1. Adında, 1-ci və 2-ci hissələrdə "Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki" sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin Nizamnaməsi" üzrə:
2.1. adında və 1.1-ci bənddə "Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki" sözləri ilə əvəz edilsin;
2.2. 1.3-cü bənddə "Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra - AMEA)" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik)" sözləri ilə əvəz edilsin;
2.3. 1.4-cü bənddə "AMEA-nın" sözləri "Nazirliyin" sözü ilə əvəz edilsin;
2.4. 3.1.1-ci yarımbənddə, 6.3-cü bəndin ikinci cümləsində, 6.4-cü bəndin üçüncü cümləsində, 6.9-cu bənddə, 6.10.5-ci və 6.10.7-ci yarımbəndlərdə "AMEA-nın Rəyasət Heyəti" sözləri "Nazirlik" sözü ilə əvəz edilsin;
2.5. 4.2-ci bənddə "AMEA-nın Rəyasət Heyətinin" sözləri "Nazirliyin" sözü ilə əvəz edilsin;
2.6. 6.10.6-cı yarımbənddə "AMEA-nın Rəyasət Heyətinə" sözləri "Nazirliyə" sözü ilə əvəz edilsin.
3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Təbiət Tarixi Muzeyinin strukturu"nun adında "Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki" sözləri ilə əvəz edilsin.