a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1566 (Cild I) ilə təsdiq edilmiş "İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı"nın "Qeyd" hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1567 (Cild I) ilə təsdiq edilmiş "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın "Qeyd" hissəsi ləğv edilsin.
3. "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1312 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
4. "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 305 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1328 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
5. "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 99 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 276 (Cild I) 5-ci hissəsi ləğv edilsin.