmiryol hərəkət tərkibinin təmiri müvafiq işlərin yerinə yetirilməsinə icazəsi və şərti damğası olan müəssisələrdə həyata keçirilir.
12.3. Dəmiryol hərəkət tərkiblərinin texniki vəziyyətinin saz olmasına, texniki xidmətinə, təmirinə və təyin edilmiş xidmət müddətinin təmin olunmasına dəmiryol hərəkət tərkiblərinin sahibləri, bilavasitə ona xidmət edən dəmiryol nəqliyyatı işçiləri cavabdehdirlər.
12.4. Qeyri-ümumi istifadəli dəmir yolunun infrastrukturunda texniki tələblərə uyğun olmayan potensial təhlükəli dəmiryol hərəkət tərkibinin, onun tərkib hissələrinin və digər texniki vasitələrin istifadəsinə yol verilmir.
12.5. Bu Qaydaların 12.4-cü bəndində nəzərdə tutulmuş texniki tələblərə nəzarət infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən həyata keçirilir.
12.6. Vaqonların hissələri möhkəmliyinə, dayanıqlılığına və texniki vəziyyətinə görə qatarların təhlükəsiz və səlis hərəkətini təmin etməlidir. Yeni istehsal edilən vaqonlar müvafiq kateqoriyalı qatarlara xidmət üçün nəzərdə tutulan perspektivli lokomotivlərin, motorvaqonlu qatarların konstruksiya sürəti ilə təhlükəsiz və səlis hərəkətini təmin etməlidir.
12.7. Keçid meydançaları olmayan vaqonların xüsusi ayaq yerləri və tutacaqları olmalıdır.
12.8. İstismar olunan dəmiryol hərəkət tərkibinin konstruksiyasında onun istismar xarakteristikasına təsir edən dəyişikliklərin aparılmasına yol verilir.
12.9. Dəmiryol hərəkət tərkibinin qabariti texniki tələblərə uyğun olmalıdır.
12.10. Yüklənməyə verilən konteynerlər hərəkətin təhlükəsizliyinə və yüklərin salamatlığının təmin edilməsinə dair tələblərə uyğun olmalıdır
12.11. Yeni istehsal edilən, modernləşdirilən, həmçinin təmirdən çıxmış dəmiryol hərəkət tərkibinin istismara buraxılması, infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunmuş tələblərə uyğun həyata keçirilir.
12.12. Təmirdən keçmiş dəmiryol hərəkət tərkibinin istismara buraxılması onun texniki pasportunda (formulyarında) müvafiq qeydlərin olduğu halda həyata keçirilir.
12.13. Dəmiryol hərəkət tərkibinin ümumi istifadəli dəmir yoluna buraxılması məqsədilə infrastruktur sahibi dəmiryol hərəkət tərkibinə baxış keçirir və baxışın aparılması zamanı aşağıdakıları yoxlayır:
12.13.1. dəmiryol hərəkət tərkibinin texniki pasportunda (formulyarında) nəzərdə tutulmuş texniki və istismar göstəricilərinin identifikasiyasını;
12.13.2. dəmiryol hərəkət tərkibinin uçot informasiya sistemindəki müəyyən edilmiş məlumatların tərkib hissələrinin identifikasiya nömrələri ilə uyğunluğunu;
12.13.3. yeni istehsal olunan və ya modernləşdirilən dəmiryol hərəkət tərkibinin uyğunluğunu təsdiq edən sənədlərin olmasını.
12.14. Dəmiryol hərəkət tərkibinin istehsalından, modernləşdirilməsindən, təmirindən sonra bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəyə uyğun dəmiryol hərəkət tərkibinin ümumi istifadəli dəmir yolunda istismara buraxılmasına icazə aktı tərtib olunur.
12.15. Müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edildikdə infrastruktur sahibi dəmiryol hərəkət tərkibinin ümumi istifadəli dəmir yolunda istismara buraxılmasına icazə aktında imtina səbəbləri barədə qeydlər aparmaqla dəmiryol hərəkət tərkibini istismara buraxmır.
12.16. Dəmiryol hərəkət tərkibində uyğunsuzluq aradan qaldırıldıqdan sonra dəmiryol nəqliyyatının infrastrukturuna buraxılması üçün təkrar baxışa təqdim olunur.
12.17. Qeyri-ümumi istifadəli dəmir yollarına dəmiryol hərəkət
tərkibinin buraxılmasına dair tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
12.18. Yeni istehsal edilən, modernləşdirilən, həmçinin təmirdən keçən dəmiryol hərəkət tərkibinin dəmiryol nəqliyyatı infrastrukturuna və qeyri-ümumi istifadəli dəmir yollarına buraxılmasına infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi cavabdehdir.
12.19. Dəmiryol hərəkət tərkibinin hər bir vahidinin üzərində aşağıdakı fərqləndirici nişan və məlumatlar olmalıdır:
12.19.1. "Azərbaycan Dəmir Yolları" QSC-nin texniki nişanı;
12.19.2. dəmiryol hərəkət tərkibi sahibinin adı;
12.19.3. nömrəsini, istehsalçı zavodun adını, istehsal tarixini və yerini göstərən lövhə;
12.19.4. tərkib hissələrində identifikasiya nömrələri və qəbul damğası;
12.19.5. müəyyən edilmiş təmir növlərinin keçirildiyi yer və tarix;
12.19.6. tara kütləsi (lokomotivlərdən və özügedən xüsusi hərəkət tərkiblərindən başqa).
12.20. Dəmiryol hərəkət tərkibinin fərqləndirici nişanında bu Qaydaların 12.19-cu bəndi ilə müəyyən edilənlərlə yanaşı aşağıdakılar olmalıdır:
12.20.1. lokomotivlərdə, motor-vaqonlu hərəkət tərkibində, özügedən xüsusi hərəkət tərkibində konstruksiya sürəti, seriyası və bort nömrəsi, qeydə alınma yeri, çənlərin, nəzarət cihazlarının və qazanların sınağı və yoxlanılması barədə cədvəllər və qeydlər;
12.20.2. sərnişin vaqonlarında, motor-vaqonlu hərəkət tərkiblərində, xüsusi və özügedən xüsusi hərəkət tərkiblərində işçilərin iş yerlərinə və geriyə daşınması üçün nəzərdə tutulmuş yerlərin sayı;
12.20.3. yük, poçt, baqaj vaqonlarında yükgötürmə qabiliyyəti.
12.21. Parovozların tenderlərində onun seriyası, nömrəsi və sahibinin adı göstərilməlidir.
12.22. Dəmiryol hərəkət tərkibinə digər nişan və qeydlər müəyyən edilmiş tələblərə uyğun yazılır.
12.23. Hər bir iritonnajlı konteynerin daxili və beynəlxalq daşımalarda istismara buraxılması barədə cədvəllərdən başqa konteynerin sahibini, tipini və xüsusiyyətini (ixtisaslaşmasını) identifikasiya edən markalanma qeydi olmalıdır.
12.24. Üzərində istehsalçı zavodun lövhəciyinin olmadığı hərəkət tərkibinin vahidinin istismarına yalnız onun üzərində istehsal edildiyi tarixini, yeri və zavod kodunu bildirən trafaret olduqda yol verilir.
12.25. Hər bir lokomotiv, vaqon, motor-vaqonlu dəmiryol vahidi, xüsusi və özügedən xüsusi hərəkət tərkibi üçün mühüm texniki və istismar göstəricilərini əks etdirən texniki pasport (formulyar) tərtib edilir.
12.26. Yeni hazırlanan, modernləşdirilən və təmirdən keçən hər bir dəmiryol hərəkət tərkibi vahidinə bu növ işləri yerinə yetirən müəssisə tərəfindən qəbul haqqında bildiriş tərtib edilir.
12.27. Yeni hazırlanan və modernləşdirilən dəmiryol hərəkət tərkibi konstruktor sənədlərinin tələblərinə uyğunluğuna, təmirdən keçən dəmiryol hərəkət tərkibi isə təmir (konstruktor) sənədlərinin tələblərinə uyğunluğuna görə qəbul haqqında bildirişi tərtib edən müəssisə cavabdehlik daşıyır.
12.28. Lokomotivlər və motor-vaqonlu dəmiryol hərəkət tərkibləri, həmçinin özügedən xüsusi hərəkət tərkibləri infrastrukturda qatarların hərəkət etdiyi marşrutda qatar radiorabitəsi ilə uyğunlaşdırılmış (infrastrukturda istismar olunan zaman) qatar radiorabitə vasitəsi, təyin edilən göstəriciləri qeydə alan sürətölçən, ALS lokomotiv qurğuları, həmçinin təhlükəsizlik qurğuları ilə təchiz edilir.
12.29. ALS lokomotiv qurğuları yol işıqforlarının göstəriciləri haqqında məlumatın yol qurğularından qəbulunu və lokomotiv işıqforuna ötürülməsini təmin etməli, yalnız lokomotiv işıqforunun göstəriciləri üzrə hərəkət zamanı isə irəlidəki blok-sahələrin tutulu və ya boş olması barədə məlumatların ötürülməsini təmin etməlidir. Lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi hərəkət tərkibinin kabinəsində quraşdırılan lokomotiv işıqforları bilavasitə maşinistə və onun köməkçisinə və ya drezinin sürücüsünə və onun köməkçisinə qatarın yaxınlaşdığı yol işıqforlarının göstəricisinə müvafiq olaraq siqnal göstəriciləri verməlidir.
12.30. Lokomotivlərdə, motor-vaqonlu dəmiryol hərəkət tərkiblərində və özügedən xüsusi hərəkət tərkiblərində ALS lokomotiv qurğuları təyin edilən hərəkət sürətinə, qatarın özbaşına getməsinin qarşısının alınması və dövri olaraq maşinistin sayıqlığının (gümrahlığının) yoxlanılmasına nəzarəti təmin edən təhlükəsizlik qurğuları ilə tamamlanmalıdır. Lokomotivin, motor-vaqonlu qatarın, özügedən xüsusi hərəkət tərkibinin maşinisti, drezinlərdə isə sürücü idarəetmə qabiliyyətini itirdiyi hallarda belə qurğular qatarın yol işıqforunun qadağanedici göstəricisinin və ya lokomotiv işıqforunun göstəricisi üzrə hərəkət zamanı dəmiryol hərəkət tərkibi ilə tutulu bloksahənin sərhədi qarşısında qatarın avtomatik dayanmasını təmin etməlidir.
12.31. Qeyri-ümumi istifadəli dəmir yolları sahiblərinin lokomotivləri, motor-vaqonlu dəmiryol hərəkət tərkibləri, həmçinin özügedən xüsusi hərəkət tərkibləri və ya birləşmə dəmiryol stansiyalarına çıxmayan və ümumi istifadəli dəmir yollarında dövr etməyən belə dəmiryol hərəkət tərkibləri onların sahiblərinin təsdiq etdiyi plana uyğun bu Qaydaların 12.30-cu bəndində nəzərdə tutulmuş qurğularla təchiz edilir.
12.32. Dəmiryol hərəkət tərkibi bort nömrəsinin avtomatik identifikasiyasını təmin edən qurğularla təchiz edilir. Bort nömrəsinin avtomatik identifikasiyasını təmin edən qurğularla təchiz olunmayan yük vaqonları belə qurğularla planlı əsaslı təmir keçən zaman təchiz edilir. Yük vaqonlarının planlı əsaslı təmir keçənədək bort nömrəsinin avtomatik identifikasiyasını təmin edən qurğular olmadan istismarına yol verilir.
12.33. Sərnişin lokomotivləri elektropnevmatik tormozlama idarəetmə qurğuları ilə təchiz olunmalı, yük qatarlarının lokomotivləri isə tormoz magistralının bütövlüyünə nəzarət qurğusu ilə təchiz olunmalıdır.
12.34. Motor-vaqonlu qatarlar keçid işıqforlarına, dəmiryol keçidlərinə və dəmiryol stansiyalarına yaxınlaşarkən hərəkət surətinə nəzarəti və səsli məlumatverici ilə təmin edilməklə, avtomatik idarəetmə sistemi və "sərnişin-maşinist" rabitəsi, qapıların bağlanılmasına nəzarət siqnalizasiyası, avtomatik yanğın siqnalızasiyası və yanğınsöndürmə sistemi ilə təchiz edilir.
12.35. Tək maşinistlə (köməkçi olmadan) xidmət edilən qatar lokomotivləri, motor-vaqonlu qatarlar və özügedən xüsusi hərəkət tərkibləri əlavə olaraq aşağıdakı təhlükəsizlik vasitələri və qurğuları ilə təchiz edilir:
12.35.1. qatarın tormozlanmasının avtomatik idarəetmə sistemi və ya kompleks lokomotiv təhlükəsizlik qurğusu, həmçinin maşinistin gümrahlığına nəzarət sistemi ilə;
12.35.2. arxa görünüş güzgüləri və videokameraları ilə;
12.35.3. yanğınsöndürmə sistemi ilə (teplovozlar üçün);
12.35.4. tormozun bloklanması ilə (lokomotivlər üçün).
12.36. Manevr lokomotivləri maşinistin kabinəsindən məsafədən onları vaqonlardan açma qurğuları, tək maşinistlə xidmət edilən lokomotivlərdə isə, həmçinin ikinci idarəetmə pultu, arxa görünüş güzgüləri və maşinistin qəflətən idarəetmə qabiliyyətini itirmə halında lokomotivin avtomatik dayanmasını təmin edən xarici siqnalizasiya qurğuları və hərəkət etdiyi dəmiryol stansiyalarında istifadə edilən stansiya radiorabitə vasitələri ilə uyğunluğu olan radiorabitə vasitələri ilə təchiz edilir.
12.37. Ümumi istifadəli dəmir yollarının birləşmə dəmiryol stansiyasına çıxan qeyri-ümumi istifadəli dəmir yolları sahiblərinin manevr lokomotivləri bu Qaydaların 12.36-cı bəndində nəzərdə tutulmuş qurğu və vasitələrdən əlavə ALS qurğuları ilə təchiz edilir.
12.38. Manevr lokomotivinin manevr ALS qurğusu ilə təchiz olunmasına yol verilir.
12.39. Lokomotivlərin, motor-vaqonlu hərəkət tərkiblərinin, özügedən xüsusi hərəkət tərkiblərinin qeyri-ümumi istifadəli dəmir yollarından ümumi istifadəli dəmir yollarına çıxmasına dair tələblər infrastruktur sahibi tərəfindən müəyyən edilir.
12.40. Ümumi istifadəli dəmir yollarında yük daşınması üçün nəzərdə tutulan dəmiryol hərəkət tərkiblərinin (onların boş vəziyyətdə yerdəyişmələri də daxil olmaqla) hərəkətinə dair tələblər infrastruktur sahibi tərəfindən müəyyən edilir.
12.41. Ümumi istifadəli dəmir yollarında yük daşınması üçün nəzərdə tutulmuş dəmiryol hərəkət tərkiblərinin (vaqonlar da daxil olmaqla) qeydiyyata alınmasına dair tələblər infrastruktur sahibi tərəfindən müəyyən edilir.
13. Təkər cütləri
13.1. Hər bir təkər cütü konstruktor və istismar sənədlərinin və bu Qaydaların tələblərini təmin etməli və təkər cütü oxunun üzərində onun tərtib olunduğu yer və tarix (əsaslı təmir) və tam müayinədən keçməsi (orta təmir) barədə vurulmuş aydın nişanlar olmalıdır.
13.2. Nişanlar və damğalar konstruktor və istismar sənədlərində nəzərdə tutulmuş yerlərdə vurulur.
13.3. Təkər cütləri dəmiryol hərəkət tərkibinin altında adi müayinədən (cari təmir) və tam müayinədən (orta təmir) keçməlidir.
13.4. Yüklənməmiş təkər cütündə təkərlərin daxili üzləri arasındakı məsafə 1440 millimetr olmalıdır. Saatda 120 kilometrdən 140 kilometrədək sürətlə qatarlarda hərəkət edən lokomotivlərdə və vaqonlarda, həmçinin özügedən xüsusi hərəkət tərkiblərində kənaraçıxma həddi artma tərəfə 3 millimetrdən, azalma tərəfə isə 1 millimetrdən çox olmayaraq, hərəkət sürəti saatda 120 kilometrədək olduqda isə artma və azalma tərəfə 3 millimetrdən çox olmayaraq, ümumi istifadəli dəmir yollarına çıxışı olmayan dəmiryol hərəkət tərkiblərində artma və azalma tərəfə 3 millimetrdən çox olmayaraq yol verilir.
13.5. Təkər cütü oxunun istənilən hissəsində və ya çənbərində, təkərin diskində və topunda çat, təkərin darağında iti başlıqlı yayılma olduqda, həmçinin hərəkət tərkibi və yolun normal qarşılıqlı təsirini pozan təkər cütünün aşağıdakı yeyilmə və zədələnmə hallarında dəmiryol hərəkət tərkiblərinin istismara buraxılması və ya qatarın tərkibində hərəkət etməsi qadağandır:
13.5.1. hərəkət sürəti saatda 120 kilometrdən 140 kilometrədək olduğu halda:
1. lokomotivlərin, motor-vaqonlu dəmiryol hərəkət tərkiblərinin və sərnişin vaqonlarının təkərlərinin diyirlənmə səthində yeyilmə 5 millimetrdən çox olduqda;
2. lokomotivlərdə təkər darağının 30 millimetr hündürlüyündə darağın təpəsindən 20 millimetr məsafədə, dəmiryol hərəkət tərkiblərində isə təkər darağının 28 millimetr hündürlüyündə darağın təpəsindən 18 millimetr məsafədə ölçmə zamanı təkər darağının qalınlığı 33 millimetrdən çox və ya 28 millimetrdən az olduqda;
3. yük vaqonlarında təkərin diyirlənmə səthində qopmanın dərinliyi 10 millimetrdən və ya uzunluğu 50 millimetrdən, sərnişin vaqonlarında isə 25 millimetrdən çox olduqda;
4. təkər cütlərinin diyirlənmə səthində qopma, oyuq və ya batığın dərinliyi 3 millimetrdən, lokomotivlərdə və motor-vaqonlu hərəkət tərkiblərində uzunluğu 10 millimetrdən, onun qoşma vaqonlarında (motorsuz) isə 25 millimetrdən çox olduqda;
13.5.2. hərəkət sürəti saatda 120 kilometrədək olduğu halda:
1. lokomotivlərdə, həmçinin uzaq məsafəyə gedən motorvaqonlu dəmiryol hərəkət tərkiblərində və sərnişin qatarlarında vaqonların təkərlərinin diyirlənmə səthində yeyilmə - 7 millimetrdən çox, motor-vaqonlu dəmiryol hərəkət tərkibində və özügedən xüsusi dəmiryol hərəkət tərkibində, yerli və şəhərətrafı qatarlarda sərnişin vaqonlarının təkərlərinin diyirlənmə səthində yeyilmə - 8 millimetrdən çox, refrijerator parkının vaqonlarında və yük vaqonlarında, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında dəmiryol hərəkət tərkibində təkərlərin diyirlənmə səthində yeyilmə 9 millimetrdən çox olduqda;
2. yük vaqonlarında təkər darağının təpəsindən 18 millimetr məsafədə ölçmə zamanı darağın qalınlığı 33 millimetrdən çox və ya 24 millimetrdən az, lokomotivlərdə 30 millimetr hündürlüyündə darağın təpəsindən 20 millimetr məsafədə ölçmə zamanı 33
millimetrdən çox və ya 25 millimetrdən az, qeyri-ümumi istifadəli dəmir yollarında (dağ-mədən müəssisəsində) təkər darağının hündürlüyü 28 millimetr olan digər dəmiryol hərəkət tərkibində darağın təpəsindən 18 millimetr məsafədə ölçmə zamanı isə 22 millimetrdən az olduqda;
3. xüsusi şablonla ölçmə zamanı təkər darağında 18 millimetrdən çox şaquli kəsik olduqda;
4. lokomotivlərdə, motor-vaqonlu dəmir yolu və xüsusi hərəkət tərkiblərində, həmçinin parovoz tenderlərinin və buksu diyircək yataqlı vaqonların təkərlərinin diyirlənmə səthində 1 millimetrdən çox, sürüşkən yataqlı tenderlərdə isə 2 millimetrdən çox sürüngəc (oyuq) olduqda.
13.6. Vaqonda, motor-vaqonlu dəmiryol hərəkət tərkibinin motorlu vaqonundan başqa və ya buksu diyircək yataqlı tenderlərdə hərəkət zamanı dərinliyi 1 millimetrdən çox, lakin 2 millimetrdən az sürüngəc aşkar edildikdə, belə vaqonu (tenderi) qatardan (saatda 100 kilometrdən cox olmayan sürətlə hərəkət edən sərnişin qatarından və saatda 70 kilometrdən çox olmayan sürətlə hərəkət edən yük qatarından) açmadan yaxınlıqdakı təkər cütünü dəyişmə vasitələri olan texniki xidmət məntəqəsinə qədər aparmağa yol verilir.
13.7. Vaqonlarda, motor-vaqonlu dəmiryol hərəkət tərkibinin motorlu vaqonundan başqa, sürüngəcin 2 millimetrdən 6 millimetrədək, lokomotivlərdə və motor-vaqonlu dəmiryol hərəkət tərkibinin motorlu vaqonunda, həmçinin özügedən xüsusi hərəkət tərkibində sürüngəcin dərinliyi 1 millimetrdən 2 millimetrədək olduqda, təkər cütünün dəyişdirilməli olduğu yaxın dəmiryol stansiyasına qədər qatarın saatda 15 kilometr sürətlə, sürüngəcin dərinliyinin müvafiq olaraq 6 millimetrdən 12 millimetrədək, 2 millimetrdən 4 millimetrədək olduqda isə saatda 10 kilometr sürətlə hərəkət etməsinə yol verilir və orada təkər cütü dəyişdirilməlidir. Sürüngəcin dərinliyi vaqonda və tenderdə 12 millimetrdən çox, lokomotivdə və motor-vaqonlu dəmiryol hərəkət tərkibinin motor vaqonunda isə 4 millimetrdən çox olduqda, təkər cütünün asılması ilə və ya diyirlənməsinin qarşısını almaqla saatda 10 kilometr sürətlə hərəkət etməsinə yol verilir. Belə hallarda lokomotiv, özügedən xüsusi hərəkət tərkibi qatardan açılmalı, zədələnmiş təkər cütünün tormoz silindrləri, dartı elektrik mühərriki (elektrik mühərrikləri qrupu) və ox reduktoru ayrılmalıdır (açılmalıdır).
14. Tormoz avadanlıqları və avtoqoşucu qurğular
14.1. Dəmiryol hərəkət tərkibi avtomatik tormozlarla təchiz edilir. Sərnişin vaqonları və lokomotivləri, motor-vaqonlu dəmiryol hərəkət tərkibinin vaqonları isə həmçinin elektropnevmatik tormozlarla təchiz edilir. Ümumu istifadəli dəmir yoluna çıxmayan və ona çıxış icazəsi olmayan dəmiryol hərəkət tərkibinin avtomatik tormoz avadanlıqları ilə təchizatına dair tələblər onların sahibi tərəfindən müəyyən edilir.
14.2. Dəmiryol hərəkət tərkibinin avtomatik və elektropnevmatik tormozları, müxtəlif istismar şəraitlərində idarəolunmaya və etibarlı iş fəaliyyətinə malik olmalı, səlis tormozlamanı, avtomatik tormozlama isə həmçinin qatarın aralanması, yaxud tormoz magistralının qırılması və stop-kranın (təcili tormozlanma kranının) açılması zamanı qatarın dayandırılmasını təmin etməlidir.
14.3. Dəmiryol hərəkət tərkiblərinin avtomatik və elektropnevmatik tormozları təcili tormozlama zamanı təsdiqlənmiş tormoz yolundan artıq olmayan məsafədə qatarın dayanmasına xidmət edən tormoz sıxımını təmin etməlidir.
14.4. Avtomatik tormozlar vaqonların yüklənməsindən, qatarın uzunluğundan və dəmir yolunun profilindən asılı olaraq müxtəlif tormozlama rejiminin tətbiqinin mümkünlüyünü təmin etməlidir.
14.5. Stop-kranlar sərnişin vaqonlarının və motor-vaqonlu dəmiryol hərəkət tərkiblərinin tamburlarında, vaqonların daxilində qoyulur və plomblanır.
14.6. Xüsusi və özügedən xüsusi hərəkət tərkibində təcili tormozlama üçün tələb olunan hallarda, stop-kranlar və ya başqa qurğular quraşdırılır.
14.7. Lokomotivlər, sərnişin vaqonları, motor-vaqonlu dəmiryol hərəkət tərkibi və özügedən xüsusi hərəkət tərkibi əl tormozları ilə təchiz edilir. Bəzi yük vaqonlarında stop-kran və əl tormozu ilə təchiz edilən keçid meydançası olmalıdır.
14.8. Dəmiryol hərəkət tərkibinin əl tormozları müəyyən edilmiş hesablanmış tormoz sıxımını təmin etməlidir.
14.9. Ayrılma və ya qırılma nəticəsində qabaritdən çıxmasına və ya dəmir yoluna düşməsinə səbəb ola bilən tormoz ötürmə linglərinin (qollarının) bütün hissələrində qoruyucu qurğular olmalıdır.
14.10. Dəmiryol hərəkət tərkibi avtoqoşucu (avtomatik qoşucu) ilə təchiz edilir.
14.11. Avtoqoşucu oxunun rels başlığının üst səviyyəsindən
hündürlüyü aşağıdakı həddə olmalıdır:
14.11.1. lokomotivlərdə, sərnişin və boş yük vaqonlarında - 1080 millimetrdən çox olmayaraq;
14.11.2. lokomotivlərdə və adamlarla tutulu sərnişin vaqonlarında - 980 millimetrdən az olmayaraq;
14.11.3. yük vaqonlarında (yüklü halda) - 950 millimetrdən az olmayaraq;
14.11.4. xüsusi hərəkət tərkiblərində:
14.11.5. boş halda - 1080 millimetrdən çox olmayaraq;
14.11.6. yüklü halda - 980 millimetrdən az olmayaraq.
14.12. Təmirdən buraxılan dəmiryol hərəkət tərkibi üçün avtoqoşucu oxunun rels başlığının üst səviyyəsindən hündürlüyü texniki cəhətdən uyğun olmalıdır.
14.13. Avtoqoşucuların uzununa oxları arasındakı hündürlük fərqinin aşağıdakı həddən çox olmasına yol verilmir:
14.13.1. yük qatarında - 100 millimetr;
14.13.2. yük qatarında lokomotiv ilə birinci yüklü vaqon arasında - 110 millimetr;
14.13.3. hərəkət sürəti saatda 120 kilometrədək olan sərnişin qatarında - 70 millimetr;
14.13.4. hərəkət sürəti saatda 121-140 kilometrədək olan sərnişin qatarında - 50 millimetr;
14.13.5. sərnişin qatarında lokomotiv ilə birinci vaqon arasında - 100 millimetr;
14.13.6. lokomotiv ilə xüsusi hərəkət tərkibi arasında - 100 millimetr.
14.14. Sərnişin vaqonlarının avtoqoşucuları şaquli yerdəyişmə məhdudlaşdırıcılarına malik olmalıdır.
14.15. Texnologiyaya əsasən birgə qoşulu vəziyyətdə işləyən xüsusi hərəkət tərkiblərinin avtoqoşucuları şaquli yerdəyişmə məhdudlaşdırıcısına malik olmalıdır.
14.16. Avtoqoşucu qurğularının texniki vəziyyətinə və qatarın tərkibində vaqonların düzgün qoşulmasına qatarı göndərməzdən əvvəl onun tərkibinə texniki xidmət edən vaqon baxıcısı cavabdehdir.
14.17. Vaqon baxıcıları olmayan dəmiryol stansiyalarında vaqonları qatara qoşarkən, həmçinin manevr işləri aparılan zaman vaqonların düzgün qoşulmasına, manevr işlərində iştirak edən bütün şəxslərin fəaliyyətinə bilavasitə rəhbərlik edən işçi (manevr rəhbəri) cavabdehdir. Onun göstərişi olmadan manevrlər aparan lokomotivin, özügedən xüsusi hərəkət tərkibi maşinistinə lokomotivi, özügedən xüsusi hərəkət tərkibini hərəkətə gətirməsinə yol verilmir. 14.18. Lokomotivin və ya lokomotiv kimi istifadə edilən özügedən xüsusi hərəkət tərkibinin uyğun olaraq qatarın birinci vaqonuna və ya başqa xüsusi hərəkət tərkibinə düzgün qoşulmasına lokomotivin və ya lokomotiv kimi istifadə edilən özügedən xüsusi hərəkət tərkibinin maşinisti cavabdehdir. Qatar lokomotivinin tərkibdən açılması və tərkibə qoşulması (o cümlədən tormoz xortumunun ayrılması, birləşdirilməsi və asılması, sonluq kranlarının açılıb - bağlanılması) lokomotiv briqadasının işçiləri tərəfindən yerinə yetirilməlidir.
14.19. Elektrik qızdırıcıları ilə təchiz edilmiş sərnişin qatarlarından lokomotivlərin açılması, yalnız qatar elektrik mexaniki tərəfindən yüksəkgərginlikli vaqonlararası elektrik birləşdiriciləri ayrıldıqdan sonra lokomotiv briqadası, lokomotiv tək maşinistlə idarə edildikdə isə vaqon baxıcıları tərəfindən yerinə yetirilir. Qızdırıcının elektrik dövrəsindən ayrılması lokomotivin cərəyan qəbuledicisinin aşağı salınmış halında yerinə yetirilir.
14.20. Lokomotivə tək maşinistlə xidmət edilən zaman sərnişin və yük qatarlarına, qatar lokomotivinin dəmiryol hərəkət tərkibinə qoşulması və tərkibdən açılması üzrə əməliyyatların yerinə yetirilməsi vaqon baxıcılarına, vaqon baxıcıları nəzərdə tutulmayan dəmiryol stansiyalarında və mənzillərdə sərnişin qatarının rəisinə (briqadirmexanikə), yük qatarında isə lokomotivin maşinistinə həvalə edilir.
15. Hərəkət tərkibinin və özügedən xüsusi hərəkət tərkibinin texniki xidməti və təmiri
15.1. Dəmiryol nəqliyyatının istismarına və hərəkətə təhlükə yaradan, nasazlıqları olan dəmiryol hərəkət tərkiblərinin istismara buraxılmasına və qatarlarda hərəkətinə, həmçinin relslərdən çıxan yük vaqonlarının onlara baxış keçirilib hərəkət üçün yararlılığı qəbul olunana qədər, daşınan yüklərin salamatlığını təmin etməyən yük vaqonlarının, yerləri dəyişdirilən nasaz vaqonlardan və yolda cari təmirə açılaraq yaxınlıqdakı vaqon təmiri müəssisəsinə və yaxud cari təmir məntəqəsinə hərəkətin təhlükəsizliyinə zəmanət verməklə göndərilən yük vaqonlarından başqa, qatarlara qoşulmasına yol verilmir. Belə vaqonların yerdəyişməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Təyin edilmiş xidmət müddəti başa çatmış lokomotivlərin qatarlara qoşmasına yol verilmir.
15.2. Aşağıdakılar istisna olunmaqla 2016-cı il 1 yanvar tarixin-
dən sonra xidmət müddətləri, o cümlədən modernləşdirilərək xidmət müddətləri uzadılmış yüklü yük vaqonlarının ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunda bütün istiqamətlərə hərəkət edən qatarlara qoşulması qadağandır:
15.2.1. dəmir yollarının tikili və qurğularının təmiri, xidməti, saxlanma işlərinin aparılması üçün nəzərdə tutulan və təsərrüfat qatarlarına qoşulan xüsusi dəmiryol hərəkət tərkibinin;
15.2.2. aşağıdakıları daşımaq üçün sistern-vaqonların:
1. patokanı (tam şəkərləndirilmiş nişastadan ibarət mürəkkəb maddə);
2. sarı fosforu;
3. şərab materiallarını;
4. heptili;
5. amili;
6. sirkə turşusunu;
7. zəhərli kimyəvi maddələri;
8. alkilbenzolsulfat turşularını;
9. melanjanı;
10. südü;
11. polivinilxloridi;
12. kaprolaktamı;
13. superfosfor turşusunu;
14. sulfanolu;
15. refrijerator vaqonlarını;
16. termos vaqonlarını;
17. buz vaqonlarını;
18. dizel elektrik stansiyası vaqonlarını;
19. transportyor vaqonlarını;
20. tırtıllı və təkərli texnikanın daşınması üçün platforma vaqonlarını.
15.3. Elektropnevmatik tormozunda, istilik, elektrik avadanlıqları, ventilyasiya sistemlərində nasazlıqları olan və sərnişinlərin həyat və sağlamlığı üçün təhlükəsiz gediş şərtlərini pozan digər nasazlıqları olan, həmçinin sərnişin qatarı rəisinin (briqadirmexanikin) lokomotivin maşinisti ilə radiorabitəsi nasaz olan radiokupeli (qərargah) sərnişin vaqonlarını qatarlara qoşmaq qadağandır. "ЦМВ" (tsmv) tipli arabacıqlarla olan sərnişin vaqonları, "КВЗ-И2" (kvz-i2) tipli arabacıqlarla olan xüsusi vaqonlar sərnişin qatarlarının tərkibində saatda 120 kilometrdən çox olmayan sürətlə hərəkət edə bilər.
15.4. Elektrik qızdırıcılı sərnişin qatarlarına qoşulan sərnişin vaqonları elektrik qızdırıcılarını avtomatik idarəetmə sistemi, qatara verilən lokomotivlər (elektrovozlar) isə vaqonların qızdırılmasına sərf olunan elektrik enerjisinin uçotu ilə yüksəkvoltlu qızdırıcı üçün güc seçmə qurğusu ilə təchiz edilir.
15.5. Qeyri-ümumi istifadəli dəmir yolunun sahibinə (dəmiryol hərəkət tərkibinin sahibinə) məxsus lokomotivlər, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkibləri ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmir yollarında qatarların tərkibində hərəkət zamanı bu Qaydaların tələblərinə uyğun olmalı və onların texniki vəziyyətinin saz olmasını təsdiq edən yoxlamadan keçməlidir.
15.6. Dəmiryol hərəkət tərkibinin texniki cəhətdən saz vəziyyətində olmasını təsdiq edən texniki xidmətə və təmirə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
15.7. Xidmət müddəti başa çatmış qovşaq və detalların dəmiryol hərəkət tərkiblərinə quraşdırılması qadağandır.
15.8. Dəmiryol hərəkət tərkibinin və onun tərkib hissələrinin təmirinə və texniki xidmətinə dair tələblər konstruktor sənədləri ilə müəyyən olunur.
15.9. İnfrastrukturda hərəkət edən dəmiryol hərəkət tərkibinin və onun tərkib hissələrinin cari təmiri və texniki xidmət sisteminin təşkili, həmçinin təmirlərarası yürüş normalarına riayət edilməsinə nəzarət infrastruktur sahibi tərəfindən təmin olunur.
15.10. Dəmiryol hərəkət tərkibinin təmirinə, texniki xidmətin yerinə yetirilməsinin keyfiyyətinə və hərəkətinin təhlükəsizliyinə görə bilavasitə onu təmir edən və texniki xidmət göstərən dəmiryol nəqliyyatı işçiləri, həmçinin dəmiryol hərəkət tərkibi sahibinin səlahiyyətli işçiləri cavabdehlik daşıyırlar.
15.11. Lokomotivlərin, motor-vaqonlu və özügedən xüsusi dəmiryol hərəkət tərkiblərinin texniki vəziyyəti lokomotiv briqadaları və ya özügedən xüsusi hərəkət tərkibinin briqadaları tərəfindən texniki xidmət məntəqələrində, əsas depolarda, yol-maşın stansiyalarında və müasir diaqnostik vasitələrlə təchiz edilmiş müstəqil təmir depolarında kompleks və ixtisaslaşdırılmış briqadalar tərəfindən texniki xidmət zamanı sistematik yoxlanılmalı, həmçinin infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin və dəmiryol hərəkət tərkibi sahibinin səlahiyyətli şəxsləri tərəfindən dövri nəzarət olunmalıdır.
15.12. Texniki xidmət zamanı aşağıdakılar yoxlanılır:
15.12.1. avadanlıqların, qovşaqların və detalların vəziyyəti və yeyilmələri, onların müəyyən edilmiş ölçülərə uyğunluğu;
15.12.2. təhlükəsizlik və radiorabitə qurğularının, tormoz avadanlığı və avtoqoşucu qurğularının, nəzarət, ölçü və siqnal cihazlarının, elektrik dövrələrinin işinin sazlığı.
15.13. Lokomotivlərdə, motor-vaqonlu və özügedən xüsusi dəmiryol hərəkət tərkiblərində aşağıdakı nasazlıqlardan biri olduqda onların istismara buraxılması qadağandır:
15.13.1. səs siqnalının verilməsi üçün cihaz nasaz olduqda;
15.13.2. pnevmatik, elektropnevmatik, elektrik, əl tormozları və ya kompressor nasaz olduqda;
15.13.3. dartı elektrik mühərriklərindən biri nasaz və ya dövrədən ayrılmış olduqda;
15.13.4. hərəkətötürücü nasazlığı, habelə dizelin, dartı elektrik mühərrikinin və ya düzləndirici qurğunun soyutma ventilyatorunun nasazlığı halında;
15.13.5. ALS və ya təhlükəsizlik qurğuları nasaz olduqda;
15.13.6. sürətölçən və qeydetmə qurğusu nasaz olduqda;
15.13.7. qatar radiorabitə qurğuları nasaz olduqda;
15.13.8. stansiya radiorabitə qurğuları (manevr işlərinin aparılması üçün nəzərdə tutulan lokomotivlərdə) nasaz olduqda;
15.13.9. məlumatötürmə vasitəsi kimi radiokanaldan istifadə olunan hərəkəti idarəetmə və nəzarət sistemləri ilə təchiz edilən lokomotivlərdə, motor-vaqonlu və özügedən xüsusi dəmiryol hərəkət tərkiblərində radioelektron məlumatötürmə vasitələri nasaz olduqda;
15.13.10. motor-vaqonlu dəmiryol hərəkət tərkibində "sərnişinmaşinist" rabitəsinin nasazlığı halında;
15.13.11. avtomatik qoşucu qurğuları nasaz olduqda, o cümlədən açma qolunun zənciri qırıldıqda və ya deformasiyaya uğradığı halda;
15.13.12. qumvermə sistemi nasaz olduqda;
15.13.13. projektor, bufer fənəri, işıqlandırma, nəzarət və ya ölçü cihazı nasaz olduqda;
15.13.14. xamıtda, ressor asqısında və ya ressorun əsas təbəqəsində çat olduqda, ressor təbəqəsi sındıqda;
15.13.15. buksun gövdəsində çat olduqda;
15.13.16. buks və ya motor-ox yatağı nasaz olduqda;
15.13.17. detalların dəmir yoluna düşməsinin qarşısını almaq üçün konstruksiyada nəzərdə tutulan qoruyucu qurğu olmadıqda və ya nasaz olduqda;
15.13.18. dartı dişli ötürmənin dişlərinin birində çat və ya sınıq olduqda;
15.13.19. dişli ötürmənin örtüyündə sürtkü yağının axmasına səbəb olan nasazlıq olduqda;
15.13.20. yüksəkgərginlikli kameranın mühafizə bloklaması nasaz olduqda;
15.13.21. cərəyanqəbuledici nasaz olduqda;
15.13.22. elektrik enerjisinin uçotunu aparan vasitələr nasaz olduqda;
15.13.23. motor-vaqonlu dəmiryol hərəkət tərkibində avtomatik yanğın siqnalizasiyası və ya yanğınsöndürmə vasitələri nasaz olduqda;
15.13.24. qısaqapanma cərəyanından, artıq yüklənmədən və artıq gərginlikdən mühafizə və dizelin qəza dayandırma qurğuları nasaz olduqda;
15.13.25. dizeldə taqqıltı və kənar səs yarandıqda;
15.13.26. qidalandırıcı cihazın, qoruyucu klapanın, sugöstərici cihazın nasazlığı, parovozun qazanında od qutusunun nəzarət tıxacından sızma olduqda;
15.13.27. elektrik avadanlığının qoruyucu örtükləri olmadıqda;
15.13.28. hidrodempferlər və akkumulyator batareyası nasaz olduqda;
15.13.29. motor-vaqonlu dəmiryol hərəkət tərkibində giriş qapılarının bağlanmasına nəzarət və ya bağlama qurğuları nasaz olduqda;
15.13.30. özügedən xüsusi hərəkət tərkibinin işçi orqanlarının konstruksiyasında nəzərdə tutulmuş nəqliyyat vəziyyətinə gətirən pərçimləmə və qoruyucu qurğuları nasaz olduqda;
15.13.31. hərəkət vahidinin hər hansı tərəfində avtomatik identifikasiya sisteminin kodlaşdırma datçiki nasaz olduqda;
15.13.32. motor-vaqonlu dəmiryol hərəkət tərkibində avtomatik idarəetmə sistemi nasaz olduqda;
15.13.33. yük qatarlarının uzunluğu və kütləsi artırılmış qatarların avtomatlaşdırılmış idarəetmə sistemi nasaz olduqda;
15.13.34. hərəkət tərkibinin iş parametrlərinin qeydə alınması və təhlili sistemi nasaz olduqda (belə sistem olduqda);
15.13.35. coğrafi mövqeyi təyinetmə sistemi nasaz olduqda;
15.13.36. dizel yanacağı sərfiyyatının uçotu sistemi nasaz olduqda;
15.13.37. qatarın cədvəli və hərəkət sürətinin enerji optimallığı barədə maşinisti məlumatlandırma sistemi nasaz olduqda.
15.14. Lokomotivlər, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkibləri il boyu istismar edildikdə ildə iki dəfə komisyon baxışdan keçirilir.
15.15. Lokomotivlərdə, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkiblərində quraşdırılmış təhlükəsizlik qurğuları, o cümlədən manevr ALS, qatar, stansiya radiorabitəsi və radioelektron məlumatötürmə vasitələri, avtoidarəetmə sistemlərinin, iş parametrlərinin və dizel yanacağı və elektrik enerjisi sərfiyyatının uçotunun qeydə alınması sistemlərinin, birləşdirilmiş yük qatarlarının, kütləsi və uzunluğu artırılmış qatarların avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurğuları nəzarət məntəqələrində işlək vəziyyəti yoxlanılmaqla və tənzimlənməklə dövri baxışdan keçirilir.
15.16. Nəzarət məntəqələri əsas depolarda, xüsusi hərəkət tərkibləri depolarında və lokomotivlərin, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkiblərinin texniki xidmət və dövriyyə məntəqələrində olmalıdır.
15.17. Təhlükəsizlik və qatar radiorabitəsi qurğularına baxışın keçirilməsinə dair tələblər infrastruktur sahibi, yaxud qeyri-ümumi istifadəli dəmir yolunun sahibi, dəmiryol hərəkət tərkiblərinin sahibi tərəfindən müəyyən edilir.
15.18. Lokomotivlərdə, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkiblərində quraşdırılmış manometrlər və qoruyucu klapanlar plomblanmalı, parovozların qazanlarının nəzarət tıxaclarında isə damğa olmalıdır. Elektrovozlarda, motor-vaqonlu dəmiryol hərəkət tərkiblərində və teplovozlarda, həmçinin elektrik enerjisini və yanacaq sərfiyyatını qeydə alan cihaz və aparatlar plomblanmalıdır.
15.19. Lokomotivlərdə və motor-vaqonlu hərəkət tərkiblərində elektrik mühafizə qurğuları, yanğınsöndürmə vasitələri, yanğın siqnalizasiyası və avtomatika, lokomotivlərdə, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkiblərində manometrlər, qoruyucu klapanlar, hava çənləri və parovozlarda buxar qazanları dövri müayinədən və sınaqdan keçirilir.
15.20. Lokomotiv briqadalarının heyəti tərəfindən lokomotivlərə və motor-vaqonlu qatarlara, o cümlədən lokomotivlərə tək maşinistlə xidmət edilməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir, yerli şəraitdən asılı olaraq özügedən xüsusi hərəkət tərkibi briqadasının heyəti, özügedən xüsusi hərəkət tərkibinin növündən və təyinatından, onun idarə edilməsi və nəqliyyat rejimində xidməti işçilərinin ayrılması şərtilə müəyyən edilir.
15.21. Özügedən xüsusi hərəkət tərkibini idarə etmək üçün briqada - maşinist və maşinist köməkçisi və ya drezin sürücüsü və sürücü köməkçisi təyin edilir. Özügedən xüsusi hərəkət tərkibinin briqadası, onun tipindən və təyinatından asılı olaraq, həmin özügedən xüsusi hərəkət tərkibinin idarə edilməsi və nəqliyyat rejimində xidmət göstərilməsi üçün işçilərin ayrılması şərtilə təyin edilir.
15.22. Elektrik və teplovoz dartısı zamanı bir lokomotiv briqadası tərəfindən bir neçə lokomotivə və ya daimi birləşmiş seksiyalara bir kabinədən xidmət edilə bilər.
15.23. Təhlükəsizlik qurğuları ilə təchizatından asılı olaraq aşağıdakı lokomotivlərə tək maşinistlə xidmət edilməsinə yol verilir:
15.23.1. daşıma, ötürmə, dispetçer və təsərrüfat, itələmə və manevr işlərinə cəlb olunan lokomotivlərə;
15.23.2. sərnişin qatarlarının lokomotivlərinə;
15.23.3. sürəkli enişləri və yoxuşları olmayan, azintensivli xətlərdə (sahələrdə) yük qatarı lokomotivlərinə.
15.24. Ümumi istifadəli dəmir yollarının ayrı-ayrı sahələrində infrastruktur sahibinin müəyyən etdiyi siyahı əsasında bu Qaydaların 12-ci hissəsinə uyğun olaraq motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkibləri təhlükəsizlik qurğuları ilə təchiz edildiyi halda tək maşinistlə idarə edilməsinə yol verilir. Onlara xidmət edilməsi infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun peşə seçimindən keçən, o cümlədən psixofizioloji keyfiyyətləri və peşə yararlılığı təsdiq edilmiş maşinist tərəfindən həyata keçirilir.
15.25. İnfrastruktur sahibi bu Qaydaların 18.108-18.122-ci, 19.1-19.8-ci, 19.12-19.16-cı, 19.68-19.74-cü, 19.141-19.145-ci, 19.152-19.153-cü, 19.164-19.167-ci bəndlərində nəzərdə tutulmuş müddəaların icrasına, həmçinin "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı"na əsasən qatarların çəpərlənməsinə, həmçinin lokomotiv briqadasının və özügedən xüsusi hərəkət tərkibi briqadasının vəzifə təlimatına uyğun olaraq qatarların tək maşinistlə idarə edilməsi zamanı, sərnişinlərin həyat və sağlamlığı üçün təhlükəsiz gediş şəraitinin təmin edilməsinə dair tələbləri müəyyən edir və qatarların hərəkətinin təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
15.26. Tələb olunan hallarda qeyri-ümumi istifadəli dəmir yolunun sahibi özügedən xüsusi hərəkət tərkiblərinin tək maşinistlə idarə edilməsini, qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə ümumi istifadəli dəmir yolları üçün müəyyən edilmiş tələblərə uyğun tətbiq edə bilər.
15.27. Lokomotivlərin, motor-vaqonlu və özügedən xüsusi hərəkət tərkiblərinin depo və müəssisə dəmir yollarında onlara xidmət göstərilməsinə və dayanmasına dair tələbləri bilən işçilərin nəzarəti olmadan, digər stansiya dəmir yollarında isə maşinist və ya onun köməkçisi olmadan işlək vəziyyətdə qoyulması qadağandır.
15.28. Bərk yanacaqla işləyən hər bir parovozda qığılcımtutucu və ya qığılcımsöndürücü cihazlar texniki cəhətdən saz vəziyyətdə olmalıdır.
15.29. Vaqonların texniki xidməti və təmiri diaqnostik vasitələrlə təchiz olunmuş texniki xidmət məntəqələrində, vaqon depolarında və zavodlarda yerinə yetirilir.
15.30. Texniki xidmət zamanı aşağıdakılar yoxlanılır:
15.30.1. qovşaqların və detalların vəziyyəti və yeyilməsi, onların müəyyən edilmiş ölçülərə uyğunluğu;
15.30.2. tormoz avadanlığının, bufer və avtoqoşucu qurğuların, siqnalizasiya vasitələrinin və rabitə qurğularının, generator ötürücüsünün saz işləməsi və ötürücünün generatorun tipinə uyğunluğu, vaqonaltı avadanlıqların bərkidilməsi, avtomatik qoşucunun açma qolunun zəncirinin sazlığına, həmçinin avtomatik tormozların buraxılmasına xüsusi diqqət yetirilməlidir;
15.30.3. hərəkətli hissələrin (arabacıqların) vəziyyəti və texniki cəhətdən sazlığı;
15.30.4. daşınan yüklərin saxlanmasına zəmanət verən sisternlərin kuzovu və çənlərinin sazlığı;
15.30.5. keçid meydançalarının və dam tutacağının, xüsusi ayaqaltıların və tutacaqların sazlığı;
15.30.6. dəmiryol hərəkət tərkibinin detal və avadanlıqlarının dəmir yolunun üzərinə düşməsindən qoruyan qurğuların olması və sazlığı.
15.31. Hərəkətli hissələr yoxlanılan zaman o cümlədən, arabacığın hər iki tərəfindən sürüşkənlər arasında yekun aralıq yoxlanılır, bütün tip dördoxlu yük vaqonlarında aralıq 20 millimetrdən çox, 4 millimetrdən az, sisternlərdə, taxıl, sement, mineral gübrə, okatış daşınması üçün istifadə olunan hopper-dozatorlarda və "ЦНИИ-ДВЗ" tipli hopper-dozatorlarda 14 millimetrdən çox, 4 millimetrdən az, kömür, aqlomerat, apatit daşıyan hopperlərdə və "ЦНИИ-2" (tsnii-2), "ЦНИИ-3" (tsnii-3) hopper-dozatorlarda, "ВС-50" (bs-50) tipli dumpkarlarda 12 millimetrdən çox və 6 millimetrdən az,
"ВС-80" (bs-80), "BC-82" (bs-82), "BC-85" (bs-85) tipli dumpkarlarda 20 millimetrdən çox və 12 millimetrdən az, modeli 33-692, 33-693 olan dumpkarlarda isə 6 millimetrdən çox, 3 millimetrdən az olmamalıdır. Arabacıqların bir tərəfində sürüşkənlər arasında aralığın olmamasına yol verilir. Arabacığında aralığı olmayan vaqonlardan başqa, vaqonun diaqonalı üzrə sürüşkənlər arasında aralığın olmamasına yol verilmir.
15.32. Səkkizoxlu sistern vaqonunun bir başında hər iki tərəfdən birləşdirici və ox mili tirinin sürüşkənləri arasındakı yekun aralıq 4 millimetrdən 15 millimetrədək, ikioxlu arabacığın hər iki tərəfində birləşdirici və ressorüstü tirlərin arasında isə 4 millimetrdən 20 millimetrədək olmalıdır.
15.33. Sisternin bir tərəfində bir dördoxlu arabacığın istənilən iki sürüşkəni arasında, diaqonal üzrə birləşdirici və ox mili tirlərinin sürüşkənləri arasında, dördoxlu arabacıqların diaqonalı üzrə ressorüstü və birləşdirici tirlərin sürüşkənləri arasında aralığın olmamasına yol verilmir.
15.34. Nasaz və texniki xidmətə təqdim edilməyən vaqonların yüklərin yüklənməsi və insanların daşınması üçün verilməsi qadağandır. Yük əməliyyatına verilməzdən əvvəl xüsusi jurnalda vaqonların yararlılığının təsdiqi barədə qeydlər aparılır.
15.35. Texniki xidmət məntəqələri olmayan dəmiryol stansiyalarına yüklənməyə verilən boş vaqonlar, həmçinin belə dəmiryol stansiyalarında ikiqat əməliyyatlar üçün istifadəsi nəzərdə tutulan yüklü vaqonlar, yükləmə dəmiryol stansiyasınadək olan yaxın texniki xidmət məntəqəsində yoxlanılır və təmir edilir.
15.36. Vaqonların və qatarların texniki xidmətə təqdim edilməsi və onların yararlılığı barədə bildirişlərin verilməsinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
15.37. Çeşidləmə və tərtibat dəmiryol stansiyalarında, yolda hərəkət zamanı qatarların hərəkət qrafikində nəzərdə tutulmuş dəmiryol stansiyalarında qatarın hər bir vaqonu texniki xidmətdən keçir, nasazlıq aşkar edildikdə isə təmir edilir. Belə dəmiryol stansiyalarında vaqonların qatardan açılmadan təmiri təşkil edilir.
15.38. Texniki xidmət məntəqəsi olmayan dəmiryol stansiyalarında hər bir vaqon qatara qoşulmazdan əvvəl yaxınlıqdakı texniki xidmət məntəqəsi olan dəmiryol stansiyasına qədər hərəkət etməsi üçün baxışdan keçirilməli və hazırlanmalıdır.
15.39. Qatarların texniki xidmətə təqdim edilməsi və onların hazırlığı barədə bildirişin verilməsinə, həmçinin texniki xidmət məntəqəsi olmayan dəmiryol stansiyalarında vaqonları qatara qoşmazdan əvvəl onlara baxışa və təmirinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunur.
15.40. Yük və sərnişin vaqonlarına texniki xidmət məntəqələrinin işçiləri zəmanət sahəsi hüdudlarında qatarın tərkibində vaqonların saz vəziyyətdə hərəkətini təmin edən texnoloji prosesə və qatarların hərəkət qrafikinə uyğun olaraq vaqonlara vaxtında texniki xidmət göstərməli və təmir etməlidirlər.
15.41. İnfrastrukturda yük qatarları üçün zəmanət sahələri lokomotiv dövriyyə sahələrinin uzunluqları, avtomatik tormozların tam sınağı, vaqonlara keyfiyyətli texniki xidmətin və kommersiya baxışının keçirilmə vacibliyi nəzərə alınmaqla, infrastruktur sahibi tərəfindən müəyyən edilir.
15.42. Sərnişin qatarları üçün zəmanət sahəsi qatarın tərtibat məntəqəsindən dövriyyə məntəqəsinə və geriyə, qatarın sonuncu çeşidləmə (təyinat) məntəqəsinə qədər hərəkət marşrutu hesab olunur. Sərnişin qatarlarının hərəkət marşrutunda texniki xidmət məntəqələri infrastruktur sahibi tərəfindən müəyyən edilir.
15.43. Vaqonların daxili, soyuducu, radio və elektrik avadanlıqlarının işlək vəziyyətinə, yanğın təhlükəsizliyinin təmin edilməsinə tərkibin tərtibat məntəqəsindən dövriyyə məntəqəsinə və geriyə qədər onların sahibləri cavabdehlik daşıyırlar.
16. Dəmiryol nəqliyyatında qatarların hərəkətinin təşkili
16.1. İnfrastruktur üzrə qatarların hərəkətinin təşkilinin əsası infrastrukturun bütün bölmələrinin fəaliyyətini birləşdirən, infrastruktur sahiblərinin bölmələrinin verilən istismar işinin həcmini əks etdirən qatarların hərəkətinin yekun qrafiki sayılır.
16.2. Qatarların hərəkətinin təşkilinin yekun qrafiki daşıyıcıların təklifləri əsasında proqram təminatı vasitəsilə hazırlanır və infrastruktur sahibi tərəfindən təsdiq edilir.
16.3. İnfrastruktur daxilində qatarların hərəkətinin təşkili infrastruktur sahibi tərəfindən təsdiq və tətbiq edilən qatarların hərəkət qrafikinə əsasən həyata keçirilir.
16.4. Qatarların qrafik üzrə hərəkəti dəmiryol stansiyalarının, depoların, dartı yarımstansiyalarının, texniki xidmət məntəqələrinin və qatarların hərəkəti ilə əlaqəli digər dəmiryol nəqliyyatı bölmələrinin texnoloji iş prosesinin düzgün təşkili və yerinə yetirilməsi, həmçinin qonşu dövlətlərin dəmiryol administrasiyaları ilə koordinasiyanın təşkil edilməsi yolu ilə təmin edilir.
16.5. Qatarların hərəkətinin təşkilinin yekun qrafikinin pozulmasına yol verilmir. İstisna hallarda, yaxud texniki qurğuların sıradan çıxması və ya təbii fəlakət nəticəsində qatarların hərəkətinin yekun qrafikinin pozulması baş verdikdə, bütün təsərrüfatların işçiləri gecikən sərnişin və yük qatarlarının qrafik üzrə hərəkətinin bərpası üçün operativ tədbirlər görməli və onların hərəkətinin təhlükəsizliyini təmin etməlidirlər.
16.6. Qeyri-ümumi istifadəli dəmir yollarında qeyri-ümumi istifadəli dəmir yolunun sahibi qatarların əlaqəli hərəkət qrafikini təsdiq edir.
16.7. Qatarların hərəkətinin təşkilinin yekun qrafiki:
16.7.1. sərnişin və yük daşıyıcılarının daşınmaya dair sifarişləri nəzərə almaqla tələbatının ödənilməsini;
16.7.2. qatarların hərəkətinin təhlükəsizliyini;
16.7.3. qatarların elektrik enerjisi və yanacaq sərfinin səmərəli sərfiyyatını;
16.7.4. dəmiryol stansiyalarının işinin, sahələrin buraxma və daşıma qabiliyyətinin səmərəli istifadəsini;
16.7.5. yükləmə-boşaltma vasitələrindən və dəmiryol hərəkət tərkiblərindən səmərəli istifadə edilməsini;
16.7.6. lokomotiv briqadalarının təyin edilmiş fasiləsiz iş rejiminə riayət edilməsini;
16.7.7. yolların, tikililərin, siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə və elektrik təchizatı qurğularının cari saxlanması və təmiri üzrə işlərin yerinə yetirilməsinin mümkünlüyünü;
16.7.8. yüklərin vaxtında daşınması üzrə texnoloji prosesin yerinə yetirilməsini;
16.7.9. ümumi istifadəli və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının iş uyğunluğunu təmin etməlidir.
16.8. Ümumi istifadəli dəmiryol nəqliyyatında bütün kateqoriyalı qatarların təyin və ləğv edilməsinə dair tələblər yekun hərəkət qrafikinə uyğun olaraq, infrastruktur sahibi tərəfindən müəyyən edilir.
16.9. Hər bir qatara, qatarların hərəkət qrafiki ilə müəyyən edilmiş nömrə verilir. Bir istiqamətdə hərəkət edən qatarlara cüt, əks istiqamətdə hərəkət edən qatarlara isə tək nömrələr verilir.
16.10. Dəmiryol stansiyasından tərtib edilən (yola salınan) hər bir yük və sərnişin qatarına nömrədən başqa, çeşidləmə (təyinat) dəmiryol stansiyasına qədər dəyişilməyən indeks verilir.
16.11. Sərnişin qatarları hərəkət məsafəsinə görə aşağıdakı növlərə bölünür:
16.11.1. uzaq - 700 kilometrdən uzaq məsafəyə hərəkət edən;
16.11.2. yerli - 700 kilometrədək məsafəyə hərəkət edən;
16.11.3. şəhərətrafı - 200 kilometrədək məsafəyə hərəkət edən.
16.12. Hərəkət qrafikində nəzərdə tutulmayan (yanğının söndürülməsi və normal hərəkətin bərpası üçün təyin edilən bərpa, yanğın, qartəmizləyən, vaqonlarsız lokomotivlər, özügedən xüsusi hərəkət tərkibi) qatarlara nömrələr onların təyini zamanı verilir. Belə qatarların nömrələri və hərəkətinə dair tələblər qatar dispetçeri tərəfindən müəyyən edilir.
16.13. Qatarların prioritetliyi (göndərilmə üstünlüyü) daşımaların növbəliliyindən asılı olaraq aşağıdakı ardıcıllıqla müəyyən edilir:
16.13.1. qatarların hərəkətinin bərpa edilməsinin və yanğının söndürülməsi üçün (yanğının söndürülməsi və normal hərəkətin bərpası üçün təyin edilən yanğın və bərpa qatarları, qartəmizləyənlər, vaqonlarsız lokomotivlər, özügedən xüsusi hərəkət tərkibi) həyata keçirilən növbədənkənar daşımalar;
16.13.2. hərbi daşımalar (hərbi qatarlar);
16.13.3. beynəlxalq istiqamətdə sərnişin daşımaları (yüksəksürətli, sürətli, sürət sərnişin qatarları);
16.13.4. ölkədaxili sərnişin daşımaları (yüksəksürətli, sürətli, sürət sərnişin qatarları, şəhərətrafı qatarlar);
16.13.5. xüsusi daşımalar (xüsusi qatarlar);
16.13.6. adam və yük-sərnişin daşımaları (adam və yük-sərnişin qatarları);
16.13.7. məkik yük daşımaları (məkik qatarlar);
16.13.8. yüklərin daşınması (birbaşa, sahə, yığma, daşıma, ötürmə) təsərrüfat qatarları və vaqonlarsız lokomotivlər).
16.14. Qatarların hərəkət qrafiki yerli vaxt qurşağı üzrə 24 saat hesabı ilə aparılır.
16.15. Xidməti otaqlarda, sərnişin vağzallarında saatlar quraşdırılmalıdır. Sərnişinlərə xidmət göstərən və qatarların hərəkəti ilə əlaqədar səlahiyyətli şəxslərin iş yerlərində yerləşən divar və çöl elektrik saatlarının quraşdırılması, saxlanması və təmiri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən həyata keçirilir.
16.16. Dəmiryol nəqliyyatının bütün sahə və bölmələrinin saatlarında vaxt göstəricisi eyni olmalıdır.
17. Ayırma məntəqələri
17.1. Qatarların hərəkəti onların ayırma məntəqələri ilə məhdudlaşdırılmaqla həyata keçirilir.
17.2. Dəmiryol stansiyaları, sovuşma və ötmə məntəqələri, yol postları, avtomatik bloklamanın keçid işıqforları, həmçinin sərbəst siqnalizasiya və rabitə vasitəsi kimi tətbiq edilən ALS blok-sahələrinin sərhədləri ayırma məntəqələri hesab edilir.
17.3. Ayırma məntəqələri olmayan qeyri-ümumi istifadəli dəmir yollarında hərəkətin təşkilinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir .
17.4. Dəmiryol stansiyasının sərhədləri aşağıdakılar hesab olunur:
17.4.1. biryollu sahələrdə - giriş işıqforları;
17.4.2. ikiyollu sahələrdə ayrılıqda hər bir baş dəmir yolu üzrə bir tərəfdən giriş işıqforu, digər tərəfdən isə sonuncu çıxış yoldəyişən qurğusundan 50 metrdən az olmayan məsafədə qoyulmuş "Stansiyanın sərhədi" siqnal nişanı.
17.5. İkitərəfli avtomatik bloklama ilə təchiz edilən, həmçinin qatarların düzgün olmayan dəmir yolu ilə qəbul edilməsi üçün giriş işıqforları qoyulan ikiyollu sahələrdə, dəmiryol stansiyasının sərhədi ayrılıqda hər bir baş dəmir yolu üzrə giriş işıqforları sayılır.
17.6. İnfrastruktur sahibinin və qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin iki yanaşı ayırma məntəqələrinin sərhədləri üst-üstə düşdükdə giriş işıqforu və ya giriş və ya manevr işıqforu ilə birlikdə quraşdırılmış "Stansiyanın sərhədi" siqnal nişanı onların sərhədidir.
17.7. Qeyri-ümumi istifadəli dəmir yolunun sərhədini infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi birlikdə müəyyən edirlər.
17.8. Hər bir bölmə məntəqəsinin, köməkçi postun və sərnişin dayanacağı məntəqəsinin adı və ya nömrəsi olmalıdır. Ad göstəricisi sərnişin binasının (post binasının) fasadında, qatarların hər iki tərəfdən yaxınlaşmasında, həmin yerlərdə mümkün olmadıqda isə sərnişin platformalarının sonunda yerləşdirilir.
17.9. Şəhərətrafı sərnişin qatarlarının intensiv hərəkətli sahələrdə yerləşən sərnişin dayanacaq məntəqələrində məntəqənin adı, bundan başqa sərnişin platforması boyu bir neçə yerdə göstərilir.
17.10. Dəmir yolları mənzillərdə baş stansiya (o cümlədən, dəmiryol stansiyalarında baş yollar) və xüsusi təyinatlı dəmir yollarına bölünür.
17.11. Digər müəssisə və təşkilatların istifadəsinə verilmiş dəmir yolları istisna olmaqla, stansiyanın ərazisi daxilində olan bütün dəmir yollarının istismarının idarə olunması dəmiryol stansiyasının rəisi tərəfindən həyata keçirilir.
17.12. Stansiya dəmir yollarının təyinatına uyğun istifadə olunmasına dair tələblər dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə müəyyən edilir.
17.13. Dəmiryol stansiyalarında hər bir dəmir yolunun, yoldəyişən qurğunun, yoldəyişmə postunun və stansiya mərkəzləşmə postunun, mənzillərdə isə hər bir baş dəmir yolunun nömrəsi olmalıdır.
17.14. Bir dəmiryol stansiyası hüdudlarında olan dəmir yollarına, yoldəyişən qurğulara və postlara eyni nömrələrin verilməsinə yol verilmir. Ayrı-ayrı parkları olan dəmiryol stansiyalarında bir parkın ərazisindəki dəmir yollarına eyni nömrələrin verilməsinə yol verilmir.
18. Stansiyanın texniki işinin təşkili
18.1. Dəmiryol stansiyasının texniki vasitələrindən istifadə olunması stansiyanın texniki sərəncam aktı ilə müəyyən edilir.
18.2. Dəmiryol stansiyasının texniki-sərəncam aktının tələbləri infrastruktur sahibinin, qeyri-ümumi istifadəli dəmir yolları və dəmiryol hərəkət tərkibi sahiblərinin aidiyyəti işçiləri üçün məcburidir.
18.3. Qeyri-ümumi istifadəli dəmir yolunun sahibində dəmiryol stansiyaları olmadıqda texniki-sərəncam aktının tərtib edilməməsinə yol verilir. Qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsi və hərəkətin təşkili üzrə texniki vasitələrdən istifadə olunmasına dair tələblər infrastruktur sahibi ilə razılaşdırmaqla qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilmiş təlimatla müəyyən edilir.
18.4. Dəmiryol stansiyasının texniki-sərəncam aktı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən dəmiryol stansiyalarının texniki -sərəncam aktlarının tərtib edilməsinə dair təlimata uyğun işlənilib hazırlanır və təsdiq edilir.
18.5. Texniki-sərəncam aktına dəmiryol stansiyasının sxematik və miqyaslı planları və yerli şəraitdən asılı olaraq müvafiq təlimatlar əlavə edilir.
18.6. Texniki-sərəncam aktının tərtib edilməsi və aparılması üçün infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən hazırlanmış avtomatlaşdırılmış sistemlərdən istifadə edilməsinə yol verilir.
18.7. Baş və qəbul-göndərmə dəmir yollarında yerləşən yoldəyişənlər, həmçinin mühafizə yoldəyişənləri normal vəziyyətdə olmalıdır.
18.8. Yoldəyişənlərin normal vəziyyəti aşağıdakılar hesab olunur:
18.8.1. biryollu xətlərdəki dəmiryol stansiyalarının baş dəmir yollarının girişində dəmiryol stansiyasının hər iki sonundan müxtəlif dəmir yolları istiqamətinə;
18.8.2. ikiyollu xətlərdəki dəmiryol stansiyalarının baş dəmir yollarının girişində müvafiq baş dəmir yolları istiqamətinə;
18.8.3. qoruyucu və tutucu dalanlara aparan yoldəyişənlər istisna olmaqla, dəmiryol stansiyalarının və mənzillərin baş dəmir yollarında olan bütün digər müvafiq baş dəmir yolları istiqamətinə;
18.8.4. qoruyucu və tutucu dalanlara aparan belə dalanlar istiqamətinə;
18.8.5. atıcı - atma istiqamətinə.
18.9. İntensivliyi az olan xətlərdə (sahələrdə) bir yoldəyişən post növbətçisi tərəfindən iki yoldəyişən posta xidmət edilən, həmçinin səlahiyyətli işçilər nəzərdə tutulmayan biryollu xətlərin dəmiryol stansiyalarının baş dəmir yollarında giriş yoldəyişənlərinin normal vəziyyəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilir.
18.10. Marşrutlarda olan yoldəyişənlərin və işıqforların siqnal göstəricilərinin vəziyyətinin asılılıq cədvəlində yoldəyişənlərin normal vəziyyəti "+" nişanı ilə göstərilir. Mərkəzləşdirilməmiş yoldəyişənləri olan dəmiryol stansiyaları üçün onların normal vəziyyəti dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə müəyyən edilir. Tələb olunan hallarda siqnal və marşrut asılılığına qoşulmayan, bərpa və yanğın qatarlarının dayanması üçün ayrılan, birinci sinif təhlükəli yüklü (partlayıcı materiallarla) vaqonları dəmiryol stansiyasının yollarına aparan mərkəzləşdirilməyən yoldəyişənlərin normal vəziyyəti dəmiryol stansiyasının rəisi tərəfindən müəyyən edilir.
18.11. Yoldəyişənlərin normal vəziyyəti yoldəyişənin özülündə və elektrik mərkəzləşdirilmiş yoldəyişəndə isə ötürücünün qapağında göstərilir. 18.12. Yoldəyişənlər digər vəziyyətə aşağıdakı hallarda çevrilə bilər:
18.12.1. qatarların qəbulu və göndərilməsi üçün marşrutlar hazırlandıqda;
18.12.2. manevr işində;
18.12.3. dəmir yolları dəmiryol hərəkət tərkibi ilə tutulu olduqda;
18.12.4. stansiyanın dəmir yollarında iş aparıldıqda və maneə yerinin çəpərlənməsinə ehtiyac olduqda;
18.12.5. yoldəyişənlərin təmizlənməsi, yoxlanılması və təmirində.
18.13. Elektrik mərkəzləşməsi olan dəmiryol stansiyalarında qoruyucu və tutucu dalanlara aparan, bu Qaydaların 10-cu hissəsinə uyğun avtomatik olaraq normal vəziyyətə avtomatik qaytarma qurğuları ilə təchiz edilmiş atıcı yoldəyişənlər istisna olmaqla, yoldəyişənlərin normal vəziyyətə qoyulması vacib deyildir. Avtomatik qaytarma qurğuları ilə təchiz edilməyən və ya onlar nasaz olduqda dəmiryol stansiyalarında stansiya növbətçisi, dispetçer mərkəzləşməsində isə qatar dispetçeri tərəfindən normal vəziyyətə qoyulur.
18.14. Əl ilə idarə olunan mərkəzləşdirilməyən mühafizə yoldəyişənləri, atıcı tiyələr və yoldəyişənlər normal vəziyyətdə nəzarət qıfılı ilə, atıcı başmaqlar isə asma qıfılla bağlanılmalıdır.
18.15. Mənzildə qoyulmuş yoldəyişən qurğu qonşu stansiyalardan birinə təhkim edilir və ya şaxələnmə yerində yoldəyişmə postu qoyulur. Belə yoldəyişən qurğuların mühafizəsi, işıqlandırılması, texniki xidməti, həmçinin yoldəyişənin açarının saxlanmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.16. Yoldəyişənləri və siqnalları idarə edən hər bir post, yoldəyişənlərin və siqnalların çevrilməsinə və hərəkətin təhlükəsizliyinə görə məsuliyyət daşıyan yalnız bir işçinin tabeliyində olmalıdır:
18.16.1. mərkəzləşdirilmiş stansiya postu - dəmiryol stansiya növbətçisinin tabeliyində;
18.16.2. icraçı mərkəzləşdirilmiş stansiya postu növbətçisinin, mərkəzləşdirilmiş stansiya postu operatorunun tabeliyində;
18.16.3. yoldəyişmə postu - yoldəyişmə postunun növbətçisinin tabeliyində;
18.16.4. mexanikləşdirilmiş və avtomatlaşdırılmış çeşidləmə təpəsinin mərkəzləşdirilmiş postu - çeşidləmə təpəsinin növbətçisi və ya operatorunun tabeliyində.
18.17. Dəmiryol stansiyasında bir yoldəyişmə post növbətçisi tərəfindən iki yoldəyişmə postuna xidmət etməyə, ayrı-ayrı yoldəyişənlərə və postlara isə bilavasitə dəmiryol stansiya növbətçisi tərəfindən xidmət edilməsinə yol verilir. Belə dəmiryol stansiyalarının siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.18. Dispetçer mərkəzləşməsi ilə təchiz edilən sahələrdə yerləşən dəmiryol stansiyalarında yoldəyişənlərin çevrilməsinə və siqnalların idarə edilməsinə qatar dispetçeri cavabdehdir.
18.19. Dəmiryol stansiyalarında yolların inkişafından, manevr işinin xüsusiyyətlərindən və həcmindən asılı olaraq, yoldəyişmə post növbətçilərinin işinə nəzarət üçün yoldəyişmə postunun böyük növbətçiləri təyin edilir. Dəmiryol stansiyalarında yoldəyişmə postunun böyük növbətçiləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilən siyahıda bilavasitə posta xidmət etmək və ya eyni zamanda yoldəyişənlərin yerləşdiyi ərazidəki yoldəyişmə postuna xidmət və başqa yoldəyişmə postları növbətçilərinin işinə nəzarət üçün təyin edilə bilər. Dispetçer mərkəzləşməsinin mərkəzi postlarına və dəmiryol stansiyalarında mərkəzləşmiş stansiya postlarına qatar dispetçerlərindən və ya dəmiryol stansiyasının növbətçilərindən başqa mərkəzləşmə postu operatoru da təyin edilə bilər.
18.20. Qəbul və göndərmə, həmçinin mühafizə marşrutuna bilavasitə daxil olan yoldəyişənlər qatarın qəbulu və göndərilməsindən əvvəl qapanmalıdır.
18.21. Qatarların qəbulundan və göndərilməsi üçün marşrut hazırlanarkən mərkəzləşdirilmiş yoldəyişənlərin çevrilməsi dəmiryol stansiyasının növbətçisi və ya onun göstərişi ilə mərkəzləşmiş postun operatoru tərəfindən yerinə yetirilir. Qatarlara qəbul və göndərmə marşrutu hazırlanarkən mərkəzləşdirilməyən yoldəyişənlərin çevrilməsi və qapanması ona xidmət edən yoldəyişmə postunun növbətçisi, yoldəyişmə postunun böyük növbətçisi və ya bu yoldəyişənə xidmət edən stansiya növbətçisi tərəfindən yerinə yetirilir.
18.22. Qatarların qəbul və göndərmə marşrutlarında, açar asılılığı ilə təchiz edilməyən, mərkəzləşdirilməyən qapanmış yoldəyişənlərin açarları dəmiryol stansiyasının növbətçisində və ya yoldəyişmə postunun böyük növbətçisində, açar asılılığı ilə təchiz edilənlərdə isə - yoldəyişmə postunun icra aparatında və ya dəmiryol stansiyasının növbətçisinin sərəncam aparatında saxlanılmalıdır.
18.23. Mənzillərdə, həmçinin aralıq dəmiryol stansiyalarının qəbul-göndərmə dəmir yollarında bu yollar hərəkət tərkibləri ilə (lokomotivlərsiz) və ya ayrı-ayrı vaqonlarla tutulu olduqda açar asılılığı ilə təchiz edilməyən qapanmış yoldəyişənlərin açarları dəmiryol stansiyasının növbətçisində saxlanılmalıdır. Digər birinci sinif təhlükəli (partlayıcı materiallarla) yüklü vaqonların, bərpa və yanğın qatarlarının dayanması üçün ayrılan dəmir yollarına, baş dəmir yolları arasındakı keçid yoldəyişənlərə, tutucu dalanlara aparan daha vacib yoldəyişənlərin açarlarının saxlanılmasına dair tələblər və belə yoldəyişənlərin siyahısı dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
18.24. Manevr yerdəyişmələri zamanı yoldəyişənlərin çevrilməsi manevr rəhbərinin göstərişi ilə siqnalçılar və ya yoldəyişmə postunun növbətçiləri tərəfindən yerinə yetirilir.
18.25. Elektrik mərkəzləşməsi ilə təchiz edilmiş dəmiryol stansiyalarında manevr yerdəyişmələri zamanı yoldəyişənlərin çevrilməsi dəmiryol stansiya növbətçisi və ya mərkəzləşmə postunun operatoru tərəfindən həyata keçirilir. Yoldəyişənlər mərkəzləşmədən yerli idarəetməyə verildikdə, həmçinin yoldəyişmə postunun növbətçisi tərəfindən xidmət edilməyən mərkəzləşdirilməyən yoldəyişənlərdə manevrlərin aparılması zamanı tərtibatçı və lokomotiv briqadaları, yük qatarlarının konduktorları, dəmiryol stansiyasının park növbətçiləri, dəmiryol stansiyası növbətçiləri, dəmiryol stansiyası rəisləri, yük və baqaj qəbul-təhvilçiləri, lokomotiv, vaqon depoları və digər işçilər tərəfindən yoldəyişənlərin çevirməsinə yol verilir. Yoldəyişənlərin nömrələri, həmçinin manevrlərin aparılması zamanı onları çevirməyə icazəsi olan işçilər, yoldəyişənlərin çevrilməsinə dair tələblər göstərilməklə, belə dəmiryol stansiyalarının siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.26. Mərkəzləşdirilmiş yoldəyişəni çevirməzdən əvvəl ona xidmət edən işçi yoldəyişənin dəmiryol hərəkət tərkibi ilə tutulu olmadığına əmin olmalıdır.
18.27. Yoldəyişən qurğusunda təmir işlərinin yerinə yetirilməsinə siqnalçı və ya yoldəyişmə postunun növbətçisi (yoldəyişmə postunun böyük növbətçisi) dəmir yolunun yol və ya siqnalizasiya, mərkəzləşmə və bloklama bölmələrinin (siqnalizasiya, mərkəzləşmə və bloklama sahəsinin) işçilərini təmir işlərinin aparılmasına yalnız dəmiryol stansiyasının növbətçisinin icazəsi ilə buraxa bilər.
18.28. Siqnalçı, yoldəyişmə postunun növbətçisi (yoldəyişmə postunun böyük növbətçisi) təmir başa çatdıqdan sonra yoldəyişən qurğunun vəziyyətinin hərəkətin təhlükəsizliyini təmin etdiyinə əmin olmalı və bu barədə dəmiryol stansiyasının növbətçisinə məlumat verməlidir.
18.29. Stansiya dəmir yollarındakı yoldəyişən qurğular, o
cümlədən infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin digər bölmələrinin istifadəsinə verilmiş dəmir yollarına birləşən yoldəyişən qurğular dəmiryol stansiyasının rəisinin sərəncamında olur.
18.30. İnfrastruktur sahibinin, qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin digər dəmir yolu bölmələrində yerləşən yoldəyişən qurğular müvafiq bölmə rəislərinin istifadəsində olur.
18.31. Müvafiq dəmiryol stansiyalarının və bölmələrinin rəisləri onların idarəetməsində olan yoldəyişən qurğuların təmiz və saz saxlanmasını, həmçinin yoldəyişən göstəricisinin təmizliyini, sazlığını və yaxşı işıqlandırılmasını təmin etməlidirlər.
18.32. Aşağıdakı işçilər texniki vəziyyətə nəzarəti, təmizlənməni, yağlanmanı, ayrı-ayrı boltların bərkidilməsini və dəyişdirilməsini həyata keçirirlər:
18.32.1. mərkəzləşdirilməyən yoldəyişən qurğuların - onlara xidmət edən yoldəyişmə postunun növbətçiləri;
18.32.2. mərkəzləşdirilmiş yoldəyişən qurğuların dəmir yolunun yol bölməsinin (dəmir yolunun yol sahələri) sərhədləri hüdudunda sahəyə xidmət edən işçiləri.
18.33. Yoldəyişmə postu növbətçisinin tabeliyində olmayan mərkəzləşdirilən, həmçinin mərkəzləşdirilməyən yoldəyişən qurğuların texniki vəziyyətinə, təmizliyinə, yağlanmasına, ayrı-ayrı boltlarının bərkidilməsinə və dəyişdirilməsinə nəzarətin həyata keçirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.34. Dəmiryol stansiyasının yollarında, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında manevrlər yalnız bir işçinin - dəmiryol stansiyasının növbətçisinin, dəmiryol stansiyasının manevr dispetçerinin, dəmiryol stansiyasının çeşidləmə təpəsinin növbətçisinin və ya park növbətçisinin, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə - qatar dispetçerinin göstərişi əsasında aparılır. Manevr işinə rəhbərlik edən işçilərin vəzifə bölgüsü dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
18.35. Qeyri-ümumi istifadəli dəmir yollarında dəmiryol hərəkət tərkiblərinin təmiri məntəqələri daxilində manevr işinin aparılmasına dair tələblər həmin yolların sahibi tərəfindən müəyyən edilir.
18.36. Manevr işi zamanı göstərişlərin verilməsində əsas vasitə radiorabitə, tələb olunan hallarda isə ikitərəfli park rabitə qurğuları olmalıdır.
18.37. Manevr işi zamanı siqnalların əl siqnal cihazları ilə verilməsinə yol verilir.
18.38. Manevrləri yerinə yetirən lokomotivin, motor-vaqonlu və ya özügedən xüsusi hərəkət tərkiblərinin maşinisti tərəfindən manevr rəhbərindən radiorabitə, ikitərəfli park rabitə qurğusu və ya əl siqnal cihazları ilə şəxsən göstəriş almadan lokomotivi, motor-vaqonlu və ya özügedən xüsusi hərəkət tərkibini hərəkətə gətirilməsinə yol verilmir. Manevr rəhbərinin göstərişi və ya siqnalından başqa, manevr marşrutlarının mərkəzləşdirilmiş yoldəyişənini keçməzdən əvvəl maşinist şəxsən manevr işıqforunun icazəverici göstəricisinin olmasına əmin olmalı, mərkəzləşdirilməyən yoldəyişənlərdə isə manevr rəhbəri tərəfindən verilən siqnal görünmədiyi halda - manevr yerdəyişməsi üçün yoldəyişənlərin hazır olması barədə yoldəyişən post növbətçisindən siqnal və ya bildiriş (şəxsən, radiorabitə vasitəsilə, ikitərəfli park rabitə qurğusu ilə) almalıdır. Manevr işıqforları olmadıqda və ya işıqforun açılması mümkün olmadıqda, mərkəzləşdirilmiş yoldəyişəni keçməzdən əvvəl maşinist dəmiryol stansiyasının növbətçisindən manevr yerdəyişməsi üçün yoldəyişənlərin hazırlığı barədə bildiriş (şəxsən, radiorabitə vasitəsilə ikitərəfli park rabitə qurğusu, mobil radiorabitə ilə və ya manevr rəhbəri tərəfindən verilmiş) almalıdır.
18.39. Yoldəyişənləri və işıqforları elektrik mərkəzləşməsi ilə təchiz edilmiş dəmiryol stansiyalarında yoldəyişənlər mərkəzləşmədən yerli idarəetməyə verildikdə həmin yoldəyişənlərin çevrilməsi həvalə edilən işçinin göstərişi və ya siqnalı ilə yoldəyişənlərin üzərindən keçməyə yol verilir.
18.40. Manevr işlərində radiorabitə və ikitərəfli park rabitə qurğularından istifadə edilir.
18.41. Manevrlər aşağıda göstərilən sürət hədlərini aşmamaqla yerinə yetirilir:
18.41.1. boş dəmir yolları ilə hərəkət edən tək lokomotivlərin və avtotormozları qoşulmuş və tormoz sınağı aparılmış lokomotivlərə arxadan qoşulan vaqonlarla — saatda 60 kilometr;
18.41.2. boş dəmir yolları ilə hərəkət edən lokomotivə arxadan qoşulmuş vaqonlar, həmçinin özügedən xüsusi hərəkət tərkibləri — saatda 40 kilometr;
18.41.3. boş dəmir yolları ilə vaqonlarla irəli, həmçinin fövqəladə hallar və yanğın qatarlarının hərəkəti — saatda 25 kilometr;
18.41.4. insanlarla tutulu, yükləri müşayiət edən bələdçilər və
komandalarla olan, həmçinin 4-cü, 5-ci və 6-cı dərəcəli yan və aşağı qabaritsiz yüklü vaqonlarla hərəkət — saatda 15 kilometr;
18.41.5. təkanla manevr zamanı, təpəaltı parkda ayırma vaqonlarının digər ayırma vaqonlarına yaxınlaşması — saatda 5 kilometr;
18.41.6. lokomotivin (vaqonlarla və ya onlarsız) vaqonlara yaxınlaşması, qeyri-ümumi istifadəli dəmir yollarında isə qabaritsiz yerlərdə, təhlükəli zonada vaqonlarla irəli hərəkət zamanı və vaqonları vaqonaşıran qurğuya qoyduqda — saatda 3 kilometr.
18.42. Tərəzinin konstruksiyasından asılı olaraq, hərəkət tərkibinin vaqon tərəzisinin üzəri ilə yerdəyişmə sürəti dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
18.43. Təpə işıqforlarının müxtəlif siqnallarında vaqonların çeşidləmə təpələrindən buraxılma sürəti, həmçinin hərəkətin təhlükəsizliyinin və hərəkət tərkibinin mühafizəsinin təmin edilməsi şərtləri, təpələrin texniki təchizatından və yerli şəraitdən asılı olaraq infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilir.
18.44. "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nda və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda nəzərdə tutulmuş ayrı-ayrı kateqoriyalı yüklü vaqonların, refrijerator vaqonlarının və seksiyaların çeşidləmə təpəsindən buraxılması və təkanla manevretmə əməliyyatları "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun yerinə yetirilir.
18.45. Baş dəmir yollarında və ya onları kəsməklə, həmçinin giriş yoldəyişənlərin arxasına çıxmaqla bütün hallarda, manevr marşrutuna daxil olan yollara və yoldəyişənlərə girişi çəpərləyən müvafiq giriş işıqforlarının bağlı vəziyyətində manevrin aparılmasına, yalnız dəmiryol stansiyasının növbətçisinin icazəsi ilə yol verilir.
18.46. Biryollu və düzgün olmayan dəmir yolu ilə ikiyollu sahələrdə, qatar dispetçerinin və qonşu dəmiryol stansiya növbətçisinin razılığı və maşinistə verilən müəyyən edilmiş icazə olmadan tərkibin dəmiryol stansiyasının sərhədini keçərək mənzilə çıxmaqla manevrlərə yol verilmir. İkiyollu sahələrdə tərkiblə düzgün yolla dəmiryol stansiyasının sərhədini keçməklə manevrlər qatar dispetçerinin razılığına əsasən dəmiryol stansiyasının növbətçisinin şifahi icazəsi ilə aparılır.
18.47. Giriş işıqforunun dirəyində dəmiryol stansiyasının oxuna tərəf yönəldilmiş xüsusi manevr işıqforu olan dəmiryol stansiyalarında manevr tərkibinin dəmiryol stansiyasının sərhədini keçməsi onun siqnalı ilə yerinə yetirilir.
18.48. Dəmiryol hərəkət tərkibinin mənzilə və qatarların hərəkət marşrutuna qaçması təhlükəsi olan maillikdə yerləşən stansiya yollarında manevrlər lokomotivi eniş tərəfdən qoşmaqla, vaqonların avtomatik tormozlarını qoşmaqla və sınağını aparmaqla yerinə yetirilir. Lokomotivin eniş tərəfdən qoşulması mümkün olmadıqda, belə yollarda manevrlər tərkibi geriyə basma üsulu ilə yerinə yetirilməli, vaqonların avtomatik tormozları isə qoşulmalı və sınağı aparılmalıdır. Belə dəmir yollarının olduğu dəmiryol stansiyalarında manevrlər zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun olaraq dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
18.49. Vaqonların çeşidlənməsi üçün təpə qurğuları olan dəmiryol stansiyalarında manevrlərin icrası infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təsdiq edilən təlimata uyğun olaraq aparılır.
18.50. Təkanlarla və təpədən buraxmaqla aşağıdakı manevrlərə yol verilmir:
18.50.1. yükləri müşayiət edən bələdçilər (komandalar) olan vaqonlardan başqa, insanlarla tutulu olan vaqonlarla;
18.50.2. "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nda və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda nəzərdə tutulmuş ayrı-ayrı kateqoriyalı yüklə dolu vaqonlarla;
18.50.3. 4-cü, 5-ci, 6-cı dərəcəli yan və aşağı, 3-cü dərəcəli yuxarı qabaritsiz yüklərlə dolu platforma və yarımvaqonlarla, yüklü transportyorlarla;
18.50.4. qeyri-işlək vəziyyətdə olan lokomotivlərlə, motorvaqonlu dəmiryol hərəkət tərkibi ilə, refrijerator qatar tərkibləri ilə, sərnişin vaqonları ilə və dəmir yolunda hərəkət edən kranlarla;
18.50.5. "С горки не спускать!" (təpədən buraxılmasın) trafareti olan vaqonlar və xüsusi hərəkət tərkibləri ilə;
18.50.6. 25 metr uzunluqlu relslərlə və digər uzunölçülü yüklərlə yüklənmiş iki platformadan ibarət qoşqularla.
18.51. Bu Qaydaların 18.50-ci bəndində nəzərdə tutulmuş dəmiryol hərəkət tərkiblərinin çeşidləmə təpəsindən yalnız manevr lokomotivi ilə buraxılmasına yol verilir.
18.52. Qeyri-ümumi istifadəli dəmir yollarında hərəkətin təhlükəsizliyinin təmini, dəmiryol hərəkət tərkibinin saxlanılması, manevr işləri və yükləmə-boşaltma işlərinin icrası ilə əlaqəsi olan işçilərin təhlükəsizliyinə dair tələblərə cavab verən yükləmə-boşaltma yerlərində vaqonların yerdəyişməsi üçün xüsusi manevr vasitələri (itələyici, distansiyadan idarə edilən lokomotivlər, manevr arabacıqları, elektrik bucurqadları) istifadə edilə bilər.
18.53. 12 və çox oxlu yüklü və boş transportyorların, qoşquda bir və ya iki aralıq platforması olan, yükgötürmə qabiliyyəti 120 ton olan qoşqu tipli yüklü transportyorların, həmçinin "Через горки не пропускать!" (təpədən keçirilməsin) trafareti olan dəmiryol hərəkət tərkibinin çeşidləmə təpəsindən keçirilməsinə yol verilmir.
18.54. Dəmiryol hərəkət tərkibi stansiya dəmir yollarında, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında dəmir yolunun aşağıdakılarla məhdudlaşdırılmış faydalı uzunluğu hüdudlarında yerləşdirilməlidir:
18.54.1. işıqforları və elektrik izolyasiyası olan dəmir yolunda bir tərəfdən çıxış (marşrut, manevr) işıqforu, digər tərəfdən rels dövrəsinin yol sahəsinin izolyasiyaedici calağı ilə;
18.54.2. işıqforları olan və elektrik izolyasiyası olmayan dəmir yolunda bir tərəfdən işıqforu, digər tərəfdən hüdud dirəkciyi ilə;
18.54.3. işıqforları və elektrik izolyasiyası olmayan dəmir yolunda hər iki tərəfdən hüdud dirəkcikləri ilə.
18.55. Stansiya dəmir yollarında, həmçinin qeyri-ümumi istifadəli dəmir yollarında dayanan lokomotivsiz qatar tərkiblərinin, vaqonlar və xüsusi hərəkət tərkibinin öz-özünə hərəkətə gəlməməsi üçün tormoz başmaqları ilə, vaqonların bərkidilməsi üçün stasionar qurğularla, əl tormozları ilə və ya "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"da nəzərdə tutulmuş digər bərkidici vasitələrlə etibarlı bərkidilməlidir.
18.56. Vaqonların və tərkiblərin bərkidilməsinə dair tələblər yerli şəraitdən asılı olaraq "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"ına uyğun olaraq dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
18.57. Dəmiryol stansiyasında dayanan, yük əməliyyatları altında olmayan, təmizlənmə, dezinfeksiya və təmirdə olmayan vaqonların qapıları bağlı olmalıdır.
18.58. Parovozlardan istifadə olunmaqla manevrlər aparılan zaman "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nda nəzərdə tutulmuş yüklü vaqonların bərk yanacaqla işləyən parovozdan təhlükəsiz yüklü və ya boş vaqonlardan ibarət daldalanacağı olmalıdır.
18.59. Çeşidləmə parklarının dəmir yollarında yığılan vaqonlar, dəmiryol stansiyasında qatarlarda olmayan birinci sinif təhlükəli yüklərlə (partlayıcı materiallarla) dolu vaqonlar və sıxılmış qazlarla yüklü sistern vaqonları dəmiryol stansiyasının texniki-sərəncam aktında nəzərdə tutulan xüsusi ayrılmış dəmir yollarına qoyulmalıdır. Belə vaqonlar qoşulu olur, öz-özünə hərəkətə gəlməməsi üçün etibarlı bərkidilir və köçürülə bilən dayanma siqnalları ilə çəpərlənir.
18.60. Bu Qaydaların 18.59-cu bəndində nəzərdə tutulmuş vaqonların dayandığı dəmir yoluna aparan yoldəyişənlər hərəkət tərkibinin həmin dəmir yoluna daxilolma mümkünlüyünü istisna edən vəziyyətə qoyulur.
18.61. Çeşidləmə parklarının dəmir yollarında birinci sinif təhlükəli yüklərlə (partlayıcı materiallarla) dolu vaqonlar və sıxılmış qazlarla yüklü sistern vaqonları yığılan zaman "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları" ilə müəyyən edilən xüsusi ehtiyatlılıq tədbirlərinə əməl edilməli, "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na uyğun digər xüsusi ehtiyatlılıq tədbirlərinin görülməsi təmin edilir.
18.62. Manevrləri yerinə yetirən lokomotivin, motor vaqonlu dəmiryol hərəkət tərkibinin, özügedən xüsusi hərəkət tərkibinin hərəkətinə yalnız bir işçi — onların düzgün yerinə yetirilməsinə cavabdeh olan manevr rəhbəri göstəriş verir.
18.63. Manevr rəhbəri:
18.63.1. manevr işinə dair tapşırığı dəqiq və vaxtında yerinə yetirməli;
18.63.2. manevr işlərinin aparılmasında iştirak edən bütün işçiləri görüləcək manevr işinin planı və üsulları ilə tanış etməklə onların düzgün yerləşdirilməsini və qarşılıqlı fəaliyyətinin razılaşdırılmasını təmin etməli;
18.63.3. qatarları bu Qaydaların tələblərinə uyğun oxların sayına və çəkisinə uyğun tərtib etməli;
18.63.4. hərəkətin və manevrlərlə məşğul olan işçilərin təhlükəsizliyini, dəmiryol hərəkət tərkibinin və yükün salamatlığını təmin etməli, insanlarla tutulu vaqonlarla, sərnişin vaqonları ilə vaqonlarla irəli hərəkət zamanı, qabaritsiz və birinci sinif təhlükəli yüklü (partlayıcı materiallarla) vaqonlarla manevr işlərini xüsusi ehtiyatla aparılması üçün tədbirlər görməlidir.
18.64. Dəmiryol stansiyalarında yolların inkişafından, manevr işinin xüsusiyyətindən və həcmindən asılı olaraq dəmir yolları manevr rayonlarına bölünür.
18.65. Aralıq dəmiryol stansiyalarında manevr rəhbəri baş konduktor və ya onun vəzifəsini yerinə yetirən işçi ola bilər.
18.66. Tərtibatçı briqadası və ya baş konduktor tərəfindən xidmət olunmayan rayonda lokomotivin manevr yerdəyişmələrinə həmin rayonda manevrin aparılmasına sərəncam hüququ olan işçi (manevr rəhbəri) və ya onun göstərişi ilə siqnalçı (yoldəyişmə postunun növbətçisi) rəhbərlik edir.
18.67. Stansiya dəmir yollarında özügedən xüsusi hərəkət tərkibinin manevr etməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"da müəyyən edilir.
18.68. Manevrlər aparılan zaman lokomotivə, motor-vaqonlu dəmiryol hərəkət tərkibinə, özügedən xüsusi hərəkət tərkibinə xidmət edən lokomotiv briqadası:
18.68.1. manevr işinə dair tapşırığı dəqiq və vaxtında yerinə yetirməli;
18.68.2. verilən siqnalları diqqətlə izləməli, yerdəyişmələr barədə verilən siqnalları və göstərişləri dəqiq və vaxtında yerinə yetirməli;
18.68.3. dəmir yollarında (hərəkət marşrutunda) olan insanları, yoldəyişənlərin vəziyyətini və dəmiryol hərəkət tərkibinin yerləşməsini diqqətlə izləməli;
18.68.4. manevrlərin aparılma təhlükəsizliyini və hərəkət tərkibinin salamatlığını təmin etməlidir.
18.69. Yığma qatarlarla işləyən, həmçinin manevr işinin aparılması üçün ayrılmış lokomotiv briqadaları, yük qatarlarının konduktorları və tərtibatçı briqadaları dəmiryol stansiyasının texnikisərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilmiş manevr işinə dair tələbləri bilməlidirlər. Lokomotiv tərtibatçı briqadalarının və konduktorların dəmiryol stansiyalarının texnikisərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilmiş manevr işinin şərtləri ilə tanış edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.70. Qatarlar bu Qaydalara, qatarların yekun hərəkət qrafikinə və tərtibat planına tam uyğun olaraq tərtib edilir. İstiqamətlər və hər bir sahə üzrə yük qatarlarının kütlə və uzunluq normaları qatarların hərəkət qrafikində və tərtibat planında təyin edilir və lokomotivin tipinə, qatarların dövr etdiyi sahələrdə dəmir yolunun profilinə və bu sahələrin dəmiryol stansiyalarında qəbul-göndərmə dəmir yollarının faydalı uzunluğuna, elektrikləşdirilmiş xətlərdə isə - elektrik təchizatının texnoloji şərtlərinə uyğun olmalıdır.
18.71. Daşıyıcıya məxsus olmayan qatar tərtibatı, bu Qaydaların və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın tələblərinə uyğun tərtib edilir.
18.72. Qeyri-ümumi istifadəli, o cümlədən ixtisaslaşdırılmış dəmir yollarında dövr edən yük qatarlarının kütlə və uzunluq normaları, zəruri bölmələrin nəqliyyat xidmətinin texnologiyasını nəzərə alaraq və aparılan sınaq gedişinin nəticələrinə görə dartı hesabatları əsasında qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.73. Uzuntərkibli, ağırçəkili, birləşdirilmiş, həmçinin kütləsi və uzunluğu artırılmış yük qatarlarının tərtibatı və buraxılmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.74. Uzaq məsafələrə gedən sərnişin qatarlarının kütlə və uzunluq normaları və onlarda vaqonların yerləşmə qaydası qatarların xidməti hərəkət cədvəlində nəzərdə tutulur.
18.75. Sərnişin qatarlarına normadan artıq vaqonların qoşulması və ümumi istifadəli dəmiryol xətlərində uzuntərkibli sərnişin qatarlarının hərəkət qaydası infrastruktur sahibi tərəfindən müəyyən edilir.
18.76. Dəmiryol hərəkət tərkibinin qatara qoşulması zamanı onun kütlə və uzunluğu qatarların hərəkət qrafikinin normativ cədvəllərinə əsasən infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir. Bu cədvəllər qatarların xidməti hərəkət cədvəli jurnalında yerləşdirilir.
18.77. Qatarlara aşağıdakıları qoşmaq qadağandır:
18.77.1. hərəkətin təhlükəsizliyini qorxu altına alan, o cümlədən daşınan yüklərin salamatlığını təmin etməyən nasaz vaqonları;
18.77.2. yükgötürmə qabiliyyətindən artıq yüklənmiş vaqonları;
18.77.3. yüklərin yerləşdirilməsinin və bərkidilməsinin texniki şərtləri pozulmaqla yüklənmiş platformaları və yarımvaqonları;
18.77.4. kuzovun (gövdənin) əyilməsinə və ya vaqonun ramasının və kuzovun hərəkətli hissələrə zərbə yaradan yatmış ressorları, həmçinin damörtüyü təbəqələrinin qopma təhlükəsi olan nasaz vaqonları;
18.77.5. xüsusi sənədlər əsasında və yaxud daşıma sənədləri əsasında yük kimi öz oxu üzərində göndərilən vaqonları və təyin edilmiş təmir növlərini göstərən trafareti olmayan vaqonları;
18.77.6. qabaritsiz yüklü platformaları, transportyorları və yarımvaqonları - onların getməsinin mümkünlüyü barədə göstərişlər verilmədikdə;
18.77.7. bortları bağlı olmayan platformaları;
18.77.8. bunkerləri bərkidilməmiş vaqonları, yuxarı və aşağı doldurma-boşaltma qurğularının qapaqları açıq olan sisternləri, hopperləri, taxıldaşıyanları, sementdaşıyanları və oxşar dəmiryol hərəkət tərkibini;
18.77.9. açıq qapılı və lüklü və ya lükləri bir bağlama mexanizmi ilə bağlanılmış yarımvaqonları;
18.77.10. qapıları açıq və qapı cəftəsi ilə bağlanılmayan boş qapalı vaqonları;
18.77.11. təkər cütlərinin diyirlənmə səthi bitumdan təmizlənməmiş neft bitumu daşıyan vaqonları.
18.78. Relsdən çıxan və ya qəzaya uğramış qatarda olan vaqonların, yalnız onların baxışından və hərəkət üçün yararlılığı barədə rəyin verilməsindən sonra, infrastrukturda və ya qeyri-ümumi istifadəli dəmir yollarında istifadəsinə yol verilir.
18.79. Xidməti-texniki təyinatlı natamam metal vaqonların uzaq məsafələrə hərəkət edən sərnişin qatarlarına qoşulmasına yol verilir.
18.80. Bütün sərnişin qatarlarında birinci və sonuncu vaqonların kəllə (baş) qapıları bağlı olmalı, keçid meydançaları isə qaldırılmış vəziyyətdə bərkidilməlidir.
18.81. Sərnişin və poçt-baqaj qatarlarına aşağıdakıları qoşmağa yol verilmir:
18.81.1. yolda vahid texniki təftiş müddəti keçəcək və (və ya) vaxtaşırı təmir müddəti ötmüş vaqonları;
18.81.2. yük vaqonlarını, o cümlədən təhlükəli yüklü vaqonları.
18.82. Poçt və baqaj vaqonlarının motor-vaqonlu qatarın tərkibinə qoşulmasına yol verilmir.
18.83. Poçt və baqaj vaqonlarının sərnişin qatarının tərkibinə birinci və ya sıradan sonuncu vaqon olmaqla qoşulmasına yol verilir.
18.84. Yük-sərnişin qatarlarına təhlükəli yüklü, həmçinin
sıxılmış qazdan boşaldılmış sistern vaqonlarının qoşulmasına yol verilmir. İstisna hallarda yük-sərnişin qatarlarından başqa heç bir qatarın dövr etmədiyi azintensivli xətlərdə (sahələrdə) təhlükəli yüklü vaqonların (birinci sinif təhlükəli yüklü vaqonlar (partlayıcı materiallarla) istisna olmaqla) onların tərkibinə qoşulmasına infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə icazə verilə bilər.
18.85. Yük qatarlarının tərtibatı, o cümlədən daşıyıcıya məxsus olmayan qatarların tərtibatı vaqonların oxlarının sayına və kütləsinə görə seçilmədən tərtib edilir.
18.86. Ağırçəkili və uzuntərkibli yük qatarlarının tərtibatı zamanı boş vaqonlar qatarın sonuncu üçdə bir hissəsində qoyulmalıdır.
18.87. Yığma qatarlarda vaqonlar təyinat dəmiryol stansiyalarına uyğun qruplarla seçilir, yığma-paylayıcı vaqonlar isə bir qrupda qoyulur.
18.88. Təhlükəli yüklü vaqonların yük qatarlarının tərkibinə qoyulması "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"na və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na uyğun yerinə yetirilir.
18.89. Motor-vaqonlu dəmiryol hərəkət tərkibi təmirə getmə və ya təmirdən qayıtma zamanı bir qrupda yük qatarının quyruğuna qoyulur.
18.90. Xidməti və yükü müşayiət edən bələdçilərlə (komandalarla) olan vaqonlardan başqa insanlarla tutulu olan sərnişin və yük vaqonları yük qatarlarında eyni qrupda qoyulur və lokomotivdən, kəskin təkan və dayanmalar zamanı yükü yerindən tərpənə bilən açıq hərəkət tərkibindən və qatarın sonundan bir vaqondan az olmayaraq daldalanacağı olmalıdır.
18.91. Yük qatarlarında adamların daşınması "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilmiş qaydada həyata keçirilir .
18.92. Hərbi daşımaları yerinə yetirən qatarlar istisna olmaqla, tərkibində sərnişin qismində olmayan adamlarla tutulu 10 və çox vaqonu olan yük qatarına (bundan sonra - adamla tutulu qatar) təhlükəli yüklü vaqonların, həmçinin sıxılmış qazdan boşaldılmış sistern vaqonlarının qoyulmasına yol verilmir.
18.93. Adamlarla tutulu olan qatarın vaqonlarının, həmçinin "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nda və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda nəzərdə tutulmuş ayrı-ayrı kateqoriyalı yüklərlə yüklənmiş vaqonların yük qatarlarına qoşulması zamanı, təhlükəsiz yüklü və ya boş vaqonlardan ibarət müvafiq daldalanacağı olmalıdır. Belə vaqonların yük qatarlarında yerləşdirilməsinə dair tələblər "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nın və bu Qaydaların tələblərinə uyğun "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
18.94. Qabaritsiz yüklü vaqonların və xüsusi hərəkət tərkiblərinin qatarlarda yerləşdirilməsinə və hərəkətinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
18.95. Mənzilə işləməyə gedən və qayıdan təsərrüfat qatarlarına konduktorların və iş rəhbərlərinin getməsi üçün infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun keçid meydançası olan vaqonlar qoyulmalıdır.
18.96. Dəmiryol hərəkət tərkibinin tormoz vasitələri ilə texniki təchizatından asılı olaraq aşağıdakılar müəyyən edilir:
18.96.1. yük və sərnişin qatarları üçün hər 100 ton kütləyə ən az vahid tormoz sıxımı və qatarların təyin edilmiş maksimal hərəkət sürətlərinə yol verən ən böyük rəhbər eniş;
18.96.2. hərəkət sürəti, mailliyin ölçüsü, tormoz sıxımı və tormoz yolu arasındakı asılılıq;
18.96.3. dəmiryol hərəkət tərkibi və xüsusi hərəkət tərkiblərinin oxlarına tormoz kolodkalarının və yanlıqlarının hesablama sıxım normaları, qatarların əl tormozu ilə təminat normaları və tormoz hesablamalarının aparılması üçün digər zəruri məlumatlar.
18.97. Qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət edən qatarlarda tormozların təminatı qatarın kütləsinə, hərəkət surətinə və hər bir sahədə rəhbər enişə, həmçinin tətbiq edilən tormoz sıxımlarının göstəricilərinə uyğun olmalıdır. 18.98. Ümumi istifadəli dəmir yollarının yekun hərəkət qrafikində ayrı-ayrı sahələr üzrə qatarların təyin edilmiş hərəkət sürəti infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun elan edilir.
18.99. Sərnişin qatarında sərnişin tipli avtomatik tormozlu bütün vaqonlar, yük, təsərrüfat və adamla tutulu qatarlarda isə yük tipli avtomatik tormozlu bütün vaqonlar və xüsusi hərəkət tərkibi avtomatik tormoz şəbəkəsinə qoşulur.
18.100. Sərnişin və poçt-baqaj qatarları elektropnevmatik tormozlarla istismar edilir. Sərnişin və poçt-baqaj qatarlarına "РИЦ"
(rits) qabaritli vaqonlar qoşulduqda, belə qatarların pnevmatik tormozlarla hərəkətinə yol verilir.
18.101. Bütün qatarlarda lokomotivlərin və parovoz tenderlərinin (boş tormozlama rejimi olmayan qeyri-işlək vəziyyətdə hərəkət edən tenderlərdən başqa), həmçinin özügedən xüsusi hərəkət tərkibinin avtomatik tormozları avtomatik tormoz şəbəkəsinə qoşulmalıdır.
18.102. Bütün qatarlarda sərnişin və yük tipli avtomatik tormozlu vaqonların avtomatik tormoz şəbəkəsinə birlikdə qoşulma qaydası, həmçinin vaqonların, lokomotivlərin və xüsusi hərəkət tərkiblərinin havapaylayıcılarının müvafiq tormozlama rejiminə qoşulma qaydası Müstəqil Dövlətlər Birliyi (MDB), Latviya, Litva, Estoniya və Gürcüstan dövlətləri-iştirakçılarının dəmiryol nəqliyyatı Şurası tərəfindən təsdiq edilmiş (2014-cü il 7 may tarixli 60 nömrəli protokol) "Tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilmə qaydaları" (bundan sonra - tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilmə qaydaları) ilə müəyyən edilir.
18.103. Yük və təsərrüfat qatarlarına birbaşa magistrallı dəmiryol hərəkət tərkibləri və xüsusi hərəkət tərkibləri qoşula bilər, yalnız bir qrupda 8 oxdan, qatarın quyruğunda isə iki vaqondan əvvəl 4 oxdan çox olmamalıdır. Sonuncu iki vaqonun avtomatik tormozu saz vəziyyətdə və qoşulu olmalıdır.
18.104. Qeyri-ümumi istifadəli dəmir yollarında hərəkət edən qatarlarda dəmiryol hərəkət tərkiblərinin və xüsusi hərəkət tərkiblərinin yerləşdirilməsinin zəruriliyi və bununla bağlı tələblər qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.105. Qatarlarda tormoz magistralının vəziyyəti və bütün vaqonlarda tormozların işləməsi yoxlanılmaqla avtomatik tormozların tam sınağı aşağıdakı hallarda aparılır:
18.105.1. dəmir yolunun tərtibat stansiyalarında qatar göndərilməzdən əvvəl;
18.105.2. lokomotiv dəyişdirildikdən sonra;
18.105.3. yük qatarlarının hərəkət etdiyi qonşu zəmanət sahələrini ayıran dəmiryol stansiyalarında lokomotiv dəyişdirilmədən tərkibə texniki xidmət zamanı;
18.105.4. motor-vaqonlu qatar depodan çıxmazdan əvvəl və ya dəmiryol stansiyasında uzun müddət briqadasız durduqdan sonra;
18.105.5. hərəkət qrafiki ilə qatarların dayanması nəzərdə tutulan sürəkli enişli mənzillərin qarşısındakı dəmiryol stansiyalarında;
18.106. 0,018 və kəskin sürəkli enişlərin qarşısında tormozlamanın tam sınağı 10 dəqiqə tormozlanmış vəziyyətdə saxlanılmaqla aparılır. 0,018 və kəskin sürəkli enişlərin qarşısında yerləşən dəmiryol stansiyalarının siyahısı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.107. Qatarın hərəkət istiqaməti başdan quyruğa dəyişdirildiyi zaman lokomotiv dəyişdirilmədikdə, tormozların qısaldılmış sınağı aparılır.
18.108. Qeyri-ümumi istifadəli dəmir yollarında avtomatik tormozların tam sınağı xüsusiləşdirilmiş qatarların texniki xidmət məntəqələrində (sutkada bir dəfədən gec olmayaraq) tormozlanmış vəziyyətdə 10 dəqiqə saxlanılmaqla və açıq dağ-mədən müəssisələrində lokomotiv briqadaları dəyişdirilən zaman aparılır.
18.109. Elektropnevmatik tormozların tam sınağı sərnişin qatarlarının tərtibat və dövriyyə dəmiryol stansiyalarında stasionar qurğulardan və ya qatarın lokomotivindən aparılır.
18.110. Qatarın quyruğundakı sonuncu iki vaqonun tormozunun, motor-vaqonlu qatarlarda isə quyruq vaqonun tormozunun işinə görə tormoz magistralının vəziyyəti yoxlanılmaqla qısaldılmış sınaq aşağıdakı hallarda aparılır:
18.110.1. dəmiryol stansiyasında stasionar kompressor qurğusundan və ya lokomotivdən avtomatik tormozların tam sınağı əvvəlcədən aparıldıqda, qatar lokomotivi hərəkət tərkibinə qoşulduqdan sonra;
18.110.2. qatarın hərəkət istiqaməti başdan quyruğa dəyişdirildiyi zamanı lokomotiv dəyişdirilmədikdə;
18.110.3. motor-vaqonlu qatarlarda idarəetmə kabinəsi dəyişildikdə və lokomotiv qatardan açılmadan lokomotiv briqadası dəyişildikdə;
18.110.4. qatarın tərkibində xortumların bütün aralanmalarından, tərkibdə sonluq kranı bağlanıldıqdan, dəmiryol hərəkət tərkibinin qoşulması ilə əlaqədar xortumları birləşdirdikdən sonra (sonuncu halda qoşulan vaqonların hər birinin tormozlarının işini yoxlamaqla);
18.110.5. sərnişin qatarlarında qatar 20 dəqiqədən çox dayandıqdan sonra, baş çənlərdə təzyiqin 0,539 MPa-dan (5,5 kqq/sm 2 -dən) aşağı düşdüyü zaman, idarəetmə kabinəsi dəyişildikdə və ya qatar mənzildə dayandıqdan sonra baş kabinədən qatarın sonrakı hərəkətinin idarə edilməsinin mümkün olmaması ilə əlaqədar idarəetmə ikinci lokomotivin maşinistinə verildikdən sonra;
18.110.6. yük qatarlarında, qatar dayandıqdan sonra avtomatik tormozların öz-özünə işə düşməsi baş verdikdə və ya sıxlıq tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilməsi qaydaları ilə müəyyən edilmiş qatarın tormozlarla təmini və saz işləməsi barədə VU-45 formalı arayışda göstərildiyindən 20 faizdən çox dəyişdikdə;
18.110.7. yük qatarlarında qatar 30 dəqiqədən çox dayandıqda, vaqon müayinəçiləri və ya avtomatik tormozların sınağı üzrə əməliyyatların yerinə yetirilməsi üzrə təlim keçmiş və bu vəzifənin yerinə yetirilməsi həvalə edilən işçilər olan yerlərdə.
18.111. Elektropnevmatik tormozların qısaldılmış sınağı lokomotiv və lokomotiv briqadalarının dəyişmə məntəqələrində, vaqonlar qoşulduqdan sonra hər bir qoşulan vaqonda tormozun işini yoxlamaqla, həmçinin dəmiryol stansiyasında stasionar qurğudan və ya lokomotivdən elektropnevmatik tormozların əvvəlcədən tam sınağı aparıldıqda, qatar lokomotivi tərkibə qoşulduqdan sonra yerinə yetirilir.
18.112. Tormozların tam və ya qısaldılmış sınağından sonra bundan başqa yolda hərəkət zamanı tormozların işinin yoxlanılması tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilməsi qaydalarına uyğun olaraq aparılır.
18.113. Sərnişin qatarlarının lokomotivlərinə tək maşinistlə xidmət edildikdə, vaqon müayinəçiləri nəzərdə tutulmayan dəmiryol stansiyalarında və mənzillərdə, tormozların qısaldılmış sınağının aparılmasına maşinistin radiorabitə ilə verdiyi göstərişə əsasən sərnişin qatarının rəisi (briqadir-mexaniki) və sərnişin vaqonlarının (baş və quyruq) bələdçiləri cəlb edilirlər.
18.114. Kütləsi və uzunluğu artırılmış, birləşdirilmiş qatarlarda vaqonların, yük və təsərrüfat qatarlarında xüsusi hərəkət tərkiblərinin avtomatik tormoz şəbəkəsinə qoşulması, həmçinin belə qatarlarda avtomatik tormozların sınaq qaydası tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilməsi qaydaları ilə müəyyən edilir.
18.115. Qatarda avtomatik tormozların tam sınağından sonra, həmçinin əvvəlcədən dəmiryol stansiyasında stasionar qurğudan və ya lokomotivdən tormozların tam sınağı aparıldıqda, qısaldılmış sınaqdan sonra vaqon baxıcısı aparıcı lokomotivin maşinistinə qatarın tormozlarla təmini və saz işləməsi barədə VU-45 formalı arayış təqdim edir. Həmin arayışda həmçinin qatara verilən quyruq vaqonunun nömrəsi qeyd edilir.
18.116. Motor-vaqonlu qatarlarda avtomatik tormozların hər tam sınağı barədə lokomotivin, motor-vaqonlu hərəkət tərkibinin texniki vəziyyəti jurnalında qeydlər aparılır.
18.117. Vaqon baxıcısı, bu vəzifə nəzərdə tutulmayan yerlərdə isə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən həmin vəzifə həvalə edilən işçi hər dəfə tormozların qısaldılmış sınağı zamanı lokomotivin maşinistində olan VU-45 formalı arayışda (qatarın tərkibində dəyişikliyin aparılması qeydiyyatı da daxil olmaqla) avtomatik tormozların qısaldılmış sınağı barədə qeydiyyat aparır.
18.118. Avtomatik tormozların qısaldılmış sınağı zamanı sonuncu iki vaqonda tormozlar işləmədikdə, avtomatik tormozların sınağının aparılması vəzifəsi həvalə edilən işçi qatarın göndərilməməsi üçün müvafiq tədbir görməlidir.
18.119. Vaqon baxıcısı vəzifəsi nəzərdə tutulmayan dəmiryol stansiyalarında avtomatik tormozların işinin yoxlanılmasına, sərnişin qatarlarında sərnişin vaqonlarının bələdçiləri, yük qatarlarında isə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən avtomatik tormozların sınaq əməliyyatlarının yerinə yetirilməsi üzrə təlim keçən, bu vəzifə həvalə olunmuş işçilər cəlb edilirlər.
18.120. Ümumi istifadəli dəmir yollarında dövr edən qatarlarda tormozların idarə edilməsi rejimini yoxlamaq üçün tormoz-sınaq vaqonları tətbiq edilir. Belə yoxlamaların aparılmasına dair tələblər infrastruktur sahibi tərəfindən müəyyən edilir.
18.121. Sərnişin, poçt-baqaj, yük-sərnişin, hərbçilərlə və adamla tutulu qatarlar yanğınsöndürmə vasitələri, ilkin tibbi yardım göstərilməsi üçün vasitələrlə təchiz edilir.
18.122. Bu Qaydaların 9-cu və 12-ci hissələrinin tələblərinə uyğun olaraq qatar rəisinin (mexanik-briqadirin) maşinistlə əlaqəsi üçün sərnişin qatarlarının tərkibləri radiorabitə ilə təchiz edilir.
18.123. Lokomotivlər iki ədəd daşına bilən radiostansiya, yanğınsöndürmə və dəmiryol hərəkət tərkibinin dəmir yolunun üzərinə qaldırma vasitələri, zəruri siqnal cihazları, alətlər və digər inventarlarla təchiz edilir.
18.124. Lokomotivin ikidiapazonlu və ya üçdiapazonlu radiostansiya ilə təchiz edildikdə lokomotivdə bir ədəd daşına bilən radiostansiyanın olmasına yol verilir.
18.125. Mənzildə tərkibin bərkidilməsi zəruri olan hallarda lokomotivlər və motor-vaqonlu qatarlar dörd tormoz başmağı ilə təchiz edilir.
18.126. Mailliyi 0,012-dən kəskin olan sahələrdə mənzildə avtomatik tormozların nasazlığı baş verdiyi halda yük və yük-sərnişin qatarının tərkibinin bərkidilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.127. Özügedən xüsusi hərəkət tərkibi təhlükəsizlik cihazları, qurğuları ilə təchiz edilir.
18.128. Qatara lokomotiv briqadası və ya nəqliyyat rejimində özügedən xüsusi hərəkət tərkibinə briqada tərəfindən xidmət edilir. Sərnişin qatarına lokomotiv briqadasından başqa, sərnişin vaqonlarının bələdçiləri, infrastruktur sahibi və ya daşıyıcı, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi və hərəkət tərkibinin sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun qaydada digər işçilərlə xidmət edilir. Özügedən xüsusi hərəkət tərkibinə, bundan başqa onun istismarına dair təlimata uyğun iş rejimində bu dəmiryol hərəkət tərkibinin idarə olunması və xidmət göstərilməsi üçün təyin olunmuş briqada tərəfindən xidmət edilir.
18.129. Aralıq dəmiryol stansiyalarında manevr işi aparılan qatarlara infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin göstərişi ilə bu işə rəhbərlik üçün yük qatarlarının baş konduktoru (qatar tərtibatçısı) və ya konduktor briqadası (tərtibatçı briqadası) təyin edilir. Bağlı mənzildə təsərrüfat qatarlarının hərəkətinə rəhbərlik, səlahiyyəti daxilində iş rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilir. Həmin işçilərin vəzifə funksiyaları "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun müəyyən edilir.
18.130. Lokomotiv briqadalarının və yük qatarlarının konduktorlarının istirahəti üçün lokomotivin dövriyyə məntəqələrində xüsusi təchiz edilmiş otaqlar olmalıdır.
18.131. İşlək lokomotivlər qatarın başına qoşulur və lokomotivin konstruksiyasında və aparılan işin növündə digər dəyişiklik nəzərdə tutulmadıqda, ön kabinədən maşinist tərəfindən idarə edilir. Bir idarəetmə kabinəsi olan teplovozlar və parovozlar irəli hərəkət istiqamətində qatarın başına qoşulur.
18.132. Bütün sahə boyu iki və ya üç işlək lokomotivlə hərəkət edən qatarlarda kompressorları (buxar hava nasosları) daha güclü olan lokomotiv qatarın başına qoşulur. Kütləsi və uzunluğu artırılmış qatarlarda işlək lokomotivlərin yerləşdirilməsi qaydası, həmçinin sahənin bir hissəsinə qədər hərəkət edən işlək lokomotivlərin qatarlara qoşulmasına və onların hərəkətinin təhlükəsizliyinə dair şərtlər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.133. İki və çox idarəetmə kabinəsi olan və ya çoxvahidli sistemlə işləyən lokomotivlərin manevr hərəkəti üçün yerli şəraitdən asılı olaraq lokomotivlərin idarə edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
18.134. Bir idarəetmə kabinəsi olan lokomotivin və ya özügedən xüsusi hərəkət tərkibinin arxaya hərəkətinə aşağıdakı hallarda yol verilir:
18.134.1. şəhərətrafı, təsərrüfat, bərpa, yanğın, ötürmə və daşıyıcı qatarlarında;
18.134.2. qeyri-ümumi istifadəli dəmir yollarında və birləşdirici dəmir yollarında hərəkət zamanı;
18.134.3. manevrlərin aparılması zamanı;
18.134.4. ikili dartıda ikinci lokomotivlə hərəkəti zamanı;
18.134.5. lokomotivlərin çevrilməsi üçün qurğu olmayan dəmiryol stansiyalarından qatarın göndərilməsi zamanı;
18.134.6. qatarı itələdikdən sonra göndərmə dəmiryol stansiyasına geriyə qayıtma zamanı;
18.134.7. bir məntəqədən hər iki istiqamətə, həmçinin dəmiryol stansiyası ərazisində qatarları itələmə zamanı;
18.134.8. köməkçi lokomotiv qismində qatarı mənzildən çıxarma zamanı;
18.134.9. vaqonsuz hərəkət zamanı.
18.135. Qeyri-işlək vəziyyətdə göndəriləcək lokomotivlər qatarlara qoşulmaq üçün infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun hazırlanmalı və lokomotiv sahibinin icazəsi ilə qatara qoşulmalıdır. Belə hallarda qeyri-işlək lokomotivlər aparıcı lokomotivin arxasına qoşula bilər.
19. Qatarların hərəkəti
19.1. Sahədə qatarların hərəkətinə yalnız bir işçi - xidmət etdiyi sahədə qatarların hərəkət qrafikinin yerinə yetirilməsinə cavabdeh olan qatar dispetçeri rəhbərlik edir.
19.2. Qatar dispetçerinin əmrləri həmin sahədə bilavasitə qatarların hərəkəti ilə əlaqədar işləri yerinə yetirən işçilər tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.
19.3. Sahədə qatarların hərəkəti barədə başqa şəxslərin operativ göstəriş verməsi qadağandır.
19.4. Sərnişin qatarlarının lokomotivlərinə və motor-vaqonlu qatarlara tək maşinistlə xidmət edilməsi zamanı, qatar dispetçeri xidmət etdiyi sahədə belə qatar olduqda onun hərəkətinə nəzarəti təmin etməli və həmin sahədə olan bütün dəmiryol stansiyalarının stansiya növbətçilərini bu barədə məlumatlandırmalıdır.
19.5. Qatarların hərəkətinə rəhbərlik üzrə hər bir dəmiryol stansiyası, yol postu və hər bir qatar eyni vaxtda bir işçinin tabeliyində olmalıdır:
19.5.1. dəmiryol stansiyası və ya yol postu - dəmiryol stansiyasının növbətçisinin;
19.5.2. dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə - qatar dispetçerinin;
19.5.3. qatar-aparıcı lokomotivin (motor-vaqonlu qatarın), özügedən xüsusi hərəkət tərkibi maşinistinin.
19.6. Dəmiryol stansiyalarında yolun inkişafından asılı olaraq, hər biri öz iş rayonu hüdudlarında qatarların hərəkətinə rəhbərlik edən bir neçə dəmiryol stansiya və ya park növbətçisi ola bilər. Belə dəmiryol stansiyalarında qatarların hərəkəti ilə əlaqədar hər bir dəmiryol stansiyasının funksiyası və ya park növbətçisinin vəzifə funksiyaları və onların idarəetmə rayonlarının sərhədləri dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilir.
19.7. Dəmiryol stansiyalarında aparıcı lokomotivin (motorvaqonlu qatarın), özügedən xüsusi hərəkət tərkibinin maşinisti və qatara xidmət edən bütün digər işçilər dəmiryol stansiyasının növbətçisinin, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinin göstərişinə tabedirlər.
19.8. Azintensivli xətlərdə (sahələrdə) dəmiryol stansiyası növbətçilərinin növbətçiliyi ləğv edildikdə, dəmiryol stansiyasının yoldəyişənləri və siqnalları qonşu stansiyadan teleidarəetmə qurğusu və dayanıqlı qatar radiorabitəsi ilə təchiz edildikdə, bu stansiyalarda qatarların, o cümlədən tək maşinistlə xidmət edilən qatarların hərəkətinin təhlükəsizliyini təminetmə qaydalarını müəyyən etməklə, rəhbərliyin qonşu dəmiryol stansiyasının növbətçisinə və ya qatarların hərəkətinə dispetçer nəzarət qurğusu olan sahələrdə qatar dispetçerinə həvalə edilməsinə yol verilir.
19.9. Hər bir sərnişin, poçt-baqaj, yük-sərnişin və adamla tutulu qatarlar müəyyən edilmiş dəmir yoluna, yük qatarları isə müəyyən edilmiş qrup dəmir yollarına qəbul edilir.
19.10. Dəmiryol stansiyalarında dayanacağı olmayan qatarlar baş dəmir yolları ilə buraxılır.
19.11. Qatarların qəbulu və göndərilməsi üçün dəmir yollarından istifadəyə dair tələblər dəmiryol stansiyasının texnikisərəncam aktı ilə müəyyən edilir.
19.12. Dəmiryol stansiyasının növbətçisi qatarların vaxtında qəbulu üçün boş dəmir yollarının olmasını təmin etməli və qatarın bağlı giriş siqnalının qarşısında əsassız dayanmasına yol verməməlidir.
19.13. Keçən qatarlardan açılan və yüklənmə, boşaldılma, təmir və digər əməliyyatlar üçün nəzərdə tutulan ayrı-ayrı vaqonlarla və ya vaqon qrupları ilə qəbul-göndərmə dəmir yollarının tutulması qadağandır.
19.14. Aralıq dəmiryol stansiyalarında qəbul-göndərmə dəmir yollarının ayrı-ayrı vaqonlarla və ya vaqon qrupları ilə müvəqqəti tutulmasına qatar dispetçerinin icazəsi ilə yol verilə bilər.
19.15. Tutucu dalanların istənilən dəmiryol hərəkət tərkibi ilə, qoruyucu dalanların isə sərnişin vaqonları, içərisində insanlar olan yük vaqonları və təhlükəli yüklərlə dolu yük vaqonları ilə tutulması qadağandır.
19.16. Tək maşinistlə xidmət edilən sərnişin qatarının qəbulu və göndərilməsindən əvvəl dəmiryol stansiyasının növbətçisi, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçeri marşrutun hazırlığı və siqnalın açıq olması barədə maşinisti məlumatlandırmalıdır. Ümumi istifadəli dəmiryol nəqliyyatında yerli şəraitdən və qatarların hərəkət həcmindən asılı olaraq belə məlumatın maşinistə verilməsi mümkün olmayan dəmiryol stansiyalarının siyahısını və belə hallarda qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair tələbləri infrastruktur sahibi müəyyən edir.
19.17. Qatarların qəbulu və göndərilməsi, manevrlərin aparılması ilə əlaqədar əməliyyatların növbətçi işçilər tərəfindən yerinə yetirilməsinə, xüsusilə siqnalizasiya, mərkəzləşmə və bloklama, rabitə qurğularının normal işinin pozulduğu şəraitdə nəzarətin həyata keçirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.18. Dəmiryol stansiyasının növbətçisinin otağı izolyasiya edilir. Dəmiryol stansiyasının növbətçisinin otağına, yalnız dəmiryol stansiyasının rəisi, bilavasitə dəmiryol stansiyasının növbətçisi ilə işləyən və ya öz vəzifə funksiyalarını onunla birgə yerinə yetirən şəxslər, dəmiryol stansiyasının növbətçisinin işinə və idarəetmə cihazlarının saz işləməsinə nəzarət edən işçilər daxil olmaq hüququna malikdirlər.
19.19. Dəmiryol stansiyalarında qatarların qəbulu və göndərilməsi, manevrlərin aparılması, yoldəyişənlərə texniki xidmət, sərnişinlərə xidmət, yüklərin qəbulu və təhvili əməliyyatları üzrə işçilər ştatda nəzərdə tutulmadıqda, belə işlər infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibinin müəyyən etdiyi qaydada digər xidmətlərin işçiləri tərəfindən həyata keçirilir.
19.20. Dəmiryol stansiyasına qatarlar giriş siqnalının açıq vəziyyətində dəmiryol stansiyasının texniki-sərəncam aktında bunun üçün nəzərdə tutulmuş boş dəmir yollarına, sərnişin qatarları isə həmçinin ALS yol qurğuları ilə təchiz edilmiş dəmir yollarına qəbul edilir. Belə qurğularla təchiz edilməyən dəmir yollarına sərnişin qatarlarının qəbulu zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.21. Ayrı-ayrı dəmiryol stansiyalarında iki motor-vaqonlu qatarın yerləşməsi üçün müvafiq uzunluğu olan dəmir yolunun, belə qatarların qəbulu üçün marşrut işıqforu ilə iki sahəyə bölünməsinə yol verilir.
19.22. Qəbul dəmir yolunu bölən marşrut işıqforunun arxasındakı dəmiryol sahəsi motor-vaqonlu qatarla tutulu olduqda, ikinci motor-vaqonlu qatar həmin işıqfora qədər yolun boş hissəsinə giriş (marşrut) işıqforu üzərindəki xüsusi siqnalla qəbul edilir. Giriş (marşrut) işıqforunun göstəricisi qəbul dəmir yolunu bölən marşrut işıqforunun göstəricisindən asılı olmalıdır. Belə dəmir yoluna eyni vaxtda iki motor-vaqonlu qatarın əks istiqamətlərdən qəbulu qadağandır.
19.23. Motor-vaqonlu qatarların dəmir yolunun ayrı-ayrı sahələrinə qəbuluna icazə verilən dəmiryol stansiyalarının siyahısı, sərnişinlərin və qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasına dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.24. Motor-vaqonlu qatarların dəmir yolunun ayrı-ayrı sahələrinə qəbuluna icazə verilən dəmiryol stansiyalarında motorvaqonlu qatarların qəbulu üçün müəyyən edilmiş tələblərdən tək lokomotivlərin, motovozların və drezinlərin qəbulunda da istifadə edilməsinə yol verilir.
19.25. İtələyici lokomotivlər və dəmiryol stansiyasının ərazisində yerləşən depoya gələn lokomotivlər və ya depodan qatarların tərkiblərinə qoşulmaq üçün hərəkət edən lokomotivlər dəmiryol stansiyasına qəbul üçün dəmir yollarının müəyyən hissələrində yerləşdirilə bilər. Belə dəmiryol stansiyalarını və lokomotivlərin qəbuluna dair tələbləri infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi müəyyən edir.
19.26. Qeyri-ümumi istifadəli dəmir yollarında qatarların manevr qaydasında stansiya yollarının boş sahələrinə (dəmiryol hərəkət tərkibi ilə qismən tutulu olan), həmçinin bilavasitə texnoloji obyektlərə giriş (marşrut) işıqforunun dirəyi üzərində quraşdırılmış manevr siqnalı ilə hərəkətinə yol verilir. Belə qatarların qəbuluna dair tələblər qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.27. Bərpa və yanğın qatarlarının, köməkçi lokomotivlərin, vaqonsuz lokomotivlərin, qartəmizləyənlərin, özügedən xüsusi hərəkət tərkibinin, həmçinin təsərrüfat qatarlarının (mənzili bağlamaqla işləyərkən) stansiya dəmir yollarının boş hissəsinə qəbuluna yol verilir. Belə qatarların qəbulu və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.28. Dəmiryol stansiyası növbətçisinə qatarların qəbulu üçün marşrutun hazırlığına, yoldəyişənlərin qapanmasına, qəbul yolunun boşluğuna və qəbul marşrutunun yoldəyişənlərində manevrlərin dayandırılmasına əmin olmadan giriş işıqforunu açmaq qadağandır.
19.29. Giriş işıqforunu şəxsən dəmiryol stansiyasının növbətçisi və ya onun göstərişi ilə mərkəzləşmə postunun operatoru, dispetçer mərkəzləşməsi ilə təchiz olunmuş sahələrdə isə qatar dispetçeri açır.
19.30. Giriş işıqforu gələn qatarın birinci təkər cütü onu keçdikdən sonra avtomatik olaraq, elektrik rels dövrəsi və yol sahələrinin boşluğuna nəzarət edən digər qurğular olmayan dəmiryol stansiyalarında gələn qatarın bütün tərkibi giriş işıqforunu keçdikdən sonra, qeyri-ümumi istifadəli dəmir yolları sahələrində isə vaqonlarla irəli hərəkət zamanı bütün tərkiblə və lokomotivlə işıqforu keçdikdən sonra dəmiryol stansiyasının növbətçisi, mərkəzləşmə postunun operatoru və ya yoldəyişmə postunun növbətçisi tərəfindən bağlanılmalıdır.
19.31. Qatarın dəmiryol stansiyasına giriş işıqforunun qadağanedici göstəricisində və ya onun əsas işıqlarının sönmüş vəziyyətində qəbuluna yol verilmir. Qatarın dəmiryol stansiyasına giriş işıqforunun qadağanedici göstəricisində və ya onun əsas işıqlarının sönmüş vəziyyətində qəbulu, dəvətedici siqnalla və dəmiryol stansiyasının növbətçisinin xüsusi icazəsi ilə "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a əsasən müəyyən edilir.
19.32. Qatarın dəmiryol stansiyasına dəvətedici siqnalla və ya dəmiryol stansiyasının növbətçisinin xüsusi icazəsi ilə qəbulu zamanı qatarın hərəkət sürəti saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmamalıdır, bu zaman maşinist qatarı xüsusi sayıqlıqla və sonrakı hərəkəti üçün maneə ilə qarşılaşdıqda qatarı dərhal dayandırmağa hazır olmaqla idarə etməlidir.
19.33. Qatarı qəbul etməzdən əvvəl dəmiryol stansiyasının növbətçisi, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçeri:
19.33.1. qatarın qəbul dəmir yolunun boşluğuna əmin olmalı;
19.33.2. qatarın qəbul dəmir yoluna və qəbul marşrutuna çıxmaqla aparılan manevrləri dayandırmalı;
19.33.3. qatara qəbul marşrutunu hazırlamalı;
19.33.4. giriş işıqforunu açmalıdır.
19.34. Dəmiryol stansiyasının növbətçilərinin və qatar dispetçerləri tərəfindən qatarların qəbulu üzrə əməliyyatların yerinə yetirilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.35. Dəmiryol stansiyasının azı bir tərəfindəki yaxınlaşma yolu sürəkli (uzun) enişdə yerləşdikdə və bununla yanaşı enişin əks tərəfindən qatarların qəbul marşrutu digər qatarların qəbul marşrutundan izolyasiya (təcrid) olunmadıqda (qoruyucu dalanla və ya dəmir yollarının qarşılıqlı yerləşmələri ilə) qatarların əks istiqamətlərdən eyni vaxtda dəmiryol stansiyasına qəbulu qadağandır. Bundan başqa, ikiyollu və çoxyollu xətlərin aralıq dəmiryol stansiyalarında əks istiqamətli qatarların eyni vaxtda qəbuluna, qatarın gəldiyi tərəfdən tormoz yolu uzunluğunda eniş 0,006-dan kəskin olduqda və qatarın qəbul marşrutunun davamı sərnişin, poçtbaqaj, yük-sərnişin və ya adamla tutulu qatarların qəbul marşrutu ilə kəsişdikdə yol verilmir.
19.36. Dəmiryol stansiyasına gələn qatar, bu Qaydaların 18.54-cü bəndinə uyğun müəyyən edilmiş qəbul yolunun faydalı uzunluğu hüdudunda dayandırılır.
19.37. Qatarın quyruğundakı sonuncu vaqon qəbul yolunun
faydalı uzunluğu hüdudunun arxasında qaldıqda, yoldəyişmə postunun növbətçisi və ya siqnalçı dərhal bu barədə dəmiryol stansiyasının növbətçisinə xəbər verməli, o isə öz növbəsində qatarın qəbul yolunun faydalı uzunluğunun sərhədlərində yerləşdirilməsi üçün müvafiq tədbir görməlidir.
19.38. Yoldəyişənləri elektrik mərkəzləşməsinə qoşulmuş dəmiryol stansiyalarında qatarların qəbul yolunun faydalı uzunluğu sərhədlərində yerləşməsinə nəzarət, dəmiryol stansiyasının növbətçisi, dispetçer mərkəzləşməsi olan sahələrdə isə qatar dispetçeri tərəfindən nəzarət cihazlarının göstəricilərinə əsasən həyata keçirilir.
19.39. Qatarı qəbul yolunun faydalı uzunluğu sərhədində yerləşdirmək mümkün olmadıqda, dəmiryol stansiyasının növbətçisi dəmiryol hərəkət tərkibinin qonşu dəmir yolları ilə hərəkəti zamanı təhlükəsizliyin təmin olunması üçün tədbir görməlidir.
19.40. Dəmiryol stansiyasının növbətçisi gələn hər bir qatarı onun vəziyyətini, qatar işarələrinin olmasını və göstəricilərinin düzgünlüyünü izləməklə qarşılayır.
19.41. Dəmiryol stansiyalarında qatarların qəbul yolları uzaqda yerləşdikdə və ya yerli şəraitə görə dəmiryol stansiyasının növbətçisi tərəfindən qatarların qarşılanması mümkün olmadıqda, onları dəmiryol stansiyasının texniki-sərəncam aktında nəzərdə tutulmuş işçilər (siqnalçılar və ya yoldəyişmə postunun növbətçiləri) qarşılayırlar.
19.42. Dəmiryol stansiyasının növbətçisi qatarın tam tərkibdə dəmiryol stansiyasına gəlməsinə siqnalçının, yoldəyişmə postu növbətçisinin məlumatına görə və ya şəxsən, yoldəyişənləri mərkəzləşdirilmiş dəmiryol stansiyalarında (avtomatik bloklama ilə təchiz edilməyən sahələrdə) isə infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən təyin edilmiş digər işçilərin məlumatına əsasən əmin olmalıdır.
19.43. Sərnişin, poçt-baqaj, hərbçilərlə və adamla tutulu və ya yük-sərnişin qatarları dəmiryol stansiyasına çatdıqdan sonra dəmiryol stansiyasının növbətçisi, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçeri dəmiryol stansiyasının texnikisərəncam aktına və "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun olaraq həmin qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş tədbirləri görməlidir.
19.44. Dəmiryol stansiyasının növbətçisi olmayan dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə, həmçinin avtomatik bloklama sahələrində yerləşən dəmiryol stansiyalarında yerli şəraitə görə dəmiryol stansiyasının növbətçisinin qatarları qarşılaması mümkün olmayan və bunun üçün başqa işçilər (siqnalçılar, yoldəyişmə postunun növbətçiləri) olmadıqda, qatarların gəlməsinə idarəetmə və nəzarət cihazlarının göstəriciləri ilə nəzarət edilir, bundan başqa qatarın tam tərkibdə dəmiryol stansiyasına daxil olmasına tormoz magistralının bütövlüyünü xarakterizə edən cihazların göstəricisi əsasında qatar lokomotivinin maşinisti tərəfindən nəzarət edilir.
19.45. İdarəetmə və nəzarət cihazlarının nasazlığı hallarında qatarın tam tərkibdə dəmiryol stansiyasına gəlməsinə nəzarətin həyata keçirilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.46. Qatarlar dəmiryol stansiyasının növbətçiləri tərəfindən qarşılanmayan dəmiryol stansiyalarının siyahısı və qatarların qəbulu zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi şərtləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.47. Dəmiryol stansiyasının növbətçisi hər bir qatarın faktiki gəlmə və keçmə vaxtını, onun nömrəsini qatarların hərəkət jurnalında, qeyri-ümumi istifadəli dəmir yollarında isə icra edilmiş hərəkət qrafikində qeydlər aparmalı, dərhal bu barədə qatarı göndərən qonşu dəmiryol stansiyasının növbətçisinə və qatar dispetçerinə məlumat verməli, bundan başqa müvafiq məlumatların avtomatlaşdırılmış idarəetmə informasiya sisteminə (olduqda) ötürülməsini təmin etməlidir.
19.48. İntensiv hərəkətli sahələrdə qatarların gəlməsi və göndərilməsi barədə məlumatların verilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.49. Dəmiryol stansiyasının növbətçisinin iş yeri, qatarın gəlməsi və ya keçməsi barədə məlumatların avtomatik qeydə alınmasını təmin edən aparatlarla təchiz edilmiş avtomatlaşdırılmış dəmiryol stansiyalarında, dəmiryol stansiyasının növbətçilərinə alınan və ya verilən məlumatların düzgünlüyünə nəzarət etməklə qatarların hərəkət jurnalının elektron formada aparılmasına yol verilir.
19.50. Dəmiryol stansiyasının növbətçisinə qatarı biryollu və düzgün olmayan dəmir yolu ilə ikiyollu sahələrdə qatarın göndəriləcəyi dəmiryol stansiyasının növbətçisinin razılığı olmadan göndərmək qadağandır. Avtomatik bloklama ilə təchiz edilmiş biryollu sahələrdə qatarlar birinci blok-sahə boşaldıqdan sonra qonşu dəmiryol stansiyasının növbətçisinin əvvəlcədən razılığı alınmadan qatar dispetçerinin göstərişi ilə qonşu dəmiryol stansiyasına göndərilir.
19.51. İkiyollu sahələrdə qatarların göndərilməsi qatarları düzgün dəmir yolu ilə göndərən dəmiryol stansiyasının növbətçisinin göstərişi ilə əvvəlcə göndərilmiş qatarın gəlməsi (çatması) barədə məlumat aldıqdan sonra avtomatik bloklamada isə birinci blok-sahə boşaldıqdan sonra yerinə yetirilir. Qatarın göndəriləcəyi dəmiryol stansiyasının növbətçisinin əvvəlcədən razılığı tələb olunmur.
19.52. Dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə qatarların göndərilməsi qatar dispetçerinin göstərişi ilə yerinə yetirilir.
19.53. Bu Qaydaların 12-ci hissəsinə uyğun olaraq təhlükəsizlik qurğuları ilə təchiz edilməyən özügedən xüsusi hərəkət tərkiblərinin dəmiryol stansiyasından göndərilməsinə, stansiyalararası mənzil qatarlardan boş olduqda, qatar dispetçerinin göstərişi ilə yol verilir.
19.54. Mənzili məhdudlaşdıran dəmiryol stansiyalarından təsərrüfat qatarlarının və özügedən xüsusi hərəkət tərkiblərinin göndərilməsi, onların mənzil üzrə iş yerlərinə getmələri və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.55. Qatarı göndərməzdən əvvəl dəmiryol stansiyasının növbətçisi, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçeri:
19.55.1. mənzilin, avtomatik bloklamada isə birinci blok-sahənin boşluğuna əmin olmalı;
19.55.2. qatarın göndərmə marşrutuna çıxmaqla aparılan manevr işlərini dayandırmalı;
19.55.3. göndərmə marşrutunu hazırlamalı;
19.55.4. mənzili tutmaq üçün çıxış işıqforunu açmalı və ya maşinistə digər icazəverici sənədi verməlidir.
19.56. Dəmiryol stansiyalarının növbətçiləri və qatar dispetçerləri tərəfindən qatarların göndərilməsi ilə əlaqədar əməliyyatların yerinə yetirilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.57. Dəmiryol stansiyasının növbətçisinin icazəsi olmadan qatarın mənzilə göndərilməsi qadağandır.
19.58. Göndərilən qatarın maşinisti üçün mənzili tutmağa icazə çıxış işıqforunun icazəverici göstəricisi, onun nasazlığı halında və ya çıxış işıqforu olmayan dəmir yollarından qatar göndərildiyi hallarda isə qatarların hərəkət jurnalında qeydiyyata alınan yazılı icazə və ya dəmiryol stansiyasının növbətçisinin radiorabitə ilə verdiyi əmr (danışıqların qeydə alınması qurğusu olduqda) və ya jezl hesab olunur.
19.59. Sərnişin və poçt-baqaj qatarlarının maşinistlərinə dəmiryol stansiyalarından cədvəl ilə müəyyən edilmiş vaxtdan əvvəl getmələri (yola düşmələri), həmçinin hərəkətin təhlükəsizliyini və ya insanların həyat və sağlamlığını qorxu altına alan hallar istisna olmaqla, cədvəllə sərnişinlərin minməsi və düşməsi üçün dayanacağı nəzərdə tutulmuş dəmiryol stansiyalarını dayanmadan keçmələri qadağandır.
19.60. Sərnişin və ya poçt-baqaj qatarlarının texnoloji əməliyyatların (kəsişmə, ötmə) yerinə yetirilməsi üçün dayanacağı nəzərdə tutulan və sərnişinlərin minməsi və düşməsi, baqaj və poçtun yüklənməsi və boşaldılması üçün nəzərdə tutulmayan ayırma məntəqələrində, qatar dispetçerinin maşinistə və dəmiryol stansiyasının növbətçisinə verdiyi göstərişlə dayanma müddəti qısaldıla və ya ləğv oluna bilər.
19.61. Bu Qaydaların 19.60-cı bəndində nəzərdə tutulmuş dayanacaqlar qatarların hərəkətinin xidməti cədvəllərində xüsusi nişanlarla qeyd olunur, sərnişinlər üçün çap edilən afişa və cədvəllərdə isə bu dayanacaqlar qeyd olunmur.
19.62. Dəmiryol stansiyasının növbətçisinə, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinə qatarın göndərilməsi üçün marşrutun hazırlığına, yoldəyişənlərin qapanmasına, göndərmə marşrutundakı yoldəyişənlərdə manevrlərin dayandırılmasına, tərkibə (qatara) texniki xidmətin və kommersiya baxışının başa çatmasına əmin olmadan mənzili tutmaq üçün çıxış işıqforunu açmaq və ya digər icazəverici sənədlər vermək qadağandır. Tərtibat dəmiryol stansiyalarından, qatara vaqonların qoşulması və açılması yerinə yetirilən dəmiryol stansiyalarından və ya qatarın quyruğunu bildirən siqnal disklərinin dəyişdirilməsi nəzərdə tutulan dəmiryol stansiyalarından qatarların göndərilməsi zamanı dəmiryol stansiyasının növbətçisi çıxış işıqforunu açmazdan və ya lokomotivin, özügedən xüsusi hərəkət tərkibinin maşinistinə mənzili tutmaq üçün icazə verməzdən əvvəl dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə və hərəkətin təşkilinə dair təlimatla müəyyən edilmiş tələblərə uyğun sonuncu vaqonda qatar siqnalının olmasına əmin olmalıdır.
19.63. Çıxış işıqforunu şəxsən dəmiryol stansiyası növbətçisi və ya onun göstərişinə əsasən mərkəzləşmə postunun operatoru açmalıdır. Dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə çıxış işıqforu qatar dispetçeri tərəfindən açılır.
19.64. Dəmiryol stansiyasının növbətçisi qatarların hərəkət qrafikinin pozulması hallarında, sərnişin, poçt-baqaj, adamla tutulu və ya yük-sərnişin qatarlarının ardınca göndəriləcək qatara çıxış işıqforunu açmazdan əvvəl maşinisti sərnişin qatarının ardınca gedəcəyi barədə xəbərdar edir.
19.65. Çıxış işıqforu göndərilən qatarın birinci təkər cütü onu keçdikdən sonra avtomatik olaraq, elektrik rels dövrəsi olmayan dəmiryol stansiyalarında göndərilən qatar bütün tərkiblə işıqforu keçdikdən sonra qeyri-ümumi istifadəli dəmir yollarında isə qatarların vaqonlarla irəli hərəkət üstünlüyü zamanı yalnız bütün tərkiblə və lokomotivlə işıqforu keçdikdən sonra dəmiryol stansiyasının növbətçisi, mərkəzləşmə postunun operatoru və ya yoldəyişmə postunun növbətçisi tərəfindən bağlanılır.
19.66. Çıxış işıqforunun qadağanedici göstəricisində, həmçinin çıxış işıqforu olmayan stansiya dəmir yollarından qatarların göndərilməsi zamanı aparıcı lokomotivin, özügedən xüsusi hərəkət tərkibi maşinistinin mənzili tutmağa icazəsinin olmasına baxmayaraq, dəmiryol stansiyasının növbətçisinin radiorabitə ilə və ya dəmiryol stansiyasının növbətçisi, yaxud onun göstərişinə əsasən post, park, mərkəzləşmə postunun operatoru, yoldəyişmə postu növbətçisi, siqnalçı və ya yük qatarlarının baş konduktoru (qatar tərtibatçısı) tərəfindən verilən göndərmə siqnalı olmadan qatarı hərəkətə gətirməsi qadağandır. Göndərmə siqnalının verilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.67. Qatarı hərəkətə gətirməzdən əvvəl mənsubiyyətindən asılı olmayaraq, aparıcı lokomotivin və özügedən xüsusi hərəkət tərkibinin maşinisti və onun köməkçisi qatardan və ya dəmiryol stansiyasının işçiləri tərəfindən dayanma siqnalının verilməməsinə əmin olmalıdır.
19.68. Sərnişin qatarının vaqon bələdçiləri qatarın hərəkətinin təhlükəsizliyinə maneə yaranan zaman onun dayandırılması üçün müvafiq tədbir görməlidirlər.
19.69. Stop-kranın tətbiqi və ya özbaşına tormozlama nəticəsində mənzildə sərnişin qatarının (motor-vaqonlu qatardan başqa) dayanması zamanı, bələdçilər xidmət etdikləri vaqonlara baxış keçirməli və baxışın nəticəsindən asılı olaraq dərhal lokomotiv tərəfə "Dayan" siqnalı verməlidirlər. Motor-vaqonlu qatar mənzildə dayandıqda maşinist köməkçisi səbəbi aydınlaşdırmalı və maşinistə məlumat verməlidir. Digər qatarların belə dayanma hallarında maşinist köməkçisi qatara baxış keçirməli, qatarın sonuncu vaqonu üzərindəki nömrəsi ilə və bu vaqonda qatar siqnalının olmasını müəyyən etməklə qatarın tam tərkibdə olmasını aydınlaşdırmalıdır.
19.70. Sərnişin qatarlarının hərəkəti bütün vaqonların bələdçiləri tərəfindən verilən dayanma siqnalları götürüldükdən sonra digər qatarlarda isə maşinist köməkçisinin məruzəsindən sonra bərpa olunur.
19.71. Hərəkət cədvəlində nəzərdə tutulmayan digər dayanma hallarında (insanların minib - düşməsi, yüklərin boşaldılması və ya yüklənməsi) qatarın mənzildə hərəkətə gətirilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.72. Sərnişin qatarları lokomotivlərinə tək maşinistlə xidmət (idarəedilmə) zamanı maşinist dəmiryol stansiyasında və ya mənzildə qatarı hərəkətə gətirməzdən əvvəl sərnişin qatarı rəisindən (briqadirmexanikdən) radiorabitə vasitəsilə qatarın göndərilməsinə hazır olması barədə məlumat almalıdır.
19.73. Çıxış işıqforları olmayan dəmir yollarından mənzili tutmağa, həmçinin çıxış işıqforunun qadağanedici göstəricisində qatarın (o cümlədən özügedən xüsusi hərəkət tərkibinin) göndərilməsi zamanı qatarın maşinistinə mənzili tutması üçün dəmiryol stansiyasının növbətçisi tərəfindən şəxsən və ya bu qatarın lokomotiv briqadası işçilərindən birinin, dəmiryol stansiyasının park növbətçisi, operator, yoldəyişmə postunun növbətçisi, siqnalçı və ya yük qatarlarının baş konduktoru (qatar tərtibatçısı) vasitəsilə icazəverici sənəd təqdim edilir.
19.74. Maşinist mənzili tutmağa verilən icazəverici sənədin (icazəvericinin) düzgünlüyünə əmin olmalıdır.
19.75. Lokomotivlərin və özügedən xüsusi hərəkət tərkibinin maşinistlərinə mənzili tutmağa icazəverici sənədin verilməsinə, həmçinin hərəkətin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər dəmiryol stansiyasının texniki-sərəncam aktı ilə müəyyən edilir.
19.76. Stansiyanın yaxınlaşması sürəkli enişdə yerləşdikdə və qəbul edilən qatarın marşrutu göndərilən qatarın marşrutundan izolyasiya (qoruyucu dalanla və ya qəbul -göndərmə dəmir yollarının əlaqəli yerləşməsi ilə) edilmədikdə qatarın eyni vaxtda dəmiryol stansiyasından göndərilməsi və həmin istiqamətə qəbulu qadağandır.
19.77. Dəmiryol stansiyasının növbətçisi göndərilən və ya stansiyadan dayanmadan keçən hər bir qatarı, onun vəziyyətini, qatar siqnallarının olmasını və göstəricisinin düzgünlüyünü izləməklə yola salmalıdır. 19.78. Qatarların göndərmə dəmir yolları uzaqda yerləşdikdə və ya yerli şəraitə görə qatarların yola salınması dəmiryol stansiyasının növbətçisi tərəfindən mümkün olmadıqda, onları dəmiryol stansiyasının texniki-sərəncam aktında nəzərdə tutulmuş işçilər (siqnalçılar və ya yoldəyişmə postunun növbətçiləri) yola salır. 19.79. Dəmiryol stansiyasının növbətçisi qatarın tam tərkibdə göndərilməsinə siqnalçının, yoldəyişmə postu növbətçisinin məlumatına əsasən və ya şəxsən əmin olmalıdır.
19.80. Dəmiryol stansiyasının növbətçiləri olmayan, dispetçer mərkəzləşməsi ilə təchiz edilən sahələrdə, yerli şəraitə görə qatarı dəmiryol stansiyasının növbətçiləri, həmçinin digər işçilər (siqnalçılar, yoldəyişmə postunun növbətçiləri və s.) tərəfindən yola salınması mümkün olmayan, dəmir yolları sahələrinin boşluğuna nəzarət edən elektrik rels dövrələri və digər qurğularla təchiz edilmiş dəmiryol stansiyalarında qatarların göndərilməsinə idarəetmə və nəzarət cihazları vasitəsilə nəzarət edilir.
19.81. Qatarlar dəmiryol stansiyasının növbətçiləri tərəfindən yola salınmayan dəmiryol stansiyalarının siyahısı və qatarların göndərilməsi zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi şərtləri infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.82. Qatarı yola salan işçi qatarda hərəkətin təhlükəsizliyini qorxu altına alan nasazlıq, həmçinin qatarın hərəkəti zamanı müəyyən edilmiş qatar siqnalının olmadığını aşkar etdikdə, onun dayandırılması üçün dərhal tədbir görməlidir.
19.83. Qatarın düzgün tərtib edilməsinə dəmiryol stansiyasının işçiləri məsuliyyət daşıyırlar.
19.84. İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin (dəmiryol stansiyası qeyri-ümumi istifadəli dəmir yollarında yerləşdikdə) dəmiryol stansiyasının işçiləri qatarı göndərməzdən əvvəl qatarın dəmiryol stansiyasının texnoloji iş prosesinə, texniki-sərəncam aktına, hərəkət qrafikinə və qatarların tərtibatı planına uyğun düzgün tərtib edilməsini, açıq dəmiryol hərəkət tərkibində yüklərin düzgün və möhkəm bərkidilməsini yoxlamalı, yüklərin salamatlığının tam təmin olunmasına, qatarda müəyyən edilmiş siqnalların olmasına və zəruri qatar inventarları ilə təchizatına əmin olmalıdırlar.
19.85. Yük və yük-sərnişin qatarlarının quyruğunu (sonunu) bildirən qatar siqnal cihazlarına texniki xidmət, siqnal cihazlarının bu qatarlara asılması və onların götürülməsi vaqon təsərrüfatı işçilərinə həvalə edilir.
19.86. Yerli şəraitdən asılı olaraq qatarın yoxlanılmasına dair tələblər və dəmiryol stansiyasının aidiyyəti işçilərinin məsuliyyəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.87. Bütün yük və yük-sərnişin qatarlarına tərtibat dəmiryol stansiyalarında qatar göndərilməzdən əvvəl aparıcı lokomotivin maşinistinə Müstəqil Dövlətlər Birliyi (MDB), Latviya, Litva, Estoniya və Gürcüstan dövlətləri-iştirakçılarının dəmiryol nəqliyyatı üzrə Şurası tərəfindən təsdiq edilmiş (2003-cü il 12 fevral tarixli 34 nömrəli protokol) "Yük qatarının natura vərəqəsinin tərtibatına dair Təlimat"a uyğun tərtibat dəmiryol stansiyasında hazırlanmış qatarın bütün yol boyu hərəkəti zamanı müşayiət edən qeydiyyat sənədi (bundan sonra-natura vərəqəsi) və möhürlənmiş halda daşıma sənədləri verilir.
19.88. Natura vərəqəsi sərnişin (motor-vaqonlu qatarlardan başqa) və poçt-baqaj qatarlarına tərtibat və dövriyyə dəmiryol stansiyalarında aparıcı lokomotivin maşinistinə və sərnişin qatarının rəisinə (mexanik-briqadirə) verilir.
19.89. Baş konduktor (qatar tərtibatçısı) olan qatarlarda natura vərəqəsi və daşıma sənədləri ona verilir. Belə hallarda baş konduktor (qatar tərtibatçısı) maşinisti natura vərəqəsinə əsasən göndərilən qatarın tərkibi ilə tanış etməlidir.
19.90. Yol boyu vaqonların açılması və qoşulması zamanı qatarın natura vərəqəsinə bu əməliyyatları yerinə yetirən dəmiryol stansiyasının işçiləri tərəfindən müvafiq dəyişikliklər edilir.
19.91. Dəmiryol stansiyasının növbətçisi hər bir qatarın faktiki göndərilmə və ya keçmə vaxtını, onun nömrəsini, qatar tərkibini xarakterizə edən digər məlumatları qatarların hərəkət jurnalında, qeyri-ümumi istifadəli dəmir yollarında isə icra edilmiş hərəkət qrafikində qeydlər aparmalı və dərhal bu barədə qatarın göndərildiyi qonşu dəmiryol stansiyasının növbətçisinə və qatar dispetçerinə məlumat verməlidir. Bundan başqa dəmiryol stansiyasının növbətçisi qatar barədə müvafiq məlumatların avtomatlaşdırılmış idarəetmə informasiya sisteminə (bu olduqda) ötürülməsini təmin etməlidir.
19.92. Dəmiryol stansiyasının növbətçisinin iş yeri, qatarın
göndərilməsi və keçməsi barədə məlumatların avtomatik qeydə alınmasını təmin edən avtomatlaşdırılmış aparatlarla təchiz edilmiş dəmiryol stansiyalarında, dəmiryol stansiyasının növbətçilərinə alınan və ya verilən məlumatların düzgünlüyünə nəzarət etməklə qatarların hərəkət jurnalının elektron formada aparılmasına yol verilir.
19.93. Qatarların hərəkəti zamanı əsas siqnalizasiya və əlaqə vasitələri avtomatik və yarımavtomatik yol bloklamaları hesab olunur.
19.94. Bir istiqamətdə avtomatik bloklama ilə təchiz edilən ikiyollu və çoxyollu mənzillərdə ikitərəfli hərəkətin təşkili zamanı qatarların əks istiqamətdə (düzgün olmayan dəmir yolu ilə) hərəkəti lokomotiv işıqforlarının siqnalları ilə yerinə yetirilə bilər.
19.95. Ayrı-ayrı sahələrdə ALS müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilə bilər.
19.96. Ümumi istifadəli dəmir yollarının azintensivli xətlərində (sahələrində) və qeyri-ümumi istifadəli dəmir yollarında qatarların hərəkəti zamanı əlaqə vasitəsi kimi elektrik jezl sistemi və telefon rabitəsi tətbiq edilə bilər.
19.97. İnfrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin göstərişinə əsasən qatarların vaxt aralığı (interval) ilə göndərilməsinə yol verilir.
19.98. Stansiyalararası mənzilin hər bir dəmir yolunda eyni vaxtda bir siqnalizasiya və əlaqə vasitəsi işləyə bilər.
19.99. ALS müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən zaman lokomotiv işıqforlarının siqnalları, elektrik jezl sistemi və telefon əlaqə vasitəsilə qatarların hərəkətinin təşkilinə , və qatarların vaxt aralığı ilə göndərilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.100. Ayrı-ayrı azintensivli xətlərdə (sahələrdə) və qeyriümumi istifadəli dəmir yollarında qatarların hərəkətinə aşağıdakı vasitələrlə yol verilir:
19.100.1. aparıcı lokomotivin maşinistinə bilavasitə qatar dispetçerinin qatar radiorabitəsi ilə verdiyi əmrlərlə;
19.100.2. bir jezl vasitəsilə;
19.100.3. bir lokomotiv vasitəsilə;
19.100.4. iki dəmiryol stansiyasının sərhədləri üst-üstə düşdükdə, qeyri-ümumi istifadəli dəmir yollarında hərəkətin manevr qaydasında.
19.101. Azintensivli sahələrin və qeyri-ümumi istifadəli dəmir yolları siyahısı və bu əlaqə vasitələrində qatarların hərəkətinin təşkilinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.102. Avtomatik bloklama zamanı qatarla blok-sahənin tutulmasına çıxış və ya keçid işıqforunun icazəverici göstəricisi xidmət edir.
19.103. Sürəkli yoxuşlarda yerləşən keçid işıqforları üzərində (giriş işıqforlarının qarşısında yerləşəndən başqa) ayrı-ayrı hallarda infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin icazəsi ilə işıqforun dayağında lövhə üzərində "T" hərfi görünüşündə nişanlı şərti-icazəverici siqnalın qoyulmasına yol verilir. Həmin siqnalın olması yük qatarının keçid işıqforunun qırmızı işığında dayanmadan keçməsinə icazə verir. Bununla yanaşı, qatar keçid işıqforunun qırmızı işığını saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə keçməlidir.
19.104. Qatar keçid işıqforunun qırmızı işığının, həmçinin aydın olmayan və ya sönük göstəricisinin qarşısında dayandıqdan sonra maşinist irəlidəki blok-sahənin qatarla tutulu olduğunu və ya hərəkət üçün digər maneənin olmasını gördükdə və ya bildikdə, onun bloksahə boşalana qədər hərəkəti davam etdirməsi qadağandır. Əgər maşinist irəlidəki blok-sahənin qatarla tutulu (digər maneənin) olduğunu bilmirsə, dayandıqdan sonra tormozları buraxmalı və bu müddətdə işıqforda icazəverici işıq yanmazsa, qatarı növbəti işıqfora qədər saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə idarə etməlidir.
19.105. Növbəti keçid işıqforu bu Qaydaların 19.104-cü bəndində nəzərdə tutulmuş vəziyyətdə olduqda, qatar dayandıqdan sonra onun hərəkəti bu Qaydaların 19.103-cü və 19.104-cü bəndlərində nəzərdə tutulmuş qaydada davam etdirilir.
19.106. Keçid işıqforunun qadağanedici, həmçinin aydın olmayan və ya sönük göstəricisini keçdikdən sonra blok-sahə üzrə hərəkət zamanı lokomotiv işıqforunda sarı və ya yaşıl işıq göründükdə, maşinist hərəkət sürətini saatda 40 kilometrdən çox olmayan həddə qədər artırmaqla, növbəti işıqfora qədər xüsusi sayıqlıqla hərəkət edə bilər.
19.107. Blok-sahə üzrə hərəkət zamanı lokomotiv işıqforunun işıq göstəricisi qeyri-sabit işlədikdə, maşinist növbəti işıqfora qədər saatda 20 kilometrdən, qeyri-ümumi istifadəli dəmir yollarında isə 15 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir.
19.108. Lokomotiv işıqforunda icazəverici işıq olduqda lokomotiv işıqforunun göstəricisini rəhbər tutaraq, işığı sönmüş keçid işıqforunu dayanmadan keçməyə yol verilir.
19.109. Yarımavtomatik bloklama zamanı:
19.109.1. mənzilin qatarla tutulmasına çıxış və ya keçid işıqforunun icazəverici göstəricisi xidmət edir;
19.109.2. biryollu sahələrdə çıxış işıqforunu açmaq üçün əvvəlcədən qatarın göndərildiyi qonşu dəmiryol stansiyasının növbətçisindən razılıq bloklama siqnalı alınmalı və blok-sistem müvafiq hərəkət istiqamətinə keçirilməlidir.
19.110. Müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq edilən ALS zamanı:
19.110.1. birinci blok-sahənin tutulmasına icazəyə çıxış işıqforunun icazəverici göstəricisi xidmət edir;
19.110.2. növbəti blok-sahənin tutulmasına icazəyə lokomotiv işıqforunun icazəverici göstəricisi xidmət edir.
19.111. Bütün siqnalizasiya və əlaqə vasitələrinin işinin fasiləsi zamanı qatarların hərəkəti biryollu sahələrdə yazılı bildiriş vasitəsilə, ikiyollu sahələrdə isə qatarın dəmiryol stansiyaları arasındakı mənzili keçməsinə zəruri olan vaxt aralığı ilə yerinə yetirilir.
19.112. Bütün siqnalizasiya və əlaqə vasitələrinin işinin fasiləsi zamanı qatarların hərəkətinin təşkilinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.113. Ümumi istifadəli dəmiryol nəqliyyatında qatarların maksimal icazəverici hərəkət sürətləri dəmir yolunun konstruksiyasından və dəmiryol hərəkət tərkibinin tipindən asılı olaraq bu Qaydalara uyğun infrastruktur sahibi tərəfindən müəyyən edilir.
19.114. Qeyri-ümumi istifadəli dəmir yollarında qatarların hərəkət sürətləri bu Qaydalara uyğun olaraq həmin yolların sahibi tərəfindən müəyyən edilir.
19.115. Qatarların mənzillərdə və dəmiryol stansiyalarında hərəkət sürətləri qatarların hərəkət qrafikində nəzərə alınır. Bu zaman yoldəyişən qurğu üzrə yan dəmir yolu ilə hərəkət sürəti aşağıdakı göstəricilərdən yüksək olmamalıdır:
19.115.1. çarpazının markası 1/11 və daha kəskin olduqda - saatda 40 kilometrdən;
19.115.2. çarpazının markası 1/9 olduqda sərnişin qatarlarının hərəkət sürəti - saatda 25 kilometrdən;
19.115.3. R-65 tipli relsdən olan yoldəyişən qurğular üzərində çarpazının markası 1/11 olduqda - saatda 50 kilometrdən;
19.115.4. çarpazının markası 1/11 olan simmetrik yoldəyişən
qurğular üzərində - saatda 70 kilometrdən;
19.115.5. çarpazının markası 1/18 olan yoldəyişən qurğular üzərində - saatda 80 kilometrdən;
19.115.6. çarpazının markası 1/22 olan yoldəyişən qurğular üzərində - saatda 120 kilometrdən.
19.116. İşıqforun bir sarı işığının (yanıb-sönməyən (qırpınmayan) qatarlarla keçilmə sürəti saatda 60 kilometrdən çox olmamalı, hərəkət sürətinin saatda 140 kilometrdən hərəkət sürəti ilə dövr edən sərnişin qatarları üçün isə işıqforun bir sarı işığının (yanıb-sönməyən (qırpınmayan) keçilmə sürəti saatda 100 kilometrdən çox olmamalıdır.
19.117. Avtomatik bloklama ilə təchiz edilmiş sahədə növbəti işıqfordan tələb olunan tormoz yolundan az olan məsafədə yerləşən, avtomatik bloklama ilə təchiz edilməyən sahədə isə tam xidməti tormozlama zamanı əsas siqnaldan tormoz yolundan az olan məsafədə yerləşən işıqforun bir sarı işığının (yanıb-sönməyən (qırpınmayan) qatarlarla keçilmə sürəti infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.118. Qatarın vaqonlarla irəli hərəkət sürəti saatda 25 kilometrdən, lokomotivdə radiorabitə olduqda təsərrüfat qatarları və konstruksiyasından asılı olaraq özügedən xüsusi hərəkət tərkibi, bərpa və yanğın qatarları üçün isə saatda 40 kilometrdən çox olmamalıdır. Qartəmizləyənlərin hərəkət sürəti infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.119. Dalan tipli stansiya dəmir yollarına qəbul zamanı qatarın hərəkət sürəti qəbul yolunun başlanğıcından saatda 25 kilometrdən, saatda 140 kilometrdən çox sürətlə dövr edən sürətli və yüksəksürətli sərnişin qatarları üçün saatda 40 kilometrdən, qeyriümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmamalıdır.
19.120. Qeyri-ümumi istifadəli dəmir yollarında qatarların hərəkət sürəti qismən tutulu dəmir yollarına və ya texnoloji istehsalat sahələrinə qəbul zamanı yolun başlanğıcından saatda 15 kilometrdən çox olmamalıdır.
19.121. Dəmir yolunun boş sahəsinə motor-vaqonlu qatarın qəbulu zamanı həmin dəmir yolunun növbəti sahəsi başqa motorvaqonlu qatarla tutulu olduqda onun hərəkət sürəti saatda 20 kilometrdən çox olmamalıdır.
19.122. Sürətin azaldılması tələb olunan yerdə hərəkət sürəti xəbərdarlıqda və ya infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin əmrində müəyyən edilmiş sürətə uyğun olmalı, həmin göstərişlər olmadıqda isə hərəkət sürəti saatda 25, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 kilometrdən çox olmamalıdır.
19.123. Qatarların hərəkəti zamanı lokomotiv briqadalarının xüsusi sayıqlığının təmin edilməsi üçün qatarlara müvafiq xəbərdarlıqlar verilir.
19.124. Xəbərdarlıqlar aşağıdakı hallarda verilir:
19.124.1. dəmir yolunun, kontakt şəbəkəsinin, keçid siqnalizasiya qurğularının, süni və digər tikililərin nasazlığı zamanı, həmçinin yolda sürətin azaldılması və ya yolda dayanması tələb olunan təmir və tikinti işləri aparıldıqda;
19.124.2. yeni növlü siqnalizasiya və əlaqə vasitələrinin işə salınması, həmçinin yeni işıqforların qoşulması, mövcud işıqforların yerinin dəyişdirilməsi və ya ləğv edilməsi zamanı və işıqforun nasazlığı halında onun bağlı vəziyyətə keçirilməsi mümkün olmadıqda;
19.124.3. ALS yol qurğuları nasaz olduqda;
19.124.4. qatar yükləmə qabaritindən kənara çıxan yüklə göndərildikdə, həmin qatarın hərəkəti zamanı sürətin azaldılması və ya xüsusi şərtlərə riayət edilməsi tələb olunduqda;
19.124.5. ikiyollu mənzildə qartəmizləyən, ballastyor, yoldöşəyən, qaldırıcı kran, çınqıltəmizləyən və digər maşınlar işlədikdə;
19.124.6. qatarın tərkibinə həmin sahə üçün müəyyən olunmuş sürətlə hərəkət edə bilməyən dəmiryol hərəkət tərkibi qoşulduqda;
19.124.7. çıxarılan (qoyulub-götürülən) hərəkət vahidləri işlədikdə, həmçinin yol arabacıqlarında ağır yüklər daşındıqda;
19.124.8. qatarın sürətinin azaldılması və ya yolda dayanması tələb olunan bütün digər hallarda, həmçinin qatarın hərəkətinin xüsusi şərtləri barədə lokomotiv briqadalarını xəbərdar etmək.
19.125. Qatarlara xəbərdarlıqların verilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.126. İkiyollu mənzillərdə hər bir baş dəmir yolu qatarların müəyyən edilmiş bir istiqamətdə hərəkətinə xidmət edir.
19.127. Ümumi istifadəli dəmir yollarının çoxyollu xətlərində qatarların hər bir baş dəmir yolu üzrə hərəkətinə və sahədə qatarların hərəkətinin təşkilinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.128. Qatarların hərəkətinin tənzimlənməsi üçün qatar dispetçerinin əmri ilə qatarların düzgün olmayan dəmir yolu ilə göndərilməsinə yol verilir.
19.129. Sərnişin qatarlarının düzgün olmayan dəmir yolu ilə göndərilməsinə infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin səlahiyyətli işçisinin əmri ilə yol verilir.
19.130. Qatarların düzgün olmayan dəmir yolu ilə hərəkəti zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsi tədbirləri "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.131. İnfrastruktur sahibi tələb olunan hallarda ümumi istifadəli dəmir yollarında, dəmiryol nəqliyyatında qatarların birləşdirilməsini hərəkətin və istismarın təhlükəsizliyini təmin edən qaydada tətbiq etməklə və hər qatarın başında işlək lokomotiv olmaqla onların birləşmiş vəziyyətdə hərəkətini təşkil edə bilər.
19.132. Qatarların vaqonlarla irəli hərəkətinə aşağıdakı hallarda yol verilir:
19.132.1. qeyri-ümumi istifadəli dəmir yollarına, həmin dəmir yolları ilə və geriyə hərəkəti zamanı;
19.132.2. təsərrüfat, bərpa və yanğın qatarlarının hərəkəti zamanı;
19.132.3. tələb olunan digər hallarda.
19.133. Bu Qaydaların 19.131-ci bəndində nəzərdə tutulmuş hallarda qatarın başına dəmir yolunun boşluğunu izləmək, hərəkətin və ya insanların həyatının təhlükəsizliyinə təhdid edən zaman qatarın dayandırılması üçün tədbir görməli olan işçinin getdiyi vaqon qoşulur.
19.134. Qeyri-ümumi istifadəli dəmir yollarında vaqonlarla irəli hərəkət zamanı qatarın başına keçid meydançalı vaqon qoşmaq və dəmir yolunun boşluğunun izlənməsi vəzifəsi həvalə edilən işçinin vaqonda getməsi mümkün olmadıqda, qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir. Açıq dağ-mədən işlərində tərtibatçılar tərəfindən müşayiət edilməyən xüsusi qatarların vaqonlarla irəli hərəkəti zamanı hərəkət istiqaməti üzrə birinci vaqon səs, qaranlıq vaxtı isə işıq siqnalları ilə təchiz edilir.
19.135. Maşinist:
19.135.1. müvafiq tipli dəmiryol hərəkət tərkibini idarəetmə vəsiqəsinə, həmçinin bu Qaydalara uyğun biliklərinin yoxlanılması barədə qeydlərin edildiyi formulyara malik olmalı;
19.135.2. işləyəcəyi lokomotivin (motor-vaqonlu qatarın),
özügedən xüsusi hərəkət tərkibinin müəyyən edilmiş peşəkarlıq tələblərinə uyğun konstruksiyasını, xidmət etdiyi sahənin profilini, oradakı daimi siqnalların, siqnal göstəricilərinin və nişanlarının yerləşdiyi yerləri və onların təyinatını, həmçinin xidmət etdiyi sahədə dəmiryol keçidlərinin yerləşdiyi yerləri və xidmət etdiyi sahədə qatarların hərəkət cədvəlini bilməli;
19.135.3. lokomotivin (motor-vaqonlu qatarın), özügedən xüsusi hərəkət tərkibinin qəbulu zamanı tormozların, qumdanın işləməsinə, radiorabitə və radioelektron vasitələrinin, səs siqnallarının verilməsi üçün cihazların komplektliyinə və düzgün işləməsinə xüsusi diqqət yetirməli, həmçinin lokomotivin texniki vəziyyəti jurnalındakı qeydlərə əsasən ALS və təhlükəsizlik qurğularının işlək vəziyyətdə olmasına əmin olmalı, siqnal ləvazimatının, yanğınsöndürmə vasitələrinin olmasını yoxlamalı;
19.135.4. ümumi istifadəli dəmir yollarında işləyən zaman reysqabağı və növbəqabağı tibbi müayinədən keçmə barədə sənədə malik olmalı (qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin maşinisti üçün);
19.135.5. hərəkət qrafikinə dəqiq riayət etməklə qatarın təhlükəsiz hərəkətini təmin etməli;
19.135.6. bu Qaydaların tələblərini qeyd-şərtsiz yerinə yetirməlidir.
19.136. Lokomotiv qatarın tərkibinə (özügedən xüsusi hərəkət tərkibi isə təsərrüfat qatarının tərkibinə) qoşulduqdan sonra maşinist:
19.136.1. lokomotivin, özügedən xüsusi hərəkət tərkibinin birinci vaqona qoşulmasına, hava xortumlarının və elektrik naqillərinin birləşməsinin düzgünlüyünə, həmçinin onların arasındakı sonluq hava kranlarının açıq olmasına əmin olmalı;
19.136.2. tormoz magistralını sıxılmış hava ilə doldurmaq, təzyiqin düşməsinin müəyyən edilən normanın keçilməməsinə əmin olmalı və avtomatik tormozları sınamalı;
19.136.3. qatarın tormozlarla təmin edilməsi barədə arayışı almalı, həmin arayışda göstərilmiş quyruq (sonuncu) vaqonun nömrəsini qatarın natura vərəqəsi ilə yoxlamalı və qatardakı tormoz sıxımının müəyyən edilmiş normalara uyğunluğuna əmin olmalı;
19.136.4. yük və yük-sərnişin qatarının natura vərəqəsinə əsasən qatarın tərkibi ilə - qatarda insanlarla tutulu vaqonların, "Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları"nda və "Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nda nəzərdə tutulmuş ayrı-ayrı kateqoriyalı yüklərlə dolu vaqonların, həmçinin açıq dəmiryol hərəkət tərkibinin olması ilə tanış olmalı;
19.136.5. sərnişin və poçt-baqaj qatarının natura vərəqəsinə əsasən qatarın tərkibi ilə qatarda baqajla və yük-baqajla yüklənmiş vaqonların olması ilə tanış olmalı;
19.136.6. lokomotiv fərdi çağırış radiostansiyası ilə təchiz edildikdə, qatara verilən nömrəni və lokomotivin nömrəsini radiostansiyanın idarəetmə pultuna daxil etməlidir.
19.137. Lokomotiv vaqonları elektrik qızdırıcıları ilə təchiz edilmiş sərnişin qatarına qoşulduqdan sonra elektrik mexaniki tərəfindən vaqonlararası yüksəkgərginlikli elektrik birləşdiricilərinin qoşulması üçün maşinist lokomotivin cərəyanqəbuledicisini aşağı endirməlidir.
19.138. ALS qurğuları ilə təchiz edilmiş sahələrdə aparıcı lokomotivin, motor-vaqonlu qatarın və özügedən xüsusi hərəkət tərkibinin maşinisti dəmiryol stansiyasından yola düşməzdən əvvəl həmin qurğuları işə salmalı, radiorabitə ilə təchiz edilmiş sahələrdə isə radiostansiyanın qoşulu olmasına əmin olmalı və çağırış yolu ilə sərnişin qatarının rəisi (briqadir-mexaniki) və təsərrüfat qatarında müvafiq iş rəhbəri ilə radiorabitənin işləməsini yoxlamalıdır.
19.139. Qatarı idarəetmə zamanı maşinist və onun köməkçisi:
19.139.1. dəmir yolunun boşluğunu, siqnalları, siqnal göstəricilərini və nişanları izləməli, onların tələblərini yerinə yetirməli və işıqforların göstərdiyi bütün siqnalları, dəmir yolundan və qatardan verilən dayanma və sürəti azaltma siqnallarını bir-birinə təkrarlamalı;
19.139.2. qatarın vəziyyətini və bütövlüyünü, elektrikləşdirilmiş sahələrdə isə həmçinin, kontakt şəbəkəsinin vəziyyətini izləməli;
19.139.3. lokomotivin və özügedən xüsusi hərəkət tərkibinin fasiləsiz və təhlükəsiz işləməsinə nəzarət cihazlarının göstəricilərini müşahidə etməli;
19.139.4. dəmiryol stansiyasına daxilolma və stansiya dəmir yolları ilə keçmə zamanı müvafiq siqnalları verməli, yoldəyişən göstəricilərə əsasən marşrutun düzgünlüyünü, dəmir yolunun boşluğunu və dəmiryol stansiyasının işçiləri tərəfindən verilən siqnalları, həmçinin qonşu dəmir yollarında hərəkət edən qatarların və manevr tərkiblərinin hərəkətini izləməli, təhlükə yaranan zaman hərəkətin dərhal dayandırılması üçün tədbir görməlidirlər.
19.140. Qatar dəmiryol stansiyasında dayandıqdan sonra maşinist hər hansı nasazlıq aşkar etdikdə, dərhal bu barədə dəmiryol stansiyasının növbətçisinə, dispetçer mərkəzləşməsi ilə təchiz edilmiş sahələrdə isə qatar dispetçerinə məruzə etməlidir.
19.141. Qatarın dəmiryol stansiyasında dayanması maşinist qatarı qəbul yolunun çıxış işıqforunu (çıxış işıqforu olmadıqda-hüdud dirəkciyini) keçmədən saxlamalıdır. Bu zaman yük qatarının lokomotivi çıxış siqnalının (çıxış işıqforu olmadıqda hüdud dirəkciyinin) qarşısında dayandırılmalıdır. Maşinist dəmiryol stansiyasının növbətçisindən qatar radiorabitəsi ilə aldığı məlumata əsasən bütün tərkibin (qatarın) qəbul yolunun faydalı uzunluğu sərhədində yerləşməsinə əmin olduqda, qatarı çıxış işıqforuna (çıxış işıqforu olmadıqda - hüdud dirəkciyinə) çatmadan da saxlaya bilər.
19.142. Maşinist yolda hərəkət zamanı avtomatik bloklamanın işıqforlarında nasazlıqlar, dəmir yolunun kontakt şəbəkəsində, digər tikili və qurğularda zədələnmələr, həmçinin qonşu dəmir yollarında hərəkət edən qatarlarda nasazlıqlar aşkar etdiyi zaman bu barədə yaxınlıqdakı dəmiryol stansiyası növbətçisinə və ya qatar dispetçerinə xəbər verməlidir. Qatar radiorabitəsi olduqda maşinist radiorabitə vasitəsilə həmin nasazlıqlar barədə yaxınlıqdakı dəmiryol stansiyasının növbətçisinə və ya qatarın dispetçerinə, ehtiyac olduqda isə, həmçinin qonşu dəmir yolunda hərəkət edən qatarın maşinistinə məlumat verməlidir.
19.143. Siqnalların, siqnal göstəricilərinin və nişanların görünməsinin məhdudluğu (duman, leysan, boran, çovğun və s.) şəraitində hərəkət zamanı maşinistə hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qatarın təyin edilmiş hərəkət sürətini azaltmağa yol verilir.
19.144. Qatarı idarəetmə zamanı maşinist:
19.144.1. tormoz qurğularını işə daim hazır vəziyyətdə saxlamaq, yolda hərəkət zamanı onların işini yoxlamalı, baş çəndə və magistralda hava təzyiqinin müəyyən edilmiş normalardan aşağı düşməsinə imkan verməməli;
19.144.2. daimi siqnalların qadağanedici göstəricilərində, sürətin azaldılması siqnallarının və sürətin azaldılmasını tələb edən digər siqnal göstəricilərində xidməti tormozlama tətbiq etməklə qatarı dayanma siqnalını keçmədən dayandırmalı, sürətin azaldılmasını tələb edən siqnalı isə həmin siqnal üçün təyin edilmiş həddən çox olmayan sürətlə keçməli;
19.144.3. neytral hava aralığını çəpərləyən siqnal nişanını (lokomotivin orada dayanmaması üçün) saatda 20 kilometrdən az olmayan sürətlə keçməli;
19.144.4. dayanma siqnalının qəflətən verilməsi və ya
gözlənilməz maneənin yarandığı zaman qatarı dərhal dayandırmaq üçün təcili tormozlama vasitələrini tətbiq etməli;
19.144.5. qatarların, o cümlədən özügedən xüsusi hərəkət tərkiblərinin, hadisə yerinə gedən yanğınsöndürmə və fövqəladə hallar qatarının hərəkəti və ya manevr işi zamanı onun hərəkət yolunda və ya qabaritində insan və ya heyvan olduqda onların təhlükəsiz zonaya çıxması üçün hərəkət tərkibinin konstruksiyasında mövcud olan yüksək səsli xəbərdarlıq siqnalı verməli və onun dəmir yolundan çıxmadığına tam əmin olduqdan sonra tormoz yolu məsafəsindən (uzunluğundan) asılı olmayaraq təcili tormozlama ilə qatarı dayandırmalı, bədbəxt hadisə barədə qatar radiorabitəsi və ya mobil radiorabitəsi ilə yaxınlıqdakı dəmiryol stansiyasının növbətçisini və ya qatarın dispetçerini, mənzildə qarşıdan gələn və eyni istiqamətdə hərəkət edən qatarların maşinistlərini, hadisə sərnişin qatarı ilə baş verdikdə əlavə olaraq sərnişin qatarının rəisini məlumatlandırmalı və maşinist köməkçisini ilk tibbi yardım qutusu ilə xəsarət alanın yanına göndərməli, hərəkət tərkibi bir nəfərlə idarə edildikdə isə özü xəsarət alanın yanına getməli;
19.144.6. qəza və qeyri-standart halların yaranması zamanı infrastruktur sahibi, qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun qatarların hərəkəti ilə bilavasitə əlaqədar işçilərlə qarşılıqlı fəaliyyət reqlamentini yerinə yetirməlidir.
19.145. Yolda hərəkət zamanı maşinist:
19.145.1. infrastruktur sahibinin, daşıyıcının, qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin əmri ilə təyin edilən, həmçinin xəbərdarlıqlarla və siqnal göstəriciləri ilə verilən sürət həddini aşmamalı;
19.145.2. lokomotivi, motor-vaqonlu qatarı, özügedən xüsusi hərəkət tərkibini idarə etməkdən, ona xidmətdən, siqnalları və dəmir yolunun vəziyyətini izləməkdən yayınmamalı;
19.145.3. saz işləyən təhlükəsizlik qurğularını açmamalı (söndürməməli) və ya onların işinə müdaxilə etməməli;
19.145.4. lokomotivdə özügedən xüsusi hərəkət tərkibində qatarın hərəkətini təmin edən dartı avadanlıqları sıradan çıxdıqda və həmin nasazlığın səbəbinin aradan qaldırılması mümkün olmadıqda mənzilə yola düşməməlidir.
19.146. Qatarın hərəkətini aparıcı lokomotivin maşinisti idarə edir. Digər lokomotivlərin, o cümlədən itələyicinin maşinistləri, aparıcı lokomotivin maşinistinin bütün göstərişlərinə və siqnallarına tabe olmalı və onları təkrar etməlidirlər.
19.147. İtələyici lokomotivlərin işinə dair tələblər infrastruktur sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.148. Lokomotivin işçi kabinəsində eyni vaxtda iki nəfərdən artıq olmayaraq konduktorlar (qatar tərtibatçıları), infrastruktur sahibinin, qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin qərarı ilə belə gedişə icazəsi olan vəzifəli şəxslər istisna olmaqla, lokomotiv briqadasına daxil olmayan şəxslərin getməsi qadağandır.
19.149. Lokomotivin qeyri-işçi kabinəsində dəmiryol nəqliyyatının mühafizə xidməti işçilərinin vəzifə funksiyalarının yerinə yetirmələri zamanı yol getmələrinə infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq yol verilir.
19.150. Qatarın mənzildə məcburi dayanması zamanı maşinist:
19.150.1. təcili dayandırılma tələb olunmadıqda qatarı, imkan daxilində, meydançada və dəmir yolunun düz sahəsində dayandırmalı;
19.150.2. qatarın avtomatik tormozları və lokomotivin köməkçi tormozunu, özügedən xüsusi hərəkət tərkibində avtomatik tormozları, idarəetmə cihazları olduqda isə köməkçi tormozu da işə salmalı;
19.150.3. radiorabitə vasitəsilə dayanma barədə dərhal mənzildə hərəkət edən lokomotivlərin və motor-vaqonlu qatarların maşinistlərinə və mənzili məhdudlaşdıran dəmiryol stansiyalarının növbətçilərinə məlumat verməli, onlar isə öz növbəsində bu barədə dərhal qatarın dispetçerinə məruzə etməli, sərnişin qatarının maşinisti isə bundan başqa radiorabitə ilə dayanmanın səbəbi barədə sərnişin qatarının rəisinə (briqadir-mexanikinə), özügedən xüsusi hərəkət tərkibinin maşinisti isə təsərrüfat qatarındakı iş rəhbərinə məlumat verməli;
19.150.4. qatarın dayanması işıqforun qadağanedici göstəricisinin qarşısında ləngimə ilə əlaqədar olmadıqda, dayanmanın səbəbini və sonrakı hərəkətinin mümkünlüyünü aydınlaşdırmalı;
19.150.5. qatarın hərəkəti 20 dəqiqə və çox müddət ərzində bərpa edilmədikdə və qatarı avtomatik tormozlarla yerində saxlamaq mümkün olmadıqda, lokomotivin və özügedən xüsusi hərəkət tərkibinin əl tormozlarını işə salmalı və qatarda olan əl tormozlarının işə salınması (sərnişin vaqonları bələdçiləri, konduktorlar, təsərrüfat qatarının iş rəhbəri vasitəsilə) üçün siqnal verməli, belə işçilər olmayan qatarlarda isə maşinist köməkçisi lokomotivdə olan tormoz başmaqlarını vaqonların təkərlərinin altına qoymalı, onlar çatışmadıqda infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun vaqonların əl tormozlarını işə salmalı;
19.150.6. qatar radiorabitəsi vasitəsilə dəmiryol stansiyasının növbətçisinə və ya qatarın dispetçerinə dayanmanın səbəbləri və hərəkət üçün yaranmış maneənin ləğvi üzrə zəruri tədbirlər barədə məlumat verməli, qatar radiorabitəsinin nasazlığı halında isə məlumatı dəmiryol stansiyasının növbətçisinə və ya qatar dispetçerinə digər texnoloji rabitə vasitəsilə və ya telefon rabitəsi olan yaxınlıqdakı məntəqədən (maşinist köməkçisi, konduktor, sərnişin vaqonu bələdçisi, təsərrüfat qatarındakı iş rəhbəri vasitəsilə) ötürməli;
19.150.7. qatara xidmət edən bütün işçilərlə birlikdə hərəkətdə yaranan maneənin aradan qaldırılması üçün tədbirlər görməli, maneəni dərhal aradan qaldırmaq mümkün olmadıqda isə qatarın və qonşu dəmir yolunun çəpərlənməsini təmin etməlidir.
19.151. Sərnişin qatarları lokomotivlərinə tək maşinistlə xidmət edildikdə qatarın bərkidilməsi və çəpərlənməsi üzrə əməliyyatlar maşinistin "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı" ilə müəyyən edilmiş radiorabitə və ya digər texnoloji rabitə növləri ilə verdiyi göstərişə əsasən sərnişin qatarının rəisi (briqadir-mexaniki) və sərnişin vaqonu bələdçiləri tərəfindən yerinə yetirilir.
19.152. Mənzildə dayanmış qatarın çəpərlənməsi aşağıdakı hallarda aparılır:
19.152.1. sərnişin qatarına bərpa və ya yanğın qatarı, həmçinin köməkçi lokomotiv tələb edildikdə çağırışdan dərhal sonra;
19.152.2. qatar mənzilə bütün siqnalizasiya və əlaqə vasitələrinin fasiləsi zamanı göndərildikdə qatarın dayanmasından dərhal sonra.
19.153. İkiyollu və ya çoxyollu mənzillərin qonşu dəmir yollarında qatarların hərəkəti üçün maneə yerləri bütün hallarda, ilk növbədə qatarın gəlməsi gözlənilən istiqamətdən dərhal çəpərlənməlidir.
19.154. Çəpərləmə işlərinə və həmin işləri yerinə yetirən işçilərin fəaliyyətinə dair tələblər "Dəmiryol nəqliyyatının siqnalizasiya Təlimatı" ilə müəyyən edilir.
19.155. Avtomatik bloklama ilə təchiz edilmiş sahələrdə sərnişin qatarının mənzildə dayanması zamanı sonuncu sərnişin vaqonunun bələdçisi qatar siqnallarının görünməsini yoxlamalı, mənzili diqqətlə izləməli və ardınca gələn qatar göründükdə onun dayandırılması üçün tədbirlər görməlidir.
19.156. Qatar yoxuşda dayandıqda və qatarın quyruğunda itələyici lokomotiv olmadıqda maşinist həmin mənzilin yüngül profilli sahəsinə qatarı geriyə basa bilər.
19.157. Bu Qaydaların 19.156-cı bəndində nəzərdə tutulmuş hallarda lokomotiv briqadasının işçisi, yük qatarının baş konduktoru və ya təsərrüfat qatarının iş rəhbəri geriyə basılan qatarın qarşısında olmalıdır. Qatarın geriyə basılma sürəti saatda 5 kilometrdən çox olmamalıdır.
19.158. Aşağıdakı hallarda geriyə basmağa yol verilmir:
19.158.1. bütün hallarda sərnişin qatarlarını;
19.158.2. avtomatik bloklama ilə təchiz edilən və ya müstəqil siqnalizasiya və əlaqə vasitəsi kimi tətbiq olunan ALS olan mənzillərdə;
19.158.3. dumanda, çovğunda və siqnalların çətin seçildiyi digər əlverişsiz hava şəraiti zamanı;
19.158.4. dayanmış qatar bütün siqnalizasiya və əlaqə vasitələrinin fasiləsi zamanı göndərildikdə.
19.159. Qatar yoxuşda dayandığı zaman onun kütləsi həmin yoxuşda yerindən tərpətmə şərtləri normasından çox olduqda və qatarın geriyə basılmasına icazə verilmədikdə maşinist dərhal köməkçi lokomotiv tələb etməlidir.
19.160. Bu Qaydaların 19.159-cu bəndində nəzərdə tutulmuş yerlərin siyahısı və kütlə normaları infrastruktur sahibi və ya qeyriümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.
19.161. Qatarın mənzildən geriyə, göndərmə dəmiryol stansiyasına "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun olaraq həmin dəmiryol stansiyası növbətçisinin göstərişinə əsasən qaytarılmasına yol verilir.
19.162. Qatar dayandıqdan sonra sərbəst hərəkət edə bilmədikdə, stansiyasına "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"a uyğun olaraq qatar mənzildən köməkçi lokomotivin vasitəsilə çıxarılır.
19.163. Qatar tərkibinin aralanması zamanı lokomotiv briqadasının fəaliyyət qaydası tormoz avadanlığının texniki xidməti və dəmiryol hərəkət tərkiblərinin tormozlarının idarə edilmə qaydaları ilə müəyyən edilir.
19.164. Avtomatik bloklama ilə təchiz edilmiş sahələrdə mənzildə dayanmış qatara ardınca gələn yük qatarının lokomotivi ilə kömək edilə bilər. İstisna hallarda ardınca gələn, kütləsi və uzunluğu normal olan qatarla dayanmış qatarı itələməyə yol verilir.
19.165. Motor-vaqonlu qatarın mənzildə məcburi dayanması zamanı və sonrakı müstəqil hərəkəti mümkün olmadıqda, onun dəmiryol stansiyasına çıxarılması üçün ardınca gələn digər motorvaqonlu qatarın və ya tək lokomotivin ona qoşulmasına yol verilir.
19.166. Bərpa və ya yanğın qatarı, həmçinin köməkçi lokomotiv tələb edildikdə, mənzildə dayanmış qatara kömək gələnə və ya hərəkətinə müvafiq icazə verilənə qədər onun hərəkət etməsi qadağandır.
19.167. Bərpa və ya yanğın qatarlarının və köməkçi lokomotivlərin tələb edilməsinə, təyin edilməsinə, hərəkətinə, həmçinin mənzildə iki motor-vaqonlu qatarın birləşməsinə və onların sonrakı hərəkətinə dair tələblər "Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat"la müəyyən edilir.
19.168. Çıxarılan hərəkət vahidlərinin hərəkətinə, mənzili tutmasına (çıxarılan drezinlərdən başqa) qatar sənədləri verilmədən yol verilir və bu qatarların cədvəl üzrə hərəkətinin pozulmasına gətirib çıxarmamalıdır. Bütün çıxarılan hərəkət vahidlərinin oxları elektrik izolyasiyasına malik olmalıdır.
19.169. Çıxarılan hərəkət vahidlərinin hərəkəti və qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblər infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən olunur.
20. Hərəkət sürəti saatda 140 kilometrdən 250 kilometrədək olan sərnişin qatarlarının hərəkət etdiyi sahələrdə dəmiryol nəqliyyatının texniki istismarının təşkilinə dair tələblər
20.1. Sərnişin qatarlarının saatda 140 kilometrdən çox sürətlə dövr etdiyi sahələrdə infrastruktur və dəmiryol hərəkət tərkibi təyin edilmiş sürətlərlə hərəkəti təmin etməli və bu Qaydaların tələblərinə uyğun olmalıdır.
20.2. Mövcud əyrilərlə sərnişin qatarlarının ən böyük hərəkət sürətləri sönməmiş eninə təcilin və onun artma sürətinin icazəverici həddini keçməmək şərtilə təyin edilir.
20.3. Hərəkət sürətinin saatda 200 kilometrdən çox olduğu halda mənzillərdə və dəmiryol stansiyalarında tikililər və qurğular tikililərin yaxınlıq qabaritinə uyğun olmalıdır.
20.4. Sərnişin qatarlarının saatda 140 kilometrdən çox sürətlə hərəkəti həyata keçirilən bütün dəmiryol xətti boyu, havanın temperaturunun dəyişdiyi hallarda baş tərəfləri uzanan və ya qısalan, orta hissəsi isə havanın temperaturunun dəyişməsi ilə proporsional yaranan uzununa qüvvələrin hesabına tərpənməz qalan qaynaq edilmiş rels pletləri (calaqsız dəmir yolu) qoyulmalıdır.
20.5. Sərnişin qatarlarının saatda 160 kilometrdən çox sürətlə hərəkət etdiyi sahələrdə dəmiryol xətləri çəpərlənməlidir. Dəmir yolu yatağına girişlərin təbii məhdudiyyəti (su hövzələri, bataqlıq, qayalıq və s.) və ya digər süni maneələri olduqda, həmin yerlərdə çəpərlənmə quraşdırılmaya bilər.
20.6. Dəmir yolundan insanların keçməsi üçün keçid yerlərinin fəaliyyəti təmin edilir.
20.7. Sərnişin qatarlarının saatda 200 kilometrdən çox sürətlə buraxıldığı ümumi istifadəli dəmir yollarının yanında yerləşən sərnişin platformalarının kənarından iki metrdən az olmayan məsafədə qoruyucu çəpərlənmə olmalıdır.
20.8. Saatda 140 kilometrdən çox sürətlə hərəkət edən sərnişin qatarının platformaya yaxınlaşması barədə sərnişinlərə və orada olan digər şəxslərə infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun məlumat verilir.
20.9. Sərnişin qatarlarının dəmiryol stansiyasından saatda 140 kilometrdən çox sürətlə birbaşa buraxılması (dayanmadan) zamanı baş dəmir yolu ilə hərəkət etməlidir. Belə qatarın dəmiryol stansiyasının yan qəbul-göndərmə dəmir yolu ilə və ya mənzilə düzgün olmayan dəmir yolu ilə buraxılması infrastruktur sahibi tərəfindən müəyyən edilmiş tələblərə uyğun olaraq yerinə yetirilir.
20.10. Sərnişin qatarlarının saatda 200 kilometrdən çox sürətlə hərəkət etdiyi dəmiryol xətlərinin avtomobil yolları, tramvay və trolleybus xətləri ilə eyni səviyyədə kəsişməsinə yol verilmir.
20.11. Sərnişin qatarlarının hərəkət sürəti saatda 140 kilometrdən saatda 200 kilometrədək olan sahələrdə dəmir yolu rabitə qurğuları bu Qaydaların 9-cu hissəsinin tələblərinə uyğun olmalıdır.
20.12. Sərnişin qatarlarının hərəkət sürəti saatda 200 kilometrdən çox olan sahələrdə infrastruktur və dəmiryol hərəkət tərkibi, həmin hərəkət sürətində qatar radiorabitəsini və məlumatların verilməsini təmin edən radiorabitə sistemi ilə təchiz edilir.
20.13. Saatda 140 kilometrdən çox sürətlə hərəkət edən lokomotiv dartılı sərnişin qatarlarına xidmət üçün xüsusi seçilmiş və hazırlanmış lokomotivlər ayrılır.
21. Hərəkət sürəti saatda 140 kilometrdən saatda 250 kilometrədək olan yüksəksürətli sərnişin qatarlarının hərəkət etdiyi sahələrdə infrastruktur obyektlərinin, dəmiryol hərəkət tərkiblərinin istismarına dair təlimat və hərəkətin təşkili
21.1. Hərəkətin icazə verilən sürət həddinin saatda 140 kilometrdən 250 kilometrədək təyin edilməsi haqqında qərar bu Qaydaların 6-cı hissəsinin tələblərinə riayət edilməklə, infrastruktur sahibi tərəfindən qəbul edilir.
21.2. Sərnişin qatarlarının saatda 140 kilometrdən 250 kilometrədək sürətlə müntəzəm hərəkəti tətbiq edilməzdən əvvəl, həmçinin yeni tip dəmiryol hərəkət tərkibləri dövriyyəyə buraxılan zaman maneə olan və təhlükəli elektromaqnit təsirlərin infrastruktur sahibi tərəfindən yoxlamaları aparılır.
21.3. Rels izinin diaqnostik komplekslərlə yoxlanışı ayda 2 dəfədən gec olmayaraq aparılır.
21.4. İzolyasiyaedici calaqla yanaşı olan rels calaqlarındakı aralıqlar infrastruktur sahibi tərəfindən müəyyən olunmuş qaydada tənzimlənir.
21.5. İstismar prosesində körpülərin aşırım tikililərinin şaquli elastik əyilməsi infrastruktur sahibi tərəfindən müəyyən olunmuş qaydada vaqon-laboratoriyalarla və ya diaqnostik komplekslərlə ən azı ildə bir dəfə yoxlanılır.
21.6. Dəmir yolunun plan və profilində uzundalğalı nahamarlıqlara nəzarət diaqnostik komplekslərlə aşağıdakı dövriliklə aparılır:
21.6.1. hərəkət sürəti saatda 140 kilometrdən saatda 200 kilometrədək olan sürətli sahələrdə - yarımildə 1 dəfədən gec olmayaraq;
21.6.2. hərəkət sürəti saatda 200 kilometrdən 250 kilometrədək olan sürətli sahələrdə - rübdə 1 dəfədən gec olmayaraq.
21.7. Sürətli və yüksəksürətli qatarların dövr etdiyi sahələrdə qatar radiorabitəsinin və məlumatların simsiz ötürmə sistemlərinin işi vaqon-laboratoriyalarla və ya diaqnostik komplekslərlə aşağıdakı dövriliklə yoxlanılır:
21.7.1. məlumatların qatar radiorabitəsi və simsiz ötürmə sistemi infrastrukturunun faktiki vəziyyətinin məsafədən monitorinq (nəzarət) sistemi olduqda - rübdə 1 dəfədən gec olmayaraq.
21.8. Keçid əyrilərində xarici relsin yüksəklik ötürmələri təkərin saniyədə 50 millimetr qalxma sürətini təmin edən ölçüdən çox olmamalıdır (bu Qaydaların 1 nömrəli əlavəsindəki 22 nömrəli cədvəl).
21.9. Dəmir yolunun əyri sahələri pasport göstəricilərinə uyğun saxlanılır.
21.10. Dəmir yolunun istismarında aşağıdakılar təmin olunur:
21.10.1. planda 40 metrdən 200 metr daxil olmaqla məsafədə uzundalğalı nahamarlıqların (kələ-kötürlüklərin) amplitud ölçülərinin, onların yaratdığı hesablanmış sönməmiş təcilin 0,2 metr/saniyə 2 göstəricisini keçməməsi;
21.10.2. 200 metrədək uzunluqlu uzundalğalı nahamarlıqlara müvafiq profillərdə, profillərin sınmalarının olmaması.
21.11. Eninə və uzununa profillərdə rels xətlərinin vəziyyəti 50 metr uzunluqda donqar (bundan sonra - qabarma donqarları) şəklində pozulduqda, ayrı-ayrı qabarma donqarlarının orta pozulma səviyyəsinə nisbətdə müəyyən edilən icazə verilən ölçüləri bu Qaydaların 1 nömrəli əlavəsindəki 23-cü cədvəl ilə müəyyən edilmiş göstəriciləri keçməməlidir.
21.12. Sürətli və yüksəksürətli hərəkət sahələrində qabarmalar əmələ gəldikdə, qabarma donqarlarından 0,5 millimetr/metrdən çox olmayan ölçüdə ötürmələr quraşdırılır.
21.13. Diaqnostik komplekslərin keçidləri arasındakı dövrdə, qabarmaların artma və ya çökmə intensivliyi nəzərə alınmaqla qabarma donqarlarından ötürmələr quraşdırılana qədər, sürətli və yüksəksürətli dəmiryol hərəkət tərkiblərinin sürətləri bu Qaydaların 1 nömrəli əlavəsindəki 2-ci cədvəl ilə müəyyən edilmiş göstəriciləri keçməməlidir.
21.14. Qabarmalar əmələ gələn zaman dəmiryol nəqliyyatı işçilərinin fəaliyyət qaydaları infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.15. İstismar zamanı relslərin və onların diyirlənmə səthində nahamarlıqların (kələ-kötürlüklərin) yeyilmə normaları bu Qaydaların 1 nömrəli əlavəsindəki 24-cü cədvəl ilə müəyyən edilmiş göstəriciləri keçməməlidir.
21.16. Relslərin cilalanması aşağıdakı hallarda təyin edilir:
21.16.1. 1,5 metr ölçü bazasında rels başlığının diyirlənmə səthində nahamarlıqların dərinliyinin saatda 140-200 kilometr hərəkət sürəti üçün 0,4 millimetr, saatda 200-250 kilometr hərəkət sürəti üçün isə 0,3 millimetr olan orta göstəriciləri artdıqda;
21.16.2. relslərin hər tam dəyişdirilməsindən sonra.
21.17. 1,5 metr ölçü bazasında cilalanmadan sonra rels başlığının diyirlənmə səthində nahamarlıqlar saatda 140 kilometrdən saatda 200 kilometrədək, daxil olmaqla hərəkət sürəti üçün - 0,10 millimetri, saatda 200 kilometrdən saatda 250 kilometrədək hərəkət sürəti üçün - 0,08 millimetri keçməməlidir.
21.18. Dəmir yolunda başlığında yan yeyilməsi olan relslərin bir xətdən o birinə və ya dəmir yolunun əyri sahələrindən düz sahələrə qoyulmasına yol verilmir.
21.19. Diaqnostik komplekslə yoxlanılan zaman rels izinin həndəsi parametrləri üzrə son icazə verilən ölçülər bu Qaydalara uyğun olmalıdır.
21.20. Yoldəyişən qurğuların və bərabərləşdirici calaqların metal hissələrinin istismar yeyilmə normaları düz istiqamət üzrə hərəkət sürətindən asılı olaraq bu Qaydaların 1 nömrəli əlavəsindəki 25-ci cədvəl ilə müəyyən edilir.
21.21. Yoldəyişən qurğularda bir rels xəttinin digərinə nisbətən yüksəldilməsi konstruktor sənədlərinə və bu Qaydalara uyğun saxlanılır.
21.22. Yüksəldilmənin ötürmə mailliyi bu Qaydaların 1 nömrəli əlavəsindəki 26-cı cədvələ uyğun hərəkət sürəti intervalından asılı olaraq quraşdırılır.
21.23. Sürətli və yüksəksürətli xətlərdə yoldəyişənin bütün uzunluğu boyu mailləndirilməklə elastik tiyəli və hərəkətli ürəkcikli çarpazı olan yoldəyişən qurğular istismar olunmalıdır.
21.24. Sürətli xətlərdə elastik tiyəli və hərəkətli ürəkcikli çarpazı olan yoldəyişən qurğuların rels xətlərinin mailləndirilmədən istismarına yol verilir.
21.25. Sərnişin qatarlarının saatda 140 kilometrdən saatda 250 kilometrədək sürətlə buraxılması həyata keçirilən yoldəyişən qurğularda tiyələr və hərəkətli ürəkciklər xarici qapayıcılarla, qardan və buzdan təmizləmə qurğuları ilə təchiz edilir.
21.26. Hesabi aşırımı 40 metrədək olan körpülərin aşırım tikililərində dəmir yolu relslərində qaldırılma oxlarının olmasına yol verilmir. Hesabi aşırımı 40 metrdən çox olan körpülərin aşırım tikililərində dəmir yolu relslərinin qaldırılma oxları aşırım ölçüsünün 1/3000 - 1/4000 metr intervalında olmalıdır. Qaldırılma oxunun aşırım ölçüsü 1/2000-dən çox olmadıqda düzləşdirmə tələb olunmur.
21.27. Avtomatik bloklama ilə təchiz edilmiş tonal rels dövrəli sahələrdə yerləşən sabit cərəyanlı dartı yarımstansiyalarında qurğular əks dartı cərəyanından qoruyucu tonal rels dövrələri ilə təchiz edilir.
21.28. Aşırımın istənilən nöqtəsində kontakt asmasının elastikliyi 0,267 nyuton/millimetrdən 0,324 nyuton/millimetrədək həddində olmalıdır.
21.29. Kontakt naqilinin tarımlığı 18 kilonyutondan 21 kilonyutonadək həddində olmalıdır. Tətbiq olunan anker və dartma konstruksiyaları kontakt naqilinin tarımlığının müəyyən edildiyi dəyişmə diapazonuna uyğun olmalıdır.
21.30. Kontakt asmasında cərəyankeçirici simlər tətbiq olunur.
Kontakt asmasının sim aşırımının uzunluğu 7 metrdən 8 metrədək həddində olmalıdır.
21.31. Kontakt naqilinin sallanma oxu 30 millimetrdən 50 millimetrədək həddində müəyyən olunur.
21.32. Hava oxlarının və kontakt asmasının anker sahələrinin birləşmələrinin konstruksiyası cərəyanqəbuledicinin sıxımının orta kvadratından kənara çıxmasının 20 faizdən çox artmasına yol verilməməlidir.
21.33. Mənzillər və dəmiryol stansiyaları aşağıdakılarla təchiz edilir:
21.33.1. avtomatik bloklama və ya blok-sahələrin sərhədlərinin həm fiksasiya edilmiş, həm də dəyişən müstəqil siqnalizasiya və rabitə vasitəsi kimi ALS ilə;
21.33.2. fasiləsiz tipli ALS ilə;
21.33.3. yoldəyişən və siqnalların elektrik mərkəzləşməsi ilə;
21.33.4. qatarların hərəkətinə dispetçer mərkəzləşməsi və dispetçer nəzarət qurğuları ilə;
21.33.5. dəmir yolu avtomatika və telemexanika qurğularının diaqnostika və monitorinq sistemləri ilə.
21.34. Sürətli və yüksəksürətli sərnişin qatarlarının saatda 140 kilometrdən saatda 250 kilometrədək sürətlə hərəkətinin yerinə yetirildiyi sahələrdə avtomatik bloklama və ya müstəqil siqnalizasiya və rabitə vasitəsi olan ALS qurğuları çoxnişanlı ALS və ya qatarların hərəkətinin təhlükəsizliyini təmin edən digər sistemlər ilə (o cümlədən radio kanaldan istifadə edilməklə) tamamlanır.
21.35. Üçgöstəricili və ya dördgöstəricili siqnalizasiyalı avtomatik bloklama və fasiləsiz ALS sərnişin qatarlarının yol və lokomotiv işıqforlarının siqnalları ilə saatda 140 kilometrdən saatda 160 kilometrədək hərəkət sürətini təmin etməlidir.
21.36. İşıqforların quraşdırılması sərnişin qatarlarının lokomotiv işıqforunun yaşıl işığının sarı işığa keçməsindən sonra bağlı işıqforun qarşısında xidməti tormozlama tətbiq etməklə dayandırılmasını təmin etməlidir. Avtomatik bloklama qurğusu bu şərtləri təmin etmədikdə yol işıqforunun qadağanedici işığının qarşısında dayandırılmanı təmin edən çoxnişanlı ALS qurğuları və ya digər sistemlər ilə (o cümlədən radiokanaldan istifadə edilməklə) tamamlanır.
21.37. Sürətli və yüksəksürətli qatarların buraxılması üçün stansiyanın stansiya növbətçisi və ya sahə qatar dispetçeri tərəfindən qoşulan siqnalizasiya, mərkəzləşmə və bloklama qurğularının xüsusi iş rejimi (bundan sonra - yüksək hərəkət rejimi) nəzərdə tutulmalıdır.
21.38. Dəmiryol stansiyalarının baş, düzgün dəmir yolu ilə hərəkətin təhlükəsizlik tələbləri və yüksək hərəkət rejiminin işə salınması nəzərə alınmaqla sürətli və yüksəksürətli qatarların buraxılma marşrutunun düzəldilməsinin təmin olunması məqsədilə avtonom idarəetməsi olan dəmiryol stansiyasının baş dəmir yolları dispetçer idarəetməsinə verilə bilər.
21.39. Dəmiryol keçidlərinin istismarı dəmiryol keçidlərinin istismarı qaydalarına uyğun həyata keçirilir.
21.40. Ehtiyat üfüqi-dönən şlaqbaumlar dəmiryol keçidinin hər iki tərəfində quraşdırılır. Həmin şlaqbaumlar saatda 140 kilometrdən saatda 250 kilometrədək sürətlə hərəkət edən sərnişin qatarları buraxılarkən tarana qarşı qurğular olmadıqda və ya keçid siqnalizasiyası nasaz olduqda, bağlanılır və qıfılla qapanır. Həmin dəmiryol keçidlərinin siyahısı infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.41. Sürətli və yüksəksürətli dəmiryol xətlərində texnoloji dəmir yolu elektrik rabitəsinin tikili və qurğularının texniki istismarı bu Qaydaların tələblərinə uyğun həyata keçirilir.
21.42. Sürətli və yüksəksürətli dəmiryol xətlərinin dəmiryol infrastrukturu və dəmiryol hərəkət tərkibi texnoloji proseslərin funksionallıq və səmərəliliyi tələb olunan rəqəmsal texnoloji dəmir yolu elektrik rabitə sistemləri ilə, həmçinin saatda 140 kilometrdən saatda 250 kilometrədək sürət intervalında hərəkət zamanı qatar radiorabitəsini və məlumatların naqilsiz ötürülməsini təmin edən rəqəmsal texnoloji radiorabitə sistemləri ilə təchiz olunur və bu Qaydalar ilə müəyyən edilmiş təhlükəsizlik və elektromaqnit uzlaşması üzrə əlavə tələblərə uyğun olaraq istismar edilir.
21.43. Sürətli və yüksəksürətli dəmiryol xətlərində rəqəmsal qatar rabitə sistemlərinin və məlumatların naqilsiz ötürülmə sistemlərinin əsas texniki-istismar göstəriciləri:
21.43.1. dəmiryol hərəkət tərkibi ilə rabitənin yaradılma və saxlanılma nisbiliyinin yer və vaxt üzrə 95 faizdən aşağı olmamaqla təmin edilməsinə;
21.43.2. qatar rabitəsini və məlumatların naqilsiz ötürülməsini
təmin edən texnoloji radiorabitənin rəqəmsal sisteminin təşkili üçün istifadə olunan, radiotezlik diapazonlarında radiosiqnalın minimal icazəverici səviyyəsi, sürətli və yüksəksürətli dəmiryol xətlərində tətbiq olunan müvafiq rəqəmsal radiorabitə sistemləri üçün müəyyən olunmuş tələblər nəzərə alınmaqla, infrastruktur sahibinin müəyyən etdiyi normalara;
21.44.3. yüksəksürətli xətlərdə hektometrik (2 meqahers) və metrik (160 meqahers) radiotezlik diapazonlarının qatar radiorabitəsi rəqəmsal qatar radiorabitə sistemlərinin ehtiyat qismində istifadəsinə uyğun olmalıdır.
21.44. Sürətli və yüksəksürətli xətlərdə qatar radiorabitəsinin və məlumatların naqilsiz ötürülmə sisteminin radiokanalında radiomaneələrin səviyyələrinin ölçülmələri ildə bir dəfə infrastruktur sahibinin müəyyən etdiyi qaydada aparılır.
21.45. Qatar radiorabitəsinin və məlumatların naqilsiz ötürülmə sisteminin radiokanallarında radiomaneələrin səviyyələrinin ölçülməsi vaqon-laboratoriyanın ölçmə kompleksində (və ya diaqnostik kompleksdə) texniki imkan olduqda, qatar radiorabitəsinin işinin yoxlanılması ilə eyni vaxtda aparıla bilər.
21.46. Texnoloji dəmir yolu elektrik rabitəsinin naqilli növlərinin texniki-istismar parametrləri avadanlığın texniki sənədlərində istehsalçı tərəfindən müəyyən edilmiş və infrastruktur sahibi tərəfindən təyin edilmiş parametrlərə uyğun olmalıdır.
21.47. Operativ-texnoloji rabitənin alçaqtezlikli kanallarında səs tezliklərində (300-3400 Hs) işləyən mis simli (damarlı) rabitə kabel xətlərinin ikinaqilli dövrələrində, bütün maneə mənbələrindən yol verilən induksiyalanan səs-küyün psofometrik gərginliyinin (Uf) ölçüsünün cəminə görə qiymətləndirilən maneə yaradan icazəverici elektromaqnit təsir bu Qaydaların 1 nömrəli əlavəsindəki 27-ci cədvəl ilə müəyyən edilmiş göstəriciləri keçməməlidir.
21.48. Fon gərginliyinin bu Qaydaların 1 nömrəli əlavəsindəki 27-ci cədvəl ilə müəyyən edilmiş göstəricilər 600 Om dalğa müqavimətli dövrələrin sonluqlarında uyğunlaşdırılmış yükə qapanan xətti sıxaclarına aiddir.
21.49. Sabit cərəyanlı elektrik dartısında, mis simli (damarlı) rabitə kabel xətlərinin birnaqilli dövrələrində xidməti personal və dəmir yolu elektrik rabitə aparatları üçün təhlükəli gərginliyin ölçüsü ilə qiymətləndirilən icazə verilən təhlükəli elektromaqnit təsirlər 36 voltdan yüksək olmamalıdır.
21.50. Dəyişən cərəyanlı elektrik dartısı ilə elektrikləşdirilmiş
dəmir yolları yatağının yaxınlığından keçən mis simli (damarlı) rabitə kabel xətlərinin traslarında xidməti personal və rabitə aparatları üçün təhlükəli gərginliyin ölçüsü ilə "örtük-torpaq" və "damar-torpaq" sistemində qiymətləndirilən icazə verilən təhlükəli təsirlər bu Qaydaların 1 nömrəli əlavəsindəki 28-ci cədvəl ilə müəyyən edilmiş göstəriciləri keçməməlidir.
21.51. Sürətli və yüksəksürətli xətlərin dəmir yolu elektrik rabitəsinin vasitə və qurğularının texniki xidmət, təmir dövrəliyi və həcmləri istifadə olunan texniki vasitələrdən (onların funksional təyinatı, tipi, konstruktiv yerinə yetirilməsi, texniki xarakteristikası, məsafədən monitorinq imkanları), onların faktiki vəziyyətindən və istismar şərtlərindən asılı olaraq, infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.52. Sürətli və yüksəksürətli xətlərdə dəmir yolu elektrik rabitəsinin tikili və qurğularının əsas texniki xidmət növü, iş xarakteristikalarına nəzarət vasitələrinin istifadə olunması ilə sistemlərin, qurğu və tikililərin vəziyyətinin təhlili metodlarının tətbiqi, ötürülmə keyfiyyəti və nasazlıqların aradan qaldırılmasının idarə edilməsi yolu ilə yerinə yetirilən idarə olunan texniki xidmətdir.
21.53. Platformanın kənarından 2,0 metr məsafədə, sürətli və ya yüksəksürətli sərnişin qatarının hərəkəti tərəfdən, təhlükəli zonanın sərhədini göstərən xətt çəkilir. 21.54. Saatda 160 kilometrdən saatda 250 kilometrədək sürət daxil olmaqla istismar olunan dartı dəmiryol hərəkət tərkibi, bu Qaydaların 12.28-12.31-ci bəndlərinin tələblərinə əlavə olaraq, çoxnişanlı ALS ilə təchiz edilir.
21.55. Bu Qaydaların 21.54-cü bəndində nəzərdə tutulmuş dəmiryol hərəkət tərkibi çoxnişanlı ALS siqnallarının radiokanaldan istifadə olunmaqla ötürüldüyü sahələrdə istismarı zamanı əlavə olaraq o həmin siqnalların, həmçinin peyk naviqasiya siqnallarının qəbulunu təmin edən vasitələrlə təchiz edilir. 21.56. Saatda 140 kilometrdən saatda 160 kilometrədək daxil olmaqla hərəkət sürəti intervalında sürətli sərnişin qatarlarını idarə etmək üçün təyin edilmiş lokomotivlərin təkər cütləri aşağıdakı əlavə tələblərə cavab verməlidir:
21.56.1. bandajların yeyilməsi 5 millimetrdən çox, daraqların qalınlığı 33 millimetrdən çox və 28 millimetrdən az olmamalı;
21.56.2. bir təkər cütünün sol və sağ təkərlərinin yeyilmə fərqi 1,5 millimetrdən çox olmamalı;
21.56.3. bandajların qalınlığı elektrovozlarda - 50 millimetrdən,
teplovozlarda - 45 millimetrdən, bütövtökmə təkərlərin çənbərinin qalınlığı isə 40 millimetrdən az olmamalı;
21.56.4. bir təkər cütünün çıxarılmaqla və çıxarılmadan yonularkən təkər bandajlarının diyirlənmə dairəsi üzrə diametr fərqləri 0,5 millimetrdən çox olmamalı;
21.56.5. lokomotivin təkər cütləri dəstinin təkər bandajları diametrinin fərqi - 5 millimetrdən bir arabacıqda - 3 millimetrdən çox olmamalı;
21.56.6. diyirlənmə səthində dərinliyi 0,5 millimetrdən çox, uzunluğu 10 millimetrdən çox olmamaqla sürüngəcə yol verilir.
21.57. Saatda 160 kilometrdən saatda 250 kilometrədək daxil olmaqla hərəkət sürəti intervalında sürətli sərnişin qatarlarını idarə etmək üçün təyin edilmiş lokomotivlərin təkər cütləri bu Qaydaların 21.58-ci bəndində nəzərdə tutulmuş, habelə aşağıdakı tələblərə cavab verməlidir:
21.57.1. diyirlənmə dairəsi üzrə yeyilmə 2 millimetrdən çox olmamalı;
21.57.2. bütövtökmə təkərlərin çənbərinin qalınlığı 45 millimetrdən az olmamalı;
21.57.3. sürüngəclərə və kələ-kötürlüklərə yol verilməməlidir.
21.58. Motor-vaqonlu hərəkət tərkibinin təkər cütündə təkərlərin daxili üzləri arasındakı məsafə 1443 millimetrdən çox və 1439 millimetrdən az olmamalıdır.
21.59. Dəmir yolunun və dəmiryol hərəkət tərkibinin normal qarşılıqlı təsirini pozan təkər cütlərinin aşağıdakı yeyilmə və zədələnmə hallarında, motor-vaqonlu hərəkət tərkibinin istismara buraxılmasına yol verilmir:
21.59.1. diyirlənmə dairəsi üzrə yeyilmə 5 millimetrdən çox olduqda;
21.59.2. təkərin diyirlənmə dairəsinin səthindən 13 millimetr məsafədə ölçülən yerdə darağın qalınlığı 35 millimetrdən çox və ya 29 millimetrdən az olduqda;
21.59.3. təkər cütlərinin diyirlənmə dairəsi səthində sürüngəc, boşluq və ya batığın dərinliyi 3 millimetrdən və eni 24 millimetrdən çox olduqda;
21.59.4. diyirlənmə səthində sürüngəc saatda 140 kilometrdən saatda 200 kilometrədək hərəkət sürətində 0,5 millimetrdən, saatda 200 kilometrdən saatda 250 kilometrədək hərəkət sürətində isə 0,17 millimetrdən çox olduqda.
21.60. Yolda hərəkət zamanı təkər cütlərində 1,0 millimetrdən
çox olmayan sürüngəc aşkar edildikdə qatarın saatda 200 kilometr sürətlə təyinat stansiyasına qədər, motorsuz təkər cütündə 1-dən 2 millimetrədək daxil olmaqla dərin sürüngəc əmələ gəldikdə sürəti saatda 100 kilometrədək azaltmaqla təyinat stansiyasına qədər, motorsuz təkər cütündə 2 millimetrdən 4 millimetrədək və ya motorlu təkər cütündə 1 millimetrdən 2 millimetrədək sürüngəc olduqda isə sürəti saatda 15 kilometrədək azaltmaqla yaxın dəmiryol stansiyasına qədər, motorlu təkər cütündə 2 millimetrdən 4 millimetrədək sürüngəc olduqda sürəti saatda 10 kilometrədək azaltmaqla yaxın dəmiryol stansiyasına qədər, sürüngəcin dərinliyi 4 millimetrdən çox olduqda, təkərin asılması və ya fırlanmaması şərtilə saatda 10 kilometrədək sürətlə yaxın dəmiryol stansiyasına qədər aparılmasına yol verilir.
21.61. Motor-vaqonlu dəmiryol hərəkət tərkibinin təkər cütlərinin yonulması və ya dəyişdirilməsi yerinədək nəql edilməsi üçün xüsusi nəqliyyat arabacıqlarından istifadə olunmalıdır.
21.62. Sərt tipli qoşucu vasitələrlə təchiz edilmiş motor-vaqonlu dəmiryol hərəkət tərkibini lokomotivin köməyi ilə göndərmək üçün onların qoşulmasını təmin edən keçid qurğuları (adapterlər) nəzərdə tutulmalıdır. Keçid qurğusu (adapter) oxunun rels başlığının üst səviyyəsindən hündürlüyü 1080 millimetrdən çox və 980 millimetrdən az olmamalıdır.
21.63. Lokomotiv dartılı sərnişin vaqonlarının təkər cütlərində dəmir yolu və dəmiryol hərəkət tərkibinin normal qarşılıqlı təsirini pozan aşağıdakı yeyilmə və zədələnmələr olduqda istismara buraxılmasına yol verilmir:
21.63.1. təkər darağının qalınlığı 30 millimetrdən az və 33 millimetrdən çox;
21.63.2. təkərin çənbərinin qalınlığı 40 millimetrdən az;
21.63.3. bütün təkər cütlərinin bərabərölçülü yeyilməsi 5 millimetrdən çox;
21.63.4. tərtibat və dövriyyə məntəqələrindən göndərilərkən saatda 140 kilometrdən saatda 160 kilometrədək hərəkət sürəti intervalında istismar olunan sərnişin vaqonları üçün təkər cütlərinin qeyri-bərabər ölçülü yeyilməsi - 1,5 millimetrdən, reduktorlu təkər cütlərində - 1 millimetrdən çox, saatda 160 kilometrdən saatda 250 kilometrədək hərəkət sürəti intervalında 1 millimetrdən çox.
21.64. Vaqonların tərtibat və dövriyyə məntəqəsindən göndərilməsi zamanı təkərlərin diyirlənmə səthində sürüngəclərin (çökəklərin) olmasına yol verilmir.
21.65. Yolda hərəkət zamanı dərinliyi 1,0 millimetrdən çox
olmayan sürüngəc (çökək) aşkar edildikdə sərnişin vaqonunu qatardan açmadan, saatda 140 kilometrdən çox olmayan sürətlə təkər cütlərinin dəyişdirilməsi üçün vasitələri olan yaxın texniki xidmət məntəqəsinə qədər aparılmasına yol verilir. Dərinliyi 1,0 millimetrdən çox olan sürüngəc aşkar edildikdə bu Qaydaların tələbləri rəhbər tutulmalıdır.
21.66. Təkər cütü oxlarının sağ boyun buksunun qapağının bərkidici yuxarı sağ boltlarında saatda 160 kilometrədək və saatda 250 kilometrədək hərəkət sürətləri daxil olmaqla müvafiq olaraq "saatda 160 kilometr" və "saatda 250 kilometr" damğalanmış birkası olmalıdır. Həmin birka sərnişin vaqonlarının bu bənddə nəzərdə tutulmuş sürətlərlə istismar müddətində saxlanılmalıdır.
21.67. Təkər bloklarından istifadə olunmaqla, kuzanın mailliyi və əyrinin radiusuna görə təkərlərin quraşdırılma sistemi ilə birləşdirilmiş tipli sürətli sərnişin vaqonları üçün aşağıdakı hədlər müəyyən olunur:
21.67.1. istismarda olan təkər darağının qalınlığı 27 millimetrdən az və 33 millimetrdən çox olmayaraq;
21.67.2. bir arabacığın təkərlərinin diyirlənmə dairəsi üzrə diametrlərinin fərqi 10 millimetrdən çox olmayaraq.
21.68. Birləşdirilmiş tipli vaqonlardan ibarət sərnişin qatarı yol gedərkən dərinliyi 1,0 millimetrdən çox olmayan sürüngəc aşkar edildikdə sürəti azaltmadan, dərinliyi 1 millimetrdən 2 millimetrədək sürüngəc yarandıqda sürəti saatda 100 kilometrədək azaltmaqla təyinat dəmiryol stansiyasına qədər, dərinliyi 2 millimetrdən 6 millimetrədək sürüngəc yarandıqda sürəti saatda 15 kilometrədək azaltmaqla, dərinliyi 6 millimetr və çox olan sürüngəc yarandıqda sürəti saatda 10 kilometrədək azaltmaqla qatarın yaxınlıqdakı dəmiryol stansiyasına qədər aparılmasına yol verilir.
21.69. Təkər bloku oxunun istənilən hissəsində və ya təkərin çənbərində, diskində və topunda çat olduqda, təkər darağında itiuclu yastılanma olduqda, həmçinin darağın 18 millimetrdən çox hündürlüyündə xüsusi şablonla ölçülən şaquli kəsilməsi olduqda, təkər bloklarından istifadə olunmaqla, kuzanın mailliyi və əyrinin radiusuna görə təkərlərin quraşdırılma sistemi ilə birləşdirilmiş tipli sürətli sərnişin vaqonlarının istismara buraxması qadağandır.
21.70. Saatda 140 kilometrdən saatda 160 kilometrədək hərəkət sürəti intervalında istismara buraxılan qoşucu (avtoqoşucu) qurğularla təchiz olunmuş lokomotiv dartılı vaqonlar aşağıdakı tələblərə cavab verməlidir:
21.70.1. qurğu zərbə-dartılı olmalı və yarımsərt tipli avtomatik
qoşucu və sərt tipli qoşucunu qoşmalıdır;
21.70.2. mərkəzləyici qurğu sərt tipli (yalnız yarımsərt tipli avtoqoşucu dəstində) və ya qoşucunun quyruğu elastik dayaqlı olmalıdır (yarımsərt tipli avtoqoşucu və ya sərt tipli qoşucu dəstində).
21.71. Sərnişin vaqonları, balon tipli П-şəkilli rezin çəpərlənməsi və ya hermetikləşdirilmiş qapalı kontur çəpərlənməsi (sərt tipli qoşucudan istifadə edildikdə), həmçinin yarımsərt tipli avtoqoşucu ilə təchiz edilmiş sərnişin vaqonları istisna olmaqla, hərəkət zamanı 20 millimetrdən çox hündür pilləciklərin yaranmasını istisna edən keçid körpücüyü olan vaqonlararası sərnişin keçidləri ilə təchiz edilir.
21.72. Saatda 160 kilometrdən saatda 200 kilometrədək hərəkət sürəti intervalında istismar olunan lokomotiv dartılı sərnişin vaqonları üçün konstruktor sənədlərinə uyğun olaraq şaquli yerdəyişmələrin alt məhdudlaşdırıcısı olan yarımsərt tipli avtoqoşucunun tətbiq edilməsinə yol verilir. Sərt tipli avtoqoşucu qurğunun mərkəzləyici qurğusu, uducu aparatı, açma ötürücüsünün yarımsərt tipli avtoqoşucu tipinə dəyişdirilməsinin mümkünlüyünü təmin etməlidir.
21.73. Sərt tipli avtoqoşucu qurğuların istifadəsi zamanı buferlərin olması tələb olunmur.
21.74. Qoşucu (avtoqoşucu) və vaqonlararası sərnişin keçid qurğusu, buferlərin və uducu aparatın tam gedişi istismar zamanı aşağıdakıları təmin etməlidir:
21.74.1. 250 metr radiuslu əyridə və onun düzlə birləşməsində sərnişin vaqonlarının avtomatik qoşulmasını, həmin şərt təmin edilmədikdə, qoşucunun (avtoqoşucunun) qoşulma zamanı əvvəlcədən əyrinin daxilinə əyilmə imkanlarının nəzərə alınmasını;
21.74.2. radiusu 170 metr olan S-formalı əyridən, radiusu 120 metr olan dairəvi əyridən və onun düzlə birləşməsindən qoşulu sərnişin vaqonlarının keçməsini.
21.75. Saatda 140 kilometrdən saatda 250 kilometrədək hərəkət sürəti intervalında istismar olunan qatar tərkiblərinin baş və quyruq qoşucuları yarımsərt tipli olmalıdır.
21.76. Sürətli və yüksəksürətli sərnişin qatarlarının icazə verilən hərəkət sürətləri, calaqsız dəmir yollarının quruluşu, qoyulması, saxlanması və təmirinin texniki şərtlərinin tələblərinə uyğun relslərin möhkəmlik şərtləri təmin olunmaqla, calaqsız dəmiryol sahələri üçün nəzərdə tutulur.
21.77. Dəmiryol hərəkət tərkibinin hər bir tipi üçün icazə verilən hərəkət sürəti onun konstruksiya sürəti, dəmir yolunun əyri sahələrini keçməsi şərtləri, dəmiryol hərəkət tərkibi və dəmir yolunun qarşılıqlı təsir göstəricilərinə əsasən təyin edilir.
21.78. Dəmiryol hərəkət tərkibinin hər bir tipi üçün icazə verilən hərəkət sürəti, planda əyri və əyrilərin birləşmələri ilə yol verilən sönməmiş təcili və onun dəyişmə sürətini keçməmək şərtilə, həmçinin xarici relsin yüksəldilmə ötürməsi üzrə təkərin qalxma sürəti nəzərə alınmaqla infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.79. Sürətli və yüksəksürətli dəmiryol hərəkət tərkibinin hər bir tipi üçün dəmir yolunun düz sahələrində qoyulmuş yoldəyişən qurğuları üzrə icazə verilən hərəkət sürəti, onların konstruktor sənədlərinə uyğun olaraq müəyyən olunur. Dəmiryol hərəkət tərkibinin hər bir tipi üçün dəmir yolunun əyri sahələrində qoyulmuş yoldəyişən qurğuları üzrə icazə verilən hərəkət sürəti, yol verilən sönməmiş təcili və onun dəyişmə sürətini keçməmək şərtilə infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.80. Sürətli və yüksəksürətli dəmiryol hərəkət tərkibinin mənzillər, dəmiryol stansiyalarının baş və qəbul-göndərmə dəmir yolları ilə hərəkət sürəti dövretmə sahələrində sınaqların (dəmir yoluna dinamik-möhkəmlilik, dinamik təsiri üzrə, səlis gedişdə sağlamlığın qorunması göstəricilərinin müəyyən edilməsi üzrə) nəticələri və dəmir yolunun faktiki vəziyyəti əsasında infrastruktur sahibi tərəfindən müəyyən edilir.
21.81. Mövcud dəmiryol xətləri orada yenidən qurulanadək sürətli və yüksəksürətli hərəkətin təşkil olunması zamanı infrastruktur sahibi qurğuların parametrlərinin və dəmir yolunun saxlanmasının sürətli və yüksəksürətli dəmiryol hərəkət tərkibinin hər bir tipi üçün müəyyən edilmiş hərəkət sürətinin tələblərinə uyğunluğunu əlavə olaraq yoxlamalıdır.
21.82. Sürətli və yüksəksürətli qatarların dəmiryol stansiyalarına qəbulu və göndərilməsi stansiyanın texniki sərəncam aktı ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
21.83. Sürətli və yüksəksürətli sərnişin qatarları dəmiryol stansiyalarından buraxılan zaman, bu qatarların qəbul-göndərmə marşrutuna çıxmaqla aparılan manevr işi sürətli və yüksəksürətli qatarların dəmiryol stansiyasını keçməsinə ən azı 10 dəqiqə qalmış dayandırılmalıdır. Manevrlərin rəhbəri manevrlərin aparıldığı dəmir yollarında duran vaqonların öz-özünə getməsinə qarşı stansiyanın texniki sərəncam aktı ilə müəyyən olunmuş tələblərə uyğun bərkidildiyinə əmin olmalı və stansiya növbətçisinə məruzə etməlidir.
21.84. Sürətli və yüksəksürətli qatarların buraxılması üçün
marşrutun hazırlanması ilə əlaqədar olan bütün əməliyyatlar, sürətli hərəkət rejiminə qoyulmaqla (bu rejim olduqda), həmin qatarların keçməsinə ən azı 5 dəqiqə qalmış başa çatdırılır.
21.85. İkiyollu mənzillərdə və qonşu (yanaşı) dəmir yolu ilə sürətli və yüksəksürətli sərnişin qatarlarının, tərkibində aşağıdakı vaqonlar olan yük qatarları ilə kəsişməsi qadağandır:
21.85.1. bütün dərəcələrdən olan yan qabaritsiz yüklü vaqonlar;
21.85.2. səpələnən yüklərlə yüklənmiş açıq dəmiryol hərəkət tərkibi;
21.85.3. okatış yüklənmiş dəmiryol hərəkət tərkibi.
21.86. Sürətli və yüksəksürətli sərnişin qatarı buraxılan dəmir yolunun yanında yerləşən sərnişin platformalarında boşaldılmış və ya yüklənməyə hazırlanmış baqaj və poçt, poçt-baqaj arabacıqları, həmçinin digər yük və əşyalar, onun keçməsindən əvvəl bu dəmir yolunun platformasının kənarından ən azı 2 metr aralı məsafədə bərkidilmiş poçt-baqaj arabacıqlarında yerləşdirilməlidir.
21.87. Saatda 140 kilometrdən cox sürətlə hərəkət edən sərnişin qatarları üçün bir sarı (yanıb-sönməyən (qırpınmayan) işıqlı işıqforu keçmə sürəti saatda 100 kilometrdən çox olmamalıdır. _________________ "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na
1 nömrəli əlavə cədvəl 1 Qatarların təyin edilmiş hərəkət sürəti (sürətdə-sərnişin, məxrəcdə-yük) (kilometr/saat) Kənaraçıxma dərəcəsi Normal halda izin genişlənməsi (millimetr) Normal halda izin daralması (millimetr) 1520 1524 1530 1535 1540 1520 1524 1530 1535 1540 101-140/ 81-90 I II III IV
- -
- - - çox 16 16 16 11 6 8 12 12 15 - 61-100/ 61-80 I II III IV
- 4*1 6*2 8*3
çox 22 20 16 11 8 * 3 12 15 18 20 26-60/ 26-60 I II III IV *
*
*
*
- 4*1 6*2 8*3
çox 26 22 16 13 8 8*3 12 15 18 20 25 və az I II III IV
- 4*1 6*2 8*3
Qatarların hərəkəti dayandırılır çox 28 24 18 13 8 8*3 12 15 18 20 * 1 — 1996-cı ilə (daxil olmaqla) qədər buraxılmış dəmir-beton şpalları olan sahələr üçün 6 millimetr. * 2 — Eyni ilə - 8 millimetr. * 3 — Eyni ilə - 10 millimetr. * 4 — qatarların hərəkət sürəti 50 km/saata qədər olan sahələr üçün - 10 millimetr. cədvəl 2 Səviyyə 3 (millimetr) Çarpaz yatma (millimetr) Yatma (millimetr) Tələb olunan sürət məhdudiyyəti 4 (kilometr/saat) Çox 20 16 20 120/90 25 20 25 60/60 30 25 30 40/40 35 30 35 15/15 50 50 45 hərəkət dayandırılır Qeydlər: 3 - xarici relsin yüksəldilmə ötürməsi düz yolda yaradılan sahələr istisna edilməklə; 4 - səviyyə, çarpaz yatmalar və yatmalar üzrə kənaraçıxma hallarında qatarların hərəkətində tələb olunan sürət məhdudiyyəti (sürətdə-sərnişin qatarları, məxrəcdə-yük qatarları).
cədvəl 3 20 metr uzunluqda vətərin ortasından ölçülən qonşu oxların fərqi (millimetr) yolun uzuna əyriliyi zamanı Tələb olunan sürət məhdudiyyəti 5 (kilometr/saat) 10 metrdən 20 metrədək 20 metrdən 40 metrədək daha çox 25 35 120/90 35 40 60/60 40 50 40/40 50 65 15/15 65 90 (qeyri-ümumi istifadəli yollar üçün 100) hərəkət dayandırılır Qeyd. 5 - plan üzrə kənaraçıxma hallarında qatarların hərəkətində tələb olunan sürət məhdudiyyəti (sürətdə-sərnişin qatarları, məxrəcdə-yük qatarları). cədvəl 4 Ölçüsü (millimetr) Havanın temperaturunda qatarların hərəkət sürəti 6 (kilometr/saat) -25º C və yüksək -25º C-dən aşağı 1-dən 2-dək 80 50 2-dən 4-dək 40 25 4-dən 5-dək 15 15 5-dən çox hərəkət dayandırılır Qeyd. 6 - rels başlıqlarının işlək üzündə şaquli və üfüqi pilləcikləri (çıxıntıları) olan rels calaqları üzərindən qatarların hərəkətində tələb olunan sürət məhdudiyyəti. cədvəl 5 Aralığın ölçüsü (millimetr) Qatarların hərəkət sürəti 7 (kilometr/saat) 4-dən - 6-dək 50 6-dan - 8-dək 25 8-dən - 10-dək 15 10-dan çox hərəkət dayandırılır Qeyd. 7 - tiyənin (hərəkətli ürəkciyin) altı və başmağın yastığı arasında aralığı olan yoldəyişən qurğular üzərindən qatarların hərəkət sürəti. Müxtəlif qonşu ölçülərdə sürət ən böyük ölçü üzrə təyin edilir.
cədvəl 6 Dirənmə yanlıqlarının işlək üzü ilə tiyə arasında aralıq (millimetr) Qatarların hərəkət sürəti 8 (kilometr/saat) 4-dən - 6-dək 50 6-dan - 8-dək 25 8-dən - 10-dək 15 10-dan çox hərəkət dayandırılır Qeyd. 8 - dirənmə yanlığının işlək üzü və tiyənin (hərəkətli ürəkciyin) boynu arasında aralığı olan yoldəyişən qurğular üzərindən qatarların hərəkət sürəti. Müxtəlif qonşu ölçülərdə sürət ən böyük ölçü üzrə təyin edilir.
cədvəl 7 Stansiya yollarında yoldəyişən qurğunun yerləşməsi Ordinatların normativ ölçülərindən kənaraçıxmalar 9 (millimetr) Saxlanma normalarının pozulması halında yan istiqamət üzrə sürətin məhdudlaşdırılması (kilometr/saat) artmaya tərəf azalmaya tərəf qonşu nöqtələrdə kənara çıxmaların fərqi Baş yollar 2 10 2 25 Qəbul-göndərmə yolları Stansiya yolları (baş və qəbul-göndərmə yollarından başqa) 4 15 4 15 Qeyri-ümumi istifadəli yollar Qeyd. 9 - yoldəyişən qurğuların keçid əyrilərində ordinatlar üzrə icazə verilən kənaraçıxmalar.
cədvəl 8 Qatarların hərəkət sürəti (kilometr/saat) Donqardan hər iki tərəfə ötürmə maillikləri 10 (millimetr/metr) 5 metrədək məsafədə 5 metrdən çox məsafədə Bütün uzunluq boyunca 60 və az 2 3 - 61-80 1,5 2,5 - 81-100 1 2 - 101-120 - - 0,8 121-140 - - 0,7 Qeyd. 10 - yolun qabarmalarda düzləşdirilməsi zamanı ötürmələrin (hər iki xətt üzrə) nominal maillikləri.
cədvəl 9 Altlıqların adı Qabarma altlıqlarının ölçüləri (millimetr) uzunluğu eni Qabarma altlıqlarının qalınlığı R75 və R65 R50 və R43 R75, R65, R50 R43 Kartoçkalar metal altlığın uzunluğu boyu 170 160 1; 1,5; 3; 5; 8; 10; 15; 20; 25 Başmaqlar 400 350 170 160 25; 30; 40; 50 Şpal üzlükləri (qısa) 500 450 170 160 50; 60; 70; 80; 90 Şpal üzlükləri (yarıbütöv) 800 800 170 160 50; 60; 70; 80; 90; 100; 110 Şpal üzlükləri (bütöv) 2400 2400 170 160 50; 60; 70; 80; 90; 100; 110 cədvəl 10 Calaq aralığının nominal ölçüsü 11 (millimetr) Rels temperaturunun (T) illik amplitudalı iqlim regionları üçün relslərin temperaturu (ºC) T ˃ 100º C T=90-100º C T ˂ 90º C Relslərin uzunluğu 25 metr 0 30-dan yuxarı 40-dan yuxarı 50-dən yuxarı 1,5 30-25 40-35 50-45 3,0 25-20 35-30 45-40 4,5 20-15 30-25 40-35 6,0 15-10 25-20 35-30 7,5 10-5 20-15 30-25 9,0 5-0 15-10 25-20 10,5 0-dan -5-dək 10-dan 5-dək 20-15 12,0 -5-dən -10-dək 5-dən 0-dək 15-10 13,5 -10-dan -15-dək 0-dan - 5-dək 10-5 15,0 -15-dən -20-dək -5-dən -10-dək 5-0 16,5 -20-dən -25-dək -10-dan -15-dək 0-dan - 5-dək 18,0 -25-dən -30-dək -15-dən -20-dək -5-dən -10-dək 19,5 -30-dan -35-dək -20-dən -25-dək -10-dan -15-dək 21,0 -35-dən -40-dək -25-dən -30-dək -15-dən -20-dək 22,0 -40-dan aşağı -30-dan aşağı -20-dən aşağı Relslərin uzunluğu 12,5 metr 0 55-dən yuxarı 60-dan yuxarı 65-dən yuxarı 1,5 55-45 60-50 65-55 3,0 45-35 50-40 55-45 4,5 35-25 40-30 45-35 6,0 25-15 30-20 35-25 7,5 15-5 20-10 25-15 9,0 5-dən -5-dək 10-0 15-5 10,5 -5-dən -15-dək 0-dan -10-dək 5-dən -5-dək 12,0 -15-dən -25-dək -10-dan -20-dək -5-dən -15-dək 13,5 -25-dən -35-dək -20-dən -30-dək -15-dən -25-dək 15,0 -35-dən -45-dək -30-dan -40-dək -25-dən -35-dək 16,5 -45-dən -55-dək - 40-dan -50-dək -35-dən -45-dək 18,0 -55-dən aşağı -50-dən aşağı -45-dən aşağı Qeyd. 11 - iqlim şəraitinə görə regionlar üzrə rels calaqlarında aralıqların nominal ölçüləri (relslərin dəliklərinin diametri 36 millimetr olduqda).
cədvəl 11 Calaq aralığının ölçüsü (millimetr) (relslərin dəliklərinin 36 millimetrlik diametrində)* Qatarların hərəkət sürəti 12 (kilometr/saat) 24-dən 26-dək 100 26-dan 30-dək 60 30-dan 35-dək 25 35-dən çox hərəkət dayandırılır Qeydlər:
* - relslərin dəliklərinin 40 millimetrlik diametrində normalar 2 millimetr artırılır; 12 - calaq aralığının ölçüsündə qatarların hərəkət sürəti.
cədvəl 12 Xəttin planı Relslərin tipi Rels izinin həndəsi saxlanması üzrə normativ parametrləri təmin etməyən qüsurlu şpalların (və ya tirlərin) ardıcıl sayı Qatarların hərəkət sürətləri 13 (kilometr/saat) Düz və radiusu 650 metr və daha çox olan əyrilər R50 (yüngül) 3 40 4 25 5 və daha çox 15 və ya hərəkət dayandırılır **) R65; R75 4 40 5 25 6 və daha çox 15 və ya hərəkət dayandırılır **) Radiusu 650 metrdən az olan əyrilər R50 (yüngül) 3 25 4 və çox 15 və ya hərəkət dayandırılır **) R65; R75 4 25 5 və çox 15 və ya hərəkət dayandırılır **) Qeydlər:
** - izin eni 1545 metri keçdikdə və ya üç və daha çox şpalda (və ya tirlərdə) izin çöl tərəfindən relslərin altı altlıqların rebordalarından çıxarsa hərəkət dayandırılır; 13 - rels izinin, şpalların, körpü və ya yoldəyişən qurğuların tirlərinin həndəsi normativ saxlanma parametrlərini təmin etməyən qüsurların miqdarından asılı olaraq qatarların hərəkət sürəti. cədvəl 13 Baş dəmir yollarının təsnifatı Dəmir yolunun qrupu İllik yük gərginliyi (milyon ton-kilometr brutto/kilo-metr) İcazə verilən sürət diapazonu (kilometr/saat) 1 diapazon 2 diapazon 3 diapazon Dəmir yolu- nun qrupu (ixtisaslaşma) Qrupun kodu Qatarların yolverilən hərəkət sürətindən asılı olaraq, baş dəmir yollarının sinifləri (sürət-sərnişinlər, məxrəc-yük) >200 >90 200-161 >90 160-141 >90 121-140 >80 101-120 >80 81-100 61-80 60 kimi Yüksək sürətli YS Reqla- ment- ləşdirilmir
Sürətli S Reqlament- ləşdirilmir 1 1 Sərnişin Reqlament- ləşdirilmir 1 1 2 3 3 Xüsusi yük- səkgərgin- likli Xy 80-dən çox 1 1 1 2 Yük I 50-dən çox, 80- dək 1 1 1 2 II 25-dən çox, 50- dək 1 1 2 3 III 10-dan çox, 25- dək 1 2 3 3 IV 5-dən çox, 10-dək 2 3 3 4 V
və az 3 4 4 4
cədvəl 14 Stansiya dəmir yollarının və qeyri-ümumi istifadəli dəmir yollarının sinifləri Stansiya dəmir yollarının və qeyri-ümumi istifadəli dəmir yollarının növləri (qrup kodu-S) Qatarların icazə verilən hərəkət sürətindən asılı olaraq, dəmir yolunun sinfi (kilometr/saat) 40-dan çox 40-dan az Qatarların birbaşa buraxılması üçün nəzərdə tutulmuş qəbul-göndərmə və digər stansiya dəmir yolları 3 4 Qatarların birbaşa buraxılması üçün nəzərdə tutulmayan qəbulgöndərmə və digər stansiya dəmir yolları 4 5 Təpə dəmir yolları 3 3 Təhlükəli yüklü dəmiryol hərəkət tərkibinin hərəkəti üçün nəzərdə tutulan xüsusi dəmir yolları 4 4 Qeyri-ümumi istifadəli dəmir yolları 3 5 Təhlükəli yüklü dəmiryol hərəkət tərkibinin hərəkəti üçün nəzərdə tutulan qeyri-ümumi istifadəli dəmir yolları 3 4 cədvəl 15 Dəmir yolunun təmiri zamanı yerinə yetirilən əsas işlərin siyahısı Sıra №-si İşlərin adı ƏTY ƏTK OT ROQ ƏYQ
1. Rels-şpal şəbəkəsinin yenisi ilə əvəzlənməsi + - - - - - -
2. Rels-şpal şəbəkəsinin köhnə-yararlı ilə əvəzlənməsi - + - - - - -
3. Kontakt şəbəkəsinin, elektrik təchizatı, avtomatika və telemexanika qurğularının yenidən quraşdırılması üzrə işlər tələb olunmursa, yoldəyişən qurğuların dəmir yolunun əyri sahələrindən çıxarılması + + - - - - -
4. Yoldəyişən qurğuların çevirmə tirləri ilə birlikdə dəyişdirilməsi + + - - - - +
5. Relslərin yeniləri ilə bütöv dəyişdirilməsi - - + + - - -
6. Relslərin köhnə-yararlılarla bütöv dəyişdirilməsi - - - + - - -
7. Yoldəyişənlər də daxil olmaqla, pletlərin bloksahənin uzunluğuna və ya mənzilə qədər qaynaq edilməsi + + + + + - -
8. Calaqsız dəmir yolu pletlərinin layihə bərkidilmə temperaturuna daxil edilməsi + + + + + + -
9. Relslərin diyirlənmə səthinin cilalanması + + + + + + -
10. Yoldəyişən qurğuların metal hissələrinin bütöv dəyişdirilməsi - - + + - - -
11. Dəmir yolunun qüsurlu üst quruluşu elementlərinin (relslər, şpallar, calaq və aralıq bərkidicilər) dəyişdirilməsi - - + + + + -
12. Ballastın dəyişdirilməsi + + - - - - +
13. Ballastın təmizlənməsi, ballast prizmasının normativ ölçülərə gətirilməsi + + + + + - +
14. Çirklənmiş qırmadaşın lokal təmizlənməsi, çirklənmiş ballastın qismən təmizi ilə əvəzlənməsi - - - - - + -
15. Ayırıcı təbəqənin qurulması + + + - - - +
16. Ballast prizmasının həndəsi ölçülərinin normativ ölçülərə gətirilməsi + + + - - - -
17. Suötürücülərin və drenaj qurğularının qurulması, təmizlənməsi və bərpası + + + + + + +
18. Kiçik və orta süni qurğuların təmiri + + - - - - -
19. Kiçik süni qurğuların məcralarının təmizlənməsi və konuslarının plana salınması + + + - - - -
20. Torpaq yatağında yenidənqurma işləri aparılmadan qabaritsizliyin ləğvi + + + - + - +
21. Torpaq yatağının doldurulması və ya qazmanın işlənməsi, təmir sahəsində kontakt şəbəkəsi dayaqları sayının 5 faizdən daha çox həcmdə dəyişdirilməsi və ya yerdəyişməsi tələb olunmursa, əyrilərin qoyulması, keçid əyrilərinin və düz taxmaların uzadılması + + + - - - -
22. SMB, rabitə, elektrik təchizatı və digər kommunikasiya kabellərinin köçürülməsi və mühafizəsi + + + - + - +
23. Təhkim zolağının normalara uyğun vəziyyətə gətirilməsi + + + - - - -
24. Dəmiryol keçidlərinin və piyada keçidlərinin təmiri + + + - + - -
25. Dəmir yolunun qabarma və çökmələrinin aradan qaldırılması + + + - + + +
26. Kilometr və piket nişanlarının bərpası + + + - - - -
cədvəl 16 Dəmir yolunun planlı-qabaqlayıcı düzləşdirmələri, dövri və sxemlər üzrə təmiri Qrupun kodu (ixtisaslaşma) Yolun sinfi Əsaslı təmirin (ƏTY, ƏTK) yerinə yetirilmə dövriliyi (sürətdə - milyon/ton brutto, məxrəcdə - illər) Təmir sxemləri-yol işlərinin növləri və təmirlərarası siklda onların yerinə yetirilmə növbəliyi dəmir-beton şpallar ağac şpallar yeni materiallar köhnə- yararlı materiallar yeni materiallar köhnə- yararlı materiallar YS, S 1 700/20 ƏTY-D-Q-O-D-Q-ƏTY Sn 1, 2, 3 700/30 ƏTY-D-Q-O-D-Q-ƏTY 600/18 ƏTY-D-O-D-Q-ƏTY 3 -/35 ƏTK-D-D-O-D-Q-ƏTK -/18 ƏTK-D-O-D-Q-ƏTK Xy 1, 2 1400 ƏTY-D-D-OT-D-Q-ƏTY 700 600 ƏTY-D-O-D-ƏTY I 1, 2 1400 ƏTY-D-O-D-OT-D-Q-ƏTY 700 600 ƏTY-D-O-D-ƏTY II 1, 2 1400/30 ƏTY-D-O-D-OT-D-O-D-ƏTY 700/30 600/18 ƏTY-D-D-O-D-Q-ƏTY 3 700/35 -/18 ƏTK-D-D-O-D-Q-ƏTK III, IV, V 1,2 700/30 600/18 ƏTY-D-D-O-D-Q-ƏTY 3, 3S -/35 -/18 ƏTK-D-D-O-D-Q-ƏTK 4, 4S -/35 -/20 ƏTK-D-D-O-D-Q-ƏTK 5S -/40 -/25 ƏTK-D-D-O-D-Q-ƏTK cədvəl 17 Dəmir yolunun əyri sahələrində əlavə olaraq relslərin bütöv dəyişdirilməsi dövriliyi Dəmir yolunun qrupu Əyrinin radiusundan asılı olaraq, dəmir yolunun əyri sahələrində əlavə olaraq relslərin bütöv dəyişdirilməsi dövriliyi 351-650 metr 350 metr və daha az Xy, I, II 1 dəfə 2 dəfə III, IV - 1 dəfə cədvəl 18 Dəmir yolunun 1-3-cü dərəcəli (ƏTY, ƏTK, OT) təmirlərə aid olan sahələrinin seçilmə meyarları Meyar Dəmir yolunun sinifləri üzrə meyarların göstəriciləri 1 2 3 4 5 Əsas meyarlar Buraxılmış tonnaj və ya il üzrə xidmət müddəti (faizlə) 100 100 - - 100 Təmir sahəsində tək-tək kəskin qüsurlu relslərin ümumilikdə orta hesabla xidmət müddətini keçməsi (ədəd/kilometr) 4 və çox 6 və çox 6 və çox 8 və çox Dəmir yolunun üst quruluşunun 1 kilometrinə əlavə meyarlar (çox olduqda) Buraxılmış tonnaj və ya il üzrə xidmət müddəti (faizlə) - - 100 100 - Qüsurlu şpallar (faizlə) 15 18 20 25 25 Qüsurlu bərkidicilər (faizlə) 15 20 25 35 35 Ballastın drenaj xassələrini itirməsi (bundan sonra - palçıq sıçraması) nəticəsində şpalların altında yaranan çirkli ballastla olan şpalların miqdarı (faizlə) 4 5 6 8 8 cədvəl 19 Dəmir yolunun orta və qaldırma təmirlərinə aid olan təmir sahələrinin seçilmə meyarları Meyarlar Dəmir yolunun sinifləri üzrə meyarın göstəriciləri 1 2 3 4 5 Əsas meyarlar Ballastın dəyişdirilməsinə və ya təmizlənməsinə tələbat olduqda Ballastın çirklənməsi ilə (faizlə) 30 və daha çox Palçıq sıçramalarla olan şpalların sayı faizdən çox 3 5 7 10 10 Dəmir yolunun 1 kilometrinin üst quruluşuna əlavə meyarlar Qabarmaların olması olduqda Kənarların eni (santimetrdən az) 40 40 40 35 35 Qüsurlu şpallar (faizdən çox) 10 12 15 20 20 Qüsurlu bərkidicilər (faizdən çox) 12 15 20 30 30 cədvəl 20 Dəmir yolunun 1-2-ci dərəcəli əsaslı təmirləri üzrə işlər yerinə yetirilən zaman qoyulan dəmir yolu konstruksiyasına və üst quruluşu elementlərinə olan tələblər Dəmir yollarının sinifləri
1. Dəmir yolunun üst quruluşunun konstruksiyası dəmir-beton şpallarda calaqsız dəmir yolu dəmir-beton şpallarda calaqsız dəmir yolu, ağac şpallarda hissəli dəmir yolu
2. Dəmir yolunun üst quruluşunun növləri və xarakteristikası yeni R65 relslər yeni və ya təmir olunmuş köhnə-yararlı R65 relslər təmir olunmuş köhnə-yararlı R65 relslər, yeni R50 relslər yeni bərkidicilər yeni və ya köhnə-yararlı (o cümlədən təmir olunmuş) bərkidicilər yeni dəmir-beton şpallar yeni və ya köhnə-yararlı dəmir-beton şpallar köhnə-yararlı dəmir-beton və ya yeni ağac şpallar 1840 ədəd/kilometr (radiusu 1200 metr və az olan əyrilərdə 2000 ədəd/kilometr) 1600 ədəd/kilometr (radiusu 1200 metr və az olan əyrilərdə - 1840 ədəd/kilometr) 1440 ədəd/kilometr (radiusu 650 metr və az olan əyrilərdə - 1600 ədəd/kilometr) şpalların altında qırmadaşlı ballastın qalınlığı az olmayaraq: dəmir-beton - 40 santimetrdən ağac - 35 santimetrdən şpalların altında qırmadaşlı ballastın qalınlığı az olmayaraq: dəmir-beton 30 santimetrdən ağac 25 santimetrdən şpalların altında ballastın bütün növlərinin qalınlığı 20 santimetrdən az olmayaraq: ballast prizmasının ölçüləri - eninə profillərin tipinə uyğun olaraq
3. Yoldəyişən qurğuların konstruksiyası və tipləri yeni R65 relslər və rels elementləri, yeni dəmir-beton və ya ağac tirlər yeni və ya köhnə-yararlı rels və rels elementləri, yeni və ya köhnə-yararlı dəmir-beton və yeni ağac tirlər köhnə-yararlı relslər və metal hissələr, yeni və ya köhnə-yararlı dəmirbeton və yeni ağac tirlər cədvəl 21 Təmir olunmuş dəmir yolunun istismarı qəbulunda istifadə olunan sənədlərin siyahısı cədvəl 22 Keçid əyrilərində xarici relsin yüksəklik ötürmələrinin icazə verilən maillikləri Sıra №-si Vmax. (kilometr/saniyədən çox olmayaraq) Yüksəklik ötürməsi (millimetr/metrdən çox olmayaraq)
1. 250 0,7 2. 220 0,8 3. 200 0,9 4. 180 1,0 5. 160 1,1 6. 140 1,2 Sıra №-si Sənədin adı İşlərin növü ƏTY ƏTK OT ROQD ƏYD
1. Kilometrlərdə (və ya obyektdə) yerinə yetirilmiş işlərin qəbul aktı + + + + + + + + 2. Təmir işlərindən sonra dəmir yolunun vəziyyətinin və qurğularının cədvəli + + + - + + + +
3. İcra edilmiş uzununa profil + + + - + - - -
4. Əyrilərin xarakteristikası + + + - + + + -
5. Rels izinin həndəsi vəziyyətinin göstəricisi + + + + + + + -
6. Ballast prizmasının təmiri barədə akt + + + - + - - -
7. İşlərdən sonra qabarit ölçülərinin cədvəli + + + - + - - -
8. Dəmir yoluna rels pletlərinin qoyulması barədə akt + + + + - - - - cədvəl 23 Parametrlərindən asılı olaraq qabarma donqarlarının icazə verilən hərəkət sürətləri Sıra №-si Donqarın hündürlüyü (millimetr) Donqarın uzunluğu (metr) İcazə verilən hərəkət sürəti, (kilometr/saat) (daxil olmaqla) Tək donqarlar
1. 10-dan 12-dək 50-dək 250
2. 12-dən 15-dək 20-dək 20-dən çox, 50-dək
3. 15-dən 30-dək 20-dək 20-dən çox, 50-dək
Qabarma donqarları arasında 20-dən 70-dək, daxil olmaqla məsafə olan üç və daha çox dövri qabarmalar (metrlə)
4. 10-dan 12-dək Asılı olmayaraq 200
5. 12-dən 15-dək Asılı olmayaraq 160
6. 15-dən 30-dək Asılı olmayaraq 120
cədvəl 24 Relslərin yeyilmə normaları Sıra №-si Nahamarlıqların yeyilmə xarakteristikası Ölçü Göstərici icazə verilən sürətlər (kilometr/saat) 140-dan 200-dək 200-dən 250-dək
1. Qəbul edilmiş yeyilmə millimetr 9,0 8,0
2. Şaquli yeyilmə 6,0 6,0
3. Yan yeyilmə 6,0 4,0
4. Calaqda pilləciyin ölçüsü (yan/şaquli) 1,0 1,0
5. Dalğavarı nahamarlığın (kələ-kötürlüyün) dərinliyi nahamarlığın 1 metrədək uzunluğunda, 1,0 nahamarlığın 2 metrədək uzunluğunda, 1,0
6. Ucların, əzilmə və yəhərcik də daxil olmaqla, sallanması 1,0 1,0
7. Bir yerdə fırlanmadan çuxurun yaranması 0,5 0,3
8. Ovxalanma 0,5/1,5 <*> 0,3/1,3 <*> Qeyd. Rels boyu 25 metrdən çox uzunluqda: sürətdə - eni 35 millimetrdən çox; məxrəcdə - eni 6 millimetrdən 35 millimetrədək. cədvəl 25 Yoldəyişən qurğuların və bərabərləşdirici calaqların metal hissələrinin istismar yeyilmə normaları Sıra №-si Yoldəyişən qurğuların elementləri İcazə verilən son yeyilmə həddi (millimetr) (daxil olmaqla) şaquli yan sürət, kilometr/saat 141-200 201-250 141-200 201-250
1. Rama relsləri 5 4 5 4
2. Tiyələr 5 4 5 4
3. Ürəkcik (40 millimetr en kəsiyində) 5 4 - -
4. Bığcıq 5 4 - -
Qeyd. Çarpazların və tiyələrin yeyilməsinə konstruktor və istismar sənədləri ilə müəyyən olunmuş en kəsiklərində nəzarət edilir. cədvəl 26 Yoldəyişən qurğuda qatarın hərəkət sürətindən asılı olaraq rels xəttinin yüksəldilməsinin icazəverici ötürmə maillikləri Sıra №-si Yüksəldilmənin icazəverici ötürmə maillikləri (millimetr/metr) (daxil olmaqla) Qatarların təyin edilmiş hərəkət sürəti (kilometr/saat)
1. 0,60 140-dan 200-dək
2. 0,50 200-dən 225-dək
3. 0,30 225-dən 250-dək cədvəl 27 Sıra №-si Rabitə dövrəsi Səs-küyün psofometrik gərginliyi (Uf) (mikrovolt) Normanın aid edildiyi sahə Normanın aid edildiyi dövrə nöqtəsi
1. Qatar dispetçeri, enerji dispetçeri və digər operativ-texnoloji rabitə vasitələri 1,0 Dispetçer sahəsi 13,9 desibel nisbi siqnal səviyyəsində operativtexnoloji rabitə kommutatorunun çıxışı
2. Mənzil 1,0 dəmiryol stansiyaları arasındakı sahə abonent aparatının xətti sıxacları
3. Stansiyalararası qatar 2,25 abonent aparatının xətti sıxacları cədvəl 28 Sıra №-si Parametr Dartı şəbəkəsinin iş rejimi qısa qapanma <1> Məcburi <2> 1. Dartı yarımstansiyasının açılma vaxtı (bərabər və ya az), (saniyə) 0,1 0,15 0,3 0,6 -
2. İcazə verilən gərginlik (volt) 500 450 310 160 36 Qeydlər: <1> Qısa qapanma rejimi — dartı şəbəkəsinin, kontakt şəbəkəsi torpağa (relslərə) qapananda, qəza rejimi; <2> Dartı şəbəkəsinin məcburi iş rejimi — açılmış bir dartı yarımstansiyanın yükünü qonşu yarımstansiyanın qəbul etdiyi rejim.
"Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"na
2 nömrəli əlavə Dəmiryol hərəkət tərkibinin istehsalından, modernləşdirilməsindən və təmirindən sonra ümumi istifadəli dəmir yollarında istismara buraxılmasına icazə Aktı _________________ dəmiryol stansiyası "____" __________ 20__ il. Bu akt dəmiryol hərəkət tərkibinin texniki vəziyyətinin "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın tələblərinə uyğunluğunun yoxlanılmasının nəticələrinə görə tərtib edilmişdir. ____________________________________________________________ (müəssisənin adı, damğalanmanın şərti nömrəsi) Dəmiryol hərəkət tərkibinin: növü ______________________________________________________ seriyası (modeli) ______________________________________________ zavod nömrəsi ________________________________________________ qeydiyyat nömrəsi ______________________________________aparılmış (yerinə yetirilmiş işlər üzrə sənədin adı) ___________________________________________başa çatdıqdan sonra (təmir növü, istehsalı, modernləşdirmə) ______________________________________________ hesab edilmiş və (texniki cəhətdən saz/nasaz) ümumi istifadəli dəmir yollarına ____________________________________________________________ (icazə verilir/icazə verilmir) İmtinanın səbəbi ____________________________________________________________ İnfrastruktur sahibinin səlahiyyətli nümayəndəsi ____________________________________________________________ (soyadı, adı, vəzifəsi, imzası) Bu Akt________________dəmiryol stansiyasının növbətçisinə təqdim edildi.
Tarix və vaxt "___" ____________ 20___ il _______ saat _______ dəqiqə. Dəmiryol stansiyasının növbətçisi ____________________________________________________________ (soyadı, adı, imzası)
Aktın arxa tərəfi Dəmiryol hərəkət tərkibinə baxış zamanı aşkar edilmiş uyğunsuzluqların siyahısı Dəmiryol hərəkət tərkibinə baxış zamanı "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nın bəndi göstərilməklə aşkar edilmiş uyğunsuzluqların adı Nəzarət metodu (vizual; alətlə ölçmə; hesabat-uçot sənədləri üzrə) İnfrastruktur sahibinin səlahiyyətli nümayəndəsi ____________________________________________________________ (soyadı, adı, atasının adı, vəzifəsi, imzası) Dəmiryol hərəkət tərkibini istehsal edən, modernləşdirən, təmir edən müəssisənin səlahiyyətli nümayəndəsi ____________________________________________________________ (soyadı, adı, vəzifəsi, imzası) Tarix və vaxt "____" ___________ 20___ il _______ saat _______ dəqiqə.