1.1. 2.1.2-ci yarımbəndə "stajorluq" sözündən sonra "(olduğu halda)" sözləri əlavə edilsin;
1.2. 2.2.1-ci yarımbənd ləğv edilsin;
1.3. 2.2.2-ci yarımbənddə "digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində" sözləri "digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli 492 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2156 (Cild I) ilə təsdiq edilmiş "Miqrasiya orqanları işçilərinin attestasiyası Qaydası"nın 1.4-cü, 4.11-ci və 4.12-ci bəndləri ləğv edilsin.