1.1. 1.1-ci bənddə, 1.2.3–1.2.6-cı yarımbəndlərdə, 2.1–2.2-1-ci, 2.7-ci, 3.4-cü, 4.1-ci bəndlərdə, 4.1.3-1-ci yarımbənddə, 4.2-ci, 4.3-cü, 4.3-1-ci bəndlərdə "bank" sözü "ödəniş" sözü ilə əvəz edilsin;
1.2. Qaydalara 1, 2 və 3 nömrəli əlavələrdə "Bank" sözü "Ödəniş hesabının" sözləri ilə əvəz edilsin və "bank" sözündən sonra "və ya digər ödəniş" sözləri əlavə edilsin;
1.3. Qaydalara 1, 2, 3, 4 və 5 nömrəli əlavələrə "bankın" sözündən sonra "və digər ödəniş xidməti təchizatçısının" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 aprel tarixli 221 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası"nın 4.5.5-ci yarımbəndinə, 4.10.7-ci yarımbəndinin 5-ci abzasına (hər iki halda) "bank" sözündən sonra "və digər ödəniş" sözləri əlavə edilsin.